Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


3.1. Korrupsiya və narkomaniyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında qanunvericilik mühiti


Korrupsiyaya qarşı mübarizə Heydər Əliyev hakimiyyətinin hər iki mərhələsində əsas məsələlərdən olmuşdur. Sovetlər birliyində korrupsiyanın tüğyan etdiyi vaxtda Azərbaycan rəhbəri korrupsiya törədən halların olmaması üçün profilaktik tədbirlər görərək korrupsiyaya qarşı mübarizədə kompleks tədbirlər planı həyata keçirmişdir. İdarəetmə orqanlarında səlahiyyətli şəxslərin «şəffaflıq» prinsipinə əməl etməsini tələb edərək korrupsiya ilə bağlı cinayət əməllərinin məsuliyyətə cəlb olunması üçün əlindən gələni əsirgəməmişdir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən geniş miqyaslı tədbirlər sisteminin məntiqi əsaslarından biri demokratik, hüquqi dövlət quruculuğu yönümündə məqsədyönlü tədbirlərin həyata keçirilməsi idi. Elə ilk gündən korrupsiyaya qarşı mübarizə elan edən Prezident 1994-cü il 9 avqust tarixli «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərmanla korrupsiyaya qarşı mübarizə sahəsində ölkənin strateji istiqamətlərini müəyyənləşdirdi. «İstehsal xidməti, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» 17 iyun 1996-cı il tarixli «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və maneələrin aradan qaldırılması haqqında» 7 iyun 1999-cu il tarixli Fərmanları və «Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında» 1998-ci il 27 yanvar tarixli Sərəncamı korrupsi­yaya qarşı mübarizəyə yönələn hüquqi aktlar kimi xarakterizə edilməsə də, məmur özbaşınalığınıın qarşısının alınması, rüşvətxorluq və korrupsiya meyllərinin inkişafına səbəb və şərait yaradan halların məhdudlaşdırılmasına xidmət edən qanunvericilik sənədləri kimi mühüm əhəmiyyət kəsb etdi. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 8 iyun 2000-ci il tarixli Fərmanı ilə Ümummilli Liderimiz korrupsiya ilə mübarizədə dövlətin dəyişməz və qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyev hakimiyyətlə xalqın birliyini əks etdirən nadir idarəçilik məharəti ilə sivil dövlət qurdu. Ölkəmiz korrupsiyaya qarşı mübarizədə daxildə aparılan tədbirlərlə yanaşı beynəlxalq əməkdaşlığın vacibliyini əsas götürmüş, BMT-nin və Avropa Şurasının Konvensiyalarını və başqa hüquqi sənədləri dəstəkləmişdir. Avropa Şurasının «Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında» BMT-nin «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» Konvensiyaları qəbul edilmiş, korrupsiyaya qarşı BMT-nin Konvensiyası imzalanmışdır. Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirmişdir. 2004-cü ilin yanvarında «Korrupsiyaya Qarşı Mübarizə Haqqında» qanun qəbul edilmişdir. Bu qanun həmin vaxtadək müvafiq məsələyə dair qəbul edilmiş hüquq-normativ sənədlər sırasında irəliyə doğru addım idi. Sənəddə göstərilirdi ki, korrupsiya vəzifəli şəxslərin özü və təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və s. nemətlər, imtiyazlar və güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və s. nemətlərin və güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Azərbaycan Respublikası Prezidenti 2004-cü ilin martin 3-də «Korrupsiyaya qarşı mübarizə» haqqında qanunun qəbul edilməsi barədə Sərəncam imzaladı. 3 sentyabr 2004-cü il tarixdə təsdiq edilmiş Sərəncamda 2004-2006-cı illər üçün Dövlət Proqramı hazırlanması və qarşıda duran vəzifələr izah edildi. Qadın Problemləri üzrə Dövlət Komitəsində bu Sərəncamla əlaqədar «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının məqsəd və mahiyyəti, icrasına yönəlmiş tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasında dövlət və qeyri-hökumət qadın teşkilatlarının rolu» mövzusunda 26 noyabr 2004-cü il tarixdə konfrans keçirilmişdir. «Korrupsiyaya qarşı mübarizə» haqqında qanunun qəbul edilməsi Azərbaycanın Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərindən biridir. Qeyri-hökumət qadın təşkilatlarının iştirakı ilə 25 fevral və 16 iyun 2005-ci il tarixdə keçirilən konfranslarda ölkə Prezidenti tərəfindən bu qanunun imzalanması və 2005-ci ilin yanvarın 1-dən qüvvədə olması barədə məlumat verilmişdir.

«Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının məqsəd və mahiyyəti, icrasına yönəlmiş tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasında dövlət və qeyri-hökumət qadın təşkilatlarının rolu», Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2004-cü il, 377 saylı «Korrupsiyaya qarşı mübarizə üzrə (2004-2006-ci illər)» və Nazirlər Kabinetinin «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-ci illər) təsdiq edilməsi barədə» yuxarıda qeyd edilən Sərəncamının icrasını təmin etmək məqsədi ilə verilmiş 4 noyabr 2004-ci il tarixli 229 saylı Sərəncamının təbliği, «Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi» mövzusunda Qadın Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət və dövlət qadın təşkilatları, yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə maarifləndirmənin, korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlığın həyata keçirilməsi məqsədilə İmişli, Yevlax, Lənkəran, Bərdə, Tərtər, Naxçıvan, Göyçay, Astara, Sumqayıt, Şəki, Quba və başqa bölgələrdə və Komitədə seminarlar, konfranslar təşkil edərək, müzakirələr aparılmışdır.

Keçirilən konfranslarda dövlətin cinayətkarlığa və korrupsiyaya qarşı möhkəm mübarizə apardığı haqda faktlarla qadınlara məlumat verilmişdir. Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə işinə diqqətin artırılması Prezidentimizin xalqına göstərdiyi ən böyük qayğı kimi konfrans iştirakçıları tərəfindən qəbul edilmiş və bununla əlaqədar üzərlərinə düşən təbliğati işlərdə fəal iştirak edəcəklərinə söz vermişlər. Sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün müasir dövrdə iqtisadi inkişafa mane olan, ədalətsiz rəqabətə və kölgə iqtisadiyyatının yaranmasına, büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə gətirib çıxaran korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, həll edilməsi vacib olan aktual məsələlərdəndir.

Uşaqlar və gənclər arasında arzuolunmaz halların qarşısının alınması məqsədilə lazimi tədbirləri gücləndirməklə Heydər Əliyev yetişməkdə olan gənc nəslin mənəviyyatına narkomaniyanın daxil olması, onun təsiri altında törədilən cinayətlərə, gənc nəslin əxlaqsız hərəkətlərə cəlb edilməsinə qarşı sərt və qətiyyətli addımlar atdı. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması üzrə Ümummilli Proqram» Prezidentin 15 iyul 2000-ci il tarixdə 371 saylı Fərmanı ilə təsdiq edilmişdir. Qadın Problemləri üzrə Dövlət Komitəsi bu Fərmana əsaslanaraq qadınlar arasında proqramın 2.18 və 2.4 bəndələrində Komitəyə aid nəzərdə tutulmuş tapşırıqlara müvafiq olaraq təbliğatı genişləndirdi. Qadınlar arasında narkomanlığın mövcudluğu, narkotik vasitələrin qanun­suz dövriyyəsində qadınların iştirakı və bu cinayətlərə təhrik olunma hallarının qarşısının alınması məqsədi ilə ictimaiyyətin, o cümlədən qeyri-hökumət qadın təşkilatlarının, şəhər, rayon, İcra Hakimiyyətlərinin, Nazirlik, komitə, digər Mərkəzi Təşkilatlar, ali məktəblərin, AMEA və Elmi İnstitutların qadın problemləri ilə məşğul olan nümayəndələrin iştirakı ilə konfrans, seminar və toplantılar keçirilmiş, bu sahədəki problemlərin həllində onların rolundan geniş danışılmışdır. Eyni zamanda ağsaqqalların, din xadimlərinin, inzibati orqanların öz fəallarının gücündən istifadə edərək bu sahədə əsaslı dönüş yaratmaq üçün fasiləsiz iş aparılması barədə tövsiyələr verilmiş, bəzi metodik ədəbiyyatlarla kömək edilmişdir. 3-4 dekabr 2003-cü ildə BMT-nin təşəbbüsü ilə yaradılmış Mərkəzi Asiyada narkotiklərə nəzarət üzrə regional əməkdaşlığa dair Anlaşma Memorandumun üzvləri tərəfindən 5-ci görüşdə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva çıxış edərək müzakirə edilən narkotiklər, cinayətkarlıq və s. məsələlərə münasibətini bildirmiş, burada qadınlar, qızlar, o cümlədən gənclər arasında antinarkotik təbliğatların aparılması, maariflənmə və müalicə, reabilitasiya problemlərinə diqqətin artırılmasının önəmliyi qeyd edilmişdir.

Heydər Əliyevin dediyi kimi: «Səhiyyə, təbliğat orqanları narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu hərtərəfli açıb göstərməli və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməlidir»[1].



[1] Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və bununla bağlı problemlər üzrə Yardımçı Komissiyanın 32-ci sessiyasının açılışında Heydər Əliyevin nitqi. Fevral. 1997.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb