Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ, BMT-NİN ƏHALİ FONDU VƏ QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN GƏNCLƏR TƏŞKİLATI «QADINLAR ÜZƏRİNDƏ ZORAKILIĞI DAYANDIRMALI» KONFRANSINI KEÇİRMİŞLƏR


Noyabrın 23-də «Avropa» otelində Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu və qaçqın və məcburi köçkünlərin Gənclər təşkilatının layihəsi çərçivəsində yekun konfrans keçirilmişdir. Layihə 2006-cı il oktyabrın 1-dən noyabrın 25-ə kimi həyata keçirilmişdir.
Layihənin bitdiyi 25 noyabr tarixi, Beynəlxalq qadınlar üzərində zorakılığın qarşısının alınması günü ilə üst-üstə düşür. Konfransda Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Gülər Əhmədova, BMT-nin Əhali Fondunun qender üzrə məsləhətçisi Niqina Abbaszadə iştirak etmişlər.
Layihə çərçivəsində Gəncə, İsmayıllı, Qəbələ və Bərdə rayonlarında qender problematikasına dair seminarlar keçirilmiş, öyrədici materiallar hazırlanmış və paylanmışdır.
1999-cu ildən BMT-nin Baş Məclisinin 54-cü sessiyasının qərarı ilə 25 noyabr Beynəlxalq qadınlar üzərində zorakılığın qarşısının alınması günü kimi qeyd olunur.
Konfransda erkən nikahlar, məişət zorakılığı, qender stereotipləri məsələləri müzakirə edilmişdir. Konfransda qeyd edilmişdir ki, ailə zorakılığı tez-tez gizli formalar alır. Zorakılıq qurbanları hüquqi yardım üçün müraciət etmirlər, bunun nəticəsində zorakılıq faktlarının yalnız az miqdarı qeydə alınır. Konfrans, fəaliyyət sahəsinə qender zorakılığının qarşısının alınması və profilaktikası, onun dayandırılmasına dair tədbirlər daxil olan strukturlar üçün tövsiyələr işləyib-hazırladı:
§ Qanunvericilik sahəsində daha aydın siyasətin həyata keçirilməsi, zorakılıq edən şəxsləri cərimə etmək;
§ İnsan hüquqlarının pozulması kimi, qadınlar üzərində zorakılığa diqqəti cəlb etmə üzrə milli kampaniyalar keçirmək Kampaniyalar ixtisaslaşdırılmış qruplara ünvanlandırıla bilər (polis, sosial işçilər, hüquq məsləhətçiləri və vəkillər, QHT nümayəndələri və səhiyyə orqanları);
§ Zorakılıq qurbanlarının müdafiəsini inkişaf etdirmək, zorakılıq qurbanlarının müdafiəsi üzrə xidmətlər infrastruktur və maliyyə şəklində dəstəklənməlidir. O cümlədən, sığınacaqların, xəstəxana və polis məntəqələrində ixtisaslaşdırılmış otaqların təqdim olunması, pulsuz hüquqi yardımın göstərilməsi, treninqlər vasitəsilə ixtisas əldə etməkdə qadınlara köməyin göstərilməsi;
§ İşin yaxşılaşdırılması üçün zorakılığın monitorinq sistemini işləyib-hazırlamaq, daima verilənlər bazasını artırmaq, zorakılıq qurbanlarına köməyin həyata keçirilməsi mexanizmini təkmilləşdirmək, zorakılıq qurbanları ilə işləyən personalı öyrətmək və onun ixtisasının artırılmasına kömək etmək lazımdıvr.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb