Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


MƏKTƏBLƏRDƏ ZORAKILIĞA "YOX" DEYƏK!


Ekspertin qənaətincə, məktəbin uşaqlar üçün yararlı olmasını təmin etmək üçün müəllimlərin təlimlərə cəlb edilməsi və zorakılıq əleyhinə qaydaların hazırlanması vacibdir
A.AKİFQIZI
Bu gün Azərbaycan məktəblərində uşaqların münaqişələrdə iştirakı, bəzi hallarda onların zorakılığa məruz qalması faktları yetərincədir. Vaxtilə müəllimin şagirdi vurması, hansısa üsulla cəzalandırılması tərbiyə metodu kimi qəbul edilirdisə, müasir təhsil ocaqlarında bu, uşaqlara qarşı zorakılıq kimi başa düşülür. Əlbəttə ki, zorakılığın şagirdin şəxsiyyət kimi yetişməsinə, keyfiyyətli təhsil almasına mənfi təsiri mövcuddur. Ona görə də təsadüfi deyil ki, "Uşaqlar üçün yararlı məktəb" konsepsiyasının beş prinsipindən biri təhsil ocaqlarının müdafiəli mühiti ilə əlaqəlidir.
"Ümidli Gələcək" Gənclər Təşkilatının əməkdaşı Dadaş Əhmədov bizimlə söhbətində məktəblərdə müdafiəli mühitin yaradılması istiqamətində aparılan işlərdən söhbət açır. Onun sözlərinə görə, məktəb rəhbərliyi, müəllimlər və digər yaşlı şəxslər məktəb ərazisində baş verən hər cür zorakılıq hallarının qarşısının alınmasında və münaqişələrin sivil yollarla çözülməsində əsas məsuliyyət daşıyanlardır. Onlar həm özləri şagirdlərə davranışlarında, eləcə də şagirdlərin bir-biri ilə davranışlarında zorakı üsulların istisna edilməsinə çalışmalı, uşaqların hər cür qorxu-hürküdən kənar, müstəqil və ləyaqətli vətəndaşlar kimi yetişmələrinə yardım etməlidirlər. Bir sözlə, müdafiəli məktəbdə zorakılıq olmamalıdır.
Ekspert "zorakılıq" anlayışının mahiyyətini açıqlayır: "Zorakılıq bir şəxsin öz gücündən, yaxud mövqeyindən istifadə edərək digər şəxsə qarşı məqsədyönlü şəkildə ağrıdıcı, incidici və alçaldıcı hərəkətlərə yol verməsidir. Zorakılıq həmçinin, güc tətbiqi ilə təhdidetməni və mümkün zərər yetirmə hərəkətlərini də ehtiva edir. Zərər yetirmə insanın fiziki varlığına, eləcə də onun mənəviyyatına, yaxud sağlamlığına yönəlmiş ola bilər". UNİCEF-in anlayışına görə isə, zorakılıq "düşünülmüş halda fiziki və ya digər güc formalarının tətbiqi, xəsarət, ölüm, psixoloji zərər, inkişafdan qalma və ya məhrumetməyə səbəb olan və ya böyük ehtimalla belə nəticələnə biləcək bir şəxsin digər bir şəxs, qrup və ya birlik tərəfindən hədələnməsi və ya belə davranışa məruz qalmasıdır".
D.Əhmədov məktəb daxilində baş verən zorakılıqlara hər hansı əşya ilə uşağın vurulmasını, hansısa əşya ilə uşağın qorxudulmasını, döyülməsini, intizam məqsədilə cismani cəzanın tətbiqini aid edir. Həmçinin uşağın üzünə və ya başına vurmaq, saçını yolmaq, çimdikləmək, qulağını burmaq, diz çökdürmək və ya başqa narahat vəziyyətə salmaq, soyuq havada sinifdən kənarda saxlamaq, fiziki məhdudiyyətlər qoymaq, istehza etmək və s. də zorakılıq halları hesab edilir.
Onun fikrincə, məktəblərin kollektivi bütün bu zorakılıq formalarını pisləməlidir. Müsahibim bu cür halların baş verməsi üçün məktəbin zorakılıq əleyhinə davranış qaydalarının yaradılmasını vacib hesab edir. Onun dediyinə görə, zorakılığın aradan qaldırılması və zorakılığa yol verməmək insanların öz hüquqlarını bilmələri və onu qorumaları ilə bağlıdır. Söhbət əsnasında öyrəndik ki, "Ümidli gələcək" Gənclər Təşkilatı təhsil ocaqlarında zorakılığın qarşısının alınması məqsədilə tədris proqramına Uşaq Hüquqları Konvensiyasının tədrisinin daxil edilməsini təklif edir. Bundan başqa, təşkilat VII-XI siniflərdə oxuyan uşaqlar arasında zorakılıq və onun aradan qaldırılması yolları barədə "dəyirmi masa"lar təşkil edilməsini məqsədəuyğun hesab edir. D.Əhmədov uşaqlara qarşı zorakılığa yol vermiş istənilən şəxs barədə ən ciddi intizam tədbirləri həyata keçirilməsi təklifi ilə çıxış edir.
Lakin müsahibim deyir ki, uşaq mühitində münaqişə və narazılıqların olması labüddür. Çünki müəllim-şagird, şagirdlərin qarşılıqlı münasibətlərində münaqişələr yarana bilər. Ancaq bu halların minimuma endirilməsi mümkündür. Təbii ki, bunun üçün müəyyən mexanizmlər tərtib edilməlidir. D.Əhmədov müəllimlərin münaqişələrin həlli mexanizmini bilmədiyini vurğulayaraq "əlbəttə ki, münaqişələrin həlli mexanizmləri mövcuddur. Hətta münaqişədən yayınmaq da onun həlli hesab edilə bilər. Fikrimcə, münaqişəni yarışa çevirmək olar ki, bu da inkişafa köməkdir. Çünki münaqişəsiz inkişaf yoxdur. Bəlli olduğu kimi, inkişaf münaqişələrin üzərində qurulub. Amma unutmaq olmaz ki, münaqişə tənəzzülə də apara bilər", - dedi.
Müsahibim müəllimlərin münaqişələrin həlli yolları ilə bağlı təlimlərə cəlb edilməsinin vacibliyini önə çəkərək əlavə etdi ki, uşaqların öz hüquqlarını müdafiə etmələri üçün konkret mexanizmlər hazırlanmalıdır. Bu məqsədlə məktəblərdə uşaq parlamenti yaradılmalı və o, məktəblə bağlı qərarların qəbulunda iştirak etməlidir. D.Əhmədov uşaqların müəllimlər, yuxarı sinif şagirdləri və digər yaşlı insanların davranışı barədə düşüncələrini müəyyənləşdirmək məqsədilə məktəbdə uşaq hüquqları guşəsində təkliflər qutusu yerləşdirilməsi təşəbbüsü ilə çıxış edir. Onun fikrincə, təkliflər qutusuna nəzarət sinif növbətçiləri tərəfindən həyata keçirilə bilər. Belə ki, hər ayın son həftəsinin şənbə günü təklfilər qutusu məktəb direktoru, məktəb parlamentinin üzvləri və VMA təmsilçisinin iştirakı ilə açıla və oradakı təklif və şikayətlər araşdırıla bilər.

http://www.ayna.az/rubric.php?id=10376
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb