Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Hərbi qulluqçularin pensiya təminati haqqinda Azərbaycan Respublikasinin qanununoan (çixarişlar)


29 aprel 1992-ci il tarixli, 109 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş; aşağıda göstərilən Qanunlarla düzəlişlər və əlavələr olunmuşdur

 

1.    7 iyul 1992-ci il tarixli, 200 nömrəli AR Qanunu

2.    30 sentyabr 1997-ci il tarixli, 375-IQD nömrəli AR Qanunu

3.    23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli AR Qanunu

4.    30 aprel 2002-ci il tarixli, 316-IIQD nömrəli AR Qanunu

5.    24 may 2002-ci il tarixli, 333-IIQD nömrəli AR Qanunu

 

Maddə 29. Pensiya almaq hüququ olan ailə üzvləri

 

Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların öhdəsində olmuş əmək qabiliyyəti olmayan ailə üzvləri ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdirlər.

Ailə başçısının öhdəsində olub-olmamasından asılı olmayayaraq aşağıdakılara pensiya təyin edilir:

  • əmək qabiliyyəti olmayan uşaqlara;
  • ailə başçısının ölümündən sonra yaşayış üçün vəsait mənbəyini itirmiş əmək qabiliyyəti olmayan valideynlərə və ər-arvada;
  • cəbhədə, yaxud döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirərkən həlak olmuş,
  • habelə Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olmuş hərbi qulluqçuların əmək qabiliyyəti olmayan valideynlərinə və arvadlarına.

 

Ailə başçısını itirməyə görə pensiya almaq hüququ müəyyən edilərkən aşağıdakılar ailənin əmək qabiliyyəti olmayan üzvləri sayılırlar:

 

a) 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar, bacılar və nəvələr, texniki-peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; həmdə   qardaşlar,   bacılar   və   nəvələr   əmək   qabiliyyətli   valideynləri olmadıqda pensiya almaq hüququna malikdirlər;

b)   ata, ana və ər (arvad) pensiya yaşına çatıblarsa: kişilər 60 yaşına, qadınlar 55 yaşına çatıbsa, yaxud əlildirlərsə;

c)   yaşından və əmək qabiliyyətindən asılı olmayaraq ər (arvad) və ya valideynlərdən biri, yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş  ailə  başçısının 8 yaşına   çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə baxırsa və işləmirsə;

d)   baba və nənə-qanunla onları saxlamalı şəxslər yoxdursa.

 

Həlak olmuş hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarının valideynləri və arvadları üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti ailə başçısını itirməyə görə pensiya təyin olunmasının başqa şərtlərini müəyyən edə bilər.

 

Maddə 30. Öhdədə olan ailə üzvləri

 

Vəfat edənin ailə üzvləri onun tam təminatında olublarsa və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alıblarsa, onun öhdəsində olmuş ailə üzvləri sayılırlar.

Vəfat edənin köməyi yaşayışları üçün daimi və əsas vəsait mənbəyi olan, lakin özləri hər hansı pensiya almış ailə üzvləri yeni pensiyaya keçmək hüququna malikdirlər.

 

Maddə 31. Tam dövlət teminatında olan uşaqlara pensiya ödənməsi

 

Hər iki valideynini itirmiş uşaqlara (ata-anadan yetimlərə) tam dövlət təminatında olduqları dövrdə pensiya tam məbləğdə ödənilir.

Tam dövlət təminatında olan başqa uşaqlara təyin edilmiş pensiyanın 50 faizi ödənilir.

 

Maddə 32. Övladlığa götürənlərin və götürülənlərin, ögey atanın, ögey ananın, ögey oğulun və ögey qızın pensiya almaq hüququ

 

Övladlığa götürənlər valideynlərlə bir səviyyədə, övladlığa götürülənlər isə doğma uşaqlarla bir səviyyədə pensiya almaq hüququna malikdiriər.

Ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik olan yetkinlik yaşına çatmayanlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

Ögey ata və ögey ana vəfat etmiş ögey oğlu və ya ögey qızı azı beş il tərbiyə etmiş və ya saxlamışsa, doğma ata və ana ilə bir səviyyədə pensiya almaq hüququna malikdirlər.

Ögey oğul və ögey qız doğma övladlarla bir səviyyədə pensiya almaq hüququna malikdirlər.

 

Maddə 33. Yeni nikah bağlandıqda pensiyanın saxlanması

 

Ərin (arvadın) ölümü ilə əlaqədar təyin edilmiş pensiya, pensiyaçı yeni nikah bağlayanda da saxlanılır.

 

Maddə 36. Pensiyanın təyin edildiyi müddət

 

Ailə başçısını itirməyə görə pensiya vəfat edənin ailə üzvünün əmək qabiliyyəti olmayan şəxs hesab edildiyi bütün dövr üçün (29-cu maddə), ailənin 60 yaşına çatmış kişi üzvlərinə və 55 yaşına çatmış qadın üzvlərinə isə ömürlük təyin edilir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb