Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


UŞAQLAR ÜÇÜN YARARLI MƏKTƏB



"Ümidli Gələcək" Gənclər Təşkilatının ekspertinin fikrincə, təhsil ocaqlarının tam yararlı olması üçün hələ xeyli işlər görülməlidir
AYNURƏ
Məlum olduğu kimi, "Ümidli Gələcək" Gənclər Təşkilatı 2006-cı ildən etibarən "Uşaqlar üçün yararlı məktəb" layihəsinin icrasına başlayıb. Məlumat üçün bildirək ki, "Uşaqlar üçün yararlı məktəb" konsepsiyası səmərəli təhsil, sağlam, bütün uşaqları qoruyan mühitlə, həmçinin valideyn və icma nümayəndələrinin məktəbin həyatında fəal iştirakı ilə xarakterizə edilir. Təşkilatın eksperti Nizami Heydərov bizimlə söhbətində layihənin məqsəd və məramı barədə söhbət açır. Onun sözlərinə görə, layihə təhsilin keyfiyyətinin yüksəldilməsi və müasirləşdirilməsinə xidmət edir. Müsahibim bu qənaətdədir ki, layihənin quruluşu məktəbin uşaqlara yararlı olması üçün maraqlı olan bütün tərəflərin birgə səylərini özündə ehtiva edir.
Müsahibim bu qənaətdədir ki, "Uşaqlar üçün yararlı məktəb" konsepsiyası Uşaq Hüquqları Konvensiyasında əksini tapan uşaq hüquqlarının gerçəkləşdirilməsi vasitələrindən biridir. Ekspert söyləyir ki, məktəbin işi hər bir uşağın icbari təhsil hüququnu təmin etməklə bitmir. Belə ki, uşaq hüquqlarını üstün tutan məktəb uşaqların potensialının tam açılmasına çalışır, uşağın fərd olaraq səhhətinə, qidalanma durumuna və rifahına, onun ailəsinə və yaşadığı icmadakı durumuna diqqət yetirir.
Onu da qeyd edək ki, konsepsiyanın əsasında "məktəb uşağın dostu olmalıdır" fikri dayanır. Maraqlıdır, məgər məktəb indiyə qədər uşağın dostu olmayıb? N.Heydərov söyləyir ki, məktəblər indiyə qədər uşaqların təlim-tərbiyəsi üçün əlindən gələni edib: "Lakin indi məlum olur ki, bunlar kifayət etmir. Müasir məktəblərdəki durum, şagirdin şagirdə, müəllimin şagirdə, müəllimin öz işinə münasibəti bizə imkan verir deyək ki, hələ görüləsi xeyli iş var. Mən bu qənaətdəyəm ki, layihədə nəzərdə tutulan beş komponentin həyata keçirilməsi mövcud problemləri aradan qaldırmağa imkan verəcək".
Nizami Heydərovun dediyinə görə, aparılan siyasətin mahiyyətində heç bir uşağın təhsildən kənarda qalmaması dayanır. O qeyd edir ki, hazırda təhsildən kənarda qalan və yayınan uşaqlar kateqoriyası mövcuddur. Xüsusi qayğıya, xüsusi pedaqoji və psixoloji xidmətə ehtiyac duyanlar, yoxsul ailələrdən olan uşaqlar, baxımsız, küçədə işləyən və problemli uşaqlar, valideyn qayğısından məhrum olanlar və qanunla münaqişədə olan uşaqlar bu sırada özünəməxsus yer tuturlar.
Müsahibim deyir ki, 2005-ci ildə BMT Uşaq Hüquqları Komitəsinə ölkəmizdəki uşaq hüquqlarının vəziyyəti haqqında hesabat hazırlanarkən xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam uşaqlarla bir yerdə təhsil alması haqqında uşaqlar, müəllimlər, valideynlər arasında rəy sorğusu keçirilib. Nə qədər qəribə olsa da, müəllim və valideynlər bunun əleyhinə olublar, şagirdlər isə bu məsələyə müsbət yanaşıblar: "Sorğudan məlum oldu ki, əlil uşaqlara münasibətdə uşaqların deyil, yaşlı nəslin problemləri var. Halbuki, sağlam uşaqlarla bir yerdə təhsil alan, fiziki qüsuru olan uşaq özünü cəmiyyətin tamhüquqlu üzvü hesab edə bilər".
Yoxsul ailələrdən olan uşaqlara gəldikdə isə, layihənin gedişində məlum olub ki, məktəbdə olan bir çox münaqişələrin kökündə bu problem dayanır: "Normal geyinə bilməyən, məktəb bufetindən istifadə etməyə imkanı olmayan, məktəb ləvazimatı çatışmayan uşaqda ətrafa nifrət yaranır və o, hissini tezliklə bu və ya digər formada büruzə verir". Ekspert hesab edir ki, uşaqların təhsildən yayınmasına mane olan problemlərin həlli yolları araşdırılmalıdır. Ən əsası bu problemlərin aradan qaldırılması üçün konkret işlər görülməlidir: "Dövlətin yardımı, məktəbin vasitəsilə şagirdlər gündə bir dəfə isti yeməklə, dərs ləvazimatları ilə, yoxsul ailələrin uşaqları isə üstəlik geyimlə təmin olunmalıdırlar".
N.Heydərov deyir ki, küçədə işləyənlərə və problemli ailələrin uşaqlarına ölkənin bütün rayon, şəhər, qəsəbələrində rast gəlmək olar. Onlar gün ərzində 10-14 saat küçədə maşın yuyur, çayxanalarda çay daşıyır, maşın təmiri emalatxanalarında işləyirlər: "Bizlər isə buna çox sakit baxırıq. Nədənsə, hesab edirik ki, belə də olmalıdır. Heç ağlımıza gəlmir ki, onlar təhsil almalı, istirahət etməli, oynamalı, yəni bütün dünyada olduğu kimi, normal uşaq həyatı keçirməlidirlər. Axı uşaq əməklə məşğul olmalı deyil! Əgər ailənin iqtisadi durumu lap böhranlı həddədirsə, uşaq 3-4 saat işləyə bilər, daha 12-14 saat yox. Axı bu, onun səhhətinə, normal inkişafına, təhsil almağına ziyandır".
Müsahibəsində problemlərin çox cüzi hissəsinə toxunduğunu dilə gətirən N.Heydərov söyləyir ki, əgər bu məsələ dərindən araşdırılarsa, çox məsələlər ortalığa çıxar: "İlk baxışda xırda görünən bu problemlər təhsil prosesinə, məktəbin mənəvi mühitinə, uşaq tərbiyəsinə ciddi zərər yetirir, bir sıra çətinliklər yaradır".
Müsahibim bu qənaətdədir ki, "Uşaqlar üçün yararlı məktəb" konsepsiyasının gerçəkləşdirilməsi, təhsil ocaqlarında Valideyn-Müəllim assosiasiyalarının yaradılması və təbii ki, ictimaiyyətin və dövlətin bu proseslərə dəstəyi ilə yuxarıda sadalanan problemləri aradan qaldırmaq mümkündür. Təşkilatın ekspertinin fikrincə, "Uşaqlar üçün yararlı məktəb" konsepsiyası bütün orta təhsil məktəblərində gerçəkləşərsə, uşaqların maraqları təmin olunar, hər bir uşaq təhsillə əhatə edilər və cəmiyyət üçün yararlı bir şəxs, vətəndaş yetişər. Onu da qeyd edək ki, bu, təkcə dövlətdən, məktəbdən deyil, hər bir vətəndaşdan asılı olan məsələdir.
N.Heydərov konsepsiya gerçəkləşdirilən bir rayonun təcrübəsindən misallar çəkir. Onun dediklərindən məlum olur ki, Füzuli rayonu ərazisində seçilmiş pilot məktəblərdə sözügedən konsepsiyanın prinsiplərinin həyata keçirilməsinə artıq başlanılıb. Belə ki, "Qayıdış-3" qəsəbə orta məktəbində "Uşaq üçün yararlı məktəb" guşəsi yaradılıb. Guşədə bukletlər, kitab və vəsaitlər yerləşdirilib ki, müəllim və şagirdlər bundan faydalanırlar.
Aşağı Kürdmahmudlu kənd orta məktəbinin foyesində isə təkliflər qutusu asılıb. Valideyn və şagirdlər öz təklif və qeydlərini artıq qutuya atmağa başlayıblar. Müsahibim söyləyir ki, məktəb rəhbərliyi və şagirdlərin nümayəndələrinin iştirakı ilə ilk dəfə qutu açılanda çox maraqlı təkliflərə rast gəliblər. Hazırda həmin təkliflərin yerinə yetirilməsi üzərində iş getdiyini vurğulayan ekspert deyir ki, Kərimbəyli kənd orta məktəbində Uşaq Hüquqları Konvensiyasının məktəbdə tədrisi məsələsi pedaqoji şurada müzakirə edilib. Tədrisin vaxtı müəyyənləşdirildikdən sonra sözügedən məktəbdə konvensiyanın tədrisinə start veriləcək.

http://www.ayna.az/rubric.php?id=10375
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb