Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


2.3. Azərbaycan Respublikası qanunvericiliyində təhsil və qadınların de-yure hüquqları


Bəşər sivilizasiyasına bənzərsiz töhfələr vermiş Azərbaycan xalqı özünəməxsus təhsil və maariflçilik ənənələri ilə seçilmiş, milli mentalitetində qadına, qadınlığa nəcib, bəşəri münasibəti ilə fərqlənmişdir. Ötən XX əsrdə Azərbaycan elm, təhsil, mədəniyyət sahəsində müstəsna yer tutmuş, xalqımız cəhalətdən sürətlə uzaqlaşmış, milli intibaha nail olmuş, vətəndaşlarımız savadlanaraq sivil cəmiyyətə çevrilmiş, maariflənmə prosesi uğurla başa çatmışdır.

XXI əsrdə müasir dünyaya sürətlə inteqrasiya olunan demokratik Azərbaycan dövlətində təhsil siyasəti, o cümlədən əhalinin yarıdan çoxunu təşkil edən qadınların təhsili, bütövlükdə ölkədə qadın siyasəti prioritet istiqamətlərdən sayılır.

Azərbaycan Resrublikasında vətəndaşların təhsil hüququ, onların cinsi mənsubiyyətindən asılı olmayaraq təmin edilir. Təhsil gender bərabərliyinə və qadınların imkanlarının genişləndirilməsinə nail olmağın ən vacib üsullarından biridir. Azərbaycanda təhsil sistemi Konstitusiya, Təhsil haqqında Qanun, təhsil sahəsindəki islahatlar və digər hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 7 noyabr 1992-ci il tarixdə qəbul edilmiş «Təhsil haqqında» Qanunun 12-ci maddəsinə görə təhsilin bütün formaları üçün müvafiq təhsil proqramları çərçivəsində vahid dövlət standartları tətbiq edilir və təhsilin bütün mərhələlərində öyrənilən fənlər üzrə qızlar və oğlanlar arasında heç bir məhdudiyyət qoyulmur.

Bunlar onu göstərir ki, müstəqil Azərbaycan Respublikasında dövlət siyasətində qadınlara qarşı münasibətdə gender bərabərliyinin qorunması, ölkənin sosial-siyasi və mədəni həyatında gender sahəsi üzrə balanslaşdırmanın təmin olunması mühüm yer tutur.

Orta ümumtəhsil məktəbləri təhsilin əsasını təşkil edir. Azərbaycanda orta təhsil 11 il, pulsuz və məcburidir. Keyfiyyətli təhsil əhalinin yoxsulluqdan müdafiə etməyə imkan verən ən vacib amillərdən biridir. Bu qismən təhsili olanların əmək bazarında daha çox rəqabət qabiliyyətinə malik olması ilə izah olu­nur.

Bu gün Azərbaycan təhsilinin qarşısında duran başlıca məqsəd öz soykökünə, milli ənənələrinə bağlı, ümumbəşəri dəyərlərə hörmətlə yanaşan, vətənini, dövlətini, millətini ürəkdən se­vən və onları göz bəbəyi kimi qorumağa hazır olan vətənpərvər, hərtərəfli inkişaf etmiş, əqli və fiziki cəhətdən kamil şəxsiyyət yetişdirməkdən ibarətdir. Dövlətimizin təhsil siyasətinin ana xətti olan bu strateji məqsəd heç bir cins, din, dil, əqidə fərqi qoyulmadan bütün Azərbaycan vətəndaşlarına şamil edilir. Başqa sözlə, müstəqil Azərbaycanın təhsil siyasətində gender bərabərliyi, qadın və kişilərin təhsildə hüquq bərabərliyi tam təmin edilir. Ümumiyyətlə, Azərbaycan qadını təhsil və intellektual səviyyəsinə görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə edilir. Bu tarixi reallıqdır ki, Azərbaycanda qadın təhsili, xüsusən qadınların dünyəvi təhsil tarixi qədimliyi ilə seçilir.

Hal-hazırda müstəqil Azərbaycan əhalisinin 50,8%-ni təşkil edən qadınlarımızın təhsillənmə səviyyəsi zəngin maarifçilik ənənələrinə, çoxşaxəli təhsil müəssisələri şəbəkəsinə söykənir. Sovet hakimiyyəti illərində də Azərbaycanda qadınların təhsili, təhsildə gender disbalansının aradan qaldırılması, elm və təhsildə gender tarazlığının gözlənilməsi sahəsində böyük nailiyyətlər qazanılmışdır. Təhsil prosesində hər iki cinsin mütləq iştirakı üçün real imkanların təmin olunması, dövlət səviyyəsində sistematik və ardıcıl olaraq təhsilin, maarifin inkişaf proqramının həyata keçirilməsi nəticəsində respublikada savadsızlığı aradan qaldırdı. Təhsilin bütün pillələrində və formalarında təhsilin pulsuz olması, maddi və mənəvi baxımdan həvəsləndirmə, icbari təhsilin dövlət təminatında olması Azərbaycana təhsil sahəsində dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasına imkan verdi. Bu bir danılmaz faktdır ki, sovet dövründə təhsil sahəsində əldə olunmuş böyük potensial sayəsində müstəqil Azərbaycan dövləti milli təhsil quruculuğu yolunda islahatlar aparmaqla dünya təhsil sisteminə inteqrasiya edir, təhsil sisteminin beynəlxalq standartlara uyğun qurulmasına çalışır. Bu prosesdə bu gün dünyanın qlobal problemlərindən olan təhsildə gender bərabərliyinin təmin olunması üçün beynəlxalq təcrübə və Konvensiyaların prinsipləri, həmçinin milli ənənələr əsasında tədbirlər həyata keçirilir.

İftixar hissi ilə qeyd etmək olar ki, ümumtəhsil, peşə məktəbləri və ali təhsil məktəblərinin 2000-2005-ci il üzrə təhsil alanların məlumatlarını müqayisəli təhlil etdikdə kişilərə nisbətən qadınların faizlə ifadə edilmiş sayının artdığı müşahidə olunur.

 

Əhalinin təhsil səviyyəsi (15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərinə; ilin əvvəlinə)

Təhsil səviyyəsi

2000

2002

2003

2004

2005

2006

Ali və orta (tam və natamam təhsili olan 15 və yuxarı yaşlı əhali)

909

910

911

911

912

912

ali

107

109

111

112

113

115

natamam ali

9

9

9

9

9

9

orta ixtisas

124

122

120

121

119

118

ümumi orta

519

519

521

520

522

522

natamam orta

150

151

150

149

149

148

 

Göründüyü kimi 2006-cı ildə natamam orta təhsillilərin 2005-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən sayı azalmış, ali təhsillilərin sayı isə artmış, həm dövlət, həm də qeyri-dövlət ali məktəblərində professor, müəllim heyətinin sayı çoxalmışdır.

 

Dövlət orta ixtisas təhsil müəssisələrində professor-müəllim heyətinin sayı

(dərs ilinin əvvəlinə nəfər)

 

 

1990 1991

1995 1996

2000 2001

2002 2003

2003 2004

2004 2005

2005 2006

Professor müəllim heyətinin sayı (əsas heyət) cəmi

4872

4580

5316

6217

6353

6819

6706

Elmi dərəcəsi olanlar

 

 

elmlər doktoru

 

 

3

2

2

6

4

elmlər namizədi

 

 

105

114

112

115

112

Elmi adı olanlar

 

 

professor

 

 

5

3

2

4

3

dosent

 

 

6

15

14

17

15

 

 

Qeyri dövlət orta ixtisas təhsil müəssisələrində

professor-müəllim heyətinin sayı

(dərs ilinin əvvəlinə nəfər)

 

 

 

 

1995-1996

2000-2001

2002-2003

2003-2004

2004-2005

2005-2006

Professor müəllim heyətinin sayı (əsas heyət) cəmi

168

145

147

151

209

107

Elmi dərəcəsi olanlar

elmlər doktoru

6

3

7

5

11

5

elmlər namizədi

24

23

24

37

30

38

Elmi adı olanlar

professor

2

7

5

5

4

3

Dosent

11

-

13

11

12

14

 

Dövlət ali məktəblərində professor-müəllim heyətinin sayı

(dərs ilinin əvvəlinə nəfər)

 

 

 

1990

1995

2000

2002

2003

2004

2005

Professor müəllim heyətinin sayı (əsas heyət) cəmi

8541

511

1078 6

1124

3

1130

3

1196 9

1245 5

elmi dərəcəsi olanlar

 

 

elmlər doktoru

581

849

868

824

819

940

992

elmlər namizədi

4301

5092

5140

5137

5165

4920

5215

elmi adı olan­lar

 

 

profes­sor

612

971

1065

919

846

949

914

dosent

3021

3498

3654

3704

3637

3445

3627

 

Qeyri dövlət ali məktəblərində professor-müəllim heyətinin sayı

(dərs ilinin əvvəlinə nəfər)

 

 

1995-1996

2000-2001

2002-2003

2003-2004

2004-2005

2005-2006

Professor müəllim heyətinin sayı (əsas heyət) cəmi

501

1698

1579

1692

1661

1897

elmi dərəcəsi olanlar

 

 

elmlər doktoru

176

302

250

260

240

257

elmlər namizədi

407

814

753

700

690

663

elmi adı olanlar

 

 

professor

146

337

280

267

264

260

dosent

316

762

616

536

544

426

 

Məktəbəqədər müəssisələrdə uşaqların sayı

 

 

 

 

 

 

2001

2003

2004

2005

2006

şəhər

Cəmi

78789

79542

78821

78421

78061

qızlar

37884

38085

37448

37628

36652

oğlanlar

40905

41457

41373

40793

41409

kənd

Cəmi

32231

31825

31953

31504

31806

Qızlar

15596

15610

15895

15394

15291

oğlanlar

16635

16215

16058

16110

16515

 

Gündüz ümumtəhsil məktəblərində şagirdlərin sayı

 

 

2000

2003

2004

2005

Cəmi

1653703

1680424

1631567

1583628

Qızlar

801068

806436

781180

752822

Oğlanlar

852635

873988

850387

830806

 

 

Dövlət gündüz ümumtəhsil məktəblərində şagirdlərin sayı

 

 

2000-2001

2003-2004

2004-2005

2005-2006

Cəmi

1653703

1676196

1627057

1578579

Qızlar

801068

805683

780315

751745

Oğlanlar

852635

870513

846742

826834

 

Axşam (qiyabi) ümumtəhsil məktəblərində şagirdlərin sayı

 

 

2001

2003

2004

2005

Cəmi

27859

9252

2774

2594

Qızlar

12370

3851

661

516

Oğlanlar

15489

5401

1113

2078

Peşə məktəblərində və peşə liseylərində şagirdlərin sayı

 

 

2000

2003

2004

2005

Cəmi

22944

21677

21563

22189

Qızlar

8420

6622

6560

6513

Oğlanlar

14524

15055

15003 '

15676

 

Orta ixtisas təhsil müəssisələrində tələbələrin sayı

 

 

2000

2003

2004

2005

Cəmi

42612

53694

55794

57896

Qızlar

29759

37337

38884

40415

Oğlanlar

12853

16357

16910

17481

Ali məktəblərdə tələbələrin sayı

 

 

2000

2003

2004

2005

Cəmi

119683

121535

127248

129948

Qadınlar

49858

56099

59755

62022

Kişilər

69825

65436

67493

67926

 

Dövlət gündüz ümumtəhsil məktəblərində müəllimlərin,

direktor və direktor müavinlərinin sayı

(cəmi, nəfərlə)

 

 

Bütün

müəl. (mək. rəhbərləri də daxil edil-məklə, əvəzçilərsiz)-cəmi (nəfər)

Direktorlar sayı (nəfər)

Direktor müavin-lərinin sayı (nəfər)

Ümumi sayda qadınların xüsusi çəkisi, (%-lə)

 

 

 

 

Əsas mək.

orta mək.

əsas mək.

orta mək.

Müəllimlər

Direktorlar

direktor müavinləri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

əsas mək.

orta mək.

əsas mək.

orta mək.

2001

161370

923

3149

757

6725

69

12,7

16,9

27,7

37,2

2002

163003

926

3157

743

6777

70

12,6

18,3

28,9

38,1

2003

166853

915

3188

753

6876

69,7

13,2

18,9

30,1

39,0

2004

167306

897

3208

711

6892

70,2

12,6

19,8

28,4

40,4

2005

169384

885

3226

714

6925

71,3

13,1

20,9

28,9

42,3

 

Cədvəldən göründüyü kimi 2001 -2005-ci illər ərzində ümumi sayda qadınların xüsusi çəkisi dövlət ümumtəhsil məktəblərində direktor müavinlərində 12,7%-dən 13,1 %-ə (əsas məktəblərdə), 16,9%-dən 20,9%-ə (orta məktəblərdə); direktorlarda isə 27,7%-dən 28,9%-ə (əsas məktəblərdə), 37,2%-dən 42,3%-ə (orta məktəblərdə) qalxmışdır. Bu faktların özü bir daha sübut edir ki, təhsildə qərar qəbul etmək səviyyəsində və rəhbər vəzifələrdə qadınlarla kişilər arasındakı fərq getdikcə aradan götürülür.

 


 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb