Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Əhalinin Sağlamliğinin Qorunmasi Haqqinda Azərbaycan Respublikasinin Qanunundan (çixarişlar)


26 iyun 1997-ci il tarixli, 360-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş; aşağıda göstərilən Qanunlarla düzəlişlər və əlavələr olunmuşdur

 

2 aprel 1999-cu il tarixli 647-IQD saylı AR Qanunu

20 fevral 2001-ci il tarixli 86-IIQD saylı AR Qanunu

20 fevral 2001-ci il tarixli 87-IIQD saylı AR Qanunu

20 fevral 2001-ci il tarixli 88-IIQD saylı AR Qanunu

20 fevral 2001-ci il tarixli 89-IIQD saylı AR Qanunu

5 oktyabr 2001-ci il tarixli 178-IIQD saylı AR Qanunu

12 oktyabr 2001-ci il tarixli 194-IIQD saylı AR Qanunu

12 oktyabr 2001-ci il tarixli 201-IIQD saylı AR Qanunu

19 aprel 2002-ci il tarixli 310-IIQD saylı AR Qanunu

30 aprel 2002-ci il tarixli 314-IIQD saylı AR Qanunu

24 may 2002-ci il tarixli 333-IIQD saylı AR Qanunu

25 mart 2003-ci il tarixli 426-IIQD saylı AR Qanunu

 

Maddə 17. Əhalinin sağlamlığının qorunması sahəsində hamilə qadınların və anaların hüquqları

 

Hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur.

 

Maddə 29. Süni mayalanma və embrionun implantasiyası

 

Yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır.

Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir.

Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir.

Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 30. Hamiləliyin süni surətdə pozulması

 

Hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ vardır. Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəsinədək aparıla bilər.

Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər.

Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən aparılır.

Hamiləliyin süni surətdə pozulmasına dair tibbi və sosial göstərişlərin siyahıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Həkim tərəfindən xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda hamiləliyin süni surətdə pozulması qadağandır.

 

Maddə 31. Tibbi sterilizasiya

 

Tibbi sterilizasiya insanı nəsil artımı vermək qabiliyyətindən məhrum etmək, yaxud qadını hamiləlikdən qorumaq məqsədilə tətbiq edilir. Tibbi sterilizasiya yalnız müdaxilə olunan şəxsin yazılı ərizəsinə və tibbi göstərişlərə əsasən həyata keçirilir.

Tibbi sterilizasiyaya dair göstərişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və dövlət, yaxud qeyri-dövlət tibbi müəssisələrində aparılır.

Tibbi sterilizasiyanın qeyri-qanuni aparılmasına görə təqsirli olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb