Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


3.2. Azərbaycanda gender siyasəti


1994-cü ildən başlayaraq ölkəmizdə yaranan sosial və iqtisadi sahədəki stabillik qadınların inkişafına təkan verdi. Ölkə Prezidentinin qadınların ictimai-siyasi həyatda fəaliyyətinin artırılması və Konstitusiyanın verdiyi hüquqları müdafiə edən Fərman və Sərəncamları qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üçün irəliyə doğru atılmış addım oldu. Qadınların işlərində canlanma əmələ gəldi, respublikada qeyri-hökumət qadın cəmiyyətləri və təşkilatları yaranmağa başladı. Qadınların IV Ümumdünya Konfransına hazırlıq işləri görüldü. 1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Prezident Aparatının Humanitar siyasət şöbəsinin müdiri, dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilat nümayəndələrindən ibarət Milli Hazırlıq Komitəsi yaradıldı. Milli Hazırlıq Komitəsi tərəfindən qadınların rolunun genişləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirildi. Milli Hazırlıq Komitəsi konfranslar, dəyirmi masalar, müzakirələr, sərgilər təşkil etməklə geniş miqyaslı hazırlıq işləri apardı. Komitənin qarşısında aşağıdakı tapşırıqlar dururdu:

- postsovet dövründə qadınların malik olduqları rolu və statusu qiymətləndirmək;

- keçid dövründə qadınların malik olduqları rolu və statusu, əsas maraq və fəaliyyət sahələrini müəyyənləşdirmək;

- qadınların problemlərinə dair mövcud informasiyanı, statistik və digər məlumatları inkişaf etdirmək, məlumatların toplanması sisteminin inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə müvafiq tövsiyələr hazırlamaq;

- qadın təşkilatlarının yaradılmasına dəstək verməklə qadınları ictimai həyata fəal cəlb etmək;

- qadınların cəmiyyətdəki statusunu artırmağa və cinslər arasında bərabərliyə nail olmağa yönəlmiş fəaliyyət proqramlarını işləyib hazırlamaq.

1995-ci ildə «Sevil» Qadınlar məclisi fəaliyyətə başladı. Bu da öz növbəsində qadın hərəkatının bölgələrdə də fəallığının artmasına səbəb oldu.

Bu ərəfədə Azərbaycan dövləti Pekindən əvvəlki konfranslarda, (Cakarto, Nyu-York və s) iştirak etdi. 1995-ci il martın 31-də BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 39-cu sessiyasında Azərbaycan nümayəndələrinin iştirakı zamanı «Hərbi münaqişə zamanı girov götürülən və ya həbsxanaya düşən qadın və uşaqların azad edilməsi haqqında» qətnamə qəbul edildi və eyni zamanda Azərbaycanın Konfransın rəhbər orqanlarında iştirakı üçün ərizəsi təqdim olundu. Azərbaycan Respublikası tərəfindən 1995-ci il iyunun 30-da «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi» haqqında Konvensiya (CEDAW) ratifikasiya edildi. Bu Konvensiya 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir (bax. əlavələr). 1981-ci ildə qüvvəyə minmiş Konvensiyanı 150 ölkə imzalasa da, onların bəziləri bir sıra müddəalarla qeyd-şərtlər etməklə Konvensiyanı şərti olaraq imzaladılar. Qadın Konvensiyasının məqsədi qadınlara qarşı ayrı-seçkiciliyin aradan qaldırılmasıdır və bu ayrı-seçkiliyə maddə 1-də belə anlayış verilir:

-ailə vəziyyətindən asılı olmayaraq, qadın və kişilərin hüquq bərabərliyi əsasında, siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər hansı başqa sahələrdə insan hüquqları və əsas azadlıqları əsasında qadın hüquqlarının tanınmasını, istifadəsini və həyata keçirilməsini zəiflətməyə və ya heçə endirməyə yönələn cinsi əlamətə görə hər hansı fərq, istisna və ya məhdudiyyət.

Bu müddəanın mühüm cəhəti ondan ibarətdir ki, o, həm bilərəkdən edilmiş ayrı-seçkiliyə, həm də ayrı-seçkiliyə səbəb olmuş hərəkətlərə tətbiq edilə bilər. Digər müqavilələrdən fərqli olaraq, Qadın Konvensiyası sadəcə «cinsi əlamətə görə ayrı-seçkiliyi» aradan qaldırmağı yox, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvini nəzərdə tutur. Başqa sözlə, gender (cins) neytrallığı (yəni kişilər və qadınlarla bərabər rəftar) tələbinin əvəzinə Konvensiya qadınların bərabərsizliyinin saxlanılmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir. 3-cü maddəyə görə dövlətlər: qadınların kişilərlə bərabərlik əsasında insan hüquqlarından və əsas azadlıqlarından istifadə etməsinə və həmin hüquqları həyata keçirmələrinə təminat vermək üçün onların hərtərəfli inkişafını və tərəqqisini təmin etməyə borcludurlar. Qadın Konvensiyasına əsasən dövlətlər vasitələri və nəticələri ehtiva edən öhdəlikləri - qarşıya qoyulan məqsədlərə nail olmaq üçün müəyyən vasitələrdən istifadə etmək öhdəliyini və yol verilən bütün üsullarla nəticələr əldə etmək öhdəliyini-öz üzərinə götürürlər (maddə 2);

- əgər bunu hələ etməyiblərsə, kişi və qadınların bərabərlik prinsipini milli Konstitusiyalarına və ya digər müvafiq qanunvericiliklərinə daxil etməyi və qanunun digər müvafiq vasitələrinin köməyi ilə bu prinsipin praktiki həyata keçirilməsini təmin etmək;

- zəruri hallarda qadınlara qarşı hər hansı ayrı-seçkiliyi qadağan edən sanksiyalar da daxil olmaqla müvafiq qanunvericilik tədbirlərini və digər tədbirləri qəbul etməyi;

-  qadın hüquqlarının kişilərlə bərabərlik əsasında hüquqi müdafiəsini bərqərar etməyi və səlahiyyətli milli məhkəmələrin və digər dövlət idarələrinin köməyi ilə hər hansı ayrı-seçkilik aktına qarşı qadınların müdafiəsini təmin etməyi;

-  qadınlara qarşı hər hansı ayrı-seçkilik aktını və ya hərəkətini həyata keçirməkdən çəkinməyi və dövlət orqanlarının və idarələrinin bu öhdəliyə əsasən hərəkət edəcəklərinə təminat verməyi;

- qüvvədə olan, qadınlara qarşı ayrı-seçkiliyə yol verən qanunların, qərarların, adətlərin və praktikanın dəyişdirilməsi və ya ləğvi üçün, qanunvericilik tədbirləri də daxil olmaqla bütün müvafiq tədbirləri görməyi;

- özlərinin cinayət qanunvericiliyində qadınlara qarşı ayrı-seçkiliyə yol verilən bütün müddəaları ləğv etməyi.

Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi Komitəsi (CEDAW) Qadın Konvensiyasının yerinə yetirilməsinə nəzarət üçün təsis edilmişdir. Yalnız Qadın Konvensiyasının iştirakçısı olan dövlətlər onun müddəalarına əməl etməyə borcludurlar. Konvensiya dövlətlərin üzərinə Konvensiyanı həyata keçirmək məqsədilə qəbul etdikləri qanunvericilik, inzibati və digər tədbirlər üzrə hesabatı: ölkə ərazisində Konvensiya qüvvəyə mindikdən bir il sonra ilkin məruzənin təqdim edilməsi, vaxtaşırı məruzənin təqdim edilməsi isə dörd ildə bir dəfədən az olmamaqla və ya «CEDAW»-ın tələbi üzrə istənilən vaxt Baş katibə təqdim etmək vəzifəsini qoyur.

«CEDAW» qadın hüquqlarının bilavasitə müdafiəsi üçün vasitələrə (vəziyyətin dəyişməsi üçün həyata keçirilə bilən tədbirlər üzrə dövlətə məsləhətlər verə bilər) və dövlətlərarası şikayətlərə baxılması üçün heç bir mexanizmə malik deyil.

1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət yüz nəfərlik nümayəndə heyəti iştirak etdi. Konfransda qadınları vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi. Pekin Konfransından sonra respublikamızda qadınların fəallığı artdı və onların problemlərinə digər ölkələrdə olduğu kimi Azərbaycanda da diqqət və maraq çoxaldı. Bu isə Parlament seçkilərində (qadın deputatların sayı 2 dəfə artdı), qadınların rəhbər vəzifələrdə irəli çəkilməsində özünü göstərməyə başladı.

«CEDAW» Konvensiyasına qoşulması ilə əlaqədar 1996-cı ildə Azərbaycan hökuməti BMT-yə ilkin məruzə təqdim etdi. Bu məruzənin müzakirəsi BMT-nin «Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitə»sinin XVIII sessiyasının gündəliyinə daxil edildi. Sessiyada iştirak edən Azərbaycan rəsmi nümayəndə heyəti (Azərbaycan Respubilkası Prezidentinin İcra Aparatı Humanitar Siyasət Şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının Ədliyyə naziri Südabə Həsənova, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət Hüquq şöbəsinin böyük məsləhətçisi Səadət Bəktaşi) 20-23 yanvar 1998-ci il tarixdə Nyu-York şəhərində oldular. Rəsmi nümayəndə heyətinin başçısı Fatma Adbullazadə çıxış edərək ilkin məruzə təqdim olunandan 1998-ci ilədək olan dəyişikliklər barədə sessiya iştirakçılarına məlumat verdi. Pekin Platformasına uyğun olaraq «Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı (14 yanvar 1998) sessiya iştirakçıları tərəfindən yüksək qiymətləndirildi və sessiyanın gedişinə yeni keyfiyyət qazandırdı.

BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 41 -43-cü (1996-1999) sessiyalarında qadın və uşaq girovların azad edilməsi haqqında Qətnamənin müddəti uzadıldı.

1996-cı ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) respublikadakı qeyri-dövlət qadın təşkilatlarının icmalını və qadın problemləri üzrə ölkənin tələbatlarının dəyərləndirilməsini stimullaşdırdı.

Məlumdur ki, qadınlar cəmiyyətin aparıcı qüvvələrindəndir və onlar öz müstəqil qurumlarını yaratmaqla sosial, mənəvi, ictimai hadisələrin iştirakçısı olmaqla, həlledici funksiya daşıyırlar. BMT-nin «CEDAW» Konvensiyasına uyğun olaraq kişi və qadın münasibətlərini, qadınların insan hüquqları baxımdan tədqiq, təbliğ və tədris etmək üçün 1997-ci ildə Respublikada hökumətlə olan razılaşmaya əsasən BMTİP-nın Azərbaycanda «Gender İnkişafda layihəsi», «Gender və İnkişaf» layihəsinin bir hissəsi kimi fəaliyyətə başladı. Bu layihənin fəaliyyəti haqqında Heydər Əliyev xüsusi təlimatlar verdi. Onun həyata keçirdiyi siyasi islahatlar nəticəsində respublikamızda demokratiya, siyasi plüralizm, söz və vicdan azadlığı bərqərar oldu. Yaranmış ab-hava vətəndaş cəmiyyətinin formalaşmasına şərait yaratdı. Heydər Əliyevin dediyi kimi: «...Biz Azərbaycanda bu gün vətəndaş cəmiyyəti qururuq. Çoxsaylı ictimai təşkilatlar, partiyalar, müxtəlif fondlar və cəmiyyətlər vətəndaş cəmiyyətinin strukturunu təşkil edərək Azərbaycanda bir çox mühüm məsələlərin həllində dövlətlə uğurlu əməkdaşlıq edirlər...»[1].

1998-ci ildə vətəndaş cəmiyyətinin formalaşmasında böyük rolu olan Qeyri-Hökumət Təşkilatının fəallığı artdı. (Hal-hazırda 1000-dən artıq ictimai birlik, 50 siyasi partiya və 67-yə yaxın qadın problemləri ilə məşğul olan təşkilat fəaliyyət göstərir). Rəna Mirzəzadənin sədrliyi və respublika alimlərinin təşəbbüsü ilə «Gender və İnsan Hüququ» Araşdırma Birliyi demokratik inkişafda gender münasibətləri və insan hüquqları problemlərinin qarşılıqlı elmi-tədqiqini aparmaqla fəaliyyətini genişləndirdi. Bu məqsədlə Birlik: insan hüquqlarının gender balansı baxımından tədqiqi; insan hüququ və gender istiqaməti ilə əlaqədar sosial-fəlsəfi və hüquqi konsepsiyaların öyrənilməsi; ictimai-siyasi-hüquqi institutların insan hüququ və genderin inkişafına təsirini; insan hüququ və genderin seçki sistemində realizə edilməsi vəziyyətinin təhlili..., demokratik proseslərin inkişafı üçün insan hüququ və gender münasibətləri informasiya şəbəkəsinin yaradılması vəzifəsini həyata keçirir.

«Gender İnkişafda» layihəsinin fəaliyyətdə olduğu müddətdə ölkə Prezidentinin 14 yanvar 1998-ci il tarixdə, «Azərbaycan qadınlarının rolunun artırılması haqqında» Sərəncamı dərc edildi. Sərəncamda dövlət strukturları tərəfindən daha çox diqqət tələb edən qabaqcıl sahələr müəyyənləşdirildi. Heydər Əliyevin digər bir Fərmanı ilə (14 yanvar 1998-ci il) ölkəmizdə qadınların problemlərini həllinə yönəldilmiş qadın siyasətini həyata keçirmək məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədi ilə müvafiq təkliflər hazırlamaq tapşırıldı. Tibb elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Zəhra Quliyeva bu komitənin sədri təyin edildi. 150-dən çox elmi işin, 3 monoqrafiya, bir neçə dərs vəsaitinin və dərsliyin, ixtira və səmərələşdirici təklifin müəllifi olan bu xanım Heydər Əliyev məktəbinin layiqli yetişdirmələrindən idi. Onun öz dilincə desək: «.. .Mən Heydər Əliyevin respublikamıza başçılıq etdiyi dövrdə 2 dəfə SSRİ Ali Sovetinə deputat seçilmişəm... Mən özümü çox xoşbəxt sayıram ki, Heydər Əliyev dövründə yaşamış və bilavasitə onun rəhbərliyi altında işləmişəm. O, məni N.Nərimanov adına ADTİ-na rektor vəzifəsinə təyin edəndə (1972-1983) mən, institutun tarixində rektor vəzifəsini icra edən ilk qadın idim...»[2].

1998-ci il fevralın 20-də Prezident Fərmanı ilə Komitə haqqında Əsasnamə təsdiq edildi, onun statusu müəyyən edildi: həmin statusa görə Komitə sədrinin rütbəsi nazir vəzifəsinə bərabərdir. Komityə müvafiq səlahiyyətlər, maliyyə, insan və texniki resurslar verilmiş və bununla qadınların durumunun yaxşılaşdırılması ilə bağlı hökumətin qəbul etdiyi bütün qərarlara təsir etmə mexanizmi yaradılmışdır.

Qadın Problemləri üzrə Dövlət Komitəsinin məqsədi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun öz işlərini quraraq fəaliyyət göstərdiyi müddətdə qadın hərəkatı sahəsində demokratik siyasətin həyata keçirilməsi, qadınların respublikanın həyatında aktiv iştirakını təmin etmək, Azərbaycan dövlətçiliyinin, iqtisadiyyatının və suverenliyinin möhkəmləndirilməsi üçün qadınların yaradıcı, intellektual potensialından istifadə etmək, siyasi, iqtisadi, sosial, məişət və s. sahələrdə qadınların hüquqlarını müdafiə etmək olmuşdur.

QPDK öz fəaliyyətində aşağıdakı strategiyalara əsaslanırdı: - Cinslər arasında bərabərlik məsələsinin qanunvericiliyə, ictimai siyasətə, dövlət proqramları və layihələrinə daxil edilməsi;

- Gender üzrə təşkil edilmiş statistik məlumatlar və informasiyanın hazırlanması və yayılması.

Komitənin qarşısında duran vəzifələrə bunlar aid idi:

-  qadınların sosial problemlərinin həlli, onların hüquqlarının qorunması, müxtəlif peşələrə yiyələnməsi, yenidən hazırlıq keçməsi və ixtisaslarının artırılması, iş yerləri ilə təmin edilməsi üçün müvafiq dövlət və ictimai təşkilatlarla birlikdə tədbirlərin görülməsi;

- qadınların beynəlxalq hüquq sənədlərində əks olunmuş hüquqlarını müdafiə etmək üçün tədbirlərin həyata keçirilməsi;

-  qadın təşkilatları, federasiyalar və birliklərin fəaliyyətinin əlaqələndirilməsi;

- dövlət strukturları və qadın qeyri-hökumət təşkilatları, habelə beynəlxalq qadın təşkilatları arasında qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün tədbirlərin görülməsi;

- qaçqın və məcburi köçkün qadınların, habelə imkansız ailələrdən olan qadınların sosial problemlərinin öyrənilməsi və onların həlli üçün müvafiq dövlət orqanlarına müraciət edilməsi;

- qadınlarla bağlı dövlət siyasətinin əsas istiqamətləri üzrə təkliflərin hazırlanması.

Qadın Problemləri üzrə Dövlət Komitəsində iki şöbə: «Qadın hüquqları və sosial müdafiə», «Beynəlxalq əlaqələr və informasiya» şöbələri fəaliyyət göstərmişdir.

Komitənin şöbələri IV Beynəlxalq Qadınlar konfransının Pekin Platformasına əsaslanaraq iş planı üzrə rayonlarda müşavirələr, konfrans və seminarlar keçirərək, Pekin platformasının 12 strategiyası üzrə olan problemlərin həlli üçün təbliğat işi aparmış, bu barədə yerlərdə olan çətinlikləri öyrənmiş və onların həlli yollarını araşdıraraq aidiyyatı nazirlik, komitə və başqa təşkilat rəhbərləri qarşısında məsələlər qaldırmışdır.

Gender bərabərliyini təmin etmək və qadınların imkanlarını genişləndirmək məqsədilə QPDK və parlament Avropa Şurası ekspertlərinin iştirakı ilə birgə seminarlar, müzakirələr, dəyirmi masa görüşləri təşkil edilmiş və bu tədbirlərdə beynəlxalq sənədlər və Azərbaycanın öhdəlikləri müzakirə olunmuşdur. Parlament tərəfindən nəzərdən keçirilən «Kişi və qadınlar üçün bərabər imkanlar haqqında» qanun layihəsini hazırlamaq üçün ekspertlər qrupu yaradılmışdır.

Mexanizmin səmərəli fəaliyyəti bilavəsitə cəmiyyətin dəstəyindən asılı olduğu üçün, Komitə öz fəaliyyətini QHT-lər, siyasi partiyalardakı qadın qrupları, həmkarlar ittifaqları, kütləvi informasiya vasitələrinə daxil olan assosiasiyalar ilə birlikdə həyata keçirir. Genger tədqiqatları mərkəzlərinin yaradılması, qadın problemlərinin həllinə yönəlmiş layihələrin həyata keçirilməsi, cəmiyyətin gender sahəsində məlumatlandırılması milli mexa­nizmin uğurlu fəaliyyətinə yardım etmişdir.

Qeyd olunduğu kimi Gender berabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində Qadın Problemləri üzrə Dövlət Komitəsi parlamentlə əməkdaşlıq edir və gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericilikdə hər hansı boşluqlar aşkar edilərsə, Komitə parlamentlə müzakirələr keçirir.

Komitənin mövcud olduğu dövrdə genderin bütün sahələrə tətbiq edilməsi baxımından şərait əhəmiyyətli dərəcədə (gender maarifləndirilməsi strategiyasından gender siyasətinin ölkənin demokratikləşməsi üçün son dərəcə mühüm element kimi qəbul edilməsinədək) dəyişmişdir.

Gender siyasəti nəzərə alınmaqla respublikada qadın siyasətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə diqqət artırılmış, Beynəlxalq aləmdə Azərbaycan qadınının ona məxsus olan imicinin yaranmasında, Azərbaycanda gedən demokratik islahatların gedişi haqqında, Respublika Prezidentinin Dövlət Qadın Siyasətinə dair Fərmanının, Azərbaycanın haqq sözünün, doğma yurdlarından didərgin düşmüş minlərlə qadın və uşağın hüquqlarının pozulması haqqında məlumatların beynəlxalq təşkilatlara çatdırılmasında Komitenin əməkdaşlarının xidməti böyük olmuşdur.

12 fevral 1998-ci il tarixdə «Gender İnkişafda» qurumu AMEA Fəlsəfə və Hüquq İnstitutu ilə birgə «Gender: Qadın problemlərinin yeni mərhələsi» adlı elmi-praktik konfrans keçirdi. Konfransda keçid dövründə qadın problemləri haqqında, qadın problemlərinin gender kontekstində əsas aspekt və axtarışları; XX əsrdə dövlət orqanlarında qadınların rolu barədə məlumat verildi; gen­der məsələlərinin öyrənilməsi və araşdırılması məqsədi ilə ölkənin müxtəlif bölgələrində sosioloji sorğuların və seminarların aparılması təklif edildi. l998-ci ilin mayında BMTİP, UNİFEM (layihə), UNHCR və Azərbaycan hökuməti ilə birlikdə Bakıda «Qadın hüquqları-insan hüquqlarıdır: qadınlar silahlı münaqişələrdə» mövzusunda Beynəlxalq konfrans keçirildi. Konfransın işində 13 ölkə, həmçinin hərbi münaqişə tərəflərindən biri - Ermənistan Respublikası da iştirak edirdi.

1998-ci ilin 14-15 sentyabrında Azərbaycan Respublikası Pre­zidentinin rəhbərliyi, QDPK-nın təşkil etdiyi Azərbaycan qadınlarının I Qurultayı keçirildi. Qurultayda respublikanın bütün şəhər və rayonlarından 2101 nəfər nümayəndə iştirak edirdi. Qurultay qadınların fəallığı və onların həll edilməmiş problemlərinin təhlili baxımından mühüm amil olmuşdur. Belə ki, əsas problemlər: qadın hüquqları, işsizlik, iqtisadi çətinliklər, Dağlıq Qarabağ probleminin həlli, 1 milyondan çox qaçqın və məcburi köçkün, işğal olunmuş torpaqlarla bağlı narahatlıqlar müzakirə olunmuşdur. Qarabağ probleminin sülh yolu ilə həllində qurultay iştirakçıları yekdil olduqlarını və ölkə Prezidenti Heydər Əliyevin atəşkəsi qoruyub saxlamasını dəstəklədiklərini bildirdilər. Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə gələcək strategiya barədə qeydlər edən dahi liderin çıxışı qurultay iştirakçılarının proqram sənədinə çevrildi. Qurultayda Azərbaycan qadınlarının Milli Şurası yaradıldı.

Məlumdur ki, dünyanın inkişaf etmiş ölkələrində qadınlarla iş Pekin Konfransında qəbul edilmiş 12 strategiya əsasında aparılır. Bu müddəalardan biri də cəmiyyəti bu gün ən çox düşündürən yeniyetmə qızlar problemidir.

Qaçqın və köçkünlərin əzab-əziyyətlə üzləşməsi gənclərimizin, o cümlədən qızlarımızın vəziyyətinə mənfi təsir göstərir. Elə məhz bu səbəblər dövlət başçısı və ictimaiyyəti narahat etdiyindən Azərbaycan qadınlarının I qurultayında gənc qızların problemlərinə toxunularaq, xüsusi konfrans keçirilməsi xahiş olunmuşdur.

1998-ci il dekabrın 15-də gənclər və turizm mərkəzində QPDK Gənclər və İdman Nazirliyinin iştirakı ilə Azərbaycan qızlarının bu günü və sabahkı taleyi yönümünün istiqamətləndirilməsi məqsədi ilə konfrans keçirilmişdir. Prezident Aparatı Humanitar siyasət Şöbəsi, Təhsil Nazirliyi və Fəlsəfə İnstitutunun məsul işçiləri, hüquqşünaslar, yazıçılar, gənclər və qeyri-dövlət qadın təşkilatlarından olan nümayəndələrin iştirak etdiyi bu konfransda 22 maddədən ibarət qərar qəbul edilmişdir.

Mənəvi-əxlaqi dəyərlərə uyğun olmayan mövcud neqativ halların aradan qaldırılması, şəxsiyyətlər yetişdirəcək XXI əsrin gələcək nəslinin anaları olacaq qızlarımızın fiziki, əqli və mənəvi inkişafının yüksəlişi üçün hamının səfərbər olmasının vacibliyi qeyd edilmiş, qızlarımızın milli ruhda tərbiyə edilməsinin önəmli şərt olduğu vurğulanmışdır. Konfransda qəbul edilmiş qətnamə bu sözlərlə qurtarır: «Biz konfrans iştirakçıları, bütün hökumət, qeyri-hökumət, beynəlxalq təşkilatlar, ictimai qurumlara, kütləvi informasya vasitələrinə, mütəxəssislərə, ayrı-ayrı şəxslərə müraciət edərək, qızların mənəvi psixoloji vəziyyəti ilə problemlərin həlli sahəsində geniş müzakirələr aparmağa, ictimai rəyi formalaşdırmağa və mühüm tədbirlər görməyə çalışırıq»[3] . Digər bir «Döyüşə qızlar gedir» adlı tədbir Zabitlər evində, döyüş bölgələrində xidmət edən gənclərimizi vətənə, torpağa, xalqa məhəbbət ruhunda tərbiyə etmək məqsədi ilə Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi və QPDK-nın nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Tədbirdə 1941-1945-ci illərdə II Dünya Müharibəsində şücaət göstərən qadınlarımız, həm də Qarabağ müharibəsində vuruşan qızlarımız iştirak etmişlər. Məqsəd gənclər arasında yurd məhəbbəti, vətənpərvərlik hisslərinin təbliğ edilməsi olmuşdıır.

Respublikamızda bu problemə həsr edilmiş «Azərbaycan qızlarının bu günkü vəziyyəti, problemləri və onların həlli», «XXI əsrin qızları necə olmalıdır?», «Qızlar və eyni zamanda gənclər arasında namus, ismət, sədaqət, qeyrət/vətənpərvərlik, ailə təəssübü və bu kimi dəyərlərin körpəlikdən başlayaraq aşılanmasına hər bir şəxs, ailə və təşkilat tərəfindən ciddi diqqət yetirilməlidir» mövzularında mütəmadi olaraq tədbirlər keçirilir və nəticəsi kollegiyada müzakirə edilir.

1999-cu ilin yanvarında BMTİP-nin Azərbaycanda «Gender İnkişaf layihəsi» II mərhələsinə qədəm qoydu. Onun əsas fəaliyyət istiqaməti respublikada gender mərkəzinin yaradılması, gen­der araşdırmalarında təşəbbüskarlıq və yardım göstərilməsi, maarifləndirici gender kurslarının təşkili və QPDK-nə texniki yardım göstərməkdən ibarət idi. İlk dəfə olaraq, (münaqişə dövründə) ölkənin əsas problemlərindən olan məcburi köçkünlərlə: qadın və uşaqlarla bağlı statistik məlumat toplusu hazırlanaraq nəşr edildi. Qeyd etmək lazımdır ki, bu toplunun nəşri Nazirlər Kabinetinin (qaçqınlar, məcburi köçkünlər və miqrasiya şöbəsi), BMTİP-nin və BMT-nin Ərzaq Proqramlarının birgə fəaliyyətinin nəticəsidir. «Gender: Qadın problemlərinin yeni mərhələsi» konfransında qəbul edilən layihə əsasında AMEA-da «Gender» bölməsi açıldı. Burada 3 istiqamətdə işlər aparıldı: maariflənmə, təhcizat və institutlaşdırma. 2000-ci ilin sentyabrında Gender sahəsində məsul şəxslərin təyin edilməsi barədə Sərəncam verildi. «Gender İnkişafda» Qurumunun direktoru Rəna İbrahimbəyovadır. O, Nazirlər Kabinetinin «Elm, mədəniyyət, təhsil və sosial problemlər» şöbəsinin müdir müavini, BDU-nun «Gender və psixologiya» kafedrasının rəhbəridir. «Gender İnkişafda» layihəsinin əsas əhəmiyyəti Rəna xanımın dediyi kimi cəmiyyətdə «Gender axını»nın («gender mainstreaming») dəstəklənməsinə xidmət edir. Gender axını özəyini mövcud vəziyyətin təhlili üsullarının, texnologiyalarının müəyyənləşdirilməsi, əsasını isə bilik və məlumatların həcmi təşkil edir. Genderdə qadınların vəziyyətinin yaxşılaşdırılması məqsəd deyil, vasitədir (cəmiyyətin özünün saflaşması, yaxşılaşması mühüm amildir). «Gender İnkişafda» Qurumu gender məsələlərində maraqlı olan dövlət, qeyri-dövlət və beynəlxalq təşkilatlarla birgə iş aparır, milli və beynəlxalq təşkilatlarla birgə iş aparır, milli və beynəlxalq tərəfdaşları ilə birgə gender problemləri üzrə layihələri həyata keçirir. Qurum cəmiyyətdə tədqiqatlar apararaq, milli mexanizmin yaranmasına köməklik göstərir, gender təhlili əsasında gender planlaşdırmasını təbliğ edir, pilotaj layihələrin perspektivlərini müəyyənləşdirməklə, onları həyata keçirərək vətəndaş cəmiyyətini fəallaşdırır, qadın QHT-nin potensialının gücləndirilməsində müəyyən tədbirlər keçirir.

«Gender İnkişafda» layihəsi QHT-nın potensialının artırılması üçün böyük vəsait ayırmış və həmin vəsait hesabına texniki təchizat (yol xərcləri, avadanlıqlar və s.) həll edilmişdir. Layihə tərəfindən QHT-lərə dəstək verilmiş, 12 qadın təşkilatı öz tələbatlarına uyğun olaraq təchizatla (kompüter, avadanlıq və s.) təmin edilmiş, ingilis dili kursları təşkil edilmişdir. Qadınların sosial fəallığı artırılmış, müxtəlif treninqlər, seminarlar, konfranslar keçirilmisdir. Qurum seçki ərəfəsində (prezident, parlament, bələdiyyə seçkiləri) xüsusi fəallıq göstərmiş, əhali arasında məqsədyönlü təbliğatın aparılması üçün konkret işlər görmüşdür. Mövzu baxımından rəngarəng olan və yaş xüsusiyyətlərini nəzərə alan sadə formada tərtib edilmiş çağırışlar və plakatlar («MƏN SÜLHÜ SEÇİRƏM», «QADINDIR ADIN!, MİLLİ MƏCLİSDƏ SEÇKİLƏRDƏ İŞTİRAK ET!, SÜLHƏ, TƏRƏQQİYƏ SƏS VER!, NƏNƏ VƏ ANALARIMIZIN ÇƏTİNLİKLƏRLƏ QAZANDIĞI BU HÜQUQU ƏLDƏN VERMƏ, QORU! və s.») böyük miqdar tirajla hazırlanıb mərkəzdə və regionlarda əhali arasında paylanmışdır. Layihənin dəstəyi ilə «Gender Azərbaycanda» bülleteni (milli koordinator Rəna İbrahimbəyova) buraxılmışdır. 2000-ci ilin mart ayından isə layihə hesabına Azərbaycanda ilk dəfə olaraq «Genderşünaslıq» Azərbaycan Beynəlxalq elmi-kütləvi jurnalı (Azərbaycan və ingilis dillərində) çap edilmişdir. Jurnalın baş redaktoru gender sahəsində tanınmış tədqiqatçı, genderşünas politoloq, fəlsəfə elmlər doktoru Rəna Mirzəzadə QHT-larında gender balansına rəhbərlik edir. «Qadın və siyasət», «Qadınların hüquqları», «Kişi-qadın münasibətləri», «Gender: Siyasi hüquqi istiqamətlər», «Azərbaycanda Gender siyasəti», «Qadın və silahlı münaqişələr», «Gender və feminizm», «Gender, insan hüququ, cəmiyyət, siyasət» kitablarının və 2 dərsliyin müəllifidir. Müxtəlif vaxtlarda gender və qadın problemləri ilə bağlı keçirilən təbdirlərdə Rəna xanım Azərbaycanı Moskvada, Qazaxıstanda, İranda, Polşada və Gürcüstanda təmsil etmişdir. Azərbaycan qadınlarının I və II qurultaylarında, həmçinin 2003-cü ildə Ankarada keçirilən Türk dünyası qadınlarının qurultayında iştirak etmişdir. Rəna Mirzəzadə Qadın problemləri üzrə Dövlət Komitəsində ekspert, Ombudsman aparatında Ekspertlər Şurasında çalışan ekspertlərdən biridir.

Yeni minilliyin başlağıcında dünyada «Gender»in bir elm kimi öyrənildiyi danılmazdır.

Komitə fəaliyyətdə olduğu müddətdə Respubilka Prezidentinin Fərman və Sərəncamlarını, Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Respublika qadın Problemləri üzrə Milli Fəaliyyət Planını əsas götürmüş, dünya miqyasında qadın problemləri ilə əlaqədar qəbul edilmiş Konvensiya və qərarları nəzərə alaraq, qadınlarımızın nəinki respublikamızda, həm də Beynəlxalq aləmdə cari məsələlərin müzakirəsində iştirakını təmin etməklə, onların ictimai-siyasi fəallığını artıran, hüquqlarının müdafiə olunmasını nəzərdə tutan Beynəlxalq Təşkilatlarla əlaqəni möhkəmləndirərək, respublika iqtisadiyyatının inkişafında qadınların rolu, gələcək nəslin, o cümlədən qızların tərbiyəsində anaların rolu və məsuliyyəti, ordumuzun qüdrətli orduya çevrilməsində, gələcək dövlət qurucularının yetişməsində anaların məsuliyyətini və s. əks etdirən tədbirlərin keçirilməsini nəzərdə tutmuş və bu tədbirlərin əhatəli şəkildə respublikanın bütün rayonlarında, rayon, şəhər, Nazirlik, Komitə və digər mərkəzi təşkilatlar və onların rəhbərləri ilə birgə, həmçinin qeyri-hökumət qadın təşkilatları ilə həyata keçirilməsinə nail olmuşdur.

QPDK Milli Fəaliyyət Planında və ölkə Prezidentinin 6 mart 2000-ci il tarixli «Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında» Fərmanında qoyulan tələblərə uyğun «Gender problemləri» ilə əlaqədar bir sıra tədbirlər keçirmiş, bu sahədə çalışan alim və mütəxəssislərlə birlikdə seminar və görüşlər təşkil etmişdir, 2000-ci il noyabrın 22-də Mingəçevirdə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycandakı Gender Layihəsi və Mingəçevir şəhər İcra Hakimiyyətinin keçirdiyi «Müasir dövr və Gender problemləri»nə həsr edilmiş zona konfransında QPDK-nın I müavini Dilruba Camalova «Azərbaycanda qadın siyasəti» mövzusunda, Milli Məclisin şöbə müdiri A.Abbasova «Azərbaycan qanunvericiliyi və Gender problemləri» mövzusunda məruzə etmişlər. Gen­der layihəsinin Mingəçevir, Aqstafa, Tovuz, Gəncə, Şəmkir, Zaqatala, Qaxda necə təbliğ olunduğu, mərkəzlərin fəaliyyəti haqqında məlumatlar vermişlər. Eyni mövzuda Quba rayonunda da iyul ayında region üzrə rayon qadınlarının iştirakı ilə konfrans keçirilmiş, Zəhra Quliyeva məruzə etmişdir. Konfransda Prezidentin Fərmanının, müasir Azərbaycan qadınının yerinin, rolunun artırılması üçün mühüm həyati əhəmiyyətə malik bir sənəd olduğu göstərilmiş, respublikada qadın problemlərinin həllinə kompleks yanaşmaqla, əslində məsələnin həllinə «Gender siyasəti» baxımından yanaşılması qeyd edilmişdir. Ulu öndərin bu sahədə uzaqgörənlik nümayiş etdirərək hər bir təşkilatın, hər bir inzibati orqanın, hər bir vəzifəli şəxsin qarşısında qoyduğu vəzifələr dəfələrlə qeyd edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərman və Sərəncamları ilə respublikamızda gender siyasətinin həyata keçməsində kifayət qədər hüquqi baza yaradılmışdır və Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev bu bazanın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bu gün müvəffəqiyyətlə davam etdirir.

28 yanvar-1 fevral 2003-cü il tarixdə Şimali İrlandiyanın Bel­fast şəhərində Gender istiqamətli demokratiya mövzusunda keçirilən seminarda respublikanı QPDK-nın «Qadın hüquqları və sosial müdafiə» şöbəsinin baş mütəxəssisi Günay Məmmədova təmsil etmişdir. Seminarda məqsəd Britaniyanın bu sahədə əldə etdiyi nailiyyətləri təbliğ etmək və iştirakçılar arasında təcrübə mübadiləsi aparmaq olmuşdur.

13-15 may 2003-cü il tarixdə Varşavada ATƏT-in İnsan Ölçüsü çərçivəsində «Qadınların ictimai və iqtisadi həyatda iştirakı» adlı seminar keçirilmişdir. Seminar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu (DTİHB) tərəfindən təşkil olunmuşdur. Azərbaycan Respublikasını seminarda Qadın Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nərmin Bağırova, Xarici İşlər Nazirliyinin əməkdaşı Fərəh Acalova və Simmetriya qeyri-hökumət təşkilatının sədri Kamilla Dadaşova təmsil etmişlər.

Seminarın məqsədi ictimai və siyasi həyatın bütün səviyyə və sahələrində qərar qəbuletmədə qadın və kişilərin bərabər iştirakının müəyyənləşdirilməsi idi. Mayın 13-də çıxış edən Azərbaycan nümayəndəsi ölkəmizdə gender sahəsində görülən tədbirlər, nailiyyətlər və mövcud problemlərə dair ümumi məlumat vermişdir; qaçqın və məcburi köçkün, həmçinin Azərbaycanın rayonlarında yaşayan qadınların vəziyyəti və onların üzləşdiyi problemləri xüsusi qeyd edərək, beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyətlərinin məhz bu istiqamətdə yönəldiməsinin vacib olduğunu vurğulamışdır.

Seminarda Azərbaycanın nümayəndələri DTİHB-un Gender məsələləri üzrə Xüsusi Müşavir xanım Tiina İlsen ilə görüşlər zamanı bir neçə məsələ müzakirə olunmuşdur. Xüsusilə, Azərbaycanda DTİHB tərəfindən həyata keçirilən «Qadınların liderliyi və siyasi iştirakı» adlı proqram çərçivəsində dövlət strukturlarının işinə gender aspektlərinin tətbiq edilməsi məqsədilə ekspertin göndərilməsi haqqında qərar qəbul olunmuşdur. Beləliklə, iyul ayının 14-dən 23-dək DTİHB-un eksperti, Litvanın bərabər imkanlar üzrə Ombudsmanının müşaviri cənab Algirdas Meşkauskas Bakıya gəlmişdir. Səfər zamanı o, hökumət qurumlarında nazir müavinləri və gender məsələləri üzrə məsul əməkdaşlarla görüşmüş, bu qurumlar tərəfindən gender sahəsində görülən tədbirlər barədə məlumat əldə edilmiş və gələcək strategiyalar müəyyənləşdirilmişdir. Nəticədə həmin ekspert tərəfindən müvafiq hesabat və tövsiyələr hazırlanması planlaşdırılmışdır.

23 yanvar 2003-cü il tarixdə Skopyedə qəbul olunmuş Gender bərabərliyi: dəyişən cəmiyyətlərdə əsas məsələ adlı fəaliyyət planı Beynəlxalq Əlaqələr şöbəsi tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və seminann iştirakçılarına təqdim edilmişdir.

2004-cü ilin dekabrın 14-15-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) tərəfindən Cenevrə şəhərində Pekin Fəaliyyət Platformasının onillik icmalına həsr olunmuş regional hazırlıq görüşü keçirildi.

Bu regional hazırlıq görüşü BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 2005-ci ilin martında Nyu-York şəhərində keçiriləcək 49-cu sessiyasına hazırlıq məqsədi daşıyırdı.

Görüş zamanı Pekin Fəaliyyət Platformasında qeyd olunan on iki mövzudan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının əhatə etdiyi regiona birbaşa aidiyyatı olan aşağıdakı məsələlər müzakirəyə çıxarıldı:

- qadınlar iqtisadiyyatda (məşğulluq və sosial müdafiə);

- gender bərabərliyini təşviq edən təşkilati mexanizmlər;

- miqrasiya kontekstində qadın alveri.

Görüşdə 60 ölkəni təmsil edən 600-ə yaxın nümayəndə iştirak etmişdir.

Azərbaycan hökuməti adından görüşdə iştirak etmək üçün Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, sədrin müavini Möminat Ömərova və millət vəkili Məlahət Həsənova ezam olunmuşdular. Azərbaycan nümayəndə heyətinin tərkibinə, o cümlədən Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəsi Elçin Əmirbəyov və üçüncü katibi Seymur Mərdəliyev daxil idilər.

Azərbaycan nümayəndə heyətinə QPDK-nın sədri Zəhra Quliyeva başçılıq edirdi. Şimali Amerika, Avropa İttifaqına daxil olmuş ölkələr, MDB dövlətləri, Cənubi Avropa və bu regionların heç birinə daxil olmayan digər dövlətlər qrupunu təmsil etmək üçün 5 nümayəndədən ibarət büro yaradıldı. MDB dövlətlərini təmsil etmək üçün BMT-nin Avropa İqtisadi Katibliyi tərəfindən Azərbaycan nümayəndə heyətinin üzvü Möminat Ömərovanın namizədliyi irəli sürüldü və qəbul edildi. «Qadınlar iqtisadiyyatda» (məşğulluq və sosial müdafiə) sessiyasına sədrlik ona həvalə olundu.

2005-ci ilin mart ayında Nyu-Yorkda keçiriləcək BMT-nin sessiyasında Pekin Deklarasiyası və Platformasının fəaliyyətinin həyata keçirilməsi üçün veriləcək qlobal hesabata hazırlıq məqsədi ilə 2004-cü il sentyabrın 7-10 tarixlərində Banqkokda BMT-nin Asiya və Sakit okean regionu üçün İqtisadi və Sosial Komissiyasının Pekin Fəaliyyət Platformasının həyata keçirilməsinin hesabatı üzrə 47 ölkə nümayəndəsinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilmişlər.

Dünya əhəmiyyətli bu tədbirdə Azərbaycan Respublikasını Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva və sədrin müavini Möminat Ömərova təmsil etmişlər.

2004-cü ilin mart ayında keçirilən ekspertlər qrupunun iclasında bu tədbirdə müzakirə olunmaq üçün 12 problemli sahə üzrə bir sıra sual və problemlərin siyahısı işlənib hazırlanmışdır. Tədbirdə qadın və yoxsulluq, qadın və səhiyyə, qadınlara münasibətdə zorakılıq, qadınlar və silahlı münaqişələr, qadın və iqtisadiyyat, qadınlar hökumət strukturlarında və qərarların qəbul edilməsi proseslərində, qadınların vəziyyətlərinin yaxşılaşdırılması mexanizminin təşkil edilməsi, qadın və KİV və digər sahələr üzrə regionda mövcud olan problemlərə toxunulmuş, o cümlədən ölkələr üzrə hesabatlar dinlənilmişdir.

Zəhra Quliyeva qadın məsələləri ilə bağlı son illər ölkədə görülən işlər barədə məlumat vermiş, Azərbaycan Respublikasının ərazisinin 20%-nin Ermənistanın işğalı altında olduğunu qeyd edərək, bu gün Azərbaycanda terrorizmin, separatizmin böyük ürək ağrısı ilə qarşılandığını söyləmiş, Azərbaycanda qadınların münaqişələrin qarşısının alınması, o cümlədən sülh yaradılması proseslərində yaxından iştiraklarına xüsusi əhəmiyyət verildiyini nəzərə çatdırmışdır.

Tədbirin sonunda Kommünike qəbul edilmişdir. Kommünikedə Pekin Fəaliyyət Platformasının həyata keçirilməsində müşahidə olunan çatışmazlıqlar, diqqətdən kənarda qalmış problemlər və əldə onunan müvəffəqiyyətlər əks olunmuşdur.

Azərbaycan nümayəndə heyəti Banqkok Kommünikesinə silahlı münaqişə zamanı qadınlara qarşı törədilən zorakılıqlar sadalanarkən, girov götürülmənin əlavə edilməsinə nail olmuşdur.

Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) həyata keçirdiyi Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının Alınması və Sülh Yaradılması Uğrunda regional layihəsi çərçivəsində 17 iyul 2004-cü il tarixdə Əli Bayramlı şəhərində Sabirabad və Hacıqabul rayonlarının nümayəndələrinin, 24 iyul 2004-cü il tarixdə isə Zaqatala şəhərində Qax və Balakən rayonlarının nümayəndələrinin iştirakı ilə «Qərar qəbuletmə səviyyəsində qadınlarla kişilərin bərabər iştirakı» mövzusunda Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Möminat Ömərova və Gender araşdırmaları mərkəzinin sədri Rəna Mirzəzadənin rəhbərliyi ilə regional dəyirmi masa keçirilmişdir.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı mütəmadi olaraq insan inkişafına dair hesabatlar dərc edir. 2005-ci il üçün nəzərdə tutulan hesabat Azərbaycanda gender münasibətlərinə həsr olunmuşdur. Layihə BMT-nin İnkişaf Proqramı və Norveç Krallığı Hökuməti tərəfindən maliyyələşdirilir.

Layihənin həyata keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsini milli icraçı tərəfdaş kimi seçmişdir. Azərbaycan Respublikası Prezidentinin 608 saylı, 1 fevral 2005-ci il tarixli Sərəncamına əsasən Azərbaycan hökuməti adından layihəni imzalamaq səlahiyyəti Azərbaycan Respublikası QPDK-nın sədri Zəhra Quliyevaya verilmişdir.

16 fevral 2005-ci ildə Azərbaycan Respublikası Hökuməti, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Norveç səfirliyi arasında «2005-ci il üçün Gender Münasibətlərinə dair Azərbaycan Respublikasında İnsan İnkişafı haqqında Hesabat» layihə sənədinin imzalanması mərasimi keçirilmişdir.

Azərbaycan cəmiyyətində gender bərabərliyinin inkişaf etdirilməsi məqsədilə layihə üçün əsas məqsədlər müəyyən olunmuşdur: gender məsələləri haqqında məlumatların, gender münasibətlərinə dair bilik və anlayışların artırılması, böyük miqyaslı gender bərabərliyinə nail olmaq üçün tövsiyələr işləyib hazırlamaq və sair.

Bu layihə MDB ölkələrində pilot layihədir və uğurla başa çatdırılarsa digər MDB ölkələrində də tətbiq oluna bilər.

Asiya İnkişaf Bankı 2004-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistanda yoxsulluğun azaldılması strategiyasına gender məsələlərinin daxil edilməsi üçün texniki yardım layihəsini hazırlamışdır. Həmin layihənin Azərbaycanda reallaşdırılması üçün Asiya İnkişaf Bankı tərəfdaş kimi Qadın Problemləri üzrə Dövlət Komitəsini seçmişdi. Layihənin məqsədləri yoxsulluğun azaldılması proqramının həyata keçirilməsində və monitorinqində gender məsələləri anlayışını möhkəmləndirmək idi. Bu texniki yardım layihəsinin nəticələrinə aşağıdakılar daxil idi:

-  Dörd ölkə üzrə gender qiymətləndirilməsi,

- Asiya İnkişaf Bankının yoxsulluğun gender ölçüsünü əks etdirə biləcəyi mümkün sahələr haqqında tövsiyələrin hazırlanması,

- Yoxsulluğun gender ölçülərinə aid bilikləri artırmaq üçün tədqiqatlar haqqında hesabatlar.

Layihənin əsas məqsədi adı çəkilən ölkələrin hökumətlərinə yoxsulluğun azaldılmasında yardımçı olacaq əsas gender məsələlərini müəyyənləşdirmək, gender münasibətləri və inkişafı strategiyalarının reallaşdırılmasında öz imkanlarını inkişaf etdirməyə kömək etmək idi.

2005-ci ildə qadınların iqtisadiyyatda vəziyyəti, və yoxsulluq məsələlərini və tövsiyələrini özündə əks etdirən «Ölkə üzrə gen­der qiymətləndirilməsi»nin hazırlanma prosesi başa çatdı. Hesabatın nəticələri aprelin 1-də Bakıda Asiya İnkişaf Bankı və Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil edilmiş seminarda təqdim olundu. Seminarın keçirilməsində məqsəd «Ölkə üzrə gender qiymətləndirilməsi» adlı hesabatın ilkin variantının təqdim edilməsi və bu hesabatın yekun variantının hazırlanması üçün tövsiyyələrin tərtib olunması idi. Seminara ayrı-ayrı nazirliklərdə çalışan gender üzrə mütəxəssislər, qeyri-dövlət qadın təşkilatları və beynəlxalq təşkilatlardan nümayəndələr, o cümlədən mətbuat nümayəndələri dəvət olunmuşdular.

Həmin layihə çərçivəsində aprelin 21-23-də Bakıda Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə Asiya İnkişaf Bankının təşkil etdiyi «Dörd Mərkəzi Asiya Respublikasında Yoxsulluğun Azaldılması Strategiyalarına Gender Komponentinin daxil edilməsi» mövzusunda üç günlük regional görüş keçirildi.

2006-2015-ci illər üçün onillik İnkişaf Proqramı Minilliyin İnkişaf Məqsədləri əsasında hazırlanır və məqsədlər uyğun olaraq 9 Sektoral İşçi Qrupu, o cümlədən gender üzrə İşçi qrupu yaradılmışdır. Gender üzrə Sektoral İşçi Qrupunun sədri Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Möminat Ömərova təyin edilmişdir. Bu Qrupun vəzifəsi gender üzrə prioritet sahələrin, hədəflərin, göstəricilərin və fəaliyyət planının hazırlanması idi. Mərkəzi icra hakimiyyəti orqanları, elmi müəssisələrin, qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin nümayəndə və ekspertlərindən ibarət olan İşçi Qrupunun bir neçə görüşü keçirilmişdir. Görüşlərin nəticəsində Gender üzrə prioritet sahələri, hədəfləri, göstəriciləri və fəaliyyət planının əks etdirən sənəd hazırlanmış və İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuşdur.  

27 iyun 2005-ci il tarixdə Qadın Problemləri üzrə Dövlət Komitəsi tərəfindən «Pekindən 10 il sonra: nailiyyətlər, problemlər və perspektivlər» mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) «Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının Alınması və Sülh Yaradılması Uğrunda» layihəsinin dəstəyi ilə təşkil edilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Qadın Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış Milli Hesabatın təqdimatı olmuşdur. Milli Hesabat BMT-nin Qadınların İrəli Çəkilməsi üzrə Bölmə tərəfindən hökumətlərə ünvanlaşmış sorğu əsasında yazılmışdır. Milli Hesabat yazılarkən əsas diqqət Pekin Fəaliyyət Platformasının həyata keçirilməsində əldə edilən nailiyyətlər, institusional mexanizmlərin inkişafına, gələcək fəaliyyətlərdə qarşıya çıxacaq çətinliklərə yönəldilmişdir. Milli Hesabat dörd hissədən ibarət olmaqla bu gün Azərbaycan qadınlarının vəziyyəti, qadınlarımızın imkanlarının artırılması, qərar qəbuletmədə onların rollarının gücləndirilməsi məsələlərini, mövcud tarixi, sosial, iqtisadi vəziyyətlə bağlı çətinlikləri dolğun əks etdirir. Sənəddə Azərbaycanda Pekin Fəaliyyət Platformasının icrası ilə əlaqədar nailiyyətlər və vəzifələr qiymətləndirilir.

Gender bərabərliyi üzrə müvafiq monitorinq mexanizmlərinin və gender göstəricilərinin işlənib hazırlanmasının həyata keçirilməsi məqsədilə 6-7 oktyabr 2005-ci il tarixdə Qadın Problemləri üzrə Dövlət Komitəsi UNİFEM-in dəstəyi ilə Azərbaycanda genderin ümumi siyasətə daxil edilməsi və monitorinq üçün strategiyaların hazırlanması üçün seminar keçirdi. Seminara dəvət olunmuş beynəlxalq ekspert Qadın Problemləri üzrə Dövlət Komitəsinə Gender üzrə İşçi Qrupu tərəfindən hazırlanmış sənədin yekunlaşdırılmasına, o cümlədən gender üzrə milli prioritet, hədəf və göstəricilərin müəyyənləşdirilməsinə kömək etdi. QPDK Avropa Şurasının qadınlarla kişilər arasında bərabərlik üzrə Rəhbər Komitəsi (CDEG) ilə 2001-ci ildən, yəni, Azərbaycan Avropa Şurasına üzv olduğu vaxtdan etibarən yaxından əməkdaşlıq edir. QPDK-nınm sədrinin Beynəlxalq əlaqələr üzrə müavini Möminat Ömərova Azərbaycanı CDEG-in sessiyalarında təmsil etmişdir.

O həmçinin 2002-2004 illər üçün yenidən CDEG-nin Bürosunun üzvü seçilmişdir və onun iclaslarında iştirak etmişdir. Komitənin Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində aparılan işlər əsasən, AŞ Nazirlər Komitəsinin qəbul etdiyi tövsiyələrin həyata keçirilməsi ilə bağlıdır. CDEG-nin həm sessiya, həm də Büro iclasların­da aşağıdakı məsələlər müzakirə olunmuşdur:

1. Qadınlarla kişilər arasında bərabərlik üzrə 6-cı Avropa Nazirlər Konfransına hazırlıq işləri;

2. Sessiyalar zamanı 2006-cı ildə İsveçin Stokholm şəhərində keçiriləcək Qadınlarla Kişilər arasında bərabərlik üzrə 6-cı Avro­pa Nazirlər Konfransının mövzusu-Avropada insan hüquqları və iqtisadi çətinliklər; gender bərabərliyi və həmçinin iki alt mövzu üzrə müzakirələr aparılmışdır: demokratik cəmiyyətdə gender bərabərliyi insan hüquqlarının ayrılmaz hissəsi kimi, gender təhlili və büdcələşməsi; iqtisadi inkişaf üçün vasitələr.   

Növbəti müzakirə olunan məsələ Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 2003-cü ildə qəbul olunmuş siyasi və ictimai qərar qəbuletmədə qadın və kişilərin balanslaşdırılmış iştirakı haqqında tövsiyələrin həyata keçirilməsi olmuşdur. Bu tövsiyədə siyasi və ictimai qərar qəbuletmə sahəsində nailiyyətlərin ölçüsü kimi 10 göstərici qəbul olunmuşdur. Avropa Şurası üzv ölkələrindən bu 10 göstərici üzrə məlumatların təqdim olunması xahiş olunmuşdur. Beynəlxalq əlaqələr şöbəsi bu məlumatları Avropa Şurasında CDEG-yə göndərmişdir. Skopyedə AŞ-nın 5-ci Nazirlər Konfransında qəbul olunmuş sənədlərin həyata keçirilməsi məqsədilə Avropa Şurasında CDEG tərəfindən «Dinlərarası və mədəniyyətlərarası dialoq: qadın və kişilərin münaqişələrin qarşısının alınması və sülh yaradılmasında rolu» adlı mütəxəssislər qrupu yaradılmışdır. Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Möminat Ömərova həmin qrupun üzvüdür.

2005-ci ildə Avropa Şurasında CDEG tərəfindən aşağıdakı işlər görülmüşdür:

Həmin Komitə çərçivəsində Avropa Şurasının üzv ölkələri üçün «Münaqişələrin qarşısının alınmasında, həllində və sülhün yaradılmasında qadınların və kişilərin rolu» mövzusunda tövsiyələrin hazırlanması məqsədilə Mütəxəssislər Qrupu yaradılmışdır. Qrupa 8 ölkədən - İngiltərə, Belçika, Xorvatiya, İsveç, İsveçrə, Azərbaycan və Ermənistandan nümayəndələr daxil idi. Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Möminat Ömərova həmin Qrupun sədri seçilmişdir.

Bu qrup 2005-2006-cı illər ərzində fəaliyyət göstərmiş və qru­pun 2005-ci il ərzində keçirilmiş iki iclası zamanı həmin mövzuda tövsiyələr hazırlanmış və üzv ölkələrə müzakirə üçün göndərilmişdir.

Bu il ərzində Avropa Şurasının Qadınlarla Kişilər arasında Bərabərlik üzrə Rəhbər Komitəsinin sədr müavini Möminat Ömərova iştirak etmişdir. Son sessiyada M.Ömərova Avropa Şurasının Qadınlarla Kişilər arasında Bərabərlik üzrə Rəhbər Komitəsinin sədr müavini seçilmişdir. Bundan başqa, Qadın Problemləri üzrə Dövlət Komitəsi il boyu Avropa Şurasının tövsiyələrinin həyata keçirilməsi ilə bağlı məlumatları göndərmişdir (qadınların zorakılıqdan müdafiəsi, məcburi nikah, qadınların qərar qəbuletmə səviyyəsində təmsil olunmaları və s.).

20 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi və Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsünün birgə təşkil etdiyi «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» Konvensiyanın həyata keçirilməsi, qiymətləndirilməsi və hesabatların təqdim olunması adlı konfrans keçirildi. Konfransda Azərbaycanda Konvensiyanın həyata keçirilməsi üzrə ikinci və üçüncü dövri hesabatın təqdimatı keçirildi və Qadın Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan dilində çap olunmuş hesabat iştirakçılara paylandı. Konfransda eyni zamanda Amerika Hüquqşünaslar Assosiasiyasının Rusiya və Gürcüstandan olan nümayəndələri iştirak edirdilər. Onlar öz ölkələrində CEDAW-nun həyata keçirilməsi və qiymətləndirilməsi haqqında məlumat verdilər.

Hal-hazırda respublikamızda gender üzrə milli prioritet hədəf və göstəricilərin müəyyənləşdirilməsi müvəffəqiyyətlə davam edir.

Gender siyasəti təcrübənin tərkib hissəsidir: o, dövlətin nıüəyyənliyi və beynəlxalq sistemin strukturunda əsas rol oynayır. Gender ideyasının siyasi substansiyası-onun daha geniş demokratik və siyasi dəyişikliklərlə bağlı dünyagörüşünün tərkib hissəsinə çevrilməsidir. Əksər əhalinin kollektiv ehtiyaclarını həll etməyə qadir olan ümumregional təhlükəsizlik siyasətinə doğru hərəkət etməklə, qadınlara siyasi institutlardan baş çıxarmağa, onların gender yönümlü siyasi fəaliyyətlərinin kişilərdən fərqli vasitə və məqsədlərə malik olmalarını anlamağa yardım edəcəkdir (siyasətdə paradiqmanın dəyişməsi). Bu yolda Azərbaycan qadınlarına uğurlar arzulayırıq.



[1]  Heydər Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Bakı. XXI Əsr Yeni Nəşrlər Evi. 2001. -s.48.

[2] Ağsaqqal sözü. B. Budaqovun red. ilə. Bakı. Oğuz eli. 1998. -s. 24.

[3] «Azərbaycan qadını» jurnalı. 1999. № 2. s. -41.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb