Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


2.4. «Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı»nın həyata keçirilməsində Azərbaycan qadınlarının fəallığının artması


Azərbaycan Respublikasında Minilliyin Bəyanatında göstərilən məqsədlərin gercəkləşdirilməsi üçün bir sıra islahatlar həyata keçirilmiş, gender aspektləri və qadın problemlərini nəzərə alan bir neçə Dövlət proqramı qəbul edilmişdir. Bunlardan «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nı xüsusilə qeyd etmək olar.

Yoxsulluq şərti olaraq minimal həyat səviyyəsini müəyyən edən gəlir və xərclərin səviyyəsi ilə təyin edilir. Hər bir ölkədə yoxsulluq səviyyəsini müəyyən etməkdən ötrü ölkə üçün səciyyəvi olan yoxsulluq səviyyəsindən istifadə edilir. Yoxsulluq təkcə gəlir və istehlakın səviyyəsi ilə təyin edilmir. Əsas göstəricilər sırasına sağlamlıq, uzunömürlülük və təmiz sudan istifadə də aid edilir. Bu hədd əksər dövlətlərdə gəlir və istehlak göstəricilərinə əsasən hesablanır. Həyat səviyyəsi (gəlir və istehlak) bu həddən aşağı olan insanlar yoxsul sayılırlar. Yoxsulluq həddi nisbi və mütləq göstəriciliərlə müəyyən edilə bilər:

- Nisbi yoxsulluq ayrıca bir vətəndaşın və ya ailənin vəziyyətinin ölkə üzrə orta gəlirlə müqayisəsi ilə müəyyən edilir. Yoxsul­luq həddi bölgünün 40 %-ni təşkil edir, başqa sözlə cədvəlin ortalarında yerləşir.

- Mütləq yoxsulluq həddi ayrıca bir vətəndaşın və ya ailənin vəziyyətinin real dəyərini müəyyən vaxtdan sonra təyin edən yoxsulluq həddinə nisbi olaraq müəyyənləşdirilir. Bu hədd tövsiyə olunan miqdarda kalori almaq üçün zəruri istehlak səbətinin dəyəri üzrə hesablanır (insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu).

Yaşayış minimumu haqqında AR Qanununda (mad.3.2) göstərilir ki, minimum istehlak səbətinin tərkibi dövlət elmi idarə və müəssisələrinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.

Yoxsulluq həddi qeyri-ərzaq xərclərinin, yoxsulların xərcləri modelinə müvafiq ödənilməsi yolu ilə qaldırılır. Yoxsulluğun əsas göstəricisi - əhalinin ölçülmüş həyat səviyyəsinin (istehlakın) yoxsulluq həddindən aşağı olan hissəsidir.

Yoxsulluğun azaldılması meylinin artması mühüm göstəricilərdəndir. 1996-cı ildə Azərbaycanda Dünya Bankı tərəfindən aparılan sorğuya əsasən yoxsulluğun səviyyəsi 61 %, 2001-ci ildə 47 %, 2005-ci ildə 40 %, 2006-cı ilin əvvəllərinə 29 %, axırına isə 26 % təşkil etmişdir.

Məlumdur ki, yoxsulluğun azaldılması strategiyasının əsas məqsədini - yoxsulluğu doğuran səbəbləri aradan qaldırmaq və əhalinin sosial müdafiə sisteminin təkmilləşdirməsi üçün əsas vəzifələrin nədən ibarət olduğu; əsas vəzifəsi isə ölkəmizin maliyyə ehtiyatlarının səfərbər edilməsi, bazar iqtisadiyyatının tələblərinə cavab verən sosial müdafiə sisteminin formalaşdırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, təbəqələşmənin və gəlirlərin qeyri-bərabər bölgüsünün dərinləşməsinin qarşısının alınması məsələləridir.

2003-2005-ci illər üçün Azərbaycan Respublikasında «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nda Səhiyyə, Təhsil və Mədəniyyət sahəsində çalışanların həyat səviyyəsini dövlət büdcəsinin vəsaiti hesabına daha da yaxşılaşdırmaq üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur: ümumtəhsil məktəblərində təhsil alan şagirdlər üçün pulsuz dərsliklərin nəşri, ilkin tibbi yardım sisteminin gücləndirilməsi, uşaq ölümü hallarının azaldılması və uşaq xəstəliklərinin müalicəsinin yaxşılaşdırılması, doğuş təhlükəsizliyiynin və yenicə doğulmuş körpələrə qayğının artırılması, yoluxucu xəstəliklərin immunoprofilaktikası və epidemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, dövlət sifarişi ilə filmlərin çəkilişinin yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi üçün əlavə tədbirlər. «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nın təqdimatıına həsr olunmuş Milli konfransda Prezidentin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində respublikada Komitə və qeyri-hökumət qadın təşkilatlarının iştirakını təmin etmək və fəallığı artırmaq üçün seminarlar keçirilmişdir. Bu sahədə QPDK-nın işi təqdirə layiq olmuşdur. Belə ki QPDK də «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nın Azərbaycan Respublikası tərəfindən 2003-2005-ci illərdə həyata keçirəcəyi işlər haqqında tədbirlər planını kollegiyada müzakirə edərək təsdiq etmişdir. Aydındır ki, yoxsulluq probleminin həll edilməsi üçün yeni iş yerlərinin yaradılması mühüm amildir. Yerli istehsalın stimullaşdırılması zamanı regionlarda zəncirvari reaksiya yaratmaqla əmək qabiliyyətli əhalinin məşğulluq səviyyəsi yüksəlir və bu zaman yoxsulluq səviyyəsində yaşayanların sayı azalır. Bu da öz növbəsində işçi qüvvəsinin regionlardan mərkəzə axınının qarşısını almağa təsir edir.

Qadınların sosial problemlərinin həlli, onların hüquqlarının qorunması, müxtəlif peşələrə yiyələnməsi, yenidən hazırlıq keçməsi və ixtisaslarının artırılması, iş yerləri ilə təmin edilməsi üçün müvafiq dövlət və ictimai təşkilatlarla birlikdə tədbir görülür. 2004-cü ildə Komitə respublikada qadınlar arasında işsizliyin azaldılması məqsədilə regional xüsusiyyətlər nəzərə alınmaqla ƏƏSM Nazirliyinin Məşğulluq Mərkəzinin köməyi ilə və digər Nazirliklərlə əlaqə saxlayaraq qadınların, gənc ailələrin işlə təmin olunmasına kömək etmişdir. İşsizliklə bağlı QPDK-nə müraciət edənlərin müəyyən peşəyə yiyələnməsi və ixtisasını dəyişmək məqsədilə QPDK İİN və ƏƏSM Nazirliyi ilə əlaqə saxla­yaraq müraciət edənlərin həmin kurslarda iştirak etməsi üçün şərait yaratmışdır. Regionlarda xalq sənəti məktəblərinin, emalatxanalarının yaradılmasında qadınların iştirakını təmin etmək üçün təbliğatı işlərin aparılması genişlənmişdir.

Qadınlar arasında işsizliyin aradan qaldırılması üçün regional xüsusiyyətləri nəzərə alaraq rayonlarda fermer təsərrüfatlarının inkişaf etdirilməsi, xüsusilə meyvəçilik, baramaçılıq, heyvandarlıq, tərəvəzçilik və s. fermerlərin yaranması qadınların belə təsərrüfatlara rəhbərliyini getdikcə artırmışdır.

Qadın Problemləri üzrə Dövlət Komitəsi «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nın həyata keçirilməsinin ölkədə əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsində və yoxsulluğun azaldılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsində olduqca mühüm rol oynayacağını qiymətləndirərək bu sahədə təbliğat işlərini gücləndirmişdir. Belə ki, Komitə 24 may 2005-ci il tarixdə «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nın icra edilməsində qadınların rolu mövzusunda kollegiyada müzakirə etmiş rayon­larda bu haqda tədbirlər keçirmək planlaşdırmış və 2003-2005-ci illər üçün bu sahədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə əlaqədar İİN, ƏƏSMN ilə birgə rayonlarda seminarlar keçirmiş və qadınlara yoxsulluğun azaldılması strategiyasının məqsəd və vəzifələri izah etmişdir.

Regionlarda keçirilən seminarlarda Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Prezident İlham Əliyevin «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nın icrasına dair illik konfransındakı nitqində Azərbaycanda 2003-cü ildə bu Proqram qəbul edilərkən vəziyyəti yada salmışdır. Hazırda görülən işlər və ölkəmizdə davam etdirilən islahatların nəticəsində yoxsulluq şəraitində yaşayanların sayının ildən-ilə aşağı düşməsinin və bu rəqəmin 47%-dən 40%-ə enməsini göstərdiyini yığıncaq iştirakçılarına çatdıraraq qeyd edilmişdir ki, Proqram qəbul edildikdən sonra Azərbaycan dövləti sahibkarlar, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar və dünyanın maliyyə təsisatları ilə birlikdə bu problemin aradan qaldırılması istiqamətində fəal iş aparmışlar. Digər tərəfdən ölkəmizdə son illərdə qəbul edilən müxtəlif proqramlar, xüsusən də sosiai-iqtisadi, regional inkişaf proqramları, ilk növbədə işsizlik problemlərinin həllinə, xalqın rifahının yaxşılaşmasına yönəlmişdir.

Görüşlərin əsas məqsədi 2006-2015-ci il üçün «Yoxsulluğun Azaldılması və Davamlə İnkişaf üzrə Dövlət Proqramı»nın hazırlanması üçün yerli əhalinin təkliflərinin və problemlərinin proqrama daxil edilməsinin nəzərə alınması məqsədilə dinlənilməsi, məlumatlandırma kampaniyalarının aparılması və proqramın hazırlanmasında bütün təbəqələrdən olan nümayəndələrin iştirakını təmin etmək olmuşdur.

20 noyabr 2005-ci il tarixdə QPDK Səbail RİH və Səbail ra­yon qadınlar cəmiyyəti ilə birgə yığıncaq keçirmişdir. Burada təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan qadınların, neft şirkətinin, qaçqın və köçkünlərin nümayəndələri, rayonda rəhbər vəzifədə işləyən qadınlar, universitetlərdən alimlər və s. iştirak etmişlər. Yığıncaqda «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nı əsas götürərək «Gender bərabərliyi prioritetlərinin müəyyən edilməsinə dəstək» mövzusunda QPDK sədrinin müavini məruzə etmiş, suallara cavab vermiş, rayonda rəhbər vəzifədə işləyən xanımlar çıxış edərək öz fikirlərini bildirmişlər.

Azərbaycan Respublikası Prezidenti 20 iyun 2005-ci il tarixində 2006-2015-ci illərdə Azərbaycan Respublikasında «Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı»nın hazırlanması haqqında Sərəncam vermişdir. Sərəncama əsasən Dövlət Proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradılmışdır. Bu Komissiyanın üzvlərindən biri də Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva idi.

Adı çəkilən Proqramın hazırlanmasında yerlərdə bütün təbəqələrdən olan nümayəndələrin iştirakının təmin edilməsi məqsədilə 2005-ci ilin may-avqust aylarında «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nın Katibliyi tərəfindən 6 regional ictimai görüş keçirilmişdir. Bu görüşlər Naxçıvan, Sumqayıt, Gəncə, Quba, Şəki, Şamaxıda təşkil olunmuşdur. Görüşlərin əsas məqsədi Onillik İnkişaf Proqramının hazırlanmasında yerli əhalinin problemlərini dinləmək və məlumatlandırma kampaniyalarının aparılması idi. Qadın Problemləri üzrə Dövlət Komitəsinin və dövlət qurumlarının nümayəndələri bütün görüşlərdə iştirak etmiş və gender üzrə təqdimatlar etmişlər.

Genderin Yoxsulluğun Azaldılması Strategiyasının bütün sahələrinə daxil edilməsi 2005-ci ilin avqust ayında UNİFEM-in 2006-2015-ci illər üçün «Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı»nın ikinci mərhələsinin hazırlanması prosesinə qadınların daha fəal cəlb edilməsi məqsədilə «Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının Alınması və Sülh Yaradılması Uğrunda» regional layihə çərçivəsində Qadın Problemləri üzrə Dövlət Komitəsi «Koalisiya 1325» ilə birgə Azərbaycanın 14 zonasında «Yerli əhalidən hökumətə doğru Azərbaycanda gender bərabərliyinin prioritetlərinin müəyyən edilməsinə dəstək» adlı yerli forumların keçirməsi ilə başlandı. Görüşlərin əsas məqsədi yerli əhalinin təklif və iradlarını dinləmək idi. Görüşlərin əsas iştirakçılarını regionlardakı fəal qadınlar təşkil edirdilər. Hər bir görüşdə Qadın Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri təqdimat edərək Komitə tərəfindən hazırlanan «Pekin+10» Milli Hesabat haqqında məlumat vermişlər. Görüşlərdə «Qadınlar, yoxsulluq və iqtisadiyyat», «Qadınlar, silahlı münaqişələr və qaçqınlar», «Qadın və sağlamlıq», «Qadınlar və təhsil», «Qadınlara qarşı zorakılıq», «Qadınlar qərar qəbuletmə səviyyəsində» olmaqla həmin hesabatın altı problemli sahəsi üzrə müzakirələr aparılmış, təkliflər hazırlanmış və təqdim olunmuşdur.

Göründüyü kimi, bazar münasibətləri şəraitində iqtisadiyyatın inkişafı, əhalinin işlə təmin olunması və yoxsulluğun azaldılması respublikamızda ən vacib prioritetlərdən sayılır. «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi isə uğurla davam edir və proqramda gender faktoru getdikcə daha çox öz əksini tapmaqdadır.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb