Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


«İslamda məhəbbət və seks»


Tartu, Estoniya («YUPİ»). Rusiya ərazisində yaşayan müsəlmanların çoxu rus dilində çıxan «İslamda məhəbbət və seks» kitabından hiddətlənmişlər. Onlardan bir çoxunun sərlövhədə verilən «seks» sözündən xoşu gəlmir, digərlərinin isə yeni nəşrin məzmunu ürəyincə deyil.

Lakin Rusiyada islamın bir çox görkəmli dini liderləri kitabın müdafiəsinə qalxmışlar, onlar qeyd edirlər ki, islamda qadağan edilmiş mövzu yoxdur. Onlar təsdiq edirlər ki, bu kitabın müsəlman icması arasında əsas tənqidi islamın dini dəyərlərini əks etmir, Rusiyada dindarlara xristianlıq və sovet keçmişinin davam edən böyük təsirin əksidir

Ötən yay müsəlman müəlliflərin kitablarının və islama dair kitabların buraxılışında ixtisaslaşan «Ansar» nəşriyyatında rus dilində «İslamda məhəbbət və seks» adlı kitab işıq üzü görmüşdür. Nəşriyyatın annotasiyasında deyilir ki, kitab islam və seksə dair sizdə əmələ gələn, lakin onları verməkdən çəkindiyiniz bütün suallara cavab verir.
Avqust ayında «Arqumentı i faktı» qəzetində verilən xəbərə görə, kitab Beynəlxalq Moskva kitab yarmarkasında əsl sensasiyaya səbəb olmuşdur. O, bestseller olmuş, Rusiyada yaşayan həm xristianlar, həm də müsəlmanlar tərəfindən yaxşı alınır.

Bununla bərabər bu kitabın meydana gəlməsi ilə bir çox adi müsəlmanlar və onların dini liderləri – mollalar hiddətlənmişlər, belə ki, onları ən çox hiddətləndirən kitabın sərlövhəsinə çıxarılan «seks» sözüdür. Rusiya müsəlmanlarının qəzəbi o dərəcəyə çatmışdır ki, Islam.ru. saytında əmələ gəlmiş vəziyyət «cəncəl» kimi xarakterizə edilmişdir. Saytın müəllifləri öz növbələrində fitnəkar sual verirlər: « Bəs islamda seks qəbul edilirmi?»

Islam.ru. saytının məlumatına görə, Moskvada fəaliyyətdə olan dörd məsciddən üçündə yerləşən kitab dükanlarında bu kitabı satmaqdan imtina edirlər. Dördüncüdə kitab satılsa da, cilddəki «seks» sözü qara plyonka ilə yapışdırılmışdır. Ölkənin ərazisində yerləşən bir çox həm «rəsmi» müsəlman iyerarxiyasına daxil olan, həm də müstəqil məscidlərdə də bu cür hərəkət etmişlər.

Ölkə müsəlmanlarının ən böyük Dini İdarələrindən biri – Rusiyanın Avropa hissəsinin müftisi şeyx Ravil Qaynutdinovun rəhbərlik etdiyi Dİ-də hal-hazırda məscidlərin kitab dükanlarında kitabın satışına qadağa qoyulmasına əməl etməyə dair məsələyə baxılır. Bu İdarənin qərarı cari ayın sonunda qəbul ediləcək.

«Şərq bazarı» kitab İnternet-mağazalarının birinin nümayəndələri Islam.ru. saytı ilə bölüşdükləri informasiyaya görə, kitab sifariş edən şəxslər adlarının çəkilməsini arzu etmirlər, çox hallarda, onlar kitabı özləri üçün deyil, hədiyyə aldıqlarını bildirirlər.

«Ansar» nəşriyyat evinin naşirlərindən biri bəyan etmişdir ki, bu cür nöqteyi-nəzər yenidənqurma dövrünün qalıqlarıdır. Onda deyirdilər ki, «Sovet İttifaqında seks yoxdur». Abdulla Muxametov öz fikrini davam etdirərək qeyd edir ki, indii bu kəlam ağıllarda müəyyən transformasiyaya məruz qalmış, və bəziləri hesab edirlər ki, «islamda seks yoxdur».

Islam.ru. saytında Rusiya müsəlmanlarının beş liderinə bu kitab haqda öz mülahizələri ilə bölüşməyi təklif etmişlər. Onlardan birincisi – Moskva «Yadram» məscidinin imamı Mahmud Velitov demişdir ki, kitabın sərlövhəsindəki «seks» sözü onun xoşuna gəlmir, bu səbəbdən də onun satılmasını öz məscidində qadağan etmişdir. Lakin imam eyni zamanda qeyd etmişdir ki, o, kitabın məzmunu ilə qismən tanış olmuş, onu çox maraqlı hesab edir. Nəşriyyatın özündən məlumat vermişlər ki, cənab Velitov şəxsən özü üçün, kitabı axırı qədər oxumaq imkanı olması üçün bir nüsxə sifariş etmişdir.

Rusiya müsəlman jurnalistləri İttifaqının rəhbəri Əli Vyaçeslav Polosin öz tərəfindən qeyd etmişdir ki, kitabın sərlövhəsi «uğurlu» seçilib. Cənab Polosin qeyd etmişdir ki, Xristianlıqdan fərqli olaraq, islamda «qadağan olunmuş mövzular yoxdur», ancaq yolverilməz hərəkətlər və əməllər var. O, həmçinin ehtimal etmişdir ki, kitab haqda tənqidi mülahizələri olanların çox hissəsi «etnik müsəlmanlardır». Söhbət o müsəlman xalqlarının nümayəndələrindən gedir ki, onlarda islam tarixi boyu hakim mövqe tutmuşdur. Lakin onlara əsl inam haqda az şey məlumdur, belə ki, onlar «sovet düşüncəsi» və pravoslavlığın dini dəyərləri təsiri altında qalırlar.

Rusiya İslam komitəsinin sədri Heydər Camalov və müsəlmanlar üçün «Nur-ül-İslam» qəzetinin naşiri Mühəmməd Hacıyev bu cür qiymətlə razılaşmışlar və bəyan etmişlər ki, birinci halda kitabın ünvanına tənqidi fikirlər «riyakar» xarakter daşıyır, ikinci halda isə onlar «müsəlmanlar arasında normal dialoqun» qaydalarına uyğun gəlmir.

Islam.ru saytında, Rusiya müsəlmanlarının yeganə ali nümayəndəsi, Volqaboyu müsəlmanlarının Dini İdarəsinin müftisi Mukaddas Bibarsov daha ehtiyatlı mövqe seçmişdir. O, hesab edir ki, müsəlmanlar məhəbbət və seksə dair məsələləri müzakirə etməlidirlər, lakin, «digçər cəhətdən qeyd etmişdir ki, «seks» sözü rusiyalıların çoxunun ağlında neqativ rəng almışdır. Bu halı nəzərə almaq lazımdır».

Digər naşirlərə münasibətdə olduğu kimi, baş vermiş fikir ayrılığı «Ansar» nəşriyyat evinin rəhbərliyinin xeyrinədir. Onların nöqteyi-nəzərindən, Islam.ru. saytında yerləşdirilmiş müsahibədən aydın olduğu kimi, , baş vermiş «qalmaqal» bu kitabı əldə etmək istəyənlərin sayını daha çox artıracaq. Onların sırasına kütləvi şəkildə özünü bəyan etməyənləri də qatmaq olar.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb