Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


2.3. Azərbaycan Respublikası qanunvericiliyində təhsil və qadınların de-yure hüquqları


Peşə məktəbləri və peşə liseylərində müəllimlərin sayı

 

 

1990

1995

2000

2002

2003

2004

2005

Müəllimlərin sayı (əsas heyət)- cəmi:

3465

1994

1972

1827

1839

1853

1906

O cümlədən, qadınların sayı

1812

982

1033

951

991

947

1066

Ümumi sayda qadınların xüsusi çəkisi (%-lə)

52,3

49,2

52,4

52,1

53,9

51,2

55,9

 

Ölkədə təhsil haqqında vahid qanun tətbiq olunur ki, bu sənəd, əsasən oğlanların təhsil aldıqları hərbi peşələr istisna olmaqla, hər iki cinsin birgə təhsil almasını nəzərdə tutur. Qızlar məktəblərdə təhsillərini tam başa vurana qədər təhkim edilməsi üçün ayrıca bir qanun və ya siyasət mövcud deyildir. Belə ki, Əsas Qanunun 42-ci maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər bir vətəndaşın cinsindən asılı olmayaraq pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. 2005-ci lidə Azərbaycan Respublikasının dövlət büdcəsindən təhsilə 372,5 milyon manat; elmə isə 28,8 milyon manat maliyyə vəsaiti ayrılmışdır ki, bu da ümumdaxili məhsula və dövlət büdcəsinin xərclərinə nisbətən müvafiq olaraq - 3,1%, - (təhsil); 1,3%, 0,2% (elm) təşkil edir.

2007- ci ildə isə dövlət büdcəsindən elmi xərclərə 37.2 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2006-cı ilə nisbətən 2.8 min manat və ya 8.1 % çox ölmuşdur. Təhsil xərcləri üçün 2007-ildə 733.2 min manat vəsait ayrılmışdır ki, bu da 2006-cı ilə nisbətən 235 min manat və ya 47.2% çoxdur.

2005-ci ildə gündüz ümumitəhsil məktəblərində oxuyan şagirdlərin 47,5 %-i, peşə məktəblərində və peşə liseylərində şagirdlərin 29,4%-i, orta ixtisas təhsili müəssisələrində təhsil alanların 69,8%-i, ali təhsil müəssisələri tələbələrinin 47,7%-ni qadınlar təşkil etmişdir. Kişi və qadınların bərabər hüquqlarına dair təlim məsələlərinə, eləcə də təhsil sisteminin bütün səviyyələrində dərsliklərin və tədris materiallarının hazırlanması zamanı ayrı-seçkiliklərə yol verilməsi məsələsinə böyük diqqət yetirilir. 2003-cü ildən bəri ümum təhsil orta məktəblərində «İnsan İnkişafı» adı altında fakultativ kurs tədris edilir ki, onun da əsas hissəsini «İnsan inkişafında gender faktoru» təşkil edir. Bundan əlavə bəzi ali təhsil müəssisələrində genderə dair təhsil proqramları tədris olunur: BDU-nun «Gender və psixologiya kafedrası»nda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Qərb Universitetində «Gender Araşdırmalar Mərkəzi» və Xəzər Universitetində sosial və humanitar ixtisaslı tələbələrə «Gender nəzəriyyəsinin əsasları» üzrə xüsusi kurs tədris olunur.

Müəllimlik sənəti Azərbaycan qadınlarının ənənəvi peşələrindən biridir. Hal-hazırda dövlət gündüz ümumtəhsil məktəblərində olan işçilərin 2005-ci ilin məlumatına əsasən 71,3%-i, peşə məktəbləri və peşə liseylərində isə 55,9%-i qadınlardan ibarətdir. Bütün bunlara baxmayaraq təhsildə qərar qəbul etmək səviyyəsində kişilər çoxluq təşkil edir. Ölkənin elmi tədqiqat institutlarında qadınlar kişilərlə bərabər fəal yaradıcı işlə məşğul olurlar. Elm sahəsində çalışan qadınların sayı ilə kişilərin sayı arasında fərqin olmasına baxmayaraq, bu fərq o qədər də böyük deyil. Bütövlükdə elm sahəsində çalışan qadınlar 43% təşkil edir ki, bu da bir sıra inkişaf etməkdə olan ölkələrdəki faizə yaxındır. Texniki, kənd təsərrüfatı, humanitar elmlər sahəsində çalışanların arasında kişilərin sayı üstünlük təşkil edir. Yalnız tibb elmləri sahəsində qadınlar çoxluq təşkil edir. Qeyd etmək lazımdır ki, yuxarıda gen­der mənsubiyyətinə görə aparılan bölgü elmi institutlarda çalışanların ümumi sayına aiddir. Elmi dərəcəsi olanların gender əmsalını təhlil etdikdə məlum olur ki, fərq xeyli böyükdür. 2000-ci ilin statistik məlumatına görə:

 

 

elmlər doktoru: qadın-8,4% , kişi-91,6%;

elmlər namizədi: qadın- 25,7%, kişi -74,3%;

professor: qadın- 25,1%, kişi -74,9%;

dosent: qadın- 24,3%, kişi -75,7%;

 

2003-cü il üzrə isə:

elmlər doktoru: qadın-9,5%, kişi-90,5%;

elmlər namizədi: qadın-29,6%, kişi-70,4%;

professor: qadın-10,1%, kişi-89,9%;

dosent: qadın-25,2%, kişi-74,8% təşkil etmişdir.

 

2004-2005-ci il üzrə statistik məlumatlara görə elmi işçilərin sayı (müəllimlərsiz): cəmi, nəfərlə

2004-cü ildə: 17712 nəfər (9190 qadın-51,8%)

elmlər doktoru: 668 nəfər (99 qadın-14,8%)

elmlər namizədi: 3234 nəfər (1181 qadın-36,6%)

2005-ci ildə: 18164 nəfər (9395 qadın-51,7%)

elmlər doktoru: 705 nəfər (102 qadın-14,3%)

elmlər namizədi: 3322 nəfər (1235 qadın-37,2%) təşkil etmişdir.

 

2004-cü ildə akademik adına 2 qadın (3,3%) və 58 kişi, akademiyanın müxbir üzvü adına 10 qadın (9,4%) 97 kişi, 2005-ci ildə isə akademik adına 2 qadın (3,5%) 56 kişi, akademiyanın müxbir üzvü adına 9 qadın (9,7%), 93 kişi layiq görülmüşdür.

Azərbaycanda bu gün təhsilin ümumi inkişafı fonunda gender təhsilinin inkişafı və təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirilir, məsələn: dərsliklərin gender ekspertizasından keçirilməsi; pedoqoji kadrların hazırlanması və ixtisaslarının artırılması zamanı gender komponentlərindən istifadə edilməsi; ali təhsil müəssisələrinin pedaqoji fakültələrinin müəllimləri üçün genderin əsasları üzrə daimi əsasda fəaliyyət göstərən yay məktəblərinin təşkili; tələbələrin buraxılış işləri və magistr dissertasiyalarında gender mövzusundan istifadə olunması; gender üzrə xüsusi kursun magistraturanın müvafiq ixtisaslar üzrə dərs planlarına daxil edilməsi; ali təhsil müəssisələrində «Gender nəzəriyyəsinin əsasları» üzrə ən yaxşı dərslik müsabiqəsinin keçirilməsi; ali təhsil müəssisələrinin kitabxanalarının müvafiq ədəbiyyatla təchiz edilməsi; respublikanın təhsil müəssisələrində gender tədqiqatları mərkəzlərinin yaradılması, müvafiq kafedraların açılması; təlim vəsaitləri və başqa materialların nəşr edilməsi. Hal-hazırda yaradılmış gender mərkəzləri tərəfindən tədris proqramları hazırlanmış, dərsliklər, əyani vəsaitlər və əlavə ədəbiyyat yazılmışdır. Mərkəzlərin əsas məqsədi - cəmiyyətin sosial həyatının təhlili və gender düşüncə tərzinin formalaşdırılması üçün zəruri olan gen­der biliklərini öyrənmək və yaymaq, həmçinin gender problemləri üzrə elmi tədqiqat işlərini tədris olunan fənlərin proqramlarına daxil etməkdir. Bu sahədə gender mərkəzləri bir sıra işlər həyata keçirmişdir. Belə ki, mərkəzlərdə çalışan tədqiqatçılar tərəfindən 9 sosial və humanitar fənn üzrə tədris proqramları işlənib hazırlanmış, gender hazırlığı üzrə vəsait dəsti nəşr edilmiş, Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş və ali təhsil müəssisələrində istifadə edilən metodik vəsait hazırlanmışdır. Qadın hüquqlarının qorunması üzrə və onların təhsil müəssisələrinə çatdırılmasına dair əsas istiqamətlər aşağıdakılardır:

- təhsil proqramlarının hazırlanması:

- humanitar və sosial elmlərin gender aspektlərinin hazırlanması;

- qadın hərəkatının fəalları və müəllimlər üçün məsləhətləşmələrin və treninqlərin təşkili;

- gender mövzusunda dərs vəsaitlərinin hazırlanması, həmçinin əcnəbi dillərdən tərcümələrin edilməsi;

- gender mövzusunda iş aparan xarici mütəxəssislərlə əlaqələrin qurulması.

 

Aşağıdakı mövzularda müəllimlərə treninqlərin keçirilməsi üçün «Yay məktəbləri» təşkil edilmişdir:

- Azərbaycanda və xarici ölkələrdə qadın təhsilinin tarixi;

- gender kurslarının tədrisi psixologiyası və metodikası;

- gender problemlərinin humanitar fənlərin tədrisinə daxil edilməsi.

2000-ci ildən etibarən Azərbaycanda digər bir təhsil proqramı- «Səlahiyyətli Təhsil» proqramı fəaliyyət göstərir (Gürcüstanda, İndoneziyada, Gazaxıstanda, Gırğızıstanda, Litvada, Moldovada, Ukraynada). «Səlahiyyətli Təhsil» Beynəlxalq Layihəsi Ukraynanın Qadın Məlumat-Məsləhət Mərkəzi tərəfindən işlənib hazırlanmışdır. 1997-ci ildə Ümumukrayna «Səlahiyyətli Təhsil» assosiasiyası yaradılmışdır. «Səlahiyyətli Təhsil» - qadın və kişi, oğlan və qızlar arasında real tərəfdaşlığın yaranmasına yardım göstərən garşılıqlı inam və anlaşma mühitində keçən, cəmiyyətin bütün üzvləri arasında olan dialoqdur. Bu təlim qeyri-zorakılıq etikası və fəlsəfəsi əsasında qurulmuşdur. Onun əsasında biliklərə şəxsi təcrübədən keçməklə yiyələnmək prinsipi durur. Bu, dəstələrdə müzakirə, ümumi müzakirə, rolu oyun prosesində baş verir. Şagirdlərin şəxsiyyətinə hörmət, onların təcrübələrinə ehtiyatla yanaşmaq beynəlxalq layihə olan «Səlahiyyətli Təhsil»in əsasını təşkil edir. Layihənin əsas məqsədi aşağıdakılardır:

- Şəxsən oxumağı öyrənmək, müstəqil xüsusi təcrübə və bilik əldə etmək, onu açıq mübadilə etmək.

- Fəal düşünmə bacarıqlarına yiyələnmək, analitik düşüncə, əməkdaşlığa getmək bacarığı, komandada işləmək bacarığı.

- Qadın və kişi probleminə yeni baxış.

- Eyni vaxtda oğlanları sosial cəhətdən cavabdehliyə yönəltməklə onların formalaşmasına nail olmaq, qızlara öz istedadlarını reallaşdırmaq üçün imkan vermək.

- Cəmiyyətin bütün üzvləri arasında əlverişli dialoqa, gender bərabərliyinə, hərtərəfli inkişaf etmiş cəmiyyətin formalaşmasının hazırlığı kimi insan hüquqlarının müdafiəsinə öyrətmək.

- Qızların və oğlanların öz hüquqları haqqında məlumatlarını artırmaq.

- Liderlik qabiliyyətinin aşılanması.

«Səlahiyyətli Təhsil» kursu iki blokdan ibarətdir: müvəffəqiyyətli ünsiyyət; müxtəliflik dialoqu (gender bərabərliyi).

«Səlahiyyətli Təhsil» qızlara və oğlanlara cəmiyyətdə layiqli yer tutmalarına, cəmiyyətdə onların sosial-cavabdeh şəkildə formalaşmasıya, daha az aqressiv olmasına, oğlanların qızlara olan münasibətinin dəyişməsinə imkan yaradır. 2000-ci ilin noyabrında keçirilən «Səlahiyyətli Təhsil» forumu, Ukrayna və Qazaxıstanda qış və yay beynəlxalq düşərgələri, 2003-ci ilin yayında Tailandda və İndoneziyada təlim-məşqlər, 2003-cü ildə «Səlahiyyətli Təhsil» üzrə beynəlxalq görüşlər, 2002-ci ildə Şəki şəhərində Milli yay düşərgəsinin, 2003-cü ildə Gəncədə «Səlahiyyətli Təhsil» Mərkəzinin açılması proqramın uğurlu fəaliyyətindən xəbər verir. Azərbaycanda proqram üzrə cəmi 25 təhsil meydançası fəaliyyət göstərir. Onlardan 15-i Azərbaycan dilində, 10-u rus dilindədir.

16 iyul 2004-cü il tarixdə «Təhsildə gender bərabərliyi» mövzusunda Qadın Problemləri üzrə Dövlət Komitəsi «Gender və İn­san Hüququ» Araşdırma birliyi ilə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tətqiqatar İnstitutu, Fəlsəfənin yeni istiqaməti və gender problemləri şöbəsi ilə birlikdə respublika konfransı keçirmişdir. Konfransda demək olar ki, respublika gender araşdırmaları ilə məşğul olan əsas tədqiqatçılar, genderlə maraqlanan alimlər toplanmışdı. Bu da öz növbəsində genderə marağın geniş vüsət aldığından xəbər verirdi. Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, I müavin Dilruba Camalova və Möminat Ömərova, gender ekspertləri f.e.d. Əli Abasov, Rəna Mirzəzadə, Ombudsman Elmira Süleymanova, millət vəkili, Milli Məclisin İnsan Hüquqları Komissiyasının sədr müavini, tarix elmləri doktoru Rəbiyyət Aslanova, Gender eksperti, f.e.d. Zümrüd Quluzadə, «Gender İnkişafda» layihəsinin milli koordinatoru Rəna İbrahimbəyova, Qərb Universiteti Gender Araşdırmaları Mərkəzinin müdiri Lidiya Rəsulova, t.e.n. Mahirə Əliyeva, AREAT-in sədri, Dövlət İdarəetmə Akademiyasının dosenti Yelena Qasımova, fəlsəfə elmləri doktorları Rəhman Bədəlov, Niyazi Mehdi, Təhsil Nazirliyinin nümayəndəsi Məlahət Əliyeva, Azərbaycan Açıq Cəmiyyət İnstitutunun qadın problemləri üzrə koordinatoru Gülnarə Məmmədova, fəlsəfə elmləri doktorları Əbülhəsən Ab­basov, Əlikram Tağıyev və kulturoloq Fuad Məmmədov və başqaları konfransın işində fəal iştirak etdilər.

Konfransda çıxış edənlər bir sıra başlıca problemləri qeyd etdilər:

- Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən qadınların hüquqi savadsızlığı;

- gender təhsilinin erkən ailədən, uşaq bağçasından, ibtidai sinifdən, orta məktəbdən başlanması;

- gender təhsilinin sadəcə təhsil məsələsi yox, həm də sosial 

proses olması. Qızların təhsildən yayınması məsələsinin ciddi problemə çevrilməsi səbəblərindən biri kimi bu problemin danılması. Mövcud qanunvericilikdə bu sahədə olan boşluqlar;

- məktəblərdə dini təhsilin verilməməsi və din tarixinin tədris edilməməsi üzündən mollaların, başqa din adamlarının dini istədikləri formada təbliği və bunun da ictimaiyyətin, xüsusən də Təhsil Nazirliyinin diqqətindən kənarda qalması;

- dərsliklərin hazırlanmasının Patriarxal mədəniyyətin bir təzahür forması kimi tamamilə kişilərə həvalə edilməsi, qadınların bu sahədə iştirakının yox dərəcədə olması;

- Milli Məclisdə qəbul edilən qanunların gender ekspertizasından keçmədiyi və belə bir ekspert qrupuna böyük ehtiyacın oldugu,

-  kişi əhalinin böyük əksəriyyətinin iş dalınca miqrasiyası üzündən qarımış qızlar məsələsinə və s.

Təhsil üzrə Beynəlxalq Komissiyanın 21-ci əsr üçün «Öyrənmə-daxili xəzinədir» (YUNESKO, 1996) məruzəsində təhsilin 4 əsas prinsipi xüsusi vurğulanır: bilmək üçün, etmək (fəaliyyət) üçün, olmaq üçün, birgə yaşamaq üçün. Birgə yaşamaq prinsipi-«ikinci savad»-savadın özü qədər qiymətli, sülh mədəniyyəti üçün əvəzedilməz dəyər kimi gözdən keçirilir. Bu baxımdan «gender savadı»-«ikinci savadın» tərkib hissəsidir: qadın və kişiləri ayıran, «gender dünyasının» tətbiqini öyrənmək və şərh etməyi bacarmaq olduqca əhəmiyyətlidir (bəziləri bunu «gender aparteidi adlandırırlar).

BMT-nin «Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında» 1960-cı il 14 dekabr tarixli Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiyası ilə bağlı hazırlanmış təkliflər Müvəkkil tərəfindən dövlət orqanlarına göndərilmişdir.

Bəli, bu gün təhsil Azərbaycanda gündəlik həyatda demokratiyanın əsası, qərar qəbul edən dövlət məmurlarının sırasını artırmağın etibarlı mənbəyidir. 1994-cü ildə Cenevrədə «Beynəlxalq Təhsil konfransı»nda iştirak etmiş dünya təhsil nazirləri, YUNESKO-nun «Ümumi konfransı»nda bəyənilmiş, «Sülh, insan hüquqları və demokratiya üçün təhsil fəaliyyəti konsepsiyası»nda öz məqsədlərini belə açıqlamışlar: «Təhsil müəssisələrində təhsilin beynəlxalq anlaşma prosesinə xidmət göstərə bilməsi üçün müvafiq şərait yaradılmalı, nəticədə təhsil müəssisələri dözümlülük, insan hüquqlarına və haqlarına hörmət, demok­ratiya, müxtəlifliyin və mədəni müəyyənliklərin zənginliyini öyrənən, təbliğ edən və həyata keçirən ideal yerlərə çevrilməlidir»[1]. Onlar həmçinin təhsil proqramlarını, dərsliklərin məzmununu, yeni texnologiya və digər tədris materiallarının təkmilləşdirilməsini, başqa mədəniyyətlərə açıq, dözümlü, azadlığın dəyərini bilən, insan ləyaqətinə hörmətlə yanaşan, konfliktlərin qarşısını qeyri-zorakı vasitələrlə ala bilən qayğıkeş və məsuliyyətli vətəndaşlar tərbiyə etməyi xüsusi qeyd etmişlər.

Görkəmli fransız şairi və ictimai xadimi Lamartinə görə: «Kitabı qadın oxumuşsa, deməli onu bütün ailə, bütün xalq oxumuşdur». Bu baxımdan Azərbaycan istər qadınların hüquqi statusu və cəmiyyətdə roluna, istərsə də ümumi və peşə-ixtisas təhsilinin səviyyəsinə görə müasir dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə aparıcı yerlərdən birini tutur.

Əgər bu gün Azərbaycan qadını təhsillidirsə, demək cəmiyyətimiz savadlıdır, ölkənin intellektual potensialı yüksəkdir. Çünki Milli Liderimiz Heydər Əliyev öyrədirdi ki, təhsil millətin gələcəyidir. Bu gələcəyin təminatında isə əsas aparıcı qüvvələrdən biri Azərbaycan qadınıdır. Məlumdur ki, BMT XXI əsri «Təhsil əsri»-«İntellekt əsri» elan edib, qadınların təhsili isə bu işdə prioritet sayılıb. Bütövlükdə qadın təhsili müasir dünyanın qlobal problemi kimi bəşəriyyəti, çağdaş sivilizasiyanı hər şeydən çox maraqlandırır. Bu gün müstəqil Azərbaycan dövlətində təhsildə aparılan islahatlar ona yönəlib ki, hər bir Azərbaycan vətəndaşının, o cümlədən, hər bir Azərbaycan qadınının təhsil ala bilməsinə, vətəndaş cəmiyyətinin, ölkənin layiqli üzvünə çevirməsinə yönəlmişdir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, «Bizim ən böyük amalımız qadınları azad, xoşbəxt, fəal və nikbin, uşaqlarımızı sağlam, gümrah, şən və hər cəhətdən təmin olunmuş görməkdən ibarətdir»[2].

Hal-hazırda Azərbaycan dövləti təhsil sahəsindəki bəzi neqativ halların aradan qaldırılması uğrunda lazımı tədbirlər görür. Belə ki, il boyu imtahan sessiyaları müddətində Təhsil Nazirliyinin «qaynar xətt»i fəaliyyət göstərir. 2006-cı il avqust ayında imta­han vermiş abituriyentlərlə ilk dəfə olaraq canlı yayımda TQDK-nın üzvləri və TQDK-nın sədri Məleykə Abbaszadə ilə birbaşa əlaqə saxlanılmışdır. Ümidvarıq ki, Müstəqil Azərbaycan dövlətinin bugünkü təhsili dünya standartlarına cavab verərək təhsil səviyyəsində olacaqdır.



[1] BMT-nin Qadınlar üçün İnkişaf Fondu. Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda. Münaqişə və sülh quruculuğu: Problemə giriş. Müntəxabat. Bakı. 2003.-s.201.

[2] G.54. Təhsil və Gender. (Gender kitabxanası, 8-ci buraxılış). Bakı. Adiloğlu nəşriyyatı. 2004.-s.32.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb