Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


QIZLAR DÜNYAMIZI İRƏLİYƏ APARIRLAR


2007063003_120Azərbaycanda fəaliyyət göstərən Sülh Korpusu təşkilatı artıq ikinci ildir GLOW düşərgəsi təşkil edir. Bu dəfə Qəbələdə məskunlaşan iştirakçılarla düşərgənin son günlərində görüşdük. Gözlədiyimizdən də artıq gənc qızların iştirak etdiyi düşərgənin yarımgünlük qonağı olmaqla onların təəssüratlarını, eləcə də düşərgədə əldə etdikləri biliklərə dair fikirlərini dinləmək şansı qazandıq.

GLOW (Girl Leading Our World) nədir? İngiliscədən tərcümədə "Qızlar dünyamızı irəliyə aparır" adlanan liderlik düşərgəsinin əsas məqsədi gənc qızların dünyamızın daha fəal vətəndaşları olaraq ortaya çıxmasını həvəsləndirmək və təlimatlandırmaqdan ibarətdir. Bu düşərgə iştirakçılarda özünə inamı, eləcə də sahib olduqları qabiliyyət və bacarıqları inkişaf etdirməklə yanaşı, onlarda məqsəd və hədəfi müəyyən etmə, karyera seçimi, nəhayət, düzgün planlaşdırma qabiliyyətini inkişaf etdirir.

Qeyd edək ki, ilk GLOW düşərgəsi 1995-ci ildə Rumıniyada, Sülh Korpusu Könüllüləri və onların həmkarları tərəfindən keçirilib. Beş il sonra isə təşkilat fəaliyyət göstərdiyi digər 21 ölkədə analoji düşərgələrin fəaliyyət göstərməsinə nail olub. Azərbaycan ilk dəfə olaraq bu ölkələrin sırasına 2005-ci ilin yayında, öz milli GLOW düşərgəsini təşkil etməklə qoşulub. Sülh Korpusunun könüllülərindən olan Keti Stearns bizimlə söhbətində qeyd etdi ki, düşərgənin fəaliyyətə başladığı vaxtdan indiyə qədər 70-dən artıq gənc qız GLOW düşərgəsinə qoşulmuş və burada iştirak etmişdir.

Keti deyir ki, düşərgənin iştirakçıları Sülh Korpusunun könüllülərinin fəaliyyət göstərdiyi rayonların məktəbliləri arasından seçilir: "Düşərgə iştirakçıları Azərbaycanın bütün rayonlarından olmaqla bir yerə toplaşırlar. Onlara çox böyük həvəslə azərbaycanlı ingilis dili müəllimləri və onların Sülh Korpusundan olan həmkarları da qoşulurlar. Beş gecə və altı gün olmaqla düşərgə iştirakçıları müxtəlif əyləncəli və maraqlı fəaliyyətlərlə məşğul olurlar. Düşərgədə səhərlər idmanla başlayır və sonra gün ərzində dərslər davam etdirilir".

GLOW-nun dərsləri əsasən hansı mövzuları əhatə edir? Sualımızı Sülh Korpusunun digər könüllüsü Mariko Hyuz cavablandırdı. Onun sözlərinə görə, beş gün ərzində düşərgədə keçirilən dərslər müxtəlifliyi ilə seçilir. "Mövzular əsasən liderlik, idarəetmə qabiliyyəti və bacarıqlarının öyrənilməsi üzərində qurulur. Bunlardan əlavə könüllülərimiz gənc qızlara təşəbbüskarlıq, problem həll etmə, əməkdaşlıq, məsuliyyət, inteqrasiya, cəsarət və s. kimi bilik və bacarıqlara dair də məlumatlar aşılayırlar", - deyə müsahibim əlavə etdi.

Öz növbəsində Sülh Korpusunun digər könüllüsü Katerina qeyd edir ki, düşərgədə təlim müddətində onlar iştirakçıları real həyatda uğur qazanmış qadınlarla da görüşdürürlər. Belə ki, əsasən düşərgənin qonağı statusuna malik olan bu xanımlar əldə etdikləri nailiyyətlərdən, problemlərdən, onları həll etmə yollarından bəhs edir və qızların suallarını cavablandırırlar. Məsələn, düşərgənin ötənilki qonaqları sırasında ABŞ-ın ölkəmizdəki səfiri Ənn Dörsi də olub.

Ümumiyyətlə, qeyd edək ki, Azərbaycanın bölgələrində yaşayan və məktəblərdə çalışan Sülh Korpusunun könüllüləri əsasən gənclərə ingilis dilini inkişaf etdirməkdə yardımçı olurlar. Məsələn, təşkilatın ötən il təşkil etdiyi düşərgə sırf ingilis dilində keçirilib ki, bu da gənc qızlara dil bacarıqlarını bir qədər də inkişaf etdirməyə imkan verib.

Goranboy rayonundan olan Şahnaz artıq ikinci ildir GLOW-nun düşərgəsində iştirak edir. Şahnazın dediyinə görə, bu düşərgədə olmaq onun həyatında bir sıra dəyişikliklər edib. Belə ki, burada əldə etdiyi biliklər ona həyatda daha sərbəst və qətiyyətli olmağı öyrədib: "GLOW məni, eləcə də digər həmyaşıdlarımı məktəbimizin ictimai işlərində daha fəal olmağa çağırır. Artıq ikinci ildir mən bu düşərgədə iştirak edirəm və hər dəfə yeni biliklər, eyni zamanda yeni dostlar qazanıram. Məsələn, ötən il ingilis dilində keçirilən inşa müsabiqəsində yer tutdum. Təbii ki, bu sərbəstliyi, qətiyyəti burada öyrənmişəm".

Şahnazın dediyinə görə, ikinci il düşərgədə iştirak etdiyindən, bu il təcrübəli iştirakçı kimi biliklərini digər həmyaşıdları ilə bölüşmək şansı da qazanıb. "Ümumiyyətlə, bu düşərgə hər kəs üçün vacibdir. Biz burada bilik əldə etməklə yanaşı, müxtəlif maraqlı insanlarla görüşmək şansı qazanırıq. Məncə, onların əldə etdikləri uğurlar barədə söhbətləri dinləmək bizim gələcək işlərimizdə yardımçı ola bilər. Həmçinin biz düşərgə müddətində müxtəlif oyunlar oynayır, eləcə də şəxsi bacarıqları inkişaf etdirə bilirik. Rayona qayıtdıqdan sonra isə burada öyrəndiklərimizi digər həmyaşıdlarımızla paylaşırıq", - deyə o əlavə etdi.

Gədəbəy rayonudan olan Şəlalə isə GLOW düşərgəsinə ilk dəfə gəlib. "İlk dəfə olaraq ailəmi və rayonumu tərk etmək mənim üçün çətin idi. Buradakı mühit isə bizə bu çətinliyi unutdurur. Çünki bu altı gün ərzində yeni dostlar, eyni zamanda Vətənimizin digər bölgəsində olmaq şansı qazandım. Mən GLOW-dan çox şey öyrəndim və düşünürəm ki, Azərbaycanda hər bir qız heç olmasa bir dəfə GLOW-ya getməlidir. Mən heç vaxt GLOW-nu və yeni dostlarımı unutmayacağam", - deyə müsahibim bildirdi.

Öz növbəsində Keti Stearns deyir ki, GLOW gənc qızlara gələcək həyatlarında daha sərbəst olmaq üçün xeyli şans verir. Onun sözlərinə görə, təmsil etdiyi təşkilat gələcəkdə də bu səpkili düşərgələrin təşkilini davam etdirmək niyyətindədir.

Əlbəttə ki, hamının eyni zamanda lider olması mümkün deyil. Amma hər kəs seçəcəyi sahənin lideri olsa, qarşıya qoyduğu məqsədə nail olmaq üçün düzgün mövqe seçsə, o zaman daha dayanıqlı cəmiyyət quracağımıza əmin ola bilərik. Digər tərəfdən paytaxtda və ya bölgədə yaşamasından asılı olmayaraq, ölkənin savadlı xanımlara ehtiyacı var. Çünki sivil cəmiyyət üçün gərəkli olan insanları məhz savadlı analar yetişdirir. Bu düşərgədəki qızlarla söhbətimizdən də yəqin etdik ki, bu gənclər dünyanı inkişaf etdirməyə, irəli aparmağa qadirdirlər.                                                                                              

AYƏHN

 

http://www.ayna.az/rubric.php?id=19805

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb