Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Həkim, musiqiçi, 1 №-li humanist


Köhnə qəzetləri vərəqləyərkən, adlarını xalqımızın tarixinə yazan adamlara rast gəlirik. Budur, səksən il bundan əvvəl çap olunmuş «Veçerniy Tbilisi» qəzetinin saralmış vərəqlərində oxucu məktubları. Zaqafqaziya dəmir yolu xəstəxanasının pasiyentləri Koroxaşvili, Lomidze və digərlərinin səmimi məktublarını daxili həyəcansız oxumaq olmur[1]. Onlar, qayğı, xoş münasibət və əlbəttə peşəkarlığa görə Gürcüstanın əməkdar həkimi Nəzirə Şah-Mirzəyə minnətdarlıq bildirirlər. Xəstəxananın pasiyentləri yazırlar: «Onun təbəssümü və xoş sözləri hər hansı dərmandan yaxşı müalicə edir»[2]. Onlar öz həkimlərini «bütün cəhətlərdən gözəl, məlahətli, əsl insan» adlandırırlar, öz dövrünün ziyalı qadınına verdikləri yüksək qiymətin necə də dəqiq olduğunu güman etmirdilər[3].

Çar ordusu zabitinin qızı Nəzirə Şah-Mirzə Tbilisidə Birinci Qadın gimnaziyasının səkkiz sinfini və bütün Qafqazda məşhur olan Müqəddəs Nina məktəbini bitirən ilk müsəlman qızlarından biri idi. Buradan Azərbaycan xalqının bir çox görkəmli qızları çıxmışlar.

Nəzirə çox gözəl oxuyurdu, lakin onun bir marağı da vardı ki, bu da musiqi idi. Yüksək istedada malik olan qız musiqi ilə yeddi yaşından məşğul olmuş, 12 yaşında isə Musiqi Məktəbinin tələbəsi olur. O, Rusiyada məşhur olan pedaqoq Adolf Yakovleviç Şteygerin sevimli tələbəsi olur. Nəzirə lap gənc çağlarından bütün Zaqafqaziyada müvəffəqiyyətlə konsertlərlə çıxış edir. 1914-cü ildə onu Petroqrad Qadın Tibb İnstitutuna və məşhur Petroqrad Konservatoriyasına qəbul edirlər. Bu, gərgin, lakin xoşbəxt dövr idi: Tibb İnstitutunda təhsil, fortopiano sinfi üzrə professor Droyedovun yanında məşğələlər, Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar hospitallarda iş. O, bunu öz vətənpərvərlik börcu kimi dərk edirdi.

Tibb və musiqi - maraqların belə uyğunlaşması tarixdə məlumdur. Dərhal böyük humanist, həkim və musiqiçi məşhur Albert Şveytserin adı yada düşür. Şveytser kimi, Nəzirə xanım da son seçimini tibbin xeyrinə edir. Uzaq, çox çətin iyirminci illərdə o həkim olur. O, hesab edir ki, iş yeri dəmir yolu fəhlələrinin yanında olmalıdır. O vaxt dəmir yolu xarabalığa çevrilmiş ölkədə yeganə nəqliyyat arteriyası idi.

Lakin musiqi onu bütün həyatı boyu müşayiət edəcək. O, uşaq kimi öz «Bechstein Diedirchs» konsert royalı ilə fəxr edir. Məşhur alman firmasının adı onun üçün sanki insan adına çevrilir, özünün bütün bioqrafiyalarında royalını məhz belə yad edir. Gənc ailənin evində o dövrün məşhur musiqiçiləri çalır: pianoçular Aleksandr Borovskoy və Qenrix Neyqauz, professor İppolitov-İvanov və arvadı, bəstəkar Varvara Zavudnaya, violonçel çalan Aleksandr Belousov. Nəzirə onlarla birgə çalır, musiqi onun həyatanın bir hissəsi olur.

 

Doktor Şah-Mirzənin işlədiyi xəstəxanada köhnə royal var idi və Nəzirə xanım öz pasiyentləri üçün çalmağa başlayır. Bu cür özünəməxsus konsertləri o, xüsusilə müharibə illərində çox verirdi. Onda xəstəxanalar hərbi hospitallara çevrilirdi. İndi belə konsertləri psixoterapiya forması adlandırardılar, o vaxt Nəzirə xanım üçün bu qəlbinin əmri, insanlara hərarət bəxş etmək imkanı idi. Bəli, gözəl həkim və musiqiçi Nəzirə Şah-Mirzənin həyatı Nobel mükafatı laureatı Albert Şveytserin bioqrafiyası ilə qəribə surətdə səsləşirdi. Təbabət, musiqi və insana olan hüdudsuz məhəbbət onların fəal həyat mövqelərinin ifadəsi oldu. Bir-birilə tanış olmayan bu iki adam mövqelərindən bir addım da geri çəkilmədilər.

 


 



[1] Veçerniy Tbilisi, 29 oktyabr, 1926-cı il.

[2] Salman Mümtaz adına Azərbaycan Dövlət ədəbiyyat və incəsənət Arxivi. F. 632, s. 2, iş 18.

[3] Salman Mümtaz adına Azərbaycan Dövlət ədəbiyyat və incəsənət Arxivi. F. 632, s. 2, iş 19.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb