Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Azərbaycan Respublikasının Seçki Məcəlləsi


Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Bu Məcəllə Azərbaycan Respublikası parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

 

Ümumi hissə

I bölmə. Əsas anlayışlar

 

Birinci fəsil Əsas anlayışlar və prinsiplər

 

Maddə 1. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

     1.1. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə edilir:

     1.1.1. referendum - Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsi;

     1.1.2. seçkilər - Azərbaycan Respublikasının Konstitusiyası və bu Məcəllə əsasında keçirilən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri;

     1.1.3. seçici - seçki hüququna malik şəxs;

     1.1.4. seçki (referendum) komissiyası - bu Məcəllə ilə nəzərdə tutulan qaydada formalaşdırılan və seçkilərin (referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqan;

     1.1.5. seçki dairəsi - qeydə alınmış seçicilərin hər hansı seçkili orqana nümayəndə (numayəndələr) seçməsi üçün bu Məcəlləyə uyğun olaraq təşkil edilmiş ərazi vahidi;

     1.1.6. vətəndaş - aktiv seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşları, bu Məcəllənin 12.2-ci və 12.3- cü maddələrində göstərilən şəxslər;

     1.1.7. namizəd - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, bələdiyyələrə üzv seçilmək üçün bu Məcəlləyə uyğun olaraq namizədliyi irəli sürülmüş şəxs;

     1.1.8. seçki hüququ - Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını, Azərbaycan Respublikasının Prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində, seçkiqabağı (referendumqabağı) təşviqatda, seçki (referendum) komissiyalarının işində, seçkilərin (referendumun) keçirilməsinin müşahidəsində (seçkilərin (referendumun) nəticələrinin müəyyən edilməsi də daxil olmaqla), səsvermədə, digər seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək;

     1.1.9. seçici siyahıları - müvafiq seçki (referendum) dairəsinin seçki (referendum) məntəqəsi ərazisində yaşayan və seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının siyahıları;

     1.1.10. imza vərəqələri - bu və ya digər namizədin seçkilər zamanı dəstəklənməsinə yönəldilən və ya referendumqabağı təşviqatda iştirak məqsədi ilə referendum üzrə təşviqat qrupunda üzvlük haqqında seçicilərin imzaları olan siyahılar;

     1.1.11. təşviqat materialları - seçki (referendum) kampaniyası zamanı dərc edilməsi və ya digər üsullarla yayılması nəzərdə tutulan seçkiqabağı (referendumqabağı) təşviqata həsr edilmiş çap, audiovizual və digər materiallar;

     1.1.12. referendumqabağı təşviqat - vətəndaşların, referendum üzrə təşviqat qruplarının referendumda iştirak etmək hüququ olan vətəndaşları referendumda iştirak etməyə, referenduma çıxarılan məsələləri dəstəkləməyə və ya dəstəkləməməyə çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti;

     1.1.13. seçkiqabağı təşviqat - vətəndaşların və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti;

     1.1.14. namizədlərin irəli sürülməsi - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasında bələdiyyə üzvü vəzifəsinə seçilməsi nəzərdə tutulan şəxslərin müəyyən edilməsinə dair təşəbbüs, həmçinin bu təşəbbüsün dəstəklənməsinə yönəldilmiş imzaların toplanması və ya bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada göstərilən təşəbbüsün digər üsullarla həyata keçirilmə formaları;

     1.1.15. qeydə alınmış namizəd - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, bələdiyyələrə üzv seçilmək üçün bu Məcəlləyə uyğun olaraq qeydə alınmış şəxs;

     1.1.16. referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçüləri - referendum üzrə təşviqat qrupunun yaradılması üçün təşəbbüs göstərən və həmin qrupun yaradılması üçün müvafiq seçki komissiyasına təqdim edilməli olan bildirişi imzalayan Azərbaycan Respublikasının vətəndaşları;

     1.1.17. referendum üzrə təşviqat qrupunun üzvləri - referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan imza vərəqələrində imza edən Azərbaycan Respublikasının vətəndaşları;

     1.1.18. müşahidə - məlumatların yığılması və onların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırlanması;

     1.1.19. müşahidəçi - seçkilərin (referendumun) keçirilməsi zamanı seçkiləri (referendumu) müşahidə etmək üçün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, referendum üzrə təşviqat qrupları, namizədlər tərəfindən təyin edilən və bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada müvafiq seçki (referendum) komissiyasında qeydə alınmış şəxs;

     1.1.20. beynəlxalq (xarici) müşahidəçi - seçkiləri (referendumu) müşahidə etmək hüququnu almış və xarici dövləti, xarici və ya beynəlxalq təşkilatı təmsil edən şəxs;

     1.1.21. seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslər - müşahidəçilər, beynəlxalq (xarici) müşahidəçilər, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr, kütləvi informasiya vasitələrinin nümayəndələri;

     1.1.22. siyasi partiyalar bloku - seçkilərdə birgə iştirak etmək üçün iki və daha çox siyasi partiyanın yaratdığı və seçkilər zamanı siyasi partiyalarla eyni hüquqa malik olan blok;

     1.1.23. seçki (referendum) kampaniyası - seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərcinə qədər çəkən müddətdə həyata keçirilən seçki (referendum) hərəkətləri;

     1.1.24. seçki (referendum) şikayəti - seçkilərlə (referendumla) əlaqədar sənədlərin, qərarların, hərəkətlərin (hərəkətsizliyin) nəticələrinin ləğv edilməsinə və ya bu nəticələrə yenidən baxılmasına yönəldilmiş müraciət;

     1.1.25. şəxsiyyəti təsdiq edən sənəd - şəxsiyyət vəsiqəsi və ya vətəndaşın adını, atasının adını, soyadını, doğum tarixini, yaşayış ünvanını əks etdirən və həmçinin vətəndaşın fotoşəkli olan rəsmi sənəd (bu cür sənədlərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir);

     1.1.26. tabelik - rəhbər ilə tabelikdə olan arasında xidməti münasibətlər, o cümlədən birincinin ikinci üzərində sərəncamçı səlahiyyətlərinin olması nəzərdə tutulur, yəni birinci öz vəzifə səlahiyyətləri daxilində ikincini işə qəbul etmək, işdən azad etmək, ona icrası məcburi olan əmr, sərəncam və göstərişlər vermək, onu mükafatlandırmaq və onun barəsində intizam tədbirləri görmək hüququna malik olmalıdır;

     1.1.27. dərc - seçki komissiyalarının və seçkilərin (referendumun) keçirilməsində iştirak edən digər dövlət orqanlarının seçkilərlə (referendumla) bağlı qərarlarının məlumat lövhələrində yerləşdirilməsi yolu ilə, rəsmi çap, televiziya, radio və ya hamının həmin qərarlarla tanış olmasını mümkün edən digər üsullarla əhalinin nəzərinə çatdırılması və ya elan edilməsi;

     1.1.28. uzaq və ya yolu çətin yerlər - dağlıq ərazidə yerləşən və təbii şəraitlə bağlı ictimai nəqliyyat ilə ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan artıq vaxt tələb olunan yaşayış məntəqələri.

 

Maddə 2. Seçkilərdə və referendumda iştirakın prinsipləri

     2.1. Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.

     2.2. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə və referendumda iştirakı azad və könüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.

     2.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluq idarələri seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.

     2.4. Seçkilər referendumla eyni gündə keçirilə bilməz.

     2.5. Seçkilərin və referendumun hazırlanması və keçirilməsi, səslərin hesablanması,səsvermənin yekunlarının,seçkilərin və referendumun nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilir.

     2.6. Seçkilərdə (referendumda) iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər:

     2.6.1. mətbuat azadlığına hörmət bəsləmək;

     2.6.2. öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələrinin nümayəndələrinin işinə mane olmamaq, namizədlərin partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;

     2.6.3. seçkiqabağı təşviqat materiallarının, referendumqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;

     2.6.4. seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bü cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;

     2.6.5. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;

     2.6.6. seçkilərin (referendumun) azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki (referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;

     2.6.7. seçicilərin öz iradəsini azad və sərbəst bildirilməsinə maneçilik törətməmək;

     2.6.8. səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;

     2.6.9. səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;

     2.6.10. seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;

     2.6.11. seçki (referendum) komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq;

     2.6.12. seçkilərin (referendumun) qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə (referendumla) bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;

     2.6.13. hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;

     2.6.14. seçicilərə mükafat təklif etməmək, cəza ilə hədələməmək;

     2.6.15. dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;

     2.6.16. təzyiq yolu ilə və ya bəxşiş təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;

     2.6.17. təzyiq göstərmək ilə və ya bəxşiş təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və ya iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya götürməməyə, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;

     2.6.18. heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.

     2.7. Bu Məcəllənin 2.6.2-ci - 2.6.5-ci, 2.6.7-ci, 2.6.10- cu, 2.6.11-ci, 2.6.13-cü-2.6.18-ci maddələrinin tələblərinin pozulması Azərbaycan Respublikası Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə səbəb olur.

 

Maddə 3. Ümumi seçki hüququ

     İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.

 

Maddə 4. Bərabər seçki hüququ

     4.1. Vətəndaşlar seçkilərdə və referendumda bərabər əsaslarla iştirak edirlər.

     4.2. Hər bir səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır.

     4.3. Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir.

 

Azərbaycan Respublikasının prezidenti

Heydər Əliyev

 Bakı şəhəri, 27 may 2003-cü il

N: 00-SeM

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb