Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"KÜÇƏDƏ OLDUĞU KİMİ, AİLƏDƏ də QADINLARI TƏHLÜKƏ GÖZLƏYİR"


Ümumdünya Səhiyyə Təşkilatı ailədaxili zorakılıq faktlarının artmasından narahatdır
V.ZEYNALOVA
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ailədaxili zorakılıq halları ildən-ilə artmaqdadır ki, bu da ilk növbədə insanların sağlamlığına mənfi təsir göstərir. Qurumun hesabatında ayrı-ayrı ölkələrdə bu kimi faktların hələ də gizlədildiyi qeyd edilir. "Aparılan araşdırmalar göstərir ki, küçədə olduğu kimi, evdə, ailədə də qadınları təhlükə gözləyir. Bu isə onların sağlamlığı üçün ciddi fəsadlar törədə biləcək təhlükədir", - deyə ÜST-ün baş direktoru Li Çon Vuk bildirib.
ÜST baş direktoru hesabatdan irəli gələn problemlərin həlli ilə bağlı siyasətçilərə, eləcə də müvafiq qurumlara məsələ ilə daha ciddi məşğul olmağı tövsiyə edib. Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlardan bəlli olub ki, hər dörd qadından biri öz partnyoru tərəfindən fiziki zorakılığa məruz qalır. Tədqiqatlar zamanı o da aydın olub ki, ərləri tərəfindən bədən xəsarəti almayan, lakin mütəmadi olaraq ailədaxili münaqişələrə məruz qalmış qadınlar psixi zədələr alırlar. "Bu problemlər sırasında intihar halları, intihara cəhd, psixi zədələr, özünüidarə qabiliyyətinin itirilməsi, başqalarına xətər yetirmə halları və s. mövcuddur", - deyə məlumatda bildirilir.
Adətən hamiləlik dövründə qadınların zorakılığa məruz qalmadığına dair fikirlər səslənsə də, qurumun araşdırmaları burada da vəziyyətin ürəkaçan olmadığını deməyə əsas verir. Belə ki, tədqiqatın aparıldığı ölkələrin əksəriyyətində hamilə qadınların 4 - 12 faizinin hamiləlik dövründə də döyülməyə və digər zorakı hallara məruz qalması müşahidə olunur. Bu qadınların 90%-i dünyaya gətirəcəkləri uşaqların ataları tərəfindən qarın nahiyəsindən təpik və yumruqlarla döyülmələrə məruz qalmışdır.
"Təmiz dünya" İctimai Birliyi, hər il olduğu kimi, bu il də bir il ərzində qadınlara qarşı zorakılıq mövzusu üzrə mətbuatda aparılan monitorinqin nəticələrini açıqlayıb. Birlik sədri Mehriban Zeynalovanın sözlərinə görə, monitorinq müddətində ailədaxili zorakılıqla bağlı 85 fakt qeydə alınıb.
"Qadınlar bu zorakılıqlara təkcə evdə deyil, eyni zamanda, küçədə, işdə, hətta dövlət məmurları tərəfindən də məruz qalırlar. Araşdırmalar zamanı məlum olur ki, qadınlar həmişə olduğu kimi, yenə də daha çox ailədə zorakılığa məruz qalırlar və bu hal ildən-ilə artmaqdadır", - deyə o əlavə etdi. Qeyd edək ki, 85 faktdan 54-ü qısqanclıq üzündən baş verib. Bu zaman 43 qadın dünyasını dəyişib, 11 nəfəri isə müxtəlif bədən xəsarəti alıb.
Birlik sədri qeyd edir ki, bütövlükdə ötən il ailədaxili münaqişələr nəticəsində 60 qadın vəfat edib, 25 qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mehriban Zeynalova bizimlə söhbətində "monitorinq zamanı qadınlar tərəfindən də törədilən ailədaxili zorakılıq hallarının artması müşahidə edilib" dedi. O qeyd etdi ki, təkcə bu il qadınlar tərəfindən 11 zorakılıq halı törədilib: "Baxmayaraq ki ötən il ailədaxili münaqişələr nəticəsində qadınlar tərəfindən 8 zorakılıq hadisəsi baş vermişdi. Bu il isə, göründüyü kimi, bu istiqamətdə də rəqəmlərdə artım müşahidə edilməkdədir".
Bundan əlavə, valideynlə övlad arasında baş verən zorakılıq halları ilə bağlı il ərzində 22 fakt da monitorinqə daxil edilib. "Üstünlük təşkil edən hadisələr bacı və qardaş arasında baş verən hadisələrdir. Baş vermiş hadisələrin yarıdan çoxu, təqribən 60%-i ölümlə nəticələnib. Əsasən də qardaşların bacılarına qarşı zorakılıq tətbiq etməsinin motivi həmişəki kimi qızların davranışının, guya, əxlaqa sığmaması ilə əsaslandırılır. Bu səbəbdən qardaşlar bacılarını, sadəcə, öldürürlər. Əslində isə həmin hadisələrin əksəriyyətində səslənən əxlaqsızlıq motivi sonradan heç də öz təsdiqini tapmır", - deyə birlik sədri əlavə etdi.
Mehriban Zeynalova qadınlara qarşı zorakılıq halları üzrə monitorinqi Azərbaycanın bölgələrində aparmağın mümkünsüzlüyünü təəssüflə qeyd etdi. Onun fikrincə, buna səbəb qəzetlərin bölgələrlə əlaqələrinin zəif olması və ya informasiyanın alınmasında, ötürülməsində yaranan süni maneələrdir.

http://www.ayna.az/rubric.php?id=5048
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb