Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qərbi Azərbaycanın maarifçi qadınları


Ali məktəbin əməkdar işçisi, filoloji elmlər namizədi Tarıverdiyeva Kövsər Məmməd qızı yada salır

 

Uşaqlığımın ən parlaq xatirəsi - azərbaycanlı arvad toyudur, tuman və kəlağayıların gözəl rəngi, şən musiqi və son dərəcə qəşəng qızın parlaq yaylığını yelləyərək «Yallı» oynaması. Mən fərəhli pıçıltı eşidirəm: «Bu İrəvan xanı Abbasqulunun qızıdır - Tovuz xanım, Ya Allah! - Bax, üstündə 4 kilo qızıl var. - Bilirsən, o, uşaqlara dərs deyir, yetimləri isindirir, onu hamı sevir». Mənim sevincim hədsiz idi.

Mən artıq böyük olanda, Naxçıvanda Nəzakət xanım Teymurovanı gördükdə, uşaqlığımdakı mehriban gözəlin obrazı gözlərim önündə canlandı. İnqilaba qədər Naxçıvanda Nəzakət xanımdan başqa qadın pedaqoq yox idi. Biz qadınlara ürəyi yandığından, o, qadın kursları açır, sonralar isə İrəvana, bacısının yanına gəlir ki, burada da qadınlara kömək etsin. Çox çətinliklə də olsa, o, bir neçə qadın və qızı kurslara cəlb edə bilir. Ruhanilər onu öldürmək qərarına gəlirlər, lakin müdavimlər Nəzakət xanımı xəbərdar edirlər. O, doğma Naxçıvana qayıdır.

Sizcə, Nəzakət xanımın hərəkətlərində yönəldici qüvvə idi?

Şübhəsiz ki, qadınların maarifləndirilməsi, sonra isə, fikrimcə Cəlil Məmmədquluzadənin məsləhəti. 1908-ci ildə o, Z.Tağıyevin yaratdığı qadın rus-tatar məktəbini bitirir və dərhal Tiflisə, qardaşı Yusifin yanına gedir. Qardışı «Molla Nəsrəddin» jurnalının əməkdaşları ilə çox yaxın idi. Bacısının məktəbi qurtarması münasibətilə Yusif redaksiyanın bütün əməkdaşlarını qonaq çağırır, bu çox mühüm hadisə idi. Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev qızı səmimi təbrik etdilər, Mirzə Cəlil isə dedi: «Sən oxumusan, elmlərə yiyələnmisən, bunları qiymətləndir, çalış ki, başqa qızlar da maariflənsinlər. Cəsarətli ol, heç nədən qorxma!». Gördüyünüz kimi o, qorxmaz idi.

Mən daha iki gözəl qadın haqda danışmaq istəyirəm - bunlar Ruqiyyə və Kübra Babayeva bacılarıdır. Onlar məşhur İrəvan seyidi Mir Bağır Mir Babayevin qızları idilər, İsveçrədə təhsil almışdılar. Qohumlar və yaxınlar arasında Ruqiyyəni Ququ xanım adlandırırdılar, o, məşhur mesenat, İrəvan Dumasının üzvü Mir Cəfər Mir Bağırovun oğlu Mir Hüseyn Mir Bağırova ərə getmişdi. Bu ailə qəyyumluqla məşhur idi, Ruqiyyə və onun ardınca Kübra yetimlərlə məşğul olur, onları tərbiyə edir və oxudurlar.

«Müqəddəs Repsime» cəmiyyətinin rolu nədə idi?

Bu qadın cəmiyyəti mədəniyyət və maarifçiliyin inkişafına kömək edir, yeni məktəblər açır, onlar üçün dərsliklər və proqramlar həzırlayırdılar. Tamaşalar göstərmək üçün teatr həvəskarlarının birləşdirilməsində ilk maarifçilərin rolu böyük idi.

XIX əsrin 90-cı illərində İrəvandakı «Müqəddəs Repsime» xeyriyyəçilik cəmiyyətinin üzvləri bunlar idi: general-leytenant Ehsan xanın qızı - Sonabəyim, general-mayor Kəlbani xanın qızı - Sarıbəyim, kapitan Huseyn Sultanın həyat yoldaşı - Tovuz Bəyim, ştabs-kapitan İsmayıl xanın həyat yoldaşı - Cahan xanım, Mahmud xanın həyat yoldaşı - Xırda xanım, Nəcəf ağanın həyat yoldaşı - Bəyimcan xanım, Cavad ağanın həyat yoldaşı - Xırda xanım. Onlar azərbaycanlı qızlar üçün təhsilə yol açmağa can atırdılar. Məhz onların xidmətləri sayəsində XIX əsrin 80-ci illərində İrəvanda Azərbaycan dilində kitablar çap edilmişdi.

Lütfən özünüz haqda danışın.

1914-cü ildə İrəvanda anadan olmuşam, gördüyünüz kimi, Allah yaddaşımı əlimdən almayıb. 1929-cu ildə elə orada, İrəvanda pedaqoji texnikumu bitirmişəm. Ermənistanın Nazirlər Sovetində katibə işləmişəm. Ermənistanda Azərbaycan dilli ali məktəb olmadığından, 1931-ci ildə Bakıya gəlmiş və Pedaqoji İnstituta daxil olmuşam. Təxminən 60 il Pedaqoji Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti işləmişəm.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb