Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


1.3.1982-1993-cü illər tənəzzül dövrü. Tarixi böyük şəxsiyyətlər müəyyən edir


1982-ci ildə Heydər Əliyev Moskvada Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin I müavini seçildi. Həmin dövrdə o, bir siyasi xadim kimi Vətəninə-Azərbaycana əvvəlkindən də artıq məhəbbətlə xidmət etdi. Hələ 1981-ci ildə «Literaturnaya qazeta»da «Qoy ədalət zəfər çalsın» başlıqlı məqaləsində millətin özünü tanıması şərtlərini dərindən açıqlayaraq, Azərbaycanın timsalında SSRİ-dəki problemlərin həlli yollarını göstərirdi. 1987-ci ildə Heydər Əliyevin tutduğu vəzifədən istefa verməsi özünün güclü dayağını itirən Azərbaycan xalqının həyatına faciələrlə dolu qara səhifələr yazdı. Ölkədəki hərc-mərclik, düşünülməmiş addımların atılması Azərbaycanı tənəzzülə uğratmaqla bərabər, 20 % torpağımızın düşmən əlinə keçməsinə səbəb oldu. Azərbaycanın o zamankı rəhbərliyinin səbatsızlığı və körəfəhmliyi nəticəsində 1990-cı il 20 Yanvar günü rus ordusu günahsız insanların üzərinə tanklar yeritdi, bu da 131 şəxsin həlak olmasına, 774 nəfərin yaralanmasına səbəb oldu. Faciənin ertəsi günü imperiyanın mərkəzində yaşayan dahi şəxsiyyət Heydər Əliyevin məhz elə orada Bakını qanına qəltan etmiş Kremlin beş addımlığında, Qorbaçov qara-guruhuna etirazını bildirməsi, onların cinayətkar əməllərini ifşa edərək bəyanat verməsi xalqımız tərəfindən əsl vətənpərvərlik nümunəsi kimi qiymətləndirildi.

XX əsrdə Azərbaycan xalqı qaranlıq tarixi səhifələrini yaşadı: təcavüzkar erməni xalqı tərəfindən etnosid və genosid siyasətinə məruz qaldı. Etnosid anlayışı işğal olunmuş ərazilərdə insanların fiziki cəhətdən deyil, onların mədəniyyətlərinin məhv edilməsi mənasını daşıyır. Bu baxımdan erməni təcavüzkarları tərəfindən təkcə Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəyə vurulmuş iqtisadi zərərin dəyəri təxminən 22 mlrd. dol­lar təşkil etmiş; 800-dən artıq yaşayış məntəqəsi yandırılmış və talan edilmişdir; 6 mindən artıq sənaye, kənd təsərrüfatı və digər istehsal müəssisələri sıradan çıxarılmışdır; 150 mindən artıq yaşayış evi və 4366 sosial-mədəni obyekt dağıdılmışdır. Muzeylər, kitabxanalar, məsçidlər, qədim abidələr, qəbiristanlıqlar və bütövlükdə Xocalı şəhəri yer üzündən silinmişdir.

1945-ci ildə Nyurnberq məhkəməsində genosid anlayışına hər hansı bir işğal olunmuş ərazidə müəyyən irqin və milli qrupların məhv edilməsi məqsədilə mülki əhalinin, irqi və milli qrupların məqsədli və sistematik şəkildə qırılması tərifi verilmişdir. Silahlı əsgərlərin bir-birinə qarşı açıq döyüşə girdiyi müharibədən fərqli olaraq, genosid birtərəfli qaydada kütləvi qırğındır. Bu zaman təcavüzkar dövlət və ya üstünlük təşkil edən qüvvələr məqsədli şəkildə milli, etnik və ya dini icma və azlıqların əsas hissəsini özbaşına məhv edir. Hücüm edənin hərbi gücünə müqavimət göstərmək üçün hərbi qüvvəyə malik olmayan qruplar və mülki əhali, zərər çəkmiş, təslim olanlardan ibarət insanlar müharibə qurbanlarını təşkil edirlər. Beynəlxalq hüquqa müvafiq olaraq genosid (soyqırımı) cinayət sayılır. 1948-ci ildə «Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Cenevrə Konvensiyası» qəbul edilmişdir. XX əsrin sonlarında bu Konvensiyanın müddəalarına zidd olaraq erməni işğalçılarının həyata keçirdiyi ən qanlı terror aktlarından biri - Xocalı faciəsi oldu. Əsrin əvvəllərində minlərlə azərbaycanlını qətlə yetirmiş ermənilərin nəvələri 1992-ci ildə Xocalıda babalarının qəddarlığını eynilə təkrar etdilər.

Xocalı işğalının faciəli nəticələri belə oldu: 613 nəfər, o cümlədən, 109 qadın və 63 uşaq qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 adam erməni əsirliyinin dəhşətlərindən keçmiş, 150 nəfər itkin düşmüş, şəhərin özü isə yerlə yeksan edilmişdir. Bu dəhşətli faciə ölkə və dünya ictimaiyyətindən gizlədilmiş, ölənlərin sayı cəmi iki nəfər göstərilmişdir.

Soyqırım və deportasiya siyasəti Azərbaycan xalqına ağır maddi və mənəvi zərbələr vuraraq onun tarixi yaddaşında silinməz qara izlər buraxdı. Başqa millətdən olan insanlara, qonşu xalqlara nifrət və təcavüz ideologiyası və psixologiyası üzərində qurulmuş mənfur işğalçı erməni siyasəti 2 milyona yaxın azərbaycanlının həyatına təcavüz edərək, öz taleyində onları çox acı fəlakət və dəhşətlər yaşatdı. Lakin bunlar Azərbaycan xalqının iradəsini qıra bilməmiş, «Torpaq uğrunda ölən varsa, Vətəndir» amalı ilə mərd oğullarla bərabər cəsur Azərbaycan qızları da Vətənin müdafiəsinə qalxaraq torpaq uğrunda şəhid oldular. Müharibədə Azərbaycanın qadın Milli Qəhrəmanları jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova şəhidlik zirvəsinə yüksəldi.

Azərbaycan ziddiyətli tarixi bir dövr yaşadı və 1988-ci ildən başlanan siyasi, dövlət və hakimiyyət böhranı daha da dərinləşdi. Azərbaycana düşmən olan qüvvələr ölkə daxilindəki əlaltılarının köməyi ilə hərc-mərcliyi gücləndirməyə, etnik qarşıdurmalara və vətəndaş müharibəsinə zəmin hazırlamağa səy göstərirdilər. Ölkədə bir-birinin ardınca baş verən ziddiyətli proseslərdən düzgün nəticə çıxara biləcək, xalqın potensial qüvvələrini bir şəxsiyyətin ətrafında birləşdirərək, milli dövlətçiliyini gözləyən, təhlükələri aradan qaldırmağa qadir bir partiyanın yaranması zərürəti belə bir şəraitdə meydana gəldi. Cəmiyyətin demokratik qüvvələri, ziyalıları və bütövlükdə Azərbaycan xalqı öz istəklərində daha qabağa gedərək Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə yanaşı, onun adı ilə bağlı partiyanın yaradılmasını zəruri hesab etdilər. 1992-ci ilin oktyabrında «Əlincə» Xeyriyyə Cəmiyyətinin təsisçisi olduğu «Səs» qəzetində dərc olunan 91 nəfər Azərbaycan ziyalısının imzaladığı, Heydər Əliyevə ünvanlanan müraciət Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi idi. 8 gündən sonra Heydər Əliyev Azərbaycan ziyalılarının müraciətinə «Yeni müstəqil Azərbaycan uğrunda» çağırışı ilə başlayan cavab məktubunda yaranmış vəziyyəti dərindən təhlil edərək, çıxış yollarını göstərdi. Məktubda ölkənin qarşısında duran əsas vəzifələrin-müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, dövlətin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat səviyyəsinin təmin edilməsi və digər vəzifələrin taleyüklü məsələlər olduğu və bunların həm rəhbərlikdən, həm də vətəndaşlardan ciddi səy tələb etdiyi göstərilirdi. Sonralar bu məktub YAP-ın fəaliyyətinin prinsip və istiqamətlərinin əsasını təşkil etdi.                                                       

Yaranmış tarixi zərürətin ve siyasi-ideoloji durumun doğurduğu milli tələbatın nəticəsi olaraq 1992-ci ilin noyabrında Naxçıvan şəhərində partiyanın təsis konfransı keçirildi. Konfransda Azərbaycanın müxtəlif regionlarını təmsil edən təşəbbüs qruplarının 550 nəfərdən artıq nümayəndəsi iştirak edirdi. Konfransda partiyanın Proqram və Nizamnaməsi qəbul olundu və Heydər Əliyev YAP-ın sədri seçildi, bununla da Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adlı möhtəşəm təşkilat daxil oldu. Bir-birinin ardınca Şərur (26 yanvar, 1993-cü il), Babək (2 fevral, 1993-cü il), Culfa (7 fevral, 1993-cü il), Şahbuz (13 mart, 1993-cü il) rayonlarında YAP-ın təsis konfransları keçirildi. 10 aprel 1993-cü il tarixdə YAP-ın mətbuat orqanı olan «Yeni Azərbaycan» qəzetinin birinci nömrəsi nəşr olundu.

Naxçıvan MR-da başlayan bu proses Azərbaycanın digər bölgələrində də əks-səda verdi. Əksər rayonlarda sürətlə təşkilatlanma işləri davam etdi. Azərbaycan qadınları fəallıq göstərdilər. Buna Heydər Əliyev xüsusi münasibət bildirirdi:«Bizim partiyada qadınların xeyli yer tutması sevindirici haldır... Partiyamızda, yerli təşkilatlarda qadınlara xüsusi qayğı göstərmək lazımdır. Onların problemləri olduqda mütləq həll etmək lazımdır. Təbiidir ki, bunlar hamısı bizim partiyanın üzvü olan qadınların partiyaya daha da sədaqətlə xidmət etməsinə yardım edəcəkdir»[1].1993-cü il martın 14-də Lənkəran Dövlət Dram Teatrında YAP-ın ilk yığıncağı keçirildi. Respublika Müəllimlərinin Təkmilləşməsi və Yenidən hazırlanması İnstitutunun Lənkəran filialının direktoru Dilruba Camalova YAP-ın Lənkəran təşkilatının sədri seçildi. Azərbaycana S.Mehmandarov, H.Aslanov kimi sərkərdələr bəxş edən Lənkəran xalqının cəngavər qızı müstəqil Azərbaycanı parçalayıb qondarma TMR yaratmaq xülyasına düşmüş Əlikram Hümbətova qarşı inadla mübarizə apardı. Mərkəzlə əlaqə saxlayaraq mövcud vəziyyəti işıqlandırmaqla düzgün addımlar atılmasına nail oldu. Yüksək təşkilatçılıq məharətindən istifadə etməklə Lənkəran xalqını Əlikram və onun havadarlarına qarşı ayağa qaldırdı və bu çətin, qanlı qarşıdurmada Lənkəranın üç igid oğlu: S. Bayramov, P. Təhməzov və E. Əliyev müstəqil Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına şəhid oldu. 1993-cü ilin iyun-avqust hadisələri zamanı elimizin bu mərd qızının başçılığı altında Lənkəran camaatı Azərbaycan Respublikasınn ərazi bütövlüyünün qorunması və millətimizin parçalanmasının qarşısının alınmasında fədakarlığını sübut etdi. YAP-ın Lənkəran təşkilatı Dilruba Camalovanın rəhbərliyi altında təbəqələrarası, məhəllədaxili çəkişmələri aradan qaldırdı, bərbad hala salınmış iqtisadi sahələrin hərəkətə gətirilməsinə diqqət yetirdi. Savadlı, bacarıqlı mütəxəssisləri quruculuq işinə cəlb etdi. Bütün vətəndaşların hüquqlarına hörmətlə yanaşaraq fəaliyyətlərini plüralizm şəraitində tam demokratik prinsiplər əsasında qurdu. Müxtəlif vaxtlarda Lenkə­ran Şəhər Komitəsinin ikinci katibi, birinci katibi, Lənkəran Dövlət Universitetinin prorektoru, Lənkəran İcra Hakimiyyətinin başçısı işləmiş Dilruba Camalova Azərbaycan SSR Ali Sovetinin deputati, Ali Sovetin Rəyasət Heyətinin üzvü, QPDK-nın müavini olmuşdur.

1993-cü ilin mart ayında Sədaqət Qəhrəmanovanın təşəbbüsü ilə Əli Bayramlı şəhərində YAP-ın təsis konfransı keçirildi. Konfransda Sədaqət Qəhrəmanova YAP-ın Əli Bayramlı şəhər təşkilatının sədri seçildi. Sədaqət Qəhrəmanova ətrafda baş verən hadisələri, prosesləri analiz edərək, gələcək üçün düzgün proqnoz vermiş, bütün hallarda siyasi təmkinini saxlamaqla hadisələrə ədalətli mövqedən yanaşmışdır. Belə ki, o dövrdə Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan Sədaqət Qəhrəmanova müstəqilliyini yenicə qazanmış, ərazisi işğal olunmuş və olunmaqda davam edən Azərbaycan dövlətinə liderlik edə biləcək rəhbərin lazımlılığını qabaqcadan görərək 1991-ci ildə 44 nəfərin imzası ilə Heydər Əliyevə xalqın köməyinə çatması üçün teleqram vurdu, 1992-ci ilin may ayında isə Heydər Əliyevin hakimiyyətə çağırılması üçün Şəhər Soveti sessiyasında məsələ qaldırdı.

Liderin öz mövqeyini saxlaya və möhkəmləndirə bilməsi üçün ünsiyyətdə olduğu insanların inamını qazanmağı vacibdir. Sədaqət Qəhrəmanova da liderlərə xas bu keyfiyyətlə uzun müddət (1993-1999) YAP-ın Əli Bayramlı şəhər təşkilatının sədri vəzifəsində çalışaraq partiyanın fəaliyyət proqramının reallaşmasında əsl vətəndaş mövqeyindən çıxış etmişdir. Başqalarının potensial qabiliyyətinin üzə çıxmasına şərait yaratmaqla, işlədiyi kollektivdə hər bir insana qarşı real, şəxsi marağını bildirərək həyata keçirtdiyi əməllərinin müsbət nəticələri ilə çaşqınlıq içində olan insanlarda özünə qarşı hədsiz inam hissi yaradaraq doğma xalqı öz arxasınca aparmışdır. Mehribançılıq, səmimilik və öz dəyərlərinə sadiq qalmaq bu xanımın lider kimi xarakterinin tamlığından irəli gəlir. Elə bu baxımdan onun 1995-2005-ci illər ərzində Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı müddətdə Əli Bayramlıda çoxlu sayda abadlıq, sosial quruculuq işləri görülmüş, qadınların rəhbər vəzifələrə irəli çəkilməsinə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şərait yaradılmışdır. Sədaqət Qəhrəmanova hal-hazırda YAP-ın Siyasi Şurasının üzvü və AQUPDK-nın sədr müavini olaraq fəaliyyətini uğurla davam etdirir...

YAP-ın rayon teşkilatlarının yaranması sürətlə davam etməkdə idi. Kişilərlə bərabər çoxlu sayda Azərbaycan qadınları könüllü surətdə YAP-ın qərargahlarına gələrək üzv yazılır və mövcud vəziyyətdən çıxış yolunu, Ümummilli Liderin hakimiyyətə qayıdışında görürdülər.

«Tarixi böyük şəxsiyyətlər müəyyən edir» ideyası məhz Heydər Əliyev fenomenində öz məna tutumunu tapdı: O, xalqın çağırışına cavab olaraq 1993-cü ildə Bakıya gəldi, məhv olmaq təhlükəsi altında olan Azərbaycanı fəlakətdən xilas etdi. Məhz xalqın tələbi ilə 1993-cü il iyulun 24-də Milli Məclis Heydər Əliyevə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini verdi və oktyabrın 3-də xalq onu müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Bundan sonra Azərbaycan bütün sahələrdə özünün inkişaf və yüksəliş dövrünü yaşamağa başladı. Ərazi bütövlüyümüz uğrunda bütün lazımi tədbirlər görüldü. Azərbaycan ordusunun formalaşması və gücləndirilməsinə diqqət yetirildi.

Faciələrimizin səbəblərini araşdırmaq, onlara obyektiv hüquqi-siyasi qiymət vermək, bu əsasda baş verən hadisələrdən düzgün nəticə çıxarmaq imkanı yarandı.

Heydər Əliyevin Prezident seçilməsindən üç ay sonra 20 Yanvar hadisələrinə qiymət verildi, Milli Məclisdə ölkə rəhbərinin iştirakıyla xüsusi qərar qəbul edildi. Bu qərar 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsi istiqamətində atılan ilk uğurlu addım idi. Onun Sərəncamı ilə hər il 20 Yanvar «Ümumxalq hüzn günü» elan edilmişdir. Yalnız 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilərək, Azərbaycan tarixində onun yeri və mahiyyəti müəyyən edilmişdir.

Prezident Heydər Əliyeyin imzaladığı 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında 18 dekabr 1997-ci il və 31 mart azərbaycanlıların soyqırımı haqqında 26 mart 1998-ci il tarixli iki Fərmanı uydurma erməni soyqırımı məsələsini bütün dünyada kəsərdən salmaqla bərabər, həm də azərbaycanlı soyqırımını bütün dünya ictimaiyyətinə daha tam dolğun və ardıcıl çatdırdı. Dövlət başçısının 1918-ci ilin mart ayında erməni daşnakları tərəfindən kütləvi soyqırımı ilə bağlı ayrıca Fərman imzalaması azərbaycanlıların hələ əsrin əvvəllərindən üzü bəri əziyyət çəkdiyini bütün dünyaya göstərən ciddi həqiqətdir. Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirildi, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdığı soyqırım və deportasiya siyasətinin mahiyyəti açıqlanaraq ifşa olundu.

Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının yeni inkişaf mərhələsinə keçidi təmin edildi, ölkəmizin demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu il irəliləməsinə əlverişli şərait yaradıldı. Dövlət quruculuğu möhkəmləndirildi, Konstitusiya Məhkəməsi təsis edildi və formalaşdı. Xarici siyasətin üfüqləri genişləndi: Azərbaycan «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində NATO ilə əməkdaşlıq sahəsində uğurlar qazandı. Azərbaycan Avropa Şurası kimi bir quruma daxil oldu, «Əsrin müqaviləsi» bağlandı. 150-dən artıq ölkə ilə diplomatik əlaqələr quruldu; Azərbaycanda 82 xa­rici dövlətin səfirliyi, Azərbaycanın isə 29 xarici ölkədə səfirliyi fəaliyyət göstərdi. Əhalinin sosial vəziyyəti yaxşılaşdırıldı; iqtisadiyyata qoyulmuş xarici investisiyanın adambaşına düşən miqdarına görə Azərbaycan MDB ölkələri arasında lider oldu.



[1] Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş YAP-ı cəmiyyətdə özünəməxsus aparıcı yer tutmuşdur. Bakı. Azərbaycan nəşriyyatı. 2001.-s.26.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb