Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


3.3. Qadın hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsinin tərkib hissəsidir


İnsan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi demokratik, hüquqi dövlət quruculuğu yoluna doğru aparan siyasi xəttin əsasını təşkil edir. Humanizm, sosial ədalət prinsiplərinin möhkəmlənməsi, demokratik islahatların aparılmasında müsbət dünya təcrübəsinin mənimsənilməsi, insan hüquq və azadlıqlarının qorunması bütün dövrlərdə Heydər Əliyev siyasətinin mahiyyətini təşkil edən dəyərlər kimi qavranılıb. Hər bir ölkədə insan hüquqları milli normalara əsasən müdafiə olunur və pozulmuş hüquqların bərpası üçün ən səmərəli mexanizmlər dövlətdaxili mexanizmlərdir. Milli normalar insan hüquqlarının tənzimlənməsində daha çevik mexanizmə malikdir. Beynəlxalq normaların əhəmiyyəti isə ondadır ki, bu normalar in­san hüquq və azadlıqlarına dair minimal standartları müəyyən edir. Beynəlxalq normalara tərəfdar çıxmış dövlət öz milli normalarında bu sənədlərdə əks olunan hüquq və azadlıqlardan daha üstün hüquq və azadlıqlar nəzərdə tuta bilər. Bu baxımdan Prezident Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən hüquqi islahatlar və məhkəmə orqanlarının təkmilləşdirilməsi söylənən prinsiplər üçün hüquqi bazaya çevrilmişdir. Məhz elə buna görə də əminliklə deyə bilərik ki, 1993-cü ildən sonrakı dövr ölkəmizdə insan hüquq və azadlıqlarının inkişaf tarixində dönüş mərhələsi kimi qiymətləndirilə bilər. Heydər Əliyevin səyi nəticəsində Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğvi, onun bu sahədə həyata keçirdiyi dövlət siyasətinin məntiqi nəticəsidir.

İnsan hüquqlarının necə inkişaf etdiyinə qısaca nəzər salaq. Məlum olduğu kimi insan hüquq və azadlıqları sahəsində həyata keçirilən tədbirlərin təməlində insana qayğı və insan ləyaqətinə hörmət prinsipi dayanır. Mövcud beynəlxalq insan hüquqları öhdəlikləri BMT-nin Nizamnaməsi ilə müəyyən olunmuşdur. II Dünya Müharibəsindən sonra 1947-ci ildə qəbul edilmiş «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (ÜİHB)» insan ləyaqətinin qorunmasında maraqlı olan bütün xalqlar və millətlər üçün ümumi meyar kimi qəbul edilmişdir. Qorunan hüquqlara aşağıdakılar daxildir: bərabərlik; ayrı-sekçilikdən azad olmaq; insanın yaşamağı, azadlıq və təhlükəsizliyi; köləlik; işgəncə və alçaldıcı rəftarlardan azad olmaq; hüquq mühafizəsi vasitəsi tələb edərkən qanun qarşısında səlahiyyətlə tribunal tərəfindən bir şəxs kimi tanınma; söz azadlığı və siyasətdə iştirak etmə.

BMT-nin Baş Assambleyası ÜİHB-nı 1948-ci il dekabrın 10-da qəbul etmişdir. Amma bu hüquqi öhdəlik daşımadığından dövlətlər tərəfindən təsdiq edilmədi. UİHB-nın prinsiplərini hüquqi təəhhüd daşıyan insan hüquqları öhdəliklərinə şamil etməkdən ötrü Komissiya ilk olaraq insan hüquqları vasitəsini seçdi və onu 2 müqaviləyə ayırdı: vətəndaşlıq və siyasi hüquqlar; ictimai, mədəni və iqtisadi hüquqlar. 1966-cı ildə BMT-nin 3-cü Komitəsi 2 sənədi: İqtisadi, İctimai və Mədəni Hüquqlar üzrə Beynəlxalq Müqavilə (İİMHBM) və Vətəndaş və Siyasi Hüquqlar üzrə Beynəlxalq Müqavilə (VSHBM) qəbul etmişdir. Hər iki müqavilə 1976-cı ildə ÜİHB-si ilə birlikdə qüvvəyə minmiş Beynəlxalq Hüquqlar Qanun Layihəsi kimi tanındı. Qadınlara aid olan ilk Konvensiya - Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya 1979-cu ildə imzalanmış və 1981-ci ildə qüvvəyə minmişdir. İnsan hüquqları öhdəliklərini həyata keçirmək məqsədi ilə milli regonal və beynəlxalq səviyyələrdə müxtəlif mexanizmlər (Konstitusiya və milli qanunvericilik və ya insan hüquqları ilə bağlı müqavilələr) həyata keçirilməsində səmərəli inkişafa nail olmaq üçün mövcud mexanizmləri və onların təchiz etdikləri məhkəmə müdafiəsi vasitələrini başa düşmək vacibdir. İnsan hüquqları haqqında müqavilələrə uyğun olaraq ratifikasiya və ilkin məruzə iştirakçı dövlətlərə milli qanunvericiliklərini, inzibati müddəalarını və prosedurlarını, habelə qəbul edilmiş təcrübələrini müqavilənin müddəalarına mümkün qədər tam uyğun gəlməsini təmin etmək üçün hərtərəfli nəzərdən keçirməyə imkan verir. Hər bir insanın həyatında və yaşadığı cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan Dövləti insan hüquq və azadlıqları sahəsində 220 Beynəlxalq Konvensiyaya (bax. əlavələr) və sazişə o cümlədən, «Siyasi və Mülki Hüquqlar haqqında» Beynəlxalq Sazişə, Birləşmiş Millətlər Təşkilatının «Uşaq hüquqları haqqında», «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» və «Ərli qadınların vətəndaşlığı haqqında» Konvensiyalara qoşulmuşdur. AR Milli Məclisi «Uşaqların kənd təsərrüfatında işləməsinə icazə verilməsi üçün minimum yaş həddi haqqında», «Uşaqların işə götürülməsi üçün minimum yaş həddi haqqında (59 saylı)» «Qeyri-sənaye işlərində uşaqların və yeniyetmələrin gecə əməyinin məhdudlaşdırılması haqqında (79 saylı)», BƏT-in «Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında (100 saylı), Analığın Mühafizəsi haqqında (103 saylı) «İşə qəbul edilmənin minimum yaş həddi haqqında (138 saylı)» Konvensiyalara qoşulmaq barədə 637 saylı Qərar qəbul etdi. Azərbaycan Respublikasının ümumxalq referendumu ilə 12 noyabr 1995-ci il tarixdə qəbul olunmuş Konstitusiyası qadınların və kişilərin bərabər hüquqlarını təsbit etdi (25-ci maddə, II bəndi) və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakı üçün hüquqi ba­za yaratdı. Azərbaycan Respublikası Konstitusiyası beynəlxalq standartlar və paktlarda qəbul edilmiş bəşəri normaları özündə əks etdirməklə, suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi sənəddir. Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətini, ictimai-siyasi institutlarını, xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir. Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsi məqsədi ilə Prezident Heyder Əliyevin 21 fevral 1996-cı il Sərəncamı ilə Hüquq İslahatları Komissiyası yaradıldı. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha dolğun, hərtərəfli təmin edilməsi məqsədilə Azərbacyan Respublikası Prezidentinin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» 1998-ci il 22 fevral tarixli Fərmanı ölkəmizin dünyaya və Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsi və demokratiyanın inkişaf etdirilməsinə geniş imkanlar yaratdı, insan hüquqları sahəsində görüləcək işlərin istiqamətləri və konsepsiyasını müəyyən edərək, onu dövlət siyasəti səviyyəsinə qaldırdı.

Bu Fərmandan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq, Azərbaycan konkret inkişaf mərhələsinə uyğun olaraq, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı» Prezidentin 18 iyun 1998-ci il Sərəncamı ilə təsdiq edildi. Dövlət proqramında insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması; Azərbaycan Respulikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın da­ha da inkişaf etdirilməsi və s. mühüm məsələlər nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların məntiqi davamı kimi, 24 dekabr 2002-ci il tarixdə qəbul edilən «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi» haqqında Azərbaycan Respublikası Konstitusiyasının Qanunu tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, qadın hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsinin tərkib hissəsidir və o bir sıra sənədlərdə («İnsan alveri və fahişəliyin III şəxslər tərəfindən istismarı ilə mübarizə haqqında» BMT Konvensiyası, «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Pakt, «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi» haqqında Konvensiya) öz əksini tapmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu müəyyən edir. Bu müddəaya əsasən Azərbaycan tarixində ilk dəfə olaraq dövlət münasibətlərində üstünlük insana verilmiş, onun hüqüqları ən yüksək dəyər kimi qiymətləndirilmişdir (şəxsi azadlıqları təmin etmək).

Konstitusiyanın 7-ci maddəsinin müddəalarına görə Azərbaycan hüquqi dövlətdir, dövlət hakimiyyəti hüquqla məhdudlaşdırılıb və hakimiyyətlərin bölünməsi prinsipi əsasında fəaliyyət göstərir. 71-ci maddədə qeyd olunur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 12-ci maddənin II hissəsində göstərilmişdir ki, Konstitusiya­da sadalanan insan və vətəndaş, hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir (bu müddəanı Konstitusiyanın 151-ci maddəsi tamamlayır). Yəni, insan hüqüqları sahəsində beynəlxalq hüququn milli hüquq üzərindəki üstünlüyü qəbul edilir, dövlət hakimiyyətinin insan hüquqları ilə bağlı fəaliyyətinə nəzarəti həyata keçirir. 26-cı maddəyə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İnsan hüquqlarının təşəkkül tapmasında və möhkəmləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu böyükdür. Bu gün cəmiyyətdə kişilərlə bərabər hüquqa malik olan Azərbaycan qadınlarının hüquq və azadlıqlarının qorunması və bu istiqamətdə maariflənməsi sahəsində dövlət və milli qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif tədbirlər keçirilir.

Qadın Problemləri üzrə Dövlət Komitəsində «Milli Fəaliyyət Planı»nda nəzərdə tutulmuş «Qadınlar və İnsan hüquqları» strategiyasının həyata keçirilməsinə xüsusi diqqət verilmişdir. QPDK öz binasında Bakı şəhərində olan qadın təşkilatları və qadınlar üçün 01.03.2000-ci il tarixdən 15.03.2000-ci il tarixədək hər gün 2 saat olmaqla «Qadın siyasətdə», «Təhsil və Səhiyyə hüquqları», «Konstitusion hüquqlar», «Əmək hüquqları», «Ailə hüquqları» mövzusunda aparılmış seminarlar, bu sahə üzrə təşkil edilmiş mütəxəssis çıxışları iştirakçıların marağına səbəb olmuşdur. İl boyu müxtəlif rayonlarda, müəssisələrdə «Sənin hüquqların», «Konstitusion hüquqlar», «Ailə hüquqları», «Qadın və Liderlik», «Əmək hüquqları» mövzusunda silsilə seminarlar keçirilmişdir. Komitənin BMTİP ilə hökumət və qeyri-hökumet qadın təşkilatlarının iştirakıyla keçirdiyi «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması» mövzusuna həsr edilmiş tədbirlər qadınlarımızın fəallığının artmasına, respublikanın ictimai-siyasi həyatında fəal iştirak etməsinə, azad istək və arzularına uyğun problemləri haqqında məsələ qaldırmalarına kömək etmişdir.

06.07.2000-ci il tarixdə Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Ali Məhkəmə ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi qadın və kişilərin hüquq bərabərliyinə həsr edilmiş «Bərabər hüquqlar və bərabər imkanlar» mövzusunda ümumrespublika konfransı hökumət və qeyri-hökumət qadın təşkilatlarının iştirakı ilə keçirilmiş, mövcud problemlər ciddi təhlil edilmişdir.

Qadınlara qarşı zorakılıq cəmiyyətin strukturuna, iqtisadi bərabərsizliyə, milli əqidəyə, beynəlxalq münasibətlərə və gender bərabərsizliyinə (kişilərin üstünlüyünü təsdiqləyən) dərin şaxə atmış mürəkkəb hal olmaqla bərabər cəmiyyetdə baş verən sosial, psixoloji və iqtisadi ayrı-seçkilik deməkdir. Bu, 1993-cü ildə BMT Baş Assambleyasının qəbul etdiyi Qadınlara qarşı zorakılıqla mübarizə haqqında Bəyannaməsində belə izah edilir: «İctimai və yaxud şəxsi həyatda qadının cinsi əlamətinə görə fiziki, seksual və yaxud psixoloji ziyan gətirən hər hansı bir zorakılıq aktı, onun həmin aktla hədələnməsi deməkdir».17 dekabr 1997-ci ildə BMT Baş Assambleyasının (BMT-nin 3-cü komissiyasının Hesabatı əsasında) Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü haqqında Qətnamə təsdiq edildi. AR-da da Qadınlara Qarşı Zorakılıq-Milli Fəaliyyət Planına daxil edilmiş strategiyadır və zorakılığın sosial-iqtisadi, hüquqi və psixoloji səbəblərini, qadınların zorakılıqdan qorunmasını, qadın ticarəti kimi problemləri, habelə qadınların zorakılıqdan qorunması sahəsində beynəlxalq sənədlərin öyrənilməsi və tətbiqini özündə əks etdirir. Bu problemlərlə əlaqədar Cinayət Məcəlləsinin gender ekspertizası keçirilmiş və nəticədə bir sıra dəyişikliklər edilmişdir.

Qadın zorakılığı və onu yaradan səbəblərin aradan qaldırılması yolları ilə bağlı dövlət orqanları, icra hakimiyyətləri, hüquq-mühafizə orqanları və QPDK birgə geniş müzakirələr keçirir. Qadınlara qarşı zorakılıq bərabərliyə, inkişafa və sülhə nail olma yolunda əngəl törədən səbəblərdəndir və bu isə özlüyündə bilavasitə qadınların əsas hüquq və azadlıqlarını pozaraq onların tətbiqinə mane olur. Bunun qarşısının alınması məqsədilə bir çox qadın QHT-ləri qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yönəldilmiş layihələr və proqramlar həyata keçirmişlər. Ölkəmiz insan hüquqları (əsasən insan alveri) sahəsində çoxsaylı beynəlxalq Konvensiyalara qoşulmuşdur. 31 may 1996-cı il tarixdə Azərbaycan insan alveri ilə mübarizədə ilk beynəlxalq sənədlərdən birinə-BMT-nin 1949-cu il «İnsanlarla tisarətə və 3-cü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında» Konvensiyasına qoşuldu.

2001-ci ildə Azərbaycan Respublikası BMT-nin Qadınların Vəziyyətinə Dair Komissiyasına 4 il müddətinə üzv seçildi. Bu Komissiya qadınların hüquqlarının qorunmasında, gender siyasətinin həyata keçirilməsində, qadınların bütün sahələrdə vəziyyətinin yaxşılaşdırılmasında böyük rol oynayır və BMT-nin strukturunda çox vacib yer tutur.

2001-ci ildən etibarən Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları üçün (polis, prokurorluq, məhkəmələr) qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə proqram həyata keçirilir. Bu proqrama Bakı şəhərinin polis idarələrinin rəhbərləri, Polis Akademiyasının müəllimləri, prokurorlar və hakimlər üçün bir neçə interaktiv seminarın keçirilməsi də daxil edilmişdir. Bu seminarların hər birində gender bərabərliyi, onun ailə zorakılığı ilə və hüquq-mühafizə orqanlarının işi ilə qarşılıqlı əlaqəsi barədə məlumat verilmişdir, habelə «məişət zorakılığı» anlayışının tərifi müəyyənləşdirilmişdir. Hakimlər və prokurorlar üçün təşkil edilmiş seminarlarda iştirakçıların diqqəti Avropa İttifaqı və Avropa Şurasının Standartlarına müvafiq olaraq Azərbaycan üçün tövsiyələr və standartların işlənib hazırlanmasına cəlb edilmişdir.

«Polis haqqında» Qanuna görə polis AR-nın icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olmaqla, təyinatı insanların sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd hərəkətlərdən qorumaqdan ibarətdir. Polis Akademiyası üçün qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların zorakılıqdan qorunması üzrə fakultativ kurs hazırlanmışdır. Polis, prokurorluq işçiləri və məhkəmələr arasında aparılmış sorğu hüquq-mühafizə orqanlarının bu məsələyə münasibətini öyrənmədə və məlumatlandırmada olan boşluqları (məsələn, hüquq-mühafizə orqanlarının qərar qəbuletmə səviyyəsində qadınların yetərincə təmsil olunmasını) aşkar etməyə kömək etmişdir.

Statistik məlumata nəzər salsaq görərik ki, qadınların 30 %-nın mənəvi, 20 %-nin fiziki, 10%-nın isə cinsi təcavüzə məruz qaldığı aşkarlanır (2001-ci ildə keçirilmiş Reproduktiv Səhiyyə Sorğusunun nəticələri). Bu isə öz növbəsində gender zorakılığının mövcudluğundan xəbər verir.

2001-ci ildə Azərbaycan BMT-nin Qadınlar üçün İnkişaf Fondunun Zorakılıqsız Həyat Regional Məlumatlandırma Kampaniyasına qoşulmuşdur.

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların tərkib hissəsi və məntiqi davamı kimi 28 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Ombudsman (Müvəkkil) vəzifəsi təsis edildi. Buraya vətəndaş və siyasi hüquqların müdafiəsi, iqtisadi və sosial hüquqların müdafiəsi, qaçqın və məcburi köçkünlərin, məhkumların və hərbi qulluqçuların hüquqlarının müdafiəsi aid edildi. İnsanların bacarıq və qabiliyyətlərini layiqincə qiymətləndirən Prezident Elmira Süleymanovanın liderlik məharətini və xalq arasındakı nüfuzunu nəzərə alaraq onu bu vəzifəyə təklif etdi, 2002-ci il iyulun 2-də Milli Məclis bu təklifi təsdiqlədi. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, kimya elmləri doktoru Elmira Süleymanova Y.N. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda işləmiş, AMEA-da elmi katib, «Neft kimyası» üzrə əlaqələndirmə şurasının sədr müavini vəzifəsində çalışmışdır. O, Taylandda Qadın liderliyi üzrə hazırlıq kursu keçmiş, 1990-1994-cü illərdə Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini, «Qadın və inkişaf» QHT-ni yaradaraq onun prezidenti seçilmişdir. Elmira Süleymanova BMT-nin Baş Assambleyasının sessiyalarında Azərbaycanı müxtəlif dövrlərdə həm dövlət, həm də QHT-nın nümayəndəsi kimi; həm də Şərqi Avropa və Mərkəzi Asiya regionlarının, MDB ölkələrinin təmsilçisi və koordinatoru kimi çıxış edərək təmsil etmişdir: (1993-cü ildə Vyanada «İnsan haqları üzrə», 1994-cü ildə Qahirədə «Əhali və İnkişaf», 1999-cu ildə Haaqada keçirilən «Sülh Naminə», 2001-ci ildə Cenevrədə keçirilən «Sosial inkişaf» və 2002-ci ildə Nyu-Yorkda «Uşaq hüquqları»). Elmira xanım «Uşaqdan-uşağa sülh» şəbəkəsini və çoxlu sayda uşaqlar üçün çalışan QHT-larını yaradaraq, uşaq haqları üzrə milli koordinator kimi bu Alyansı 2000-2002-ci illərdə Regional CEE-CİS UNİCEF/QHT komitəsində təmsil etmişdir. Ombudsman işlədiyi müddətdə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 2002-2003-cü ilin dekabrında Beynəlxalq İnsan Hüquqları günü münasibəti ilə «Mən və hüquqlarım» mövzusunda uşaq rəsmləri sərgisini, 2003-2004-cü ilin iyun və noyabr aylarında Ombudsmanların I, II,III Beynəlxalq Bakı konfranslarının keçirmişdir. 2003-cü ilin 13-18 aprel tarixində Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Baş Komissarlığının, 3-14 martda isə Nyu-Yorkda BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyasının «Qadınlara qarşı zorakılıq» mövzusunda keçirilmiş sessiyalarında iştirak etmişdir. İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə Müvəkkil 2003-cü ildə ABŞ Bioqrafiya İnstitutunun Birləşmiş Mədəni Konvensiyası tərəfindən təsis edilmiş «Bəşər aləmində harmoniyanın yaradılmasına görə» Beynəlxalq Sülh Mükafatına layiq görülmüş; Avropa Ombudsmanlar İnstitutları və Asiya Ombudsmanlar Assosiyasına üzv qəbul edilən Elmira Süleymanovanın uğurları davam etməkdədir...

2003-cü ildə Respublika parlamenti «Transmilli Mütəşəkkil Cinayətkarlıqla mübarizə haqqında» Konvensiyanı ratifikasiya etdi.

2002-2003-ci illərdə Azərbaycan QPDK, QHT-ları və siyasi partiyalardakı qadın şuraları ilə birlikdə «Qafqazda Gender Zorakılığına qarşı 16 günlük fəaliyyət aksiyası»na qoşulmuşdur. Bu aksiya noyabr ayının 25-dən dekabr ayının 10-dək həyata keçirilir. Layihənin həyata keçirilməsi üçün konfranslar, seminarlar və KİV-də müzakirələr aparılmışdır. «Ailədə zorakılıq» mövzusu ilə bağlı tədbirdə iştirakçıların fikirləri öyrənilmiş, təklifləri qeydə alınmışdır.                                                         

1 dekabr 2003-cü il tarixdə QPDK «Zəngin Azərbaycan uğrunda» ictimai birliyi ilə Gender zorakılığının əleyhinə 16 günlük kompaniya çərçivəsində Gender zorakılığına qarşı tədbir keçirdi. Bu tədbirlərin davamı olaraq QPDK 8 dekabr 2003-cü ildə «Yeni Azərbaycan Naminə» ictimai birliyi ilə «Qadınlara qarşı zorakılıq və ictimai sağlamlıq» mövzusunda Şamama Ələsgərova adına 5 saylı klinik doğum evində, 11 dekabr 2003-cü il tarixdə «Ana Vətən» partiyasının Qadınlar Şurası ilə birlikdə QPDK-də «Gender zorakılığına qarşı», 17 dekabr 2003-cü il tarixdə isə «Azərbaycan Sosial Rifah» partiyası Qadınlar Şurası ilə birlikdə eyni mövzuda tədbirlər keçirmişdir.

ATƏT-in Demokratik Təsisatlar İnstitutu tərəfindən 2001-2002-ci ildə hüquq mühafizə orqanlarının işçiləri və hakimlər üçün məişət zorakılığı ilə mübarizə haqqında treninqlər keçirilmişdir.

2003-cü ildə QPDK Avropa Şurasının «Qadınların zorakılıqdan müdafiəsi» və «Cinsi istismar məqsədilə insan alveri» adlı tövsiyələrini tərcümə etmiş və qadınlarla keçirilən seminarlarda onlara çatdırmışdır. Avropa Şurasının tövsiyələrini ölkəmizdə daha müvəffəqiyyətlə həyata keçirmək məqsədilə QPDK tərəfindən aidiyyatı olan hökumət, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət olan işçi qrupu yaradılmışdır. İşçi qrupun əsas məqsədi bu məsələlər ilə əlaqədar Milli Plan hazırlamaq və qanunvericiliyimizdə məişət zorakılığı və insan alveri məsələlərinə aid olan boşluqları aradan qaldırmaq üçün təkliflər hazırlamaqdan ibarət idi.

İnsan alveri zorakılığın bir növü kimi Azərbaycan üçün yeni, həm də kifayət qədər öyrənilməmiş bir mövzudur. Respublikamızın qanunvericiliyində insan alverini cinayət kimi müəyyən edən xüsusi maddə yox idi. Lakin, Azərbaycan bu problemlə bağlı bir neçə beynəlxalq Konvensiyaya qoşulmuşdur. İnsan alveri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin digər maddələri ilə cəzalandırılırdı. Prezidentin Fərmanı ilə yaranmış nazirliklərarası işçi qrup milli cinayət qanunvericiliyimizdə BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrinə əsasən düzəlişlər üzərində işlədi. Yuxarıda qeyd edildiyi kimi, beynəlxalq təşkilatlar ölkəmizdə mövcud olan vəziyyətin araşdırılması və Azərbaycanın dövlət qurumları, qeyri-hökumət təşkilatları və həssas qruplar arasında təbliğatın aparılmasında mühüm rol oynayırlar. 2001-ci ildə BMTƏF və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən Azərbaycanda insan, xüsusilə də qadın və uşaqların cinsi istismarı məqsədli alveri üzrə araşdırmalar aparılmışdır. Azərbaycan dövlətinin BMTƏF və Beynəlxalq Miqrasiya Təşkilatı ilə apardıqları əməkdaşlığın nəticəsində 2002-ci ildə qanunsuz qadın miqrasiyasına həsr olunmuş 3 dəyirmi masa keçirilmişdir. Bu dəyirmi masalar Parlament, Nazirlər Kabineti, hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, xarici diplomatik missiyaların, beynəlxalq təşkilatların, milli qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birlikdə həmin mövzuya həsr edilmiş ilk ictimai müzakirələr olmuşdur.

Bunların nəticəsində insan alverinin qarşısının alınmasına dair Milli Plan işlənildi və Prezidentin Fərmanı ilə «İnsan alverinə qarşı mübarizə haqqında milli Fəaliyyət Planı» təsdiq edildi.

QDPK-nin sədri 2004-cü ilin avqustun 26-da Hyatt Regensi mehmanxanasında ATƏT-in Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi Azərbaycan Respublikasının İnsan Alveri probleminin qarşısının alınmasında mübarizə ilə bağlı Milli Fəaliyyət Planının həyata keçirilməsində «Qeyri-hökumət təşkilatlarının rolu və yeri» mövzusunda bir günlük seminarda iştirak etmişdir. Semi­nar iştirakçıları Azərbaycan Respublikası Prezidentinin 2004-cü il mayı 6-da 208 saylı Fərmanla təsdiq etdiyi Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı ətrafında çıxışlar etmişlər. O cümlədən, Zəhra xanım Quliyeva da çıxış edərək bu məsələnin həllində qadınların üzərinə daha böyük məsuliyyət düşdüyünü göstərmişdir. Çünki cəmiyyətin 51,2 faizini (2004-cü ildə) təşkil edən qadınlar bu problemin həllinə qoşulsalar, ölkədə insan alveri ilə mübarizə sahəsində uğurlar ai­də edilə bilər.

Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planında nəzərdə tutulan maarifləndirmənin aparılması üçün QDPK iş planına uyğun tədbirlər həyata keçirmişdir. Belə ki, insan alverinin mahiyyəti və təhlükəsi, qanunsuz miqrasiyanın doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması, Milli Fəaliyyət Planının məqsəd və mahiyyətinin ictimaiyyətə çatdırılması üçün QPDK dövlət və qeyri-hökumət təşkilat rəhbərlərinin iştirakı ilə 27 iyul 2005-ci il tarixdə se­minar keçirmiş və iştirakçıları bu barədə təlimatlandırmışdır.

Qadınlara məlumat verilmişdir ki, insan alveri ilə məşğul olan cinayətkarlar qadınlara, gənc qızlara xaricdəki əlaqələrindən, yüksək əmək haqqından, ev kirayəsinin ucuzluğundan, onlar kimi işçilərin axtarılmasından inandırıcı şəkildə danışsalar da, əslində məqsəd qadınları kölə kimi satmaqdır. Bu köləlikdə insan öz sağlamlığını və ləyaqətini itirməklə yanaşı, halal zəhməti ilə qazandığı pullara sahib ola bilmir. İnsan alverinin qurbanlarına köləlik, məcburi əmək, katorqa işi, seksual istismar və digər zorakılıq aktları tətbiq edilir, onlar canlı əmtəəyə çevrilirlər. Bunları edənlər insan alveri ilə məşğul olan cinayətkarlardır. Milli Fəaliyyət Planının təsdiq edildiyi vaxtdan keçən müddətdə insan alverinə qarşı mübarizədə xeyli işlər görülmüş, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator təyin edilmişdir. 2005-ci ilin son 3 ayı ərzində idarə tərəfindən görülən işlər nəticəsində 41 cinayət faktı aşkar edilmişdir. İnsan alveri qurbanlarının dövlət tərəfindən müdafiəsi hal-hazırda qarşıda duran ən vacib məsələlərdəndir. Çünki, insan hüquqlarının müdafiəsi sabit dünyəvi demokratik dövlətin möhkəm özülü, hər bir vətəndaş cəmiyyətinin yetkinlik meyarıdır.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb