Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


2.1. İqtisadi inkişaf dövrü. İşgüzar qadınlar


Məlumdur ki, yoxsulluğun aradan qaldırılmasında üç əsas şərt mövcuddur: iqtisadi inkişaf, səhiyyənin inkişafı və təhsilin inkişafı.

İqtisadi inkişafın reallaşması üçün iqtisadi islahatlar və özəlləşmə mühüm əhəmiyyət kəsb edir. İslahatlar sistemində mülkiyyət münasibətləri sahəsində aparılan islahatların prioritet xarakter daşıdığını əsaslandırmaqla «İslahatların əsasını mülkiyyət formasının dəyişdirilməsi təşkil edir»[1] qənaətində olan Prezident Heydər Əliyevin 1999-cu il 9 noyabr tarixli Fərmanı ilə «1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar isla­hatların dərinləşməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərməsinə dair dövlət proqramı» təsdiq edildi. Təsdiq edilmiş Dövlət Proqramında 2000-ci ilədək sahibkarlıq sahəsində güclü dövlət siyasətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesinin dönməzliyini təmin edən özəl sektor formalaşmışdır. Sahibkarlıq hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir. Sahibkarların hüquqlarını müdafiə edən, onların fəaliyyətinə yersiz müdaxilənin və əsassız yoxlamanın qarşısını alan 2 Fərman (17 iyun 1996, 7 yanvar 1999-cu illər) qəbul edilmişdir. Keçid dövründə baş vermiş iqtisadi və texnoloji dəyişikliklər nəticəsində kişilərlə bərabər Azərbaycan qadınlarının qarşısında yeni iqtisadi imkanlar açılmışdır. Qadın sahibkarlığın inkişaf etdirilməsi cəmiyyətdə mövcud olan gender (qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılması) bərabərsizliyinin aradan qaldırılması ilə yanaşı, ye­ni iş yerlərinin yaranması ilə əhalinin qismən yoxsulluğunun aradan götürülməsinə və qadınların iqtisadi nüfuzunun artmasına kömək edir. Azərbaycanda əhalinin 50,8%-ni qadınlar təşkil edir. Statistik məlumatlara nəzər salsaq görərik ki, dövlət iqtisadiyyatında çalışan qadınların sayı get-gedə artmaqdadır. Belə ki, 1990-cı ildə 41,8 % qadın dövlət iqtisadiyyatında çalışırdısa, 1997-ci ildə bu göstərici 46,9 % olmuşdur.

Qadınların məşğulluq imkanlarının artırılması, biznesə başlamaq və inkişaf etdirmək üçün lazımi mənbə və bacarıqların verilməsi sahəsində dövlət həm yerli, həm də Beynəlxalq Qeyri-Hökumət Təşkilatları (QHT) bir sıra tədbirlər həyata keçirmişlər. Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən Azərbaycanın əmək bazarında qadının yeri, qadınların iqtisadi vəziyyəti və məşğulluq xüsusiyyətlərinin təhlili verilmişdir. 90-cı illərin ortalarından başlayaraq, dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, torpaq islahatlarının keçirilməsi hesabına iqtisadiyyatda vəziyyəti nisbətən sabitləşdirmək mümkün olmuşdur. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı bu prosesi sürətləndirdi. 1994-cü ildən başlayaraq həyata keçirilən iqtisadi islahatlar ölkəmizdə sahibkarlığın inkişafına təkan verdi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın inkişafında sahibkarlığın rolunu artırdı.

1998-ci il aprelin 17-də Astarada «Sahibkar (fermer) qadınlar» mövzusu üzrə zona konfransı keçirildi. Konfransda respublikanın görkəmli hüquqşünas qadınları iştirak etdilər. Sahibkarlıqla məşğul olan fermer qadınlar yeni qanunvericilikdə olan normativ hüquqi sənədlərlə tanış oldular və onlara metodik tövsiyələr verildi. 5 sentyabr 2000-ci il tarixdə isə qadınlarımızın fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişaf Proqramının «Gender İnkişafda» Qurumunun köməyi ilə «Yeni İqtisadi Siyasət, sahibkar qadınlar, problemlər, həlli yolları» mövzusunda Respublika konfransı keçirtdi. Konfrans zamanı dövlət orqanlarının nümayəndələri ilə sahibkar qadınları görüşdürmək, onların arasında olan mövcud əlaqələri genişləndirərək yeni əlaqələrin yaranmasına kömək etmək, müstəqil dövlətin sahibkar qadınlarının rastlaşdığı problemlərlə tanış olmaq və problemləri aidiyyatı olan təşkilatlara çatdırmaq nəzərdə tutulmuşdur. Belə ki, Qadın Problemləri üzrə Dövlət Komitəsi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və BMT-nin İnkişaf Proqramı ilə birlikdə keçirilən bu konfransa Müdafiə Na­zirliyi, Ticarət, Maliyyə, Dövlət Vergi, Dövlət Əmlakı, Ədliyyə Nazirliyi, Gömrük Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Dövlət Statistika Komitəsi, Birləşmiş Universal Bank və qeyri-dövlət müəssisələrinin rəhbərlərini dəvət etmişdi. Prezident Aparatı Humanitar Siyasət şöbəsinin müdiri Fatma Abdullazadənin Azərbaycan Qadınlar Bankının yaradılması təklifi ilə çıxışı konfrans iştirakçıları tərəfindən bəyənilmişdir. Konfransın qərarı ilə qadınların çıxışlarında söylənən məsələləri həll etmək və kömək göstərmək məqsədi ilə Nazirlik və Komitələr qarşısında məsələlər qaldırılmışdır.

BMTİP-in sahibkarlığa kömək mərkəzi ilə QPDK-nın qabaqcadan razılığına əsasən 11 aprel 2001-ci il tarixdə Oskar Biznes Mərkəzində Dövlət Antiinhisar siyasəti və Sahibkarlığa Kömək Komitəsi ilə keçirəcək «Azərbaycanda sahibkar qadınların ehtiyatlarının müəyyən edilməsi» mövzusunda məsələni müzakirə edərək təsdiq etmişdir. «Qadın hüquqları və sosial müdafiəsi şöbəsi» 17 rayonda sahibkar qadınların siyahısını dəqiqləşdirmiş, sahibkar qadınların müvəffəqiyyəti və problemlərini araşdırmışdır. BMTİP-nin Sahibkarlığa Kömək Mərkəzi iştirakçılara «Uğurlu biznesə yol» və «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq haqqında» adlı kitabları hədiyyə etmişdir.

6 dekabr 2001-ci il tarixdə Qadin Problemləri üzrə Dövlət Komitəsi İqtisadi İnkişaf Nazirliyi və BMT İnkişaf Proqramı sahibkarlara kömək məqsədi ilə «Azərbaycanda kiçik və orta müəssisələrə yardım» layihəsi çərçivəsində sahibkar qadınların və qadın təşkilatların «Azərbaycanda qadın sahibkarların sosial və iqtisadi problemləri» mövzusunda konfrans keçirmişdir. Konfransın məqsədi - qadınların sahibkarlıga cəlb olunması və cəmiyyətin yaxşılaşdırılması yollarının araşdırılması olmuşdur.

Bütün bunlarla yanaşı, hal-hazırda qadınların məşğulluq sahəsində bir sıra problemlər mövcuddur: İşləyən qadınların payının yüksək olduğu sahələrin (yüngül və yeyinti sənayesi, neft maşınqayırma və s.) işləməməsi; elmin intellektual sahəsində qadınların payının azalması; qadın əməyinin üstünlük təşkil etdiyi sahələrin (xalq sənətkarlığı, tətbiqi incəsənət və s.) məhsullarına tələbatın azalması; eyni xarakterli işə görə kişilərə daha yüksək əmək haqqının ödənməsi, ticarət (xırda alver) və həyətyanı torpaq sahəsində işləyən qadınların sayının artması. Peşə hazırlığının zəif olması, maliyyə vəsaitinin əldə olunmasındakı çətinliklər, zəruri hüquqi müdafiənin olmaması qadın sahibkarlığının inkişafına mane olan əsas səbəblərdəndir. Qadın sahibkarlığın inkişafı, dəstəklənməsi və tənzimlənməsi cəmiyyətdə gender bərabərliyini əldə etmək üçün əsas şərtlərdən biri olduğundan Prezidentin birbaşa səyi və qayğısı nəticəsində hökumətə qadın sahibkarlığın inkişafı ilə bağlı bir sıra tövsiyələr verilmişdir. Nazirlər Kabineti Azərbaycanda qadın sahibkarlığının inkişafının tənzimlənməsi üzrə təkliflər hazırlayıb müvafiq strukturlara təqdim edir; Beynəlxalq Əmək Təşkilatının gen­der bərabərliyi ilə bağlı-Analığın müdafiəsi haqqında 103, Ailə məsuliyyəti olan işçilər haqqında 156 saylı Konvensiyalarına qoşulmaq üçün hazırlıq işlərinin gücləndirilməsi;....; mövcud və potensial qadın sahibkarlar üçün dövlət kredit və lizinq sistemini bir qədər «yumşaltmaq» və əlverişli etmək məqsədi ilə bu sistemin yaxşılaşdırılması;..; siyasi səviyyədə, Milli Məclisdə, Kütləvi İnformasiya Vasitələrində qadın sahibkarların maraqlarının lobbiləşdirilməsi. Biznesə dəstək verən institutların, QHT və BƏT-lərin qadın sahibkarlığının inkişafında rolunun artırılması əsas vəzifələrdən biri olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci ilin aprel və may aylarında yerli və xarici sahibkarlarla keçirilmiş görüşlərində 100-ə yaxın yerli və xarici qadın sahibkarlar iştirak etmişdir. Həmin görüşlər ölkəmizdə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu baxımdan, başlıca vəzifələrdən biri geniş sosial təbəqələrin, o cümlədən qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi yolu ilə onların işgüzarlıq, əqli və intellektual potensialından səmərəli istifadə edilməsidir.      

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş sənədlər sahibkarların maliyyələşdirilməsinin səmərəli mexanizmini formalaşdırmaqla, maliyyə vəsaiti ilə təminat imkanlarını genişləndirmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən istifadə üzrə seçilmiş müvəkkil banklar tərəfindən əsasən regionlarda (Şəki, İsmayıllı, Gəncə, Beyləqan, Abşeron, Əli Bayramlı və s.) fəaliyyət göstərən 20 qadın sahibkarın 1,2 milyard manat məbləğində məişət-sanitariya məmulatlarının istehsalı, yüngül sənaye, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı yönümlü investisiya layihələri maliyyələşdirilmişdir.

Ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra tədbirlərə: qadınların işgüzar fəaliyyəti üçün zəruri maliyyə vəsaiti əldə etməsi, start kapitalının formalaşmasında işlək mexanizmlərin yaradılmasına başlanmışdır.

QPDK-nın və İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığa kömək sistemi çərçivəsində təşkil olunmuş treninq kurslarında və seminarlarda minlərlə sahibkar xüsusi hazırlıq keçmişdir ki, bunların da əhəmiyyətli hissəsini qadınlar təşkil edir. Sahibkar­ların beynəlxalq təşkilatların proqramları çərçivəsində xarici ölkələrdə təhsil almaları təmin edilmiş və son illər qadın sahibkarları da əhatə etməklə yüzlərlə iş adamı Avropa ölkələrində hazırlıq keçmiş və beynəlxalq təcrübə əldə etmişlər.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci ilin sentyabrın 10-da imzaladığı «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dair dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında» Fərman özəl sektorun inkişafına təkan verərək onun stimullaşdırılmasını təmin etdi. Fərmanda sahələr və regionlar üzrə fərq qoyulması, vergi növləri üzrə dərəcələrin aşağı salınması, vergilərin sadələşdirilmiş sisteminin tətbiqi sahəsinin genişləndirilməsi, sosial sığorta haqlarının azaldılması lazım bilinirdi. Fərmana əsasən 2003-2005-ci illərdə sahibkarlığın inkişafina 250 milyard manat vəsait ayrılması müəyyən edilmişdir. 2002-ci ilin sonuna olan məlumata görə vergilərə cəlb edilən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 157 mini keçmişdir. Bu sahibkarların tərkibində qadınların çəkisi artmaqdadır. Daha çox sayda qadın, xüsusilə tikiş məmulatları istehsalı, ticarət, ictimai iaşə və digər sahələrdə sahibkarlıq fəaliyyətinə cəlb edilmişdir.

2002-2003-cü illərin aprel-iyun aylarında QPDK Respublikanın 7 rayonunda Qusar, Xaçmaz, Şamaxı, Salyan, Gəncə, Cəlilabad və Mingəçevir rayonlarında BMT-nin Sahibkarlığa kömək Mərkəzi ilə iki günlük regional (qonşu rayonların iştirakı ilə) seminar keçirmişdir.

Seminarın məqsədi Sahibkarlığa Kömək Mərkəzinin mütəxəssislərinin sahibkar qadınlara bilik, bacarıq və təcrübə öyrətməsi olmuşdur. Nəticədə məşğələnin iştirakçıları əldə olunmuş biliklərdən yeni biznesin başlanmasında və yaxud mövcud olan biznesin inkişafına istifadə etmişlər. İki günlük «Qadın Sahibkarlığı»na həsr olunmuş seminarlarda qadın sahibkarlığının xüsusiyyətləri, Biznesin başlanğıcı, Marketinqin əsasları, Biznesin planlaşdırılması, Menecmentin əsasları və Maliyyə mövzularında məruzələr dinlənilmiş, müzakirə edilmiş və görəcəkləri işlər müəyyənləşdirilmişdir.

Bölgələrdə sahibkar qadınların yuxarıda göstərilən bilikləri və kompüterdən istifadənin öyrənmələri üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə İqtisadi İnkişaf Nazirliyi və BMTİP-nın Sahibkarlığa Kömək Mərkəzi Quba, Gəncə və Cəlilabadda BMTİP Sahibkarlığa Kömək Mərkəzinin filialının açılmasına nail olmuşdur.                     

Respublikada sahibkar qadınların texniki və kommersiya əlaqələrinin genişlənməsinə və milli, regional və beynəlxalq səviyyələrdə müştərək müəssisəler yaradılması təşəbbüslərinə kömək göstərilir və onlarla iş aparılır. Bazarlar, ticarət və resurslar haqqında və eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə mənimsəmək məqsədi ilə sahibkar qadınlar başqa ölkələrə və təcrübə mübadiləsinə (2002-ci ildə Gəncədən sahibkar qadın Zemfira Ağayeva, Qubadan Fatimə Abdullayeva və s.) getmişlər.

Ölkəmizdə sahibkarlığın inkişafına dövlət köməyi sayəsində Ümummilli Lider cənab Heydər Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilmiş strategiyanın mühüm istiqamətlərindən biri, bu sektora əhalinin daha geniş kütləsinin cəlb edilməsinə, insanların işgüzarlıq potensialının gerçəkləşməsinə əlverişli imkanların yaradılması olmuşdur. Bu baxımdan, qadın sahibkarlığının inkişafının təmin edilməsi yolu ilə əhalinin bu təbəqəsinin ölkədə həyata keçirilən iqtisadi islahatların aktiv iştirakçısına çevrilməsi xüsusi əhəmiyyət kəsb edir.

Hal-hazırda Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyası qadın sahibkarlığını inkişaf etdirmək və ona yardım göstərmək məqsədi ilə geniş fəaliyyət planı hazırlamışdır. Rəsmi statistikaya əsasən Azərbaycanda 3-4 % sahibkar qadın var. Onların fəaliyyəti müxtəlif sahələri əhatə edir. Yeni yaranmış Azərbaycan Qadın Sahibkarları Milli Assosiasiyasının (AQSMA) sədri Vəfa Əfəndiyevadır. «Mitsui Kürdaşı» şirkətində regional ofisin rəhbəri vəzifəsində işləyən Vəfa xanım sonra BMT-nin Qadın İnkişaf Fondunda maliyyə məsələləri üzrə baş mütəxəssis, ipək yolu TRASEKA-nın daimi katibliyində koordinator vəzifəsində çalışmışdır. Hal-hazırda «Uğur» tikinti şirkətlər qrupunun rəhbəridir. Az müddətdə AQSMA Ümumdünya Qadın Sahibkarları Assosiasiyasının (ÜQSA) Koreyanın Seul şəhərində 2006-cı ilin aprelində keçirilən illik konqreslərində iştirak edərək müşahidəçi statusu almışdır. Qeyd etmək lazımdır ki, ÜQSA qadın sahibkarları özündə birləşdirən yeganə qurumdur ki, Avropa Şurasında, Birləşmiş Millətlər Təşkilatında, BƏT-də və s. nüfuzlu təşkilatlarda konsultativ statusa malikdir.

«ATTAS-PR və Anglo-Amerikan Business Services» Alyansının baş direktoru Fatimə Aslanın başçılıq etdiyi şirkətdə 24 nəfər çalışır. O əvvəlcə BP/Statol Alyasında tərcüməçi, elm və texnika şöbəsində menecer vəzifəsində çalışmışdır. Xarici sərmayəçilərə və iş adamlarına konsaltinq xidmətləri göstərmək məqsədi ilə 1997-ci ildə «ATTAS Public Relations and Business Development" şirkəti yaranır. Fatimə xanım «Anglo-Amerikan-Business» şirkətinin həmsədri olur. Şirkətin təsisçisi Aleks Qozları 2001-ci ildə yeni iş qurmaq üçün Dubaya gedir və Fatimə xa­nım ATTAS PR şirkətinə tam rəhbərlik edir. ABŞ-ın Vaşinqtonda yerləşən «Beynəlxalq Vergi və İnvestisiyalar Mərkəzi»nin Azərbaycanda rəsmi nümayəndəliyi funksiyasını həyata keçirən ATTAS-PR və Anglo-Amerikan Business Services, həmçinin Xorvatiyanın «Sina» Dövlət Neft Şirkətinin Azərbaycandakı təmsilçisidir. Alyansın xidmətlərindən Azərbaycan Respublikası hökuməti, BMT və ATƏT nümayəndəliyi, dünyanın 100-dən çox tanınmış şirkətləri istifadə edir.

Quba rayonunda yerləşən «Aygün» şirkətinin direktoru Fatimə Ağamirzəyeva Respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ilk qadınlardandır. 1990-cı ildə yaranan şirkət bir neçə il qadınlara paltar biçmək və tikmək sənətini öyrədir. Sonralar isə istiqaməti dəyişərək xalçaçılıqla məşğul olur. Hal-hazırda burada 50 nəfər təcrübəli sənətkar çalışır. Fatimə xanım BMT-nin Avropa üçün İqtisadi Komissiyası tərəfindən «Avropada 2002-ci ilin ən yaxşı Qadın sahibkarı» nominasiyasına layiq görülmüş, 2003-cü ildə isə Cenevrədə ilin ən yaxşı «Qadın sahibkarı» adlandırılmışdır.

Rəna Bağırova xalqımızın xeyriyyəçi sahibkar qadınlarındandır. O, «Biomed-Spectr» tibb mərkəzinin direktorudur. İlk iş yeri 12 № li Bakı şəhər Uşaq Poliklnikası olmuşdur. Sahə həkimi kimi (1974-1980) fəaliyyətə başlamış, sonra həmin poliklinikada baş həkim, 1982-ci ildən 1994-cü ilə qədər isə Nəsimi ra­yon Səhiyyə Şöbəsində müdir, 1994-cü ildən isə Bakı şəhər İcra Hakimiyyətinin səhiyyə məsələləri üzrə məsləhətçisi olmuşdur. 1994-cü ildə bu işgüzar xanım dərman və tibbi ləvazimatları Rusiya və Türkiyədən gətirilməsi və satışını təşkil edən «Fəxri» kiçik müəssisəsini yaratmışdır. Maddi vəsait əldə etdikdən son­ra 2003-cü ildə «Biomed-Spectr» tibb mərkəzini açır. 2000-ci ildə isə qaçqın, məcburi köçkün, əlil və aztəminatlı ailələrə kömək məqsədi ilə «Sabah» Beynəlxalq Humanitar Təşkilatını yaradır. Bu gün bu təşkilatın işçiləri bölgələrə səfər edərək imkansız ailələrə yardım edir.

Sayalı Səfərova 1993-cü ildə Amerikaya gedərək ABŞ-ın 5 ştatında reklam sənətinin incəliklərini öyrəndikdən sonra elə həmin il «Memar SS» reklam şirkətini açır. Şirkət şəhərsalma mədəniyyətinə kömək etmək məqsədi ilə dizayn işini həyata keçirməyə, Azərbaycanda milli reklam sənətini yaratmağa və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə xidmət edir. «Memar SS» şirkətinin uğurları böyükdür. Belə ki, 2000-ci ildə «İlin ən yaxşı reklam şirkəti» nominasiyası üzrə «Uğur» mükafatına, «Uşaqların qayğısına qalın» televiziya reklamına görə Beynəlxalq Münsiflər Heyəti tərəfindən mükafata, 2003-cü ildə isə Cenevrədə «Keyfiyyət üçün Beynəlxalq Ulduz» mükafatına layiq görülmüşdür.

Əzizə Quliyeva 1995-ci ildə «Borçalı» Kəndli-Fermer Təsərrüfatını yaradır və Yaponiya hökumətinin verdiyi qrant hesabına təsərrüfatı texniki avadanlıqlarla təchiz edir.

Biz 1993-2003-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin II dövründə yetişən sahibkar qadınların bəziləri haqqında qısaca məlumat verdik. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin hakimiyyəti dövründə sahibkar qadınların fəaliyyəti üçün geniş imkanlar açılmışdır. Ölkə Prezidenti sahibkarlarla görüşündə ortaya çıxan məsələlərə xüsusi diqqət yetirmiş, müvafiq tapşırıqlar vermiş və qeyd etmişdir ki, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası və bu sistemdə tutacağı yer sahibkarlığın inkişafından və onun rəqabətə davam gətirmək imkanlarından asılıdır.

14 may 2004-cü il tarixdə keçirilən Azərbaycan və Gürcüstanda işəgötürənlər təşkilatları vasitəsi ilə «Qadın Sahibkarlığının İnkişafı» adlı seminar keçirilmişdir. Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı Milli Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Azərbaycan və Gürcüstanda işəgötürənlər təşkilatları vasitəsilə «Qadın sahibkarlığının və özünə məşğulluğun inkişafı»nı nəzərdə tutan regional layihənin həyata keçirilməsinə başlamışdır. Layihənin məqsədi hər iki ölkədə qadın sahibkarlığının vəziyyətini araşdırmaq, mülki potensialı, bu sahədə olan problemləri və inkişaf istiqamətlərini müəyyənləşdirmək olmuşdur. Konfransda QPDK-nın sədri Zəhra Quliyeva çıxış edərək Azərbaycanda qadın sahibkarlığının inkişafına dair layihənin həyata keçirilməsini dəstəkləmişdir.

9-11 noyabr 2005-ci il tarixdə Brüsseldə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) təşkil etdiyi və Avropa Birliyinin dəstəyi ilə «Sahibkarlığın inkişafı: Qadınlarla bağlı gündəlikdə olan məsələlər» adlı konfransda Azərbaycanı Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Möminat Ömərova təmsil etmişdir. Əminik ki, Azərbaycanda kişilərlə bərabər sahibkar qadınların sayının artması ölkə iqtisadiyyatına öz dəyərli töhfəsini verəcəkdir.



[1] Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Bakı. Azərnəşr. 1997. 2-ci kitağ.-s.492

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb