Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AZƏRBAYCAN SEKSUAL İSTİSMAR VƏ MƏCBURİ ƏMƏK ÜÇÜN MƏNBƏ VƏ TRANZİT ÖLKƏDİR


ABŞ Dövlət Departamentinin hesabatında qeyd edilir ki, azərbaycanlı qadınlar seksual istismar üçün Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə, kişilər isə məcburi əmək üçün Rusiyaya satılır

ABŞ Dövlət Departamenti bu günlərdə dünyada insan alverinin vəziyyəti ilə bağlı illik hesabatını yayıb. Sənəddə Azərbaycanın cinsi istismar və məcburi əmək məqsədi ilə kişi, qadın və uşaqlar üçün həm mənbə, həm də tranzit ölkə olduğu qeyd edilir: "Azərbaycan əsasən seksual istismar və məcburi əmək üçün kişi, qadın və uşaq alverinin mənbə və tranzit ölkəsidir. Azərbaycanlı qadınlar Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə seksual istismar üçün, kişilər isə Rusiyaya məcburi əmək üçün satılır. Kişilər və qadınlar həmçinin İran, Pakistan və Hindistana seksual istismar və məcburi əmək üçün satılır. Azərbaycanlı uşaqları Türkiyəyə seksual istismar məqsədi ilə, Rusiyaya isə məcburi əmək üçün satırlar. Ölkə daxilində baş verən insan alveri, həmçinin qadınların seksual istismar, kişilərin tikinti sənayesində məcburi əmək, eləcə də uşaqların dilənçiliyə cəlb edilməsi məqsədi ilə satıldıqları haqda məlumatlar daxil olmaqdadır. Azərbaycan həm də Özbəkistan, Qırğızıstan və Moldovadan Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə seksual istismar məqsədi ilə satılan qadınlar üçün tranzit ölkədir".

Dövlət Departamentinin hesabatında daha sonra deyilir ki, hökumətin insan alveri probleminin aradan qaldırılması üçün göstərdiyi səylər minimum standartlara tam şəkildə uyğun gəlmir, bununla belə hökumət buna nail olmaq üçün əhəmiyyətli səylər göstərməkdədir. "Hökumət 2006-cı ilin oktyabr ayında insan alveri qurbanları üçün sığınacaq açıb, onu bütövlüklə maliyyələşdirmişdir və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün istintaq aparılması və insan alveri qurbanlarının müəyyən edilməsi sahəsində ətraflı təlimlər keçirmişdir", - deyə sənəddə bildirilir.

 

RƏYLƏR

Hesabatla tanış olan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova "hələ 2002-ci ildə insan alveri faktı ilə bağlı mərkəzimizə müraciət daxil olmuşdu. O zamandan beş ilə yaxın vaxt keçir və artıq Azərbaycan seksual xidmət göstərmək, eləcə də pornoqrafik filmlərdə çəkilmək üçün qadınların xarici ölkələrə aparılmasında tranzit ölkə rolunu oynamaqdadır", - deyə bildirdi.

Mərkəz rəhbəri qeyd edir ki, bütün bunlardan əlavə, Azərbaycan həmçinin əməyindən istifadə üçün, eyni zamanda pornoqrafik filmlərə çəkilməyə məcbur edilən uşaqların da xarici ölkələrə daşınmasında tranzit ölkə olmaqdadır. "Dövlət Departamentinin hesabatında çox doğru qeyd edilir ki, Azərbaycan tranzit ölkə kimi Özbəkistan, Qırğızıstan və Moldovadan olan qadınların Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə daşınmasında müstəsna rol oynayır. Bu siyahıya Ukrayna və Rusiyanın da adlarını qeyd etmək yerinə düşərdi. Belə ki, bizdə olan məlumatlara görə, müntəzəm olmasa da, bu ölkələrdən olan qadınlar da məhz Azərbaycana gətirilərək adlarını qeyd etdiyim ölkələrə aparılırlar", - deyə o bildirdi.

Mətanət Əzizova Özbəkistan vətəndaşının tarixçəsini bizimlə bölüşür: "Bu yaxınlarda mərkəzimizə Özbəkistan vətəndaşı olan bir qadın müraciət etmişdi. Söhbət zamanı bəlli oldu ki, o, vətənində Türkiyədə çay fabrikində işləmək adı ilə aldadılaraq Bakıya gətirilib. Burada isə şəhərətrafı qəsəbələrdən birində yerləşdirilib. Ertəsi gün bilet almaq adı altında sənədləri götürülüb. Yalnız bir neçə gündən sonra qadın necə bəlaya düşdüyünü anlayıb. Gecələrin birində qadın məskunlaşdığı evdən qaçmağa nail olub və Bakıya gələrək bir neçə beynəlxalq təşkilata müraciət edib. Onlar probleminin həlli üçün qadını bizim mərkəzə göndəriblər. Nəticədə biz həmin qadının vətəninə qaytarılmasına nail ola bildik. Ümumiyyətlə, qeyd edim ki, bu kimi hallar kifayət qədər çoxdur".

Öz növbəsində Milli QHT Forumunun prezidenti Azay Quliyev ABŞ Dövlət Departamentinin hesabatında qeyd edilənlərdə həqiqətin olduğunu deyir. Azərbaycan hökumətinin qeyd edilən problemin həlli istiqamətində proqram hazırladığını və onun həyata keçirilməsi məqsədi ilə miqrasiya xidmətinin də yaradıldığını vurğulayan A.Quliyev "amma etiraf olunmalıdır ki, həm ölkəmizin ərazisindən tranzit kimi yararlanır, həm də insanlar qeyri-qanuni fəaliyyətə cəlb olunurlar", - deyir.

QHT-lərin də sözügedən problemi dəfələrlə qaldırdığını deyən forum sədri daha təsirli tədbirlərə ehtiyac duyulduğunu bildirir: "Hesab edirəm ki, hər şeydən öncə qanunvericilik təkmilləşdirilməlidir. Təkliflər hazırlanmalı, konkret addımlar atılmalı, insan alveri ilə mübarizə gücləndirilməlidir".

Azay Quliyev problemin həllinə yardım edəcək daha bir məqama diqqət yetirir. O qeyd edir ki, insan alveri ilə mübarizəni sürətləndirmək məqsədi ilə insan alveri ilə bağlı cəza sistemi də ağırlaşdırılmalıdır: "Digər tərəfdən istər insan alveri, istərsə də bütövlükdə qanunsuz narkotik maddələrin dövriyyəsi ilə bağlı məsələlər bir çox hallarda bizdən asılı deyil. Yəni obyektiv səbəblər də var. Bunlardan da ən başlıcası Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasıdır. Nəzarətsiz olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayondan ermənilər belə çirkin niyyətlər üçün istifadə edirlər. Bu faktı BMT, Avropa Şurasının ekspertləri də dəfələrlə bildiriblər. Fikrimcə, bu məsələlər sadalanarkən hesabatda onların səbəbləri də qeyd olunmalıydı".

 

AZƏRBAYCAN İNSAN ALVERİ İLƏ MÜBARİZƏDƏ ÖNƏMLİ YER TUTUR

Daxili işlər nazirinin müavini Oruc Zalov isə mətbuata açıqlamasında qeyd edib ki, Azərbaycan insan alveri ilə mübarizədə önəmli yer tutur. Nazir müavininin qənaətincə, ölkədə bu istiqamətdə son illərdə görülən işlər ABŞ tərəfindən müsbət qiymətləndirilir. "Bu problemlə mübarizə məqsədi ilə xüsusi xidmət orqanı yaradılıb. Həmin orqanın fəaliyyəti nəticəsində insan alveri ilə bağlı kifayət qədər faktlar aşkarlanıb. Təkcə ötən il 78, bu ilin birinci rübündə isə 20-25 fakt aşkarlanıb. Həmin cinayətlərin iştirakçıları qanun çərçivəsində cəzalandırılıblar. İnsan alverinin qurbanı olanlar isə reabilitasiya olunurlar", - deyə cənab Zalov bildirib.

"Azərbaycan son illərə kimi insan alveri ilə mübarizənin vəziyyətinə görə nəzarət kateqoriyasına aid edilirdi. Hazırda isə Azərbaycan ikinci kateqoriyaya aid edilir ki, bu da hökumətin problemin qarşısının alınması üçün zəruri addımlar atmasının nəticəsində mümkün olmuşdur. Ötən müddət ərzində insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı və qanun qəbul edilib. Cinayət Məcəlləsinə əlavələr olunub. İnsan alverinin qurbanları üçün sığınacaq yaradılıb", - deyə nazir müavini əlavə edib.

Dövlət Departamentinin hesabatında isə hökumət tərəfindən yaradılmış sığınacağın fəaliyyəti ilə bağlı əngəllərin olduğu qeyd edilir: "Müəyyən edilmiş qurbanların sığınacağa göndərilməsinə baxmayaraq, insan alverinin qurbanlarının müəyyən edilməsi mexanizminin və insan alveri qurbanları üçün ölkə ərazisində fəaliyyət göstərən "qaynar xətt"in olmaması prosesə maneə yaratmışdır".

Öz növbəsində "Təmiz dünya" İctimai Birliyinin icraçı direktoru Vəfa Saleh qeyd edir ki, bu il ilk dəfə olaraq ölkədə insan alverçilərinin 8-9 il azadlıqdan məhrum edilməsi barəsində məhkəmə qərarları çıxarılıb: "Bundan öncə isə insan alverçiləri ya məhkəmə zalından sərbəst buraxılır, ya da şərti cəza alırdılar. Halbuki qonşu Gürcüstanda bu cinayətlə məsuliyyətə cəlb edilən vətəndaş haqqında 26 illik həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası verilir". Ümumiyyətlə, birlik rəhbəri hesab edir ki, Azərbaycan qanunvericiliyində bu sahədə müəyyən boşluqlar mövcuddur. Onun sözlərinə görə, insan alveri ilə mübarizəni qarşısına məqsəd qoymuş Azərbaycan hökuməti ilk növbədə bu boşluqları aradan qaldırmalıdır.

 

İNSAN ALVERİNİN QURBANLARININ STATİSTİKASI APARILMIR

Maraqlıdır: insan alveri üçün tranzit ölkə olan Azərbaycanda bu problemin qurbanı olanların dəqiq hesablanması aparılırmı? Ümumiyyətlə, son bir ildə neçə qadın insan alverinin qurbanı olub? Sualı cavablandıran Mətanət Əzizova qeyd edir ki, bu səpkili informasiyaya nə dövlət orqanları, nə də insan alveri ilə mübarizə aparan qeyri-hökumət təşkilatları malikdirlər. "Sadəcə, Daxili İşlər Nazirliyinin 2006-cı ilə məlumatı bizə məlumdur. Orada qeyd edilir ki, 2006-cı il ərzində insan alverində şübhəli bilinən 200 insan həbs edilib. Qadın Krizis Mərkəzinə gəlincə, ötən il analoji problemin həlli üçün bizə müraciət edənlərin sayı 72 nəfər olub. Əlbəttə ki, problemin nə qədər ciddi olduğunu dərk etmək üçün statistik məlumata malik olmaq qaçılmazdır. Amma bunu tam forması ilə izləmək mümkün deyil. Həqiqətdə burada yüzlərlə şəxsin insan alverinin qurbanı olmasından söhbət gedə bilər", - deyə mərkəz rəhbəri əlavə etdi.

İnsan alverinin belə yayılmasının iqtisadi göstəricilərlə əlaqələndirilməsinə gəlincə, xanım Əzizova belə bir statistikanın aparılmadığını deyir: "Ümumiyyətlə, hesab edirəm ki, bu məsələdə iqtisadi amilin də özünəməxsus rolu var, lakin bu, ilk səbəb deyil. Qeyd edim ki, araşdırmalar kifayət qədər yüksək iqtisadi göstəricilərə malik ABŞ-da da insan alverinin qurbanlarının olduğunu deməyə əsas verir. Hətta iqtisadi durumu Azərbaycandan daha yaxşı olan Ukraynada da insan alverinin qurbanları kifayət qədər çoxdur".

Mütəxəssislər qeyd edirlər ki, qadın və uşaqların istismar məqsədi ilə digər xarici ölkələrə satılmasında bu və ya digər ölkənin yüksək postlarda çalışan məmurlarının birbaşa əli olur. Məsələyə münasibət bildirən Mətanət Əzizova "əlbəttə ki, insan alveri kimi çirkli biznesdə bu və ya digər dövlət məmurunun əlaqəsini sübut etmək olduqca çətindir. Kimisə suçlamaq üçün yoxlanılmış, dəqiq faktlar olmalıdır ki, onu asanlıqla sübuta yetirə biləsən. Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, insan alverinin qurbanı kimi bizə müraciət edən qadınlar trafikörlərin (insan alverçilərinin) məhz polis əməkdaşları arasından olduğunu deyirdilər. Mövcud problemin öyrənilməsi ilə bağlı masaj salonlarında seksual xidmət göstərən qadınların dindirilməsi zamanı da bu obyekt sahiblərinin polis əməkdaşları tərəfindən dəstəklənməsi faktı təsdiqlənib" - dedi.

 

"AZƏRBAYCAN DAXİLİNDƏ DƏ FAHİŞƏLİK VÜSƏT ALIB"

Mətanət Əzizova tranzit ölkə olan Azərbaycanın daxilində də fahişəliyin inkişaf etdiyini deyir. O qeyd edir ki, bəzi hallarda hətta fahişəliklə məşğul olanlar arasında da insan alverinin qurbanına çevrilənlər olur. "Məsələn, bu qrup qadınlar analoji xidmət göstərməklə müştəridən yüksək məbləğdə pul alacaqları ehtimalı ilə bu və ya digər ölkəyə üz tuturlar. Nəticədə, onların əldə etdikləri qazanc motel və ya otel sahibləri tərəfindən alınır. Bütövlükdə isə, hesab etmirəm ki, xarici ölkələrdən seks-turlardan qayıdan bu fahişələr maddi baxımdan lazımınca təchiz edilmiş olurlar. Məsələ ondadır ki, bizim "biznes" dalınca əcnəbi ölkələrə üz tutan fahişələrimiz mövqelərini Rusiya və Ukraynadan olan "həmkar"larına verməli olurlar. Əlbəttə ki, bunun səbəbi də hər kəsə bəllidir. Çünki Türkiyə, eləcə də Birləşmiş Ərəb Əmirliklərində əsasən sarışın və mavi gözlü xanımlara üstünlük verilir. Nəticədə birincilər daha ucuz otellərdə çalışmaqla razılaşırlar, gündəlik gəlirlərini isə daha çox müştəriyə xidmət göstərməklə kompensasiya edirlər", - deyə Mətanət Əzizova əlavə etdi.

Mərkəz rəhbəri qeyd edir ki, bütün bunlarla yanaşı gözəl, eyni zamanda "elit" hesab edilən azərbaycanlı fahişələr də var ki, onlar bu qədim sənətlə elə ölkə daxilində məşğul olmağı üstün tuturlar: "Maddi cəhətdən imkanlı azərbaycanlı kişilər gözəl, cavan məşuqə saxlamağı, ona bahalı maşınlar, eləcə də yeni tikililərdə bahalı mənzillər bağışlamağı yaxşı yaşayışın ayrılmaz hissəsi hesab edirlər. Ona görə də bu kateqoriyaya daxil olan fahişələr ölkəni tərk etməyə ehtiyac duymurlar. Yəni onlar arzuladıqları həyatı - ev, maşın, yetərincə pul və s. elə burada da əldə edə bilirlər".

"İNSANLAR PİS ŞƏRAİTDƏ ÇALIŞIRLAR"

Hesabatda Azərbaycanda tikinti sektorunda insan əməyi ilə bağlı məqama gəlincə, forum prezidenti Azay Quliyev bildirdi ki, insanlar Əmək Məcəlləsinin tələblərinə, habelə gigiyenik qaydalara cavab verməyən şəraitdə çalışır, adekvat əməkhaqqı isə almırlar. "Məlumdur ki, dövlət vergiləri, sosial sığorta haqları bu cür müəssisələrin çoxunda gizlədilir. Bu müəssisələrdə ikili mühasibat uçotu var. Belə olan halda, sözsüz ki, çalışan insanların hüquqları kobud şəkildə pozulur. Tutaq ki, görülən işin müqabilində xaricdə 1000, Azərbaycanda isə 200-300 manat verilirsə, bu faktın özü artıq narahatlıq doğurur. Yaxud işləyən şəxsin aldığı real əməkhaqqının çox cüzi bir hissəsi sənədləşdirilirsə, bununla da onun gələcək pensiya təminatına çox ciddi zərbə vurulursa, bu, vətəndaş əməyinin istismarıdır", - deyə o əlavə edib.

Azay Quliyev qeyd edir ki, bu məsələyə Vergilər Nazirliyi ciddi yanaşmalıdır: "Tikinti ilə məşğul olan xeyli sayda müəssisə var və hamısı eyni qaydada fəaliyyət göstərir. Onlar üçün vahid uçot sistemi müəyyənləşdirilərək tətbiq olunmalıdır. Qanunvericiliyə gəlincə, Əmək Məcəlləsində qeyd edilib ki, insanlar müqavilə ilə işə götürülməli və əməkləri müvafiq qaydada dəyərləndirilməlidir".

Azay Quliyev daha sonra əlavə etdi ki, Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizəsi istiqamətində sistemli işlər təzə başlanıb: "Bu gün Miqrasiya Xidmətinin, ölkəyə girib-çıxan vətəndaşlara nəzarətin gücləndirilməsi yeni proqram çərçivəsində həyata keçirilir. Əvvəllər bu istiqamətdə bir sıra tədbirlər görülürdü, amma bu işlərə daha sistemli formada son aylarda başlanılıb. Görülən işlər yetərli deyil, amma dövlətin qəbul etdiyi qərarlar gələcəkdə bu işdə daha böyük uğurlar qazanılması üçün əsaslar verir. Hesab edirəm ki, bu işdə təkcə dövlət qurumları deyil, bütün ictimaiyyət iştirak etməlidir". Azərbaycan hökuməti tərəfindən insan alveri ilə mübarizədə əvvəlki illərlə müqayisədə müəyyən addımların atıldığı qeyd edilsə də, hesabat müəllifləri hesab edirlər ki, ölkənin insan alverinə qarşı yönəldilmiş səyləri məhdud olaraq qalmışdır. Hesabatda sözügedən problemin aradan qaldırılması üçün hökumətə bir sıra tövsiyələr əksini tapıb: "Hökumət insan alveri qurbanları üçün ölkəni bütövlüklə əhatə edən istinad mexanizmini inkişaf etdirərək həyata keçirməli və "qaynar xətt"in fəaliyyət göstərməsini təmin etməlidir. Hökumət insan alverinin qarşısını almaq, həmçinin insan alveri cinayətində əlbir olan dövlət məmurlarının cinayətlərinin istintaqını apararaq, onları təqib və məhkum etmək səylərini artırmalıdır".

 

Nailə İSMAYILOVA

 

http://www.ayna.az/rubric.php?id=19804

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb