Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


QADIN DÜŞƏRGƏSİ


Onlar əmindirlər ki, harada yaşamasından asılı olmayaraq, qadınlar hər zaman sevgi və diqqət arzusundadırlar
A.MYASNİKOVA
Qadınlar sözün əsl mənasında hər zaman istismara məruz qalıblar. Qızları yad gözdən qorumaq ənənəsi, istəklərinin əksinə olaraq sevmədiyi insanla ailə qurmağa təkid edilməsi, seçmək hüququndan məhrum olunması, eyni zamanda, müstəqil qərar qəbul etmək arzusuna qarşı çıxmaq ənənəsi indi də davam etməkdədir. Hətta ən müasir və xoşməramlı ailələrdə belə zarafatyana da olsa "Kəs, səsini qadın!", "Toyuq quş, qadın isə insan deyil" ifadələri işlənməkdədir.
Bütün bunlardan əlavə, kişilərdən fərqli olaraq qadınlarda günah hissi, habelə onlardan qurtulmaq istəyi daha güclüdür. Övladının məktəbdə pis qiymətlər almasına üzülmək, özünü günahkar hesab etmək artıq qadınların həyat normasına çevrilir. Düşünürük ki, biz övladlarımıza lazım olduğundan az zaman ayırdığımızdan, onlar bacarıqlarını məktəbdə nümayiş etdirə bilmirlər. Yaxud da bayram piroqu ürəyimiz istədiyi kimi alınmayanda, salat bir qədər duzlu olanda sözün əsl mənasında özümüzü günahkar hesab edirik. Əlbəttə ki, qadınların həyatında bu səpkili məqamlar həddindən artıq çoxdur. Məsələn, ailə münasibətlərində problemlər yarandıqda günahı ilk növbədə özümüzdə axtarırıq. Yəqin əksər qadınlar "döyürsə, deməli sevir" formulunu da bu məntiqdən çıxış edərək irəli sürüblər. Əslində baş verənləri bu formada dəyərləndirmək təsəllidən başqa bir şey deyil.
Bəzən bu günah hissinin aşılanması həddindən artıq çox olur ki, bu da sonradan qadınların hansısa konkret cinayət işi törətməsi ilə nəticələnir. Qəribə də olsa, deyirlər ki, cinayət törətmiş qadın həyatının müəyyən hissəsini keçirmək məcburiyyətində qaldığı islah əmək düşərgələrinə kişilərdən daha tez alışır. Amma həmsöhbətimiz olan qadınlar bunun deyildiyi qədər də asan başa gəlmədiyini bildirirlər.
Özgə həyat
Qadın İslah Əmək Düşərgəsi yaşayış evlərinin əhatəsində yerləşir. Kiçik qapıdan qarşıdakı həyət, gündəlik məişət işləri ilə məşğul olan, ağlayan körpəsini sakitləşdirən qadınların həyatını asanlıqla müşahidə etmək mümkündür. Yəqin ki, bu mənzərə axşamlar daha dözülməz olur. Xüsusən də pərdəsi qısa olan pəncərədən yanan işıq şüaları altında, filmə baxırmış kimi, özgə həyatı seyr etməyə başlayanda. Əlbəttə ki, əgər seçimin yalnız bir ailənin üzərində dayansa, tezliklə sən onların bir üzvünə çevriləcəksən. Onların sevincinin, keçirdikləri bayramların, əzablarının, problemlərinin şahidi olacaqsan. Sənin onlar üçün yad olmana baxmayaraq, çox keçmədən bu mənzilin sakinləri sənin üçün doğmalaşırlar.
Əlbəttə ki, bu zaman heç nə və heç kim sənin xəyallar qurmağına mane olmur. Çünki insan bəzən düşündüklərini həqiqət bilərək özünü gerçəklikdə yaşadığına inandırmağı bacarır. Qadın həbsxanasında kimlərinsə həsəd apara biləcəyi xanımlar da var. Onlar iki kateqoriyaya bölünürlər: xoşbəxt və lap xoşbəxt olanlar. Ən xoşbəxt hesab edilən qadınlar hələ üç yaşı tamam olmamış, dünyanın əvəzolunmaz varlıqları hesab edilən övlad sahibləridir. Yaşları az olduğundan uşaqlar anaları ilə birlikdə xüsusi barakda yaşayırlar.
Bura, həbsxananın ümumi ərazisində kiçik hasarla ayrılmış rahat həyəti xatırladır. Həyətdə uşaq yelləncəkləri, müxtəlif ağaclar, hətta oturacaqlar da var. Kiçik ailə üçün iki otaq ayrılıb ki, onlardan biri yataq otağı, digəri isə mətbəxdən ibarətdir. Rəngi getmiş taxta döşəmənin üzərində elektrik plitəsi var. Analar burada övladları üçün isti yemək hazırlamaq şansına malikdir. Bütün bunlar kasıbyana mənzili xatırladır ki, bu, insana qısamüddətli də olsa, həbsxanada olduğunu unutmağa imkan verir. Bu zaman onların məhz hansı cinayət üzündən dəmir barmaqlıqlar arasına düşməsi də önəmli deyil. Çünki hər şeydən əvvəl onlar ANAdırlar.
Yuxarıda qeyd etdiyimiz ikinci kateqoriyaya isə, əsasən həbsxana daxilində işləyənlər aiddir. Bu, islah əmək müəssisəsinin qüruru sayılan xalça sexidir. Onların əlindən sözün əsl mənasında şedevr sayıla biləcək xalçalar həyata vəsiqə qazanır. Bu qadınlar sürrealizm cərəyanı üslubunda rəsmlərə, Ədliyyə Nazirliyinin rəmzinə, portretlərə, qədim və milli naxışlara həyat verirlər. Xalçaçı qadınlar qeyd edirlər ki, toxuyacaqları xalçada hansı naxışın yer alacağı onlar üçün önəmli deyil. Onlar üçün hər bir ilmə canlıdır və bu ilmələr bir araya gələrək sahibinə buradakı qadınların hekayətini anladır.
Xalça sexinin rəisi isə qeyd edir ki, burada heç kəs maaşsız çalışmır. Nəzərə alsaq ki, burada aylıq görüləcək işin dəyəri 70 min manat həcmindədir, deməli, əməkçilər orta hesabla 20-30 min manat qazana bilirlər. Əlbəttə ki, bunu əmək haqqı adlandırmaq mümkündürsə. Bu baxımdan məhbus qadınlar, demək olar, havayı çalışırlar.
Heç bir kateqoriyaya daxil olmayanlar isə bacardıqları kimi ayları, günləri, hətta gecələri də qısaltmağa çalışırlar. Onlar mətbəxtdə çalışır, ara-sıra nərd oynayır, bəzən qadın bərbəri rolunda da çıxış edirlər. Qeyd edək ki, bu kimi xidmətlər qadın həbsxanasında pulsuzdur. Qeybətlər, dedi-qodular da öz yerində. İlk baxışda düşünmək olar ki, bu qadınlar arasında heç bir problem yaşanmır. Necə deyərlər, hər kəsin dərdi özünə bəsdir. Lakin bəzən bu sakit məxluqlar arasında qızğın mübahisələr, hətta davalar da müşahidə edilir. Səbəb isə qadınlardan hansınınsa digərinə məxsus gigiyenik məhsulları oğurlaması olur. Öyrəndik ki, gigiyenik vasitələr bu dəmir barmaqlıqlar arasında qızıldan da qiymətli hesab edilir. Qadınlar qeyd edirlər ki, gigiyenik paketlər bura, demək olar, gətirilmir. Onlar üçün qiymətli məhsullar sırasında sabun, şampun, diş fırçası, dırnaqlar üçün boya və s. xüsusi çəkiyə malikdir. Həbsxana da olsa, axı burada qadınlar yaşayırlar.
Evdə isə əksəriyyətinin həyat yoldaşı, çoxsaylı qohumları və uşaqları var. "Bəs nə üçün həbsxanaya düşdünüz?" sualına isə birmənalı cavab verilmir. Çünki hər birinin ayrıca hekayəsi var. Maraqlıdır ki, narkotik satışında və yaxud da adam öldürməkdə ittiham edilən kişiyə həyat yoldaşı müntəzəm olaraq baş çəkir. Yaxud da anası müxtəlif instansiyalara müraciət etməklə övladının günahsız olduğunu sübuta yetirməyə çalışır. Buradakı əksər qadınları isə çox nadir hallarda ziyarət edirlər.
Əlbəttə ki, onların arasında xüsusi qayğı və sevgini dəmir barmaqlıqlar arasında duyanlar da az deyil. Amma onların böyük əksəriyyəti bu hissdən sadəcə, məhrum ediliblər. Hətta ailəsinin, övladının normal yaşayışını təmin etmək məqsədi ilə narkotik maddələrin alveri ilə məşğul olmağa razılıq verən fədakar xanımlardan da üz döndəriblər. Dəmir barmaqlıqlar arasında əməllərini götür-qoy etməyə macal tapmamış, həyat yoldaşının "əxlaqlı qadınla" evlənməsi xəbərini alanlar da var. Sözsüz ki, bu münasibət onları çox incidir.

Qadın hekayəsi

Həyatının səkkiz ilini həbsxanada keçirən Rita Balasanova üç aydan sonra azadlığa çıxacaq. Deyir ki, qaynanası ilə yaşayan üç övladı onun evə qayıtmasını səbrsizliklə gözləyir. R.Balasanova qeyd etdi ki, sonbeşiyi hələ bir dəfə də onun üzünü görməyib. Qeyd edək ki, Ritanın qızı o, həbsxanada olarkən doğulub. Doğulduqdan sonra isə onu həbsxanada saxlamayaraq qohumlarına veriblər. Ritada uşaqlarının fotosu da yoxdur, lakin onlar barəsində müntəzəm olaraq həyat yoldaşından informasiya əldə edir. Qeyd edək ki, Ritanın əri CM-nin 178 (fırıldaqçılıq) maddəsinə müvafiq olaraq azadlıqdan məhrum edilib və cəzasını 14 saylı kolonda çəkir. Ritadan fərqli olaraq uşaqlara atası ilə görüşməyə imkan yaradılır.
Öyəndik ki, Rita milliyyətcə ermənidir. Lakin azadlığa çıxdıqdan sonra belə Bakını tərk etmək barəsində düşünmür. Hətta ətrafdakıların onu incidəcəyindən də narahat deyil. Onu narahat edən yeganə məqam, uşaqlarının onu tanıması və ana kimi qəbul etməsidir. Həyat yoldaşı hər şeyin yaxşı olacağını vəd etsə də, Rita içindəki narahatlığı dəf etməkdə çətinlik çəkir.
Qeyd edək ki, azadlıqda olarkən Rita alverlə məşğul olub. Bu gün çoxlarının "biznes" adlandırdığı fəaliyyət növünə əri ilə birlikdə başlayıb. Ailə biznesi quran cütlük mağaza açaraq Avropadan mal gətirməyə qərar verir, işə başlamaq üçün isə 50 min dollar dəyərində kredit götürür. Rita hesab edir ki, qonşusu prinsipə düşməsəydi, onlar pulu vaxtında qaytara bilərdilər. Amma hadisələr onların planlaşdırdıqlarının əksinə olub. Lakin Rita ümidini itirmir. O, gələcək həyatında hər şeyin yaxşı olacağına inanır.
Məqsudə Rzaxanova qadın həbsxanasında "səyahət qurbanı" adlandırılır. Tərcüməyi-halında Özbəkistanda anadan olduğu göstərilib. 2001-ci ildə ailəsi ilə birlikdə Penzaya köçüb. Burada o, ailə qurmaq qərarına gəlir. Bəlli olur ki, həyat yoldaşı həddindən artıq dindar insandır və o, düşünür ki, onların ən xoşbəxt həyatı İran İslam Respublikasında gerçəkləşə bilər. İrana viza almaq məqsədi ilə gənc cütlük Azərbaycana gəlir. Burada rastlaşdıqları "xoşməramlı" insan onlara viza almağın daha asan yolunu "izah" edir. Belə ki, naməlum tanış vizaya pul vermədən sərhədi qanunsuz keçməyi təklif edir və əlavə edir ki, bu işdə birbaşa özü yardımçı olacaq. Nəticədə gənc ailə sərhədi qanunsuz keçməkdə suçlu bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılır. Məhkəmənin qərarı ilə Məqsudə və həyat yoldaşı iki il azadlıqdan məhrum edilirlər.
"Uşaqlar əvvəlcə mənim yanıma gəlirdilər. Sonra sərhəd qoşunlarının rəisi Azər İbrahimov bunun qanunsuz olduğunu deyərək, onların "Heydər Əliyev Fondu"nun nəzarətində olan körpələr evinə göndəriləcəyini bəyan etdi. Son görüşümüzdə kiçik oğlum çox pis vəziyyətdə idi. Yalnız burada özünə gəlməyə başladı. Vəziyyəti belə görüb böyük oğlumu Rusiyaya göndərmək qərarına gəldim. Kiçiyini isə yanımda saxladım. O, çox zəifdir və ciddi nəzarətə ehtiyacı var. Avqustda artıq azadlığa çıxıram. Bir müddətdən sonra həyat yoldaşımın da cəza müddəti bitir. Ümid edirəm ki, bundan sonra birlikdə vətənə qayıda biləcəyik", - deyə M.Rzaxanova əlavə etdi.

NƏTİCƏ

Rita və Məqsudədən başqa bir neçə qadınla da söhbət etdik. Bu söhbətlərdən gəldiyimiz qənaət belədir ki, buradakı qadınların böyük əksəriyyəti iki instinktdən həyatlarını qorumaq və uşaqlarını təmin etmək çıxış ediblər. Qadınların bu və ya digər cinayətin iştirakçısı olmasına bəraət qazandırmasaq da, qeyd etmək istərdik ki, bəzən bu hadisələrin baş verməsində hökumət də günahkardır. Belə ki, hökumət genefondun qorunmasına çalışmaqla yanaşı, nəsil artıran qadınların cəmiyyətdə rolunu məhdudlaşdırır. Hər bir azərbaycanlı uşağın yaşaması üçün vacib olan təhsil, səhiyyə, eləcə də qidalanma bu gün çoxları üçün əlçatmazdır. Əgər söhbət doğma övladının normal yaşamasından gedirsə, bu zaman qadınlar qanunları belə aşa bilirlər.
Qadınlarla söhbətimizdən də bəlli oldu ki, ölkədə törədilən hər cinayətə fərdi yanaşma mövcud deyil. Onlar həm məhkəmələrdə, həm də polis məntəqələrində korrupsiya və özbaşınalığın baş alıb getdiyini deyirlər. Qadınlar qeyd edirlər ki, bilərəkdən və ya təsadüfən bu mühitə düşməsinə baxmayaraq, bir qayda olaraq onlar heç bir hüququ olmayan məxluqa çevrilirlər.
Daha bir vacib məqam isə cəmiyyətin qəddarlığıdır. Qadınlar qeyd edirlər ki, törədilən cinayətin həcmindən və hadisənin baş vermə səbəbindən asılı olmayaraq, cəmiyyət dəstək olmaq, eləcə də yardım əlini uzatmaqdan imtina edir. Baxmayaraq ki, məhz həmin cəmiyyət ən ağır cinayətin belə törədicisi olan kişini bağışlamağa və ona yaşamaq üçün növbəti şans verməyə hazırdır...

http://www.ayna.az
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb