Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


2.2. Səhiyyənin inkişafı


Heydər Əliyev öz xalqının sağlamlığı və əmin-amanlığı naminə çox işlər görmüşdür. Keçid dövründə səhiyyə problemlərinə sistemli şəkildə yanaşma tələb olunurdu. Əhalinin sosial təminatı və onlara göstərilən səhiyyə xidmətlərinin ölkə qarşısında duran aktual problemlərdən və bu problemlərin yoxsulluğun azaldılması və əhalinin rifahının yaxşılaşdırılması məsələləri ilə qarşılıqlı əlaqədə olduğunu söyləyən Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyənin qanunvericilik bazası təkmilləşdirildi. «Qan və onun komponentlərinin donorluğu haqqında», «İnsan orqanlarını və toxumalarının transplantasiyası haqqında» və s. qanunlar, həmçinin «Əhaliyə tibbi yardım göstərilməsi, virusologiya məsələləri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı immun-çatışmazlığı virusunun törətdiyi xəstəliyə tutulma, habelə bununla əlaqədar baş vermiş əlillik və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında» Əsasnamə qəbul edildi. Azərbaycan ərazisində QİÇS-ə, vərəmə qarşı mübarizə əleyhinə Milli Proqramlar işlənib hazırlandı. Milli Məclis «Ruhi sağlamlığın qorunması haqqında» və «Vətəndaşlara vərəm əleyhinə kömək və bu köməyin göstərilməsi zamanı təminatlar haqqında» Qanun layihəsi qəbul etdi. Məlumdur ki, BMT-nin Minilliyin İnkişaf Məqsədlərində əsas prioritet kimi QİÇS, uşaq ölümünün azaldılması, ana sağlamlığının qorunması, malyariya və s. xəstəliklərlə mübarizə müəyyən edilmişdir. Ölkəmizdə də bu sahədə müvafiq tədbirlər görülmüşdür. Belə ki, 1997-ci ildən bəri təşkil edilən məqsədyönlü səylər nəticəsində IIV infeksiyasının aşkarlanmasında artım müşahidə edilmişdir. Respublikada 625 QİÇS-ə yoluxma halı aşkarlanmışdır ki, bunların da 120 nəfəri qadındır. Ölkədə QİÇS-in yayılmasının qarşısının alınması ilə məşğul olan xidmətlər yaradılmışdır. Onların ön cərgəsində Azərbaycanın QİÇS-lə Mübarizə üzrə Milli Mərkəzi durur. Mərkəz qeyd edilən sahədə təşkilati-metodiki əlaqələndirici və nəzarətedici funksiyaları olan yeganə dövlət təsisatıdir. Mərkəzin strukturunda 12 regional laboratoriya fəaliyyət göstərir. Hal-hazırda ölkənin hər bir terapevtik müəssisəsində QİÇS-in qarşısının alınması sahəsində təyin edilmiş bir məsul şəxs fəaliyyət göstərir: Dövlət səviyyəsində QİÇS-in ölkədə yayılmasına yönəldilmiş qanunvericilik aktları qəbul edilmişdir. 16 aprel 1996-cı il tarixdə Azərbaycan Respublikasında «İmmun çatışmazlığı virusunun törətdiyi xəstəliyin qarşısının alınması haqqında» Qanun qəbul edildi. Ölkə Prezidenti Heydər Əliyev həmin qanunun tətbiq olunması ilə əlaqədar Fərman imzaladı. 20 oktyabr 1997-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti QİÇS -in qarşısının alınması haqqında Milli Proqramı təsdiq etdi. 1997-ci ildən etibarən QİÇS-lə bağlı 24 saatlıq anonim məsləhət və müayinə üzrə qaynar xətt fəaliyyət göstərir. Mərkəz daxilində QİÇS-lə mübarizə işində fəal iştirak edən «Gənclər QİÇS-ə qarşı» hərəkatı formalaşmışdır. Mərkəzin təşəbbüsü ilə ölkədə orta məktəblərdə 6-cı sinifdən başlayaraq ali təhsil müəssisələrinə qədər 10 dekabr tarixdə dərslərin bir saatı QİÇS-lə mübarizəyə həsr edilir. QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən hazırlanmış «Özünü QİÇS-dən qoru» proqramı əsasında Səhiyyə Nazirliyinin rəhbərliyi altında dərslər keçirilir. Valideynlər üçün hazırlanmış bukletlər və lifletlər təqdim edilir. Bu dərslər sayəsində yetişməkdə olan gənc nəslin məlumatının artdığı müşahidə edilmiş və hal-hazırda təhlükəsiz davranış və sağlam həyat tərzi vərdişləri formalaşdırılmaqdadır. İİV/QİÇS-ə yoluxmuş insanların hüquqlarının müdafiə olunmasında və bu xəstəliklə mübarizənin müxtəlif istiqamətlərinin təşkil olunmasında milli və beynəlxalq QHT-lərin rolu böyükdür. QİÇS-lə Mübarizə Mərkəzinin dəstəyi ilə İİV/QİÇS-ə yoluxmuş pasientlərin «İmdad-SOS» adlanan assosiasiyası yaradılmışdır. Bu assosiasiya ölkədə sosial bazası olan yeganə sosial təşkilatdır və o, İİV/QİÇS virusu daşıyıcılarına mənəvi, maddi, sosial, psixoloji və hüquqi yardım göstərmək üçün yaradılmışdır. Beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan Cənubi Qafqazın digər ölkələrində olduğu kimi QİÇS epidemiyasının ilkin mərhələsindədir. Mütləqdir ki, bu gün bütün səylər və imkanlar QİÇS-in qarşısının alınmasına və onunla mübarizə sahəsində səfərbər edilməlidir. Bunun üçün dövlət, sosial və beynəlxalq təşkilatlar arasında əlaqələrin təkmilləşdirilməsi vacibdir.

Keçid dövründə hökumət səhiyyə sahəsində yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və qadınların sağlamlığının möhkəmləndirilməsi məqsədilə bəzi profilaktik ölçülərin götürülməsinə yönəldilmiş bir sıra tədbirləri həyata keçirmişdir. Ana və uşaqların sağlamlığının qayğısına qalmaq üçün doğum evləri əsaslı təmir edilmiş, müasir standartlara uyğun yeniləri tikilmişdir. Ölkə Prezidenti 1999-cu ilin aprelində M.Hacıqasımov adına doğum evində, 2002-ci ilin martında isə Respublika Doğum Evində olmuşdur. Səhiyyə sahəsində özəl sektorun, sahibkarlığın yaranmasını alqışlayan Prezident səhiyyədə aparılan islahatların bir hissəsini özəl sektor yaratmaqdan ibarət olduğunu göstərirdi: «...səhiyyədə özəl sektor yaratmaq, sahibkarlıq yaratmaq, bəlkə də ticarətdən, yaxudda kənd təsərrüfatından, sənayedən və iqtisadiyyatın başqa sahələrindən qat-qat çətindir, ancaq bu lazımdır»[1]. Hal-hazırda qadınlarımıza tibbi xidmət göstərən özəl səhiyyə sahələri fəaliyyət göstərir (Nord Star Doğum evi, Leyla Şıxlinskaya Klinikası və s.). Heydər Əliyev təfəkkürünün bünövrəsi daim humanizm ideyalarının daşıyıcısı olmuş doğma xalıqdır. Onun sağlamlıq durumu ölkə Prezidenti üçün aktual məsələ olduğundan «Elmi Tədqiqat Ana və Uşaqları Mühafizə İnstitutu», «Ailə Planlaşması», «Ailə Sağlamlıq Mərkəzi», «Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu» öz fəaliyyətləri ilə Azərbaycan qadınlarının sağlamlığının keşiyində durmuşlar.

1997-ci ildə «Əhalinin Saglamlığının Mühafizəsi haqqında» Qanun qəbul edildi. Bu qanuna əsasən qadın və kişilər öz sağlamlıqlarının mühafizəsində bərabər hüquqlara malikdirlər. Qanunun bir sıra maddələrində qadınların reproduktiv funksiyalarla bağlı müəyyən şəraitlə təmin edilməsi nəzərdə tutulur.

Keçid dövründə Respublikada reproduktiv sağlamlıq və ailə planlaşması sahəsində milli proqramlar qəbul edildi.Tibb elmləri doktoru İzzət Şamxalova 1995-1998-ci illərdə ailə planlaşdırılması üzrə milli koordinator və Respublikada ilk repro­duktiv sağlamlıq üzrə proqramın rəhbəri olub. O, Nyu-York Elmlər Akademiyasının üzvü, Elmi Tədqiqat Mamalıq və Gine­kologiya İnstitutunun direktorudur.

1998-ci ildə BMT-nin Əhali Fondu Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində xidmətlərin keyfiyyətli planlaşdırılması və yaxşılaşdırılması üzrə analar və uşaqlar arasında ölüm hallarının, abortların sayının azaldılmasına yönəldilmiş milli proqram hazırlayaraq maliyyələşdirdi. 2-ci layihə isə cinsi yolla keçən xəstəliklərə - HİV/QİÇS-ə yoluxmanın qarşısını almaq zəminində ailə həyatının tədrisi proqramının hazırlanmasında Təhsil Nazirliyinə yardım etmək üçün həyata keçirilmişdir (layihələr üçün əlavə olaraq 1,4 milyon dollar məbləğində vəsait ayrılmışdır). Bu proqram çərçivəsində Naxçıvanda, Gəncədə, Bakıda, Masallıda, Şəkidə və Qusarda yaxşı maddi texniki bazaya malik olan 6 regional mərkəz yaradılmışdır. 1-ci layihənin I hissəsi 1996-1999-cu illəri əhatə edir və bura kontraseptiv vasitələrin, tibbi avadanlıqların və başlıca dərmanların alınması (1,4 milyon dollar xərclənmişdir), bir sıra beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın tənzimlənməsi və müvafiq mütəxəssislərin hazırlanması ilə başa çatdırılmışdır. 1-ci layihənin II hissəsi 1999-2004-cü illər üçün nəzərdə tutulmuşdur və proqram Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Milli Reproduktiv Sağlamlıq Ofisi tərəfindən həyata keçirilmişdir. Layihələrin məqsədi reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində regional xidmət və təlim mərkəzlərinin yaradılması və bununla da bütün Azərbaycan əhalisini onların xidmətindən istifadə etmək imkanına malik olmasına nail olmaq idi. Ailə planlaşdırılması sahəsində təlim proqramının hazırlanması, bu sahədə çalışan tibbi personalların peşəkarlığını yüksəltmək üçün 14 moduldan ibarət 2000 səhifəlik təlim proqramı milli ekspertlər qrupu tərəfindən nəzərdən keçirilmişdir. Proq­ram yerli və milli səviyyədə tətbiq edilmiş, 1997-ci ildə 268 ginekoloq və 410 orta tibb heyəti milli səviyyədə ilk təlimi başa çatdırmışdır. 2000-ci ildən etibarən fəaliyyətə başlamış repro­duktiv sağlamlıq proqramı çərçivəsində 27 ailə planlaşması mərkəzi açılmışdır. Bu mərkəzlər tərəfindən müvafiq təlimatlar yayılır və fertil yaş həddində olan qadınlara yüksək keyfiyyətli xidmətlər göstərilir. Azərbaycanda ilk ailə planlaşdırılması mərkəzi olan Respublika Ailə Planlaşdırılması Mərkəzi 1994-cü ildən UNFPA-nın yardımını alır.

«Qadın və inkişaf mərkəzi» 1997-ci ildən etibarən əhalinin problemləri ilə bağlı ilk ictimai tədris proqramını həyata keçirmişdir. Azərbaycan Elmlər Akademiyası, Səhiyyə Nazirliyi və UNİCEF tərəfindən 1997-ci il yanvarın 7-8-də keçirilən «Laktasiya və Əmizdirmənin müasir problemləri» mövzusu milli elmi konfransın müzakirəsinə çevrilmişdir. Ailənin səylərinin və arzularının həyata keçirilməsinə, səhiyyə işçilərinin yardımı və ailədə uşaqların istək və tələbatının nəzərə alınması məsələlərinə həsr edilmiş konfrans «Əmizdirmə - cəmiyyətin cavabdehliyi» şüarı altında keçirilmişdir. 1995-ci ildə ana südü ilə qidalanma üzrə Milli Komitə yaradılmışdır. Ötən dövr ərzində ana südü ilə qidalanan uşaqların sayı 15% artmışdır. 2003-cü ildə körpələrin qidalanması istiqamətində məqsədli proqramlar hazırlanmış, «Körpələrin və erkən yaşda uşaqların qidalanması haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 2004-cü il üzrə isə anaların körpələri ana südü ilə qidalandırmaya həvəsləndirilməsi məqsədilə ölkənin 35 rayonunda Səhiyyə Nazirliyi ilə birlikdə «Ana südü ilə qidalandırma» mövzusunda təlimlər təşkil edilmiş və 67 doğum evi «Körpə Dostu» klinikası adına layiq görülmüşdür. BMTƏF-in texniki yardımı ilə 2003-cü ildə mama-ginekoloq üçün sonsuzluq, ailə planlaşdırılması, şişlər, hamiləliyin pozulması üzrə 1100 ədəd tədris materialları hazırlanaraq onlara paylanmış və master-təlimlər üçün 6 dəst tədris vəsaiti tərtib edilmişdir. Əhalinin əsas səhiyyə xidmətləri əldə etmək imkanlarının yaxşılaşdırılması məqsədilə Dünya Bankının Azərbaycanda ayırdığı güzəştli kredit hesabına BMTUF ilə birlikdə Səhiyyə İslahatları Layihəsi çərçivəsində 2003-cü ildə ilkin tibbi yardım sisteminin gücləndirilməsi və tibbi xidmətlərin səmərələşdirilməsi üçün 5 pilot rayonunda bir sıra tədbirlər həyata keçirilmişdir. 2003-2004-cü illər ərzində Avropa Komissiyasının texniki yardımı hesabına Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən 7 tibb müəssisəsi bərpa edilmiş və müasir avadanlıqlarla təchiz edilmişdir. 2003-2004-cü illər ərzində malyariya xəstəliyinin profilaktikası və xəstələnmə hallarını azaldılması məqsədilə rayonlarda monitorinq keçirilmiş və bir sıra tədbirlər görülmüşdür. 2005-2009-cu illəri əhatə edən Malyariya Proqramı və Mal­yariya üzrə kliniki təlimat hazırlanmışdır. 2004-cü il üzrə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin texniki dəstəyi ilə «Qısa Kurs Ərzində Birbaşa Müşahidə olunan Müalicə Strategiyasına əsaslanan Vərəm Əleyhinə Mübarizə Proqramı» haqqında Əsasnamə tamamlanmış və Səhiyyə Nazirliyinə təqdim edilərək təsdiq edilmişdir. Hal-hazırda vərəm əleyhinə mübarizə ilə bağlı ölkə ərazisində mühüm işlər görülür. 2003-cü ildə BMTUF uşaqların və qadınların sağlamlıq, təhsil və ümumi rifah durumlarını araşdırmaq məqsədilə sorğu keçirmişdir. Bu sorğu qadınların və uşaqların rifah halının müxtəlif aspektləri arasında əlaqəni aydınlaşdırmağa yönəlmişdir. Sorğunun nəticələrindən aydın oldu ki, ən azı kollec və ya texniki peşə təhsilinə malik olan anaların uşaqları, təhsili olmayan anaların uşaqları ilə müqayisədə uşagların çəkisi və inkişaf amilləri ilə bağlı daha az çətinliklərlə üzləşirlər. Sorğunun nəticələri, həmçinin son on ildə ana ölümü hallarının azaldığını da göstərdi.

Bütün bunlarla yanaşı, səhiyyə sahəsində bir sıra problemlər də mövcuddur. Belə ki, fiziki və əqli cəhətdən zəif uşaqlar üçün ixtisaslaşdırılmış dispanserlərin, diaqnostik mərkəzlərin olmaması, ucqar kəndlərdə məktəbəqədər yaşlı uşaqların və məktəblilərin səhhətinə nəzarət məqsədi ilə uşaq müəssisəsində və məktəblərdə tibb otaqlarının çatışmazlığı, genetik xəstəliklərin qarşısını almaq üçün qohumlar arasında bağlanan nikahların fəsadları haqqında gənclər arasında kifayət qədər məlumatların verilməməsi və s.

«Qadınlar və Sağlamlıq» strategiyasında qarşıya qoyulan problemlərin daha uğurla həll edilməsi məqsədilə aşağıdakı tədbirlərin görülməsi vacibdir:

-  hüquqların icrası ilə bağlı işin təşkili;

- reproduktiv sağlamlıq problemləri ilə bağlı əhalinin kişi təbəqəsi ilə müvafiq işlər aparmaq;

- qadın orqanizmində yaranan bədxassəli şişlərin diaqnostikası və profilaktikası istiqamətində tədbirləri gücləndirmək;

- əhali arasında sağlam həyat tərzini təbliğ etmək və sağlamlıq məsələlərinə dair məlumatları yaymaq;

-  qadınların sağlamlıq problemlərinə dair mütəmadi tədqiqatlar aparmaq;

-  ekoloji amillərin qadınlara təsirini monitorinq etmək;

- tibbi və genetik xidmətləri inkişaf etdirmək. Belə ki, xidmətlər olmadığı təqdirdə uşaqların sağlam doğulması təhlükəsi yaranır;

- İİV/QİÇS-in qarşısının alınması üçün profilaktik tədbirləri gücləndirmək (maarifləndirmə işi).

Prezident Heydər Əliyevin Yaponiya səfərindən sonra 6 milyon dollar məbləğində təmənnasız yardım proqramı tərtib edilmişdir. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası və Ş. Ələsgərova adına 5 saylı Doğum evi həmin sərəncam əsasında yeni cihazlarla təchiz edilmişdir. İsrail Səhiyyə Nazirliyinin təşəbbüsü ilə bu ölkədən olan bir qrup cərrah Bakıdakı 5 saylı Doğum Evində qeysər kəsiyi əməliyyatlarının aparılmasında bizim həkimlərə elmi metodiki və praktiki yardımlar göstərmişlər. 1998-ci ildə Səhiyyə Nazirliyi, ÜST və UNİCEF xəstə uşaqlara erkən yaşda kompleks müalicə proqramı üzrə Bakıda müsabiqə keçirmişdir. Respublika Ailə Sağlamlıq Mərkəzində Çin Təbabəti tətbiq edilməyə, 2003-cü ilin yanvar ayından respublikada 42 çarpayılıq stasionarı da özündə birləşdirən Uşaq Reabilitasiya Mərkəzi fəaliyyət göstərməyə başlamışdır. Mərkəz dövlət büdcəsinin vəsaiti hesabına saxlanılır və pulsuz reabilitasiya xidmətləri göstərir. Bu gün səhiyyə və sosial xidmət işçilərinin ümumi sayında qadınların ümumi çəkisi artmaqdadır (1995-70%;, 2002-75,9%; 2005-76.1%). Qadınlar səhiyyə sisteminin bütün sahələrində işləməklə bərabər rəhbərlikdə də fəal iştirak edirler. 2005-ci ildə Azərbaycan Respublikası dövlət büdcəsindən səhiyyəyə 115,3 milyon manat vəsait ayrılmışdır ki, bu da ümumi daxili məhsula nisbətən 1%, dövlət büdcəsinin xərclərinə nisbətən isə 5,4% təşkil edir. 2007-ci ildə isə dövlət büdcəsindən səhiyyə xərcləri üçün 269.5 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2006-cı ilə nisbətən 86.7 min manat və ya 47.5% çox olmuşdur.

Bəli, bu gün Azərbaycan səhiyyəsi irəliləyərək XXI əsrin vətəndaşlarına mükəmməl xidmət edir. Mütləqdir ki, əsl vətəndaş olmaq üçün sağlamlığın fiziki aspektləri ilə mənəvi əxlaqi aspektlərinin uzlaşması zəminində hər kəs öz sağlamlığına düzgün və savadlı yanaşmanın əhəmiyyətini dərk etməlidir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev səhiyyədə mövcud olan neqativ halları aradan qaldırmaqla Azərbaycan səhiyyəsinə yeni nəfəs, yeni can verdi. Bu gün bir Prezident kimi, onun sağlamlığı, gözəl əhval-ruhiyyəsi, nikbinliyi bütün Azərbaycan xalqının sağlamlığı, əhval-ruhiyyəsi və nikbinliyi deməkdir. Məhz bu bizə «sağlam bədəndə sağlam ruh olar» fəlsəfi yanaşmada mövcud canlı və cansız varlıqların, bütün kainatın, bəşəri hisslərin əzəmətini və gözəlliyini duyub mahiyyətini dərk etdirərək zövq almağa sövq edəcəkdir.



[1] Bakıda Mamalıq və Ginekologiya Mərkəzinin açılışında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqindən. Avqust, 1999.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb