Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"HAKİMİYYƏT NƏYƏ GÖRƏ YALNIZ HİCABLA MARAQLANIR?"


Baş verənlərə aydınlıq gətirmək üçün tələbə təşkilatının məsulu belə bir sualla hökumətə müraciət edib

S.SOLTAN

Beynəlxalq ictimaiyyətin Tehran hakimiyyətinə etdiyi təzyiqlərin əvəzini o, qadınlara və gənclərə basqılarla çıxır. Bununla da İran rəhbərliyi həmin ictimai təbəqələrin azadlıq ruhunu əzməyə səy göstərir.
1998-ci ilin yayında tələbələr ölkənin bir sıra şəhərlərində "Söz, mətbuat və fikir azadlığı" tələbi ilə etiraz aksiyaları keçirdilər. İslahatçı sayılan o zamankı prezidentin polis qüvvələri bu çıxışları dəyənəklə qarşıladı.
2005-ci ildə Mahmud Əhmədinijatın hökumət başına gəlməsi ilə vəziyyət daha da ağırlaşdı. Ötən ilin noyabrında Tehran Universitetinin tələbələri onu "Diktator!" şüarı ilə qarşıladılar.
Son günlər isə hakimiyyətin hicabla bağlı keçirdiyi tədbirlər tələbələrdən də yan ötməyib.
Tehranda çıxan islahatyönlü "Etimade-milli" qəzetinin yazdığına görə, ölkənin bir sıra universitetlərində yeni davranış qaydalarına və geyimlərə etiraz çıxışları olub.
İranın cənubunda yerləşən Şiraz şəhərinin universitetində bir neçə min tələbə "Tələbə şəhərciyi"ni ələ keçirib. Onlar müəllim və professor heyətinin bura daxil olmasına imkan verməyiblər. Tələbələr bu tanınmış təhsil ocağının rektorunun istefasını tələb ediblər.
Yeni qaydalara görə, tələbələrin qısa qol köynəklər və ətəksiz şalvarlar geyinməsi yasaqdır. Onlara yaşadıqları otaqlarda qonaq qəbulu da qadağan edilib. Bundan başqa, müəllim və universitetdəki xüsusi nəzarətçilər istədikləri vaxt tələbələrin otaqlarını yoxlaya bilərlər.
"Etimade-milli" qəzeti qeyd edib ki, iranlı tələbələrə qarşı "mənəvi məsələ sarıdan" mübarizə bir neçə ay öncə başlayıb. Tələbələrin, xüsusilə qızların geyimi ilə bağlı tələblərin sərtləşməsinə qarşı tələbə gənclərin etiraz çıxışı ölkənin hər yerində keçirilir.
Tehran hakimiyyətinin tətbiq etdiyi "islam qaydaları ilə geyim"ə nəzarət kampaniyası ötən həftədən başlayıb. Bir gün ərzində Tehranda 1300-dən çox qadın saxlanılır. Şəhər polis idarəsinin təmsilçisi polkovnik Məhəmməd Hüseyninin dediyinə görə, "qaydaları pozan" qadınların şəkli çəkilir və onlar xüsusi qaydada sistemləşdirilir.
Ölkədə çıxan qəzetlərdə həmin qadınların şəkli çap olunub. Bununla belə, Qərb ölkələrindən olan müxbirlərə belə səhnələrin şəklini çəkmək qadağan edilir.
Ölkənin ədliyyə naziri ayətulla Şahrudi geyim qaydalarını pozanlara qarşı mübarizənin sərtləşməsinin əks nəticə verəcəyini söyləyib. İran parlamentində də bu məsələ müzakirə olunub. Məclis üzvlərinin fikrincə, geyim qaydalarını pozanlara qarşı mübarizə aparan polis protokol tərtibatından tutmuş başqa uyğun qaydaları yerinə yetirərkən xeyli vaxt itirir. "Bu işlərin yerinə onlar narkotik maddələrin alverçilərinə və başqa cinayətkarlığa qarşı mübarizə aparsalar,0 daha çox faydalı işlə məşğul olarlar", - deyə onlar etirazlarını bildiriblər.
Hicabı pozanlara qarşı mübarizə kampaniyasına qarşı narazılıqların artdığını görən parlamentin 203 deputatı isə bəyanatla çıxış edərək polisin apardığı bu əməliyyatı dəstəkləyib. Onlar ölkədə hicab qaydalarının pozulmasını "cin, şeytan feli, eləcə də İsrailin, Amerikanın fitnə-fəsadı ilə əlaqələndiriblər". Bu deputatlar polisin qaydaları pozan qadınlara qarşı daha sərt davranmalarını istəyiblər.
Ölkə parlamentinin sədri Qulaməli Həddad-Adil isə ötən gün keçirdiyi mətbuat konfransında polisləri dəstəklədiyini bəyan edib.
İran polisinin başçısı general İsmayıl Əhmədi-Müqqədəm deyib ki, ötən 4 gün ərzində hicab qaydalarını pozan 150 min qadın saxlanılıb. Generalın dediyinə görə, onlardan 13 nəfəri barəsində cinayət işi açılıb. Polis rəisi mülki geyimli əməkdaşlarının gizli şəraitdə şəkil çəkmələrinə münasibət bildirərkən deyib ki, əks halda, onlar gerçəkliyi sübut etməkdə çətinlik çəkərlər. O bu fotolardan xanımlara qarşı məhkəmələrdə əşyayi-dəlil kimi istifadə olunacağını da söyləyib. General mülki geyimli əməkdaşlarının ictimai və başqa nəqliyyat vasitələrində gedən xanımların şəkillərini çəkdiyini də gizlətməyib.
"Mediaforum"un yaydığı xəbərə görə, ölkədəki islahatçı fəal tələbə təşkilatlarından biri, "Dəfteri-təhkime-vəhdət" hökumətin hicaba əməl olunmaması ilə bağlı həyata keçirdiyi tədbirə etirazını bildirib.
Qurumun ictimai və mədəni işlər üzrə məsulu Hənif Yəzdani jurnalistlərə açıqlamasında deyib: "Vətəndaşların geyim tərzi hər bir cəmiyyətdə şəraitə, tələbata, eləcə də mədəniyyətə uyğun formalaşır. Heç bir geyim tərzi və ya hicab növünü cəmiyyətə zorla qəbul etdirmək olmaz. Başqa sözlə, zor gücü ilə mədəniyyətin müəyyən bir növünü cəmiyyətə qəbul etdirmək düzgün deyil".
H.Yəzdaninin dediyinə görə, vətəndaşların geyimi, onların hicaba nə dərəcədə əməl edib-etməməsilə məşğul olmaqdansa, ölkədəki çoxsaylı problemlərlə maraqlanmaq daha vacib olardı.
Qurumun məsulu deyib ki, yoxsulluğun, işsizliyin geniş yayıldığı, xaricə "beyin axını"nın artdığı, habelə narkomaniyanın genişləndiyi, müxtəlif sənədlər üzündən qızların ev-eşiyindən qaçıb küçələrdə yaşaması ölkəmizin başlıca problemlərindəndir.
"Əgər hökumət rəsmilərinin niyyətləri xeyirxahdırsa, vətəndaşların geyiminə nəzarət etməkdənsə, sadaladığım problemləri araşdıraraq onun köklü həlli ilə məşğul olsalar daha səmərəli fəaliyyət göstərmiş olardılar" deyən Yəzdani belə bir sualla baş verənlərə aydınlıq gətirməyə çalışıb: "Görəsən hökumət rəsmiləri bu qədər problemə göz yumub nəyə görə yalnız vətəndaşların geyimi ilə maraqlanırlar?"

http://www.ayna.az/rubric.php?id=16909
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb