Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Vətəndaşlarin Pensiya Təminati haqqinda Azərbaycan Respublikasinin qanunundan (çixarişlar)


23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş; aşağıda göstərilən Qanunlar və Qərarlarla düzəlişlər və əlavələr olunmuşdur

 

28 iyun 1994-cü il tarixli, 839 nömrəli AR Qanunu

29 avqust 1995-ci il tarixli, 1090 nömrəli AR Qanunu

13 iyun 1997-ci il tarixli, 321 -IQD nömrəli AR Qanunu

26 iyun 1997-ci il tarixli, 358-IQD nömrəli AR Qanunu

30 sentyabr 1997-ci il tarixli, 375-IQD nömrəli AR Qanunu

2 aprel 1999-cu il tarixli, 646-IQD nömrəli AR Qanunu

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 dekabr 1999-cu il tarixli Qərarı

3 mart 2000-ci il tarixli, 817-IQD nömrəli AR Qanunu

2 fevral 2001-ci il tarixli, 70-IIQD nömrəli AR Qanunu

20 fevral 2001-ci il tarixli, 90-IIQD nömrəli AR Qanunu

27 mart 2001-ci il tarixli, 108-IIQD nömrəli AR Qanunu

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2001-ci il tarixli Qərarı

23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli AR Qanunu

30 aprel 2002-ci il tarixli, 316-IIQD nömrəli AR Qanunu

24 may 2002-ci il tarixli, 333-IIQD nömrəli AR Qanunu

2 iyul 2002-ci il tarixli, 356-IIQD nömrəli AR Qanunu

2 iyul 2002-ci il tarixli, 357-IIQD nömrəli AR Qanunu

3 dekabr 2002-ci il tarixli, 398-IIQD nömrəli AR Qanunu

17 iyun 2003-cü il tarixli, 479-IIQD nömrəli AR Qanunu

13 yanvar 2004-ci il tarixli, 589-IIQD nömrəli AR Qanunu

 

Maddə 3. Əmək pensiyası hüququ olan şəxslər

 

2. "Qəhrəman ana" fəxri adına layiq görülmüş qadınlar əmək pensiyası almaq hüququna malikdirlər. :

ƏMƏK PENSİYALARI - Yaşa görə pensiyalar

 

Maddə 12. Yaşa görə pensiya təyin edilməsinin şərtləri

 

Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:

 

 • qadınlar - 57 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda.

 

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar

 

Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:

 

a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:

 

  • qadınlar - 47 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.

b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər -istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:

  • qadınlar - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

v) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlar:

  • qadınlar - 47 yaşına çatdıqda və ümumi iş stajı azı 15 il olduqda.

q) dispetçer şəhadətnaməsi olub hava hərəkətini idarə edən şəxslər:

  • qadınlar - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa.

ğ) hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyət - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə:

  • qadınlar - 52 yaşına çatdıqda və mülki aviasiyada azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilini hava gəmilərinə xidmət işlərində çalışarsa.

d) hava gəmilərində bələdçi işləyən şəxslər:

  • qadınlar - 52 yaşına çatdıqda və azı 20 il ümümi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa;

e) toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar-Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə - 52 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda;

ə) traktorçu-maşinist, traktor və ekskavatorlar bazasında qurulmuş tikinti, yol və yükvurma-yükboşaltma maşınlarının maşinisti kimi işləmiş qadınlar -52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa;

j) limanlarda yükləmə-boşaltma kompleks briqadalarında işləyən mexanizatorlar (doker-mexanizatorlar) - 57 yaşa çatdıqda və azı 25 il ümumi iş stajı olduqda, bu müddətin ən azı 20 ilini həmin işlərdə çalışsa;

z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində:

  • qadınlar - 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa;
  • sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan operator işləyən qadınlar 52 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda.

 

Maddə 14. Çoxuşaqlı, əlil uşağı olan anaların və uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların pensiyaları

 

Qəhrəman analar aşağıdakı şərtlərlə tam pensiya almaq hüququna malikdiriər:

 

 

yaşından asılı olmayaraq azı 10 il iş stajı olduqda;

  • 50 yaşına çatdıqda iş stajından asılı olmayaraq.

 

Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar aşağıdakı şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdirlər:

 

9 uşağı olanlar -45 yaşına çatdıqda və əzı-10 il iş stajı olduqda;

8 uşağı olanlar-46 yaşına çatdıqda və azı-11 il iş stajı olduqda;

7 uşağı olanlar -47 yaşına çatdıqda və azı-12 il is stajı olduqda;

6 uşağı olanlar -48 yaşına çatdıqda və azı-13 il iş stajı olduqda;

5 uşağı olanlar-49 yaşına çatdıqda və azı-14 il iş stajı olduqda;

4 uşağı olanlar-50 yaşına çatdıqda və azı-15 il iş stajı olduqda;

3 uşağı olanlar-51 yaşına çatdıqda və azı-16 il iş stajı olduqda.

 

 

Bu maddənin şərtləri ilə yaşa görə pensiya təyin olunarkən vəfat etmiş ananın övladlığa götürülməmiş uşaqları təzə ailədə səkkiz yaşına çatanadək faktik tərbiyə edilərsə, ögey ananın doğma uşaqlarına bərabər tutulur.

Uşaqlıqdan əlil olanların həmin uşaqları səkkiz yaşınadək tərbiyə etmiş analan 50 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda yaşa görə pensiya almaq hüququna malikdirlər.

Bu halda uşaqlıqdan əlillərə 16 yaşınadək əlil uşaqlar da aid edilir.

Bu maddə ilə iş stajı uşaqlara qulluq göstərilməsi müddəti də daxil edilməklə müəyyən olunur.

Ana vəfat etdiyinə və ya boşandığına, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına səkkiz yaşınadək böyüdən atalar, həmçinin 3 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən qəyyum kişilər 55 yaşına çatdıqda və azı 20 il əmək stajı olduqda pensiyaya çıxmaq hüququna malikdirlər.

 

Maddə 15. Korların, liliputların və cırtdanboyların pensiyaları

 

Kor vətəndaşlar (1-ci qrup gözdən əlillər), eləcə də hipofiz nanizmi xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar aşağıdakı hallarda yaşa görə pensiya hüququna malikdirlər:

 

  • qadınlar - 42 yaşına çatdıqda və azı 10 il iş stajı olduqda.

 

Maddə 16. Müharibə əlillərinin yaşa görə pensiyaları

 

Müharibə zamanı və digər hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanma, kontuziya və xəsarət nəticəsində, yaxud cəbhədə olmaqla əlaqədar xəstələnmə nəticəsində əlil olmuş hərbi qulluqçular aşağıdakı hallarda yaşa görə pensiya hüququna malikdirlər:

 

  • qadınlar - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda.

 

Maddə 19. Tam iş stajı olmadıqda pensiyaların təyin edilməsi

 

Pensiya almaq hüququ verən azı 5 il iş stajı olan:

  • qadınlar - 57 yaşına çatdıqda natamam iş stajı ilə yaşa görə pensiya almaq hüququna malikdirlər.

Üç və daha çox uşağı olan qadınlar, eləcə də uşaqlıqdan əlillərin anaları pensiya almaq hüququ verən azı 5 il iş stajı olduqda bu Qanunun 14-cü maddəsində onlar üçün nəzərdə tutulmuş yaşa çatdıqda natamam is stajı ilə əmək pensiyası almaq hüququna malikdirlər.

 

Maddə 35. Əlilliyə görə pensiyaların təyin edilməsi müddəti

 

Pensiyalar həkim-əmək ekspert komissiyasının müəyyən etdiyi bütün əlillik dövrü üçün, 62 yaşından yuxarı əlil kişilərə və 57 yaşından yuxarı əlil qadınlara isə ömürlük təyin edilir və onlar yalnız öz ərizələrinə əsasən yenidən müayinədən keçirilir.

 

Maddə 40. Pensiya almaq hüququ olan ailə üzvləri

 

Vəfat etmiş ailə başçısının öhdəsində olmuş (44-cü maddə) əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır. Ailə başçısının öhdəsində olub-olmamasından asılı

olmayaraq aşağıdakı əmək qabiliyyəti olmayan ailə üzvləri pensiya almaq hüququna malikdirlər:

  • müharibədə həlak olmuş vətəndaşların uşaqları, valideynləri, dul arvadları;
  • vəfat etmiş vətəndaşların uşaqları, eləcə də bu maddənin "v" bəndində göstərilən şəxslərdən biri.

 

Əmək qabiliyyəti olmayan ailə üzvləri aşağıdakılar hesab edilirlər:

 

a) 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar, bacılar, nəvələr;

Qardaşlar, bacılar və nəvələr əmək qabiliyyətli valideynləri olmadıqda pensiya almaq hüququna malikdirlər;

Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, ailə başçısını itirməyə görə pensiya hüququna təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək malikdirlər;

b) ata, ana, arvad pensiya yaşına çatıblarsa (kişilər 62 yaşına, qadınlar 57 yaşına çatıbsa), yaxud əlildirlərsə;

v) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə;

q) baba və nənə, qanunla onları saxlamalı şəxslər yoxdursa.

Vəfat edənin öhdəsində olmamış valideynlər sonralar gəlir mənbəyini itirdikdə, övladının ölümü ilə əlaqədar pensiya almaq hüququna malikdirlər.

 

Maddə 41. Ögey atanın, ögey ananın, ögey oğulun və ögey qızın pensiya almaq hüququ

 

Ögey ata və ögey ana vəfat etmiş ögey oğulu və ya ögey qızı azı beş il tərbiyə etmiş və ya saxlamışsa, doğma valideynlərlə bir səviyyədə pensiya almaq hüququna malikdirlər.

 

Maddə 43. Yeni nikah bağlandıqda pensiyanın dayandırılması

 

Ərin ölümü ilə əlaqədar təyin edilmiş pensiya, pensiyaçı yeni nikah bağlayanda dayandırılır.

 

Maddə 52. Vəfat etmiş pensiyaçıların ailələri üçün pensiyalar

 

Vəfat etmiş pensiyaçının ailə üzvlərinə pensiya vəfat edənin ümumi iş stajından asılı olmayaraq ümumi əsaslarla təyin edilir.

 

Maddə 53. Pensiya təyin edildiyi müddət

 

Pensiya ailə üzvünün əmək qabiliyyətli olmadığı bütün müddət üçün, 62 yaşına çatmış kişilərə, 57 yaşına çatmış qadınlara isə ömürlük təyin edilir.

 

Maddə 59. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətinin pensiya hüququnun müəyyən edilməsi şərtləri

 

Kişilər azı 25 il, qadınlar azı 20 il uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışdıqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilər azı 20 il, qadınlar azı 15 il bu vəzifələrdə çalışdıqda xidmət illərinə görə pensiya hüququna malikdirlər.

Uçuş və uçuş-sınaq heyətində işləyənlərin iş stajlarının hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

 

Maddə 60. Təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin pensiya hüququnun müəyyən edilməsi şərtləri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar - 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir.

 

Maddə 61. Müalicə işlərinə və əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar digər işlərə görə pensiya hüququnun müəyyən edilməsi şərtləri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə kənd yerlərində və şəhər tipli qəsəbələrdə (respublika tabeli şəhərlərin qəsəbələri istisna olmaqla) kişilər azı 25 il, qadınlar azı 20 il müalicə işiərində və əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar digər işlərdə çalışdıqda xidmət illərinə görə pensiya almaq hüququ qazanırlar.

 

Maddə 63. Dəniz və balıqçılıq sənayesi donanması gəmiləri heyətinin ayrı-ayrı vəzifələrində çalışan işçilərin pensiya hüququnun müəyyən edilməsi şərtləri

 

Dəniz və balıqçılıq sənayesi donanması gəmiləri heyətinin ayrı-ayrı peşə və vəzifələrində çalışan işçiləri - Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahı üzrə:

  • qadınlar azı 20 ilini bu gəmilərdə həmin peşələr və vəzifələr üzrə çalışdıqda xidmət illərinə görə pensiya almaq hüququ qazanırlar.

 

Maddə 65. Xidmət illərinə görə pensiyaların məbləği

 

Səhhətinə görə uçuş işindən azad olmuş uçuş və uçuş-sınaq heyətindən olan şəxslərə xidmət illərinə görə pensiyalar təyin edilərkən kişilərin 25 il, qadınların 20 il tələb olunan xüsusi iş stajının çatışmayan hər ili üçün pensiyanın əsas məbləği iki faiz azaldılır.

 

SOSİAL PENSİYALAR

 

Maddə 90. Sosial pensiya almaq hüququ olan vətəndaşlar

 

Sosial pensiyalar aşağıdakı əmək qabiliyyəti olmayan işləməyən vətəndaşlara onların əmək pensiyası almaq hüququ olmadıqda təyin edilir və ödənilir;

67 yaşına çatmış kişilərə, 62 yaşına çatmış qadınlara;

57 yaşına çatmış, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş analara;

uşaqlıqdan əlil olanların 57 yaşına çatmış analarına, onlar həmın uşaqları 8 yaşınadək tərbiyə etmişlərsə;

vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə qulluq edən və işləməyən valideynlərdən birinə və ya ərə (arvada), yaxud babaya, nənəyə, qardaşa, bacıya yaşından və əmək qabiliyyətindən asılı olmayaraq.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb