Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


QURBANLIQ QADINLAR


"Gözümü açandan, atamın zorakılığı məndə ailə obrazını qorxulu filmə çevirib"

Gülnur RAQİFQIZI, Gəncə Media Mərkəzi

"Tez-tez işlənən "qadın", "xanım" kəlmələri mənim üçün qəribə səslənir. Çünki artıq 3 ildir qadın məfhumunu ancaq "qurban" kimi dəyərləndirə bilirəm. Mən özümün də bir vaxtlar xanım-xatın bir qız, qadın olduğumu unutmuşam. Deyirlər, pis günün ömrü az olur, amma onun vurduğu zərbələr sağalmır. Hər halda mənim həyatımda belə olub. Düşünürəm ki, zorakılığa məruz qalmış qadının bədənindəki göyərtilər tədricən silinsə də, psixoloji zərbələr ömrünün sonunadək səninlə qalır".

Mehriban öz "ailə həyatından" danışır. O, 7 il əvvəl 17 yaşında gəlin köçüb. 5 il olmazın məşəqqətlərə dözüb, 2 ildir yoldaşından ayrılıb və övladını tək böyüdür. O, evləndiyi şəxs haqda yanlış təsəvvürləri üçün peşmandır:

"Sevdiyim insan idi, həm də uzaq qohumumuz idi. Hamı onun sakit, mehriban və ali təhsilli olduğunu dedikcə, ona daha da bağlanır, həyatımın sığortalandığını düşünür, onunla ailə qursam, çox mədəni və sakit həyat sürəcəyimi xəyal edirdim. Cəmi 6 aydan sonra mən onun tam əksinə, zorakı biri olduğunu gördüm. Əvvəlcə çox sevdiyindən qısqandığını düşünür və məni incitməyini bu səbəblərlə bağlayırdım. Qonşuların evdəki səs-küyü eşitməməsi üçün ağlamağa belə qorxurdum. Hesab edirdim ki, ailə sirrini vermək olmaz, hətta ölsəm belə. Səhv düşünürdüm. O, mənim valideynlərimə belə gileylənmədiyimi görüb daha da "harınlayırdı". Səbəbsiz əzablar əvvəlcə həftədə bir neçə gün olurdusa, tədricən gündə bir neçə dəfə ilə əvəzləndi. Mən bədənimdə işgəncələrdən qalan izlərin görünməməsi üçün insanlar arasına belə çıxmırdım. Həyat yoldaşımdan polisə şikayət etmək fikrini özümə yaxın belə buraxmırdım. Axı o, mənim sevib ailə qurduğum adam idi".

Mehriban vəziyyətin bu həddə gəlib çatmasını cəmiyyətin "yazılmamış qanunları" ilə bağlayır: "Ana olmağa hazırlıq dövrlərimdə daha çox psixoloji cəhətdən sarsılırdım. O, qız övladım olarsa, məni və onu öldürəcəyi ilə hədələyirdi. Oğlum dünyaya gələrsə, hər şeyin sona çatacağını zənn edirdim. Amma... Sonra oğlumuz hər dəfə ağladıqca məni döyür, bir sözlə, vəhşilikləri bitmirdi".

Təsəllini övladı ilə alan Mehriban qonşuluqda bir neçə qadının da belə bir həyat tərzi yaşamasını və həmin qadınların "ərimdir, döyər də, sevər də" deyərək özlərinə təsəlli verdiklərini bildirir.

Eşitdiklərimin yalnız ayrı-ayrı adamların həyatında baş verə biləcək nadir hadisələrdən olduğunu düşünürdüm. Lakin Gəncə şəhərində müxtəlif yaşlı 40 qadın arasında apardığımız sorğu nəticəsində zorakılığa məruz qalan qadınlarımızın heç də az olmadığını müəyyən etdik.

Belə ki, adını bildirmək istəməyən ali təhsilli, 36 yaşlı qadın 12 illik ailə həyatında adi səbəblərdən yoldaşının onu təhqir etdiyini və bir çox hallarda döydüyünü deyir: "Nə qədər səmimi olmağa, onu başa salmağa çalışsam da, nəticəsi yoxdur. Qız övladlarım var, bu səbəbdən də atasız böyümələrini istəmirəm. Hüquqlarımın olduğunu deyəndə, belə şeyləri işlədiyim üçün bildiyimi və işləməyə qoymayacağını deyirdi".

25 yaşlı Səadət isə sorğunun mövzusunu bilən kimi, "Mənim indiyədək ailə qurmamağımın səbəbi də elə bu məsələlər olub, gözümü açandan, atamın zorakılığı məndə ailə obrazını qorxulu filmə çevirib" dedi.

Həkim-psixoloq Gülnarə Məmmədova qadınların ailədə zorakılığa məruz qalmalarının onlara psixoloji baxımdan çox ciddi təsir göstərdiyini təsdiqləyir: "Belə psixoloji təsir sanki bıçaq yarasıdır. Hər situasiyada öz təsirini bir cür göstərir. Hamiləlik dövründə qadının zorakılığa məruz qalaraq gərginlik keçirməsi onun psixoloji travma alması ilə nəticələnir. Bu travmalar bətndə olan uşağın nevrotik əlamətlərlə dünyaya gəlməsinə də səbəb olur. Həmçinin qadınların klimakterik dövrə vaxtından əvvəl keçməsinə gətirib çıxarır. Travmalı qadın uşaqları da kobud üsullarla tərbiyə etdiyindən gələcək zorakılıqlar zəncirinin uzanmasına səbəb olur".

Artıq 2 ildir həyat yoldaşı ilə ayrılan Mehriban hələ də normal övlad böyütmək iqtidarında olmadığını söylədi. "Uşağımı tərbiyə etmək, böyütmək mənim üçün çox çətindir. Mənən o qədər sarsılmışam ki, bir neçə il keçməsinə baxmayaraq, hələ də özümə gəlməmişəm. Onunla səbrlə danışıb onun istəklərini mənəvi cəhətdən qarşılaya bilmirəm. Hətta oğlumun da gələcəkdə narahat bir insan ola bilməsi ehtimalı məni qorxudur".

Gülnarə Məmmədova belə ailə mühitinin ailədəki gənclərə mənfi təsirlərindən də danışdı: "Gənc qız ailədə gördüyü mühiti öz təsəvvüründə bir obraza çevirir və bu görüntü onun psixologiyasına daim həkk olunur. O, ailə qurmaqdan qorxur. Ailə gənclərdən, xüsusilə qızlardan ötrü məsuliyyətli, əhəmiyyətli yuva əvəzinə təhlükəli məkana çevrilir. Bu səbəbdən onlar ailə qurmaqdan çəkinirlər".

Psixoloq G.Məmmədova müşahidələrin nəticəsi olaraq, müraciət edən qadınların hətta bir neçəsinin "əlacım olsa, evdən qaçaram, başımı götürüb gedərəm" kimi ifadələr işlətdiyini deyir. O söyləyir ki, ailə münaqişələri zəminində qadın davamlı depressiyaya düşür və onun pis yola düşmə ehtimalı bu kimi çətin psixoloji durumlarda daha da çoxalır.

Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə də qadına qarşı münasibətin lazımı səviyyədə olmadığını bildirdi. O, qadınlara qarşı zorakılıq hallarının, xüsusilə də psixoloji zorakılıq hallarının get-gedə artdığını və bu halların cinayətlərlə nəticələndiyini söyləyir: "Azərbaycanda son iki ildə qadın həbsxanalarında aparılan araşdırmalardan məlum olur ki, cəza çəkənlərin 70 faizi zorakılığa tab gətirməyərək, ərlərini öldürən və yaralayan insanlardır". Müsahibimiz insan alverçilərinin əsas hədəfinin qadınlar olduğunu xatırladaraq, bu cür halların cəmiyyətin qadına münasibətilə birbaşa bağlı olduğunu vurğuladı.

M.Əlizadə qadınların zorakılığa məruz qalma halları ilə mübarizənin zəifliyini müvafiq idarələrin, məsələn, polis, məhkəmə və digər dövlət qurumlarının qadın hüquqları ilə məşğul olan təşkilatlarla lazımi əlaqədə işləməməsi ilə izah etdi: "Bildirim ki, ailədə fiziki zorakılığa məruz qalan qadın məhkəmədə bundan daha çox psixoloji zoraklıqlarla üzləşir. Kişilər korrupsiya yolu ilə istənilən "dava"nı öz xeyrlərinə həll edə bilirlər. Bu səbəbdən, qadın şikayət belə etməkdən çəkinir. Əgər qadın əmin olsa ki, polis və ya məhkəmə onun hüquqlarını qoruyacaq, şikayət edər".

Müsahibimiz ölkəmizdə gender bərabərliyinin təmin edilməsi haqqında qanunun qüvvəyə minməsinə, 2007-ci ilin qadınlara qarşı zorakılıqla mübarizə ili elan olunmasına baxmayaraq, bu sahədə elə də böyük nəticələrin müşahidə olunmadığını və bunun səbəbini ölkəmizdə qadınlarla yanaşı, qanunlara qarşı da hörmətsizliklə əlaqələndirdi: "Digər bir amil də qadınların ailə sirrini verməməsi, onların cəmiyyət tərəfindən düzgün qəbul edilməyən fikirlərə boyun əyməsidir. Cəmiyyət əksər hallarda hər hansı bir qadının yoldaşı tərəfindən fiziki və ya psixoloji zorakılığa məruz qalmasını adi hal kimi qəbul edir".

Qadın problemləri üzrə mütəxəssis Məleykə xanım digər xarakterik zorakı hala - gənc qızların valideynləri tərəfindən erkən nikaha təhrik edilməsi məsələsinə də toxunaraq, ümumiyyətlə, qadının cəmiyyətdə müdafiə olunması yönündə ardıcıl fəaliyyət göstərilməsinin zəruriliyini bildirdi: "Hazırda bir çox qadın təşkilatları qurbanlarla deyil, əsasən risk qrupları ilə işləmək yönündə layihələr hazırlayırlar. Düşünürük ki, vaxtında maarifləndirmə aparsaq, həm gənc qızların, həm də ailəli qadınların maariflənməsinə, bir sözlə, onların demokratik proseslərdə yaxından iştirak etmələrinə nail olarıq".

"Şəffaflıq-Azərbaycan" təşkilatının Gəncə şəhəri nümayəndəliyinin rəhbəri Sevinc Məmmədovanın verdiyi məlumata görə, son bir neçə il ərzində öz problemləri ilə təşkilata müraciət edən 267 qadının 90 nəfəri öz həyat yoldaşının fiziki və mənəvi zorakılığından şikayətlənib.

"Qadınlar Vətəndaş Cəmiyyətində" Təşkilatının rəhbəri Gülnarə Həsənova da mövzuya münasibətini bildirdi: "Son vaxtlar qadınların cəmiyyətə inteqrasiyasına diqqət artsa da, bu, onların hüquqlarının tam bərpası demək deyil. Aparılan tədqiqatlar qadınlara qarşı fiziki və mənəvi zorakılığın hələ də mövcud olmasını aşkarlayır".

Müsahibə zamanı ölkəmizdə erkən nikah probleminə də toxunan G.Həsənova azyaşlı qızların evliliyə məhz ailələri tərəfindən təhrik edilməsini təəssüflə vurğuladı: "Müşahidələr göstərir ki, erkən nikahlar əsasən cahil və təmənnalı düşüncələrdən doğur. Belə ki, əsasən sosial vəziyyəti aşağı olan valideyn öz qızını sanki, kasıblıqdan sığortalamaq, bəzi hallarda öz sosial vəziyyətini düzəltmək məqsədilə erkən nikaha təhrik edir. Qızların erkən yaşda ərə verilməsi halları bəzi regionlar üzrə hətta ümumi nikahın 33-35 faizini təşkil edir".

G.Həsənova son vaxtlar qadınlar arasında ailədaxili münaqişələr və zorakılıq səbəbindən intihar hallarının 2-3 dəfə artdığını deyir: "Təşkilatımızın Qərb bölgəsində 2002-2007-ci ilər ərzində apardığı araşdırmalar nəticəsində 27 nəfərdən çox qadının mənəvi və fiziki zorakılığa dözməyərək intihar etdiyi müəyyən edilib. Bu il də bir qadın işgəncələrə dözməyib, öz canına qıyıb".

Digər müsahiblərimiz kimi, G.Həsənova da qadınların ağır mənəvi, eləcə də maddi durumlarından istifadə edərək, onları fahişəliyə təhrik etməklə öz çirkin bizneslərinə qoşmaq istəyənlərin hər zaman mövcudluğuna da toxundu.

Bizim "qəhrəmanımız" Mehriban da ailəsindən ayrıldıqdan bir qədər sonra az qala bu tələyə düşəcəkmiş: "Həmin vaxtlarda kirayə qalırdım, vəsait baxımından əziyyət çəkirdim. Yaxınlıqda yaşayan, qadın alveri ilə məşğul olan qadın məni də bu yola dəvət edirdi, hətta qəbul etməsəm belə, həmin qadın mənə dəfələrlə bazarlıq edib gətirirdi. Mən onun məqsədini bildiyimdən, dərhal həmin evdən köçdüm. Ancaq etiraf edim ki, psixoloji vəziyyətimdən asılı olaraq, bəlkə bir müddət də orada yaşasaydım, onun dediyinə gedərdim. Valideynlərimin məni qəbul etməsi həmin vaxtlara düşdü və mən bu səhvi etmədim".

Qərb bölgəsində sözügedən problemlər, o cümlədən qadın alveri ilə mübarizə barədə Gəncə şəhər Polis İdarəsinin şəxsi heyət üzrə köməkçisi Nofəl Hacıyev məlumat verdi: "Kimsə qadına zor tətbiq edirsə, o, Cinayət Məcəlləsinin 128 və 132-ci maddələri ilə cəzalandırılır. Qadınlara qarşı edilən zorakılığın ən ağır növü də onların aldadılaraq xarici ölkələrə aparılması və istismar edilməsidir".

N.Hacıyev bildirir ki, ötən il fahişəliyə cəlb edilmə ilə bağlı 6 fakt, bu ilin 5 ayı ərzində isə 2 nəfər azyaşlıya qarşı zorakılıqla bağlı faktlar qeydə alınıb. Onun sözlərinə görə, bu mövcud olanların yalnız cüzi bir hissəsidir.

"Qadınları bu yola təhrik etmə Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə məsuliyyəti nəzərdə tutur. Və həmin şəxslər şərti maliyyə vahidinin 500-1000 misli üzrə cərimə və ya 3 ilədək, ağır cinayət hallarında isə 3-6 illik həbsə məhkum edilirlər. Daxili İşlər Nazirliyinin tərkibində yaradılmış İnsan alverinə qarşı mübarizə idarəsinin fəaliyyətinin müsbət nəticə verəcəyi qənaətindəyik", - deyə N.Hacıyev qeyd etdi.

Gəncə şəhər Nizami rayon Məhkəməsinin sədri Nizami Hümbətov qeyd edir ki, məhkəmələrdə ailənin dağılmasının əsas səbəbi kimi, qadınların ərləri tərəfindən mütəmadi zorakılığa məruz qalmaları bildirilir.

Müstəqil hüquqşünas Ramil Əliyev xatırladır ki, qadınların kişilərlə bərabər hüqulara malik olması Konstitusiyanın 25-ci maddəsinin 2-ci bəndində təsbit edilib: "Bu maddəyə görə, ər və arvad bərabərhüquqludur və onların bərabərliyinə uyğun olaraq ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqları vardır. Bunula yanaşı analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailəyə aid digər məsələlər ər və arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir".

Daxili İşlər Nazirliyinin məlumatından aydın olur ki, bu ilin 3 ayı ərzində bəhs etdiyimiz mövzuya aidiyyatı olan 75 cinayət faktı aşkarlanıb, 72 cinayət işinin istintaqı aparılıb və nəticədə 79 şəxs məsuliyyətə cəlb edilib. 20 nəfər insan alverinin qurbanı olub. Cinayətlərdən 9-u insan alveri (Maddə 144-1), 9-u fahişəliyə cəlb etmə (Maddə 243), 51-i əxlaqsız yuva saxlama (Maddə 244), 3-ü yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etmə (Maddə 171), 2-si seksual xarakterli hərəkətlərə məcbur etmə (Maddə 151), 1-i narkotik maddələrin qanunsuz saxlanılması (Maddə 234)-cü maddələri üzrə olub.

 

http://www.ayna.az/

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb