Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


3.4. Azərbaycanda qadın siyasətinin hüquqi bazası


Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır. 1998-ci ildə «Azərbaycanda qadınların rolunun artırılması haqqında» Sərəncam imzalanmışdır. Bu Sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir.

Heydər Əliyev bu Sərəncamla qadınların dövlət və ictimai həyatda irəli çəkilməsində mövcud köhnə bazanı demokratik dövrdə yeniləşdirdi. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 55-56-ci maddəsində qadınlar da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyri-şərtsiz iştirak etmək hüququna malikdirlər.

Prezidentin 6 mart 2000-ci il tarixdə «Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında» verilən 289 saylı Fərmanı respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə oldu. Fərmanda AR-nın bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə Gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər verilməsi haqqında tapşırıqlar verilməsi ölkə Prezidentinin Respublika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara böyük diqqəti idi.

2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlanmışdır. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edilmişdir. Plan problemlərin beynəlxalq standartlara uyğun şəkildə həllinə yönəldilmiş nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış və bütün problemli sahələrdə gender bərabərliyinə yönəldilmiş dövlət sənədidir. «Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı» adlanan bu sənədi Azərbaycan Respublikası Nazirlər Kabineti 6 mart 2000-ci il tarixli, 33 saylı qərarı ilə təsdiq etmişdir.

Bu sənəd dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri ilə əlaqədar konkret təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. Bu Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti, istismarı, fahişəliyin qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edilmişdir. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmə də daxil olmaqla, müvafiq ölçülərin götürülməsi nəzərdə tutulur.

MFP-ni həyata keçirmək və gender tarazılığına nail olmaq üçün QPDK İdarələrarası Şura təsis etmişdir. Dövlət idarələrinin nümayəndələri (focal points) və qadın QHT-larından ibarət olan Şura koordinasiya funksiyasını yerinə yetirir. İdarələrarası Şuranının üzvləri müntəzəm görüşlər keçirərək MFP-nin icra vəziyyətini müzakirə edir, maneləri və onların həlli yollarını müəyyən edirlər.

Azərbaycanda qadınların vətəndaş, sosial-iqtisadi və siyasi hüquqlarına dair qanunvericiliyinin tətbiqi ümumi yuridiksiyalı məhkəmələr və Konstitusiya Məhkəməsi tərəfindən təmin edilir. Lakin hazırda məhkəmə sistemi xaricində olan təşkilatlar da mövcuddur:

- Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası;

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi;

- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;

- İnsan Hüquqları üzrə Parlament Komissiyası və s.

MFP prokurorluq orqanlarına gender bərabərliyinə nail olma və qadın zorakılıq problemlərinə qarşı diqqəti artırmağa imkan verdi. AR-nın Əmək Məcəlləsinin 16-cı maddəsindəki müddəalara əsasən, əmək münasibətlərində cinsi mənsubiyyətinə və digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.

XXI əsrdə beynəlxalq cəmiyyət qarşısında duran ən əsas məsələlərdən biri qadınların tərəqqisidir. Buna görə də Azərbaycanda qadınların durumunun yaxşılaşdırılması məsələsi Dövlət Proqramlarında birmənalı şəkildə öz əksini tapdı.

Məhz elə bu siyasətin nəticəsidir ki, son 5 il zaman ərzində bütün sahələrdə - siyasi, iqtisadi, sosial və digər hüquqların müdafiəsi sahəsində dövlət strukturlarında və QHT-larında rəhbər vəzifələrdə çalışan qadınlarımız çoxdur: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya Hüquqları şöbəsinin müdiri Dürdanə Məmmədova, Space müstəqil teleradio şirkətində «Müəllif hüquqları» departamentinin direktoru Mehriban Ələkbərzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Təhsil Nazirinin müavini İradə Hüseynova, Mədəniyyət Nazirinin müavini, akademik Sevda Məmmədəliyeva, «Parlament qadınları» ictimai birliyin sədri, Milli Məclisin deputatı Məlahət Həsənova, «Azərbaycan qadını» və «Koalisiya 1325» jurnalının redaktoru Lətafət Tağızadə, Səbail rayon icra başçısının müavini Xalidə Bayramova, Dilarə Əliyeva adına «Qadın Hüquqları Müdafiə Cəmiyyəti»nin rəhbəri Novella Cəfərova, «Azərbaycan qadınları Cənubi Qafqazda Sülh və Demokratiya Uğrunda» Cəmiyyətinin sədri Rəna Səfərəliyeva,... (Gələcək tədqiqat işlərində daha geniş, ətraflı təhlil və məlumat veriləcək). Doğrudur, qərar qəbuletmə səviyyəsində qadınların sayı kifayət deyil: 3,4%. Belə ki, 82 icra başçısından 1 nəfəri, 24 nazir müavinindən 2-si, 2645 bələdiyyə sədrindən 46 nəfər, respublikanın xarici ölkələrdə olan diplomatik nümayəndəliklərdəki diplomatik korpuslarda fəaliyyət göstərən 175 nəfərdən 10 nəfər, 2 vitse-konsuldan 1 nəfəri, 40 səfirdən biri, Xarici İşlər Nazirliyinin mərkəzi aparatında diplomatik vəzifələrdə işləyən 199 şəxsdən 41-i, hakim vəzifəsində çalışanların 14%-i, 14 idarə rəisindən biri, 22 şöbə rəisindən 5 nəfəri qadındır. Beynəlxalq təşkilatlarda respublikanın 18 nümayəndəsi çalışır ki, onlardan 5 nəfəri qadındır. 5524 kəndli fermer təsərrüfatının 1656-sı qadınlara məxsusdur. 1 nəfər universitetə rəhbərlik edir, komitə sədr müavini və prorektor 11 nəfər, bölmə və ya sektor müdiri vəzifəsində 225 nəfər, 2687 qadın rəhbər vəzifədə çalışır. Parlamentdə 14 millət vəkili, parlament sədrinin 3 müavinindən biri qadındır. Milli Elmlər Akademiyasına keçirilən ən son seçkilərdən sonra 8 qadına akademik adı verilmişdir. Ancaq qadınlarımızın cəmiyyətdə artan fəallığı, idarəetməyə doğru irəliləyişləri bizə gələcəyə nikbin baxmağa əsas verir.

Azərbaycan qadınlarının fəallığının artması istiqamətində önəmli hadisə olan Azərbaycan Respublikası Qadınlarının II qurultayı Prezident Heydər Əliyevin razılığı ilə 27 sentyabr 2003-cü il tarixdə Respublika Sarayında keçirilmişdir. Qurultaya 2070 nəfər nümayəndə seçilmişdir. Qurultayda başqa məsələlərlə yanaşı, koordinatorların fəaliyyəti qiymətləndirilmiş, əldə edilmiş nailiyyətlərlə yanaşı çatışmazlıqlar da müəyyən edilmiş yə gələcək inkişaf perspektivlərinin ilkin konturları dəqiqləşdirilmişdir.

BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəsinin müavini Devid Eyzenberq qurultay iştirakçılarını salamlayaraq Azərbaycanda görülən işləri yüksək qiymətləndirərək daima onlara dəstək verəcəklərini söylədi. Avropa Birliyinin İnsan Hüquqları Platformasının müdiri Mücgan Suver isə qurultay iştirakçılarını təbrik edərək, eyni dildə danışan mübariz türk qadınlarının demokratiya, sülh uğrunda fəaliyyəti mücadiləsini alqışlayaraq, qu­rultayın işinə uğurlar arzuladı.

Qurultayda Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra xanım Quliyeva məruzə etdi. Məruzəçi qeyd etdi ki, dövlətimizin başçısı Heydər Əliyevin qadınlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, 1993-cü illə müqayisədə rəhbər vəzifədə çalışan qadınların sayı artmış, qadınlara qarşı ayrı-seçkilik aradan götürülmüşdür. Kişilərlə bərabər sahibkar qadınların da getdikcə artması bir daha onu göstərir ki, Prezidentin Azərbaycan Respublikasında «Dövlət Qadın Siyasətinin həyata keçirilməsi» haqqında verdiyi Fərman qadınların gözünü açmış, fəallığını artırmış və layiq olduqları vəzifələrə keçmələrinə nail olmuşdur. Zəhra Quliyeva Prezidentin bu Fərmanının qadınların hüquqlarının müdafiəsi, onların bilik və bacarıqlarından, istedad və potensialından səmərəli istifadə üçün göstərilən qayğının nəticəsi olduğunu qeyd etdi.

Çıxış edən digər natiqlər də son on il ərzində Azərbaycan dövlətinin Prezidenti Heydər Əliyevin rəhbərliyi altında yeritdiyi daxili və xarici siyasət sahəsində böyük uğurlar əldə etməsini söylədilər və prezident seçkiləri ərəfəsində xalqımızı Prezidentin ətrafında sıx birləşməyə çağırdılar.

Sonda qurultay iştirakçıları Azərbaycan xalqına üz tutaraq dünyaya göz açan uşaqları milli ruhda, Vətən torpaqlarının bütövlüyü uğrunda sıx birləşməyə, Vətənə layiq övladlar: qəhrəmanlıq, şücaət ruhunda əsl vətənpərvər, milli adət-ənənələrimizin, daşıyıcısı kimi böyütməyə, ölkəmizin azad, firavan sabahı uğrunda birgə çarpışmağa səslədilər.

Azərbaycan Respublikasının bütün Qanunları (Cinayət Məcəlləsi, Mülki Məcəllə, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və s.) və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır ki, bunlar bütövlükdə Konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlarda qadınlara qarşı ayrı-seçkiliyə yol verən müddəalar yoxdur və qanun çərçivəsində insanlar cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən asılı olmayaraq qoruyur və əsas beynəlxalq humanitar aktların tələblərinə cavab verir. Lakin qanunları konkret işlərdə gerçəkləşdirmək üçün mexanizmlər hazırlanmamışdır. Qanunvericilikdəki müddəalara gender baxımından düzəlişlər etmək üçün tədbirlər hazırlanmalıdır ki, cinsi bərabərlik - de-yure daha hərtərəfli təsbit olunsun, kişi və qadınlar üçün bərabər imkanlar - de-fakto təmin edilsin. Qüvvədə olan qanunların əksəriyyətinin Sovet dövründə qəbul edilməsini və hazırda onların beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasına ehtiyac duyulduğunu nəzərə alsaq, qanunvericilik sahəsində bəzi gender qeyri-bərabərliyinin (parlamentdə qadınların təmsili və s.) olmasının səbəbləri aydınlaşır. Bununla yanaşı qanunlarda fizioloji xüsusiyyətləri (bir sıra hallarda yerli ənənə və xüsusiyyətləri) nəzərə alaraq qadınların «xeyrinə» kişilərə qarşı «pozitiv diskriminasiya» hallarına rast gəlinir. Qanunların bu maddələrində qadın və kişi arasında bəzi fərqlər təsbit edilir, qadınlar üçün iş yerində və ailədə xüsusi güzəştli şərtlər müəyyənləşdirilir. Məsələn, baxmayaraq ki, Konstitusiyada hərbi mükəlləfiyyət barədə heç bir məhdudiyyət nəzərdə tutulmayıb (maddə 76), əslində həkimlər istisna olmaqla, qadınlar hərbi xidmətə çağırılmırlar. Cinayət Məcəlləsində qadınlar tərəfindən və ya onlara qarşı törədilmiş cinayətlərlə bağlı 15 maddə vardır. Bundan əlavə, elə cinayətlər vardır ki, onlara görə ancaq kişilər cəzalandırılır, halbuki bu cinayətləri qadınlar da törədə bilər (zorlama, nikaha daxil olmağa mane olma, poliqamiya və s.). Qadınlara kişilərdən fərqli olaraq bir sıra ağır cəza tədbirləri (ömürlük həbs cəzası, həbs müddətinin çəkilməsi zamanı xüsusi saxlama rejimi) tətbiq edilmir. Bu cəza tədbiri qadınlar üçün ölüm hökmünün ləğvindən bir il əvvəl aradan götürülmüşdür.

1992-ci ildən etibarən BƏT-in üzvü olan Azərbaycan Respublikası BƏT-in 55 Konvensiyasını ratifikasiya etmişdir ki, həmin sənədlərdən bəziləri özündə qadınların məşğulluğu və əməyi sahəsində hüquq normalarını əks etdirir. Onlara, «Eyni əməyə görə kişilərin və qadınların bərabər mükafatlandırılması haqqında» 100 saylı, «Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında» 111 saylı, «Analığın Mühafizəsi haqqında» 103 saylı, «Bütün növ şaxtalarda aparılan yeraltı işlərdə qadın əməyindən istifadə haqqında» 45 saylı Konvensiyalar aiddir ki, hökumət bu Konvensiyaların tələblərinin Azərbaycan Respublikasında tətbiqinə dair BƏT-ə müntəzəm hesabat verir. Qadınlarla bağlı əmək siyasəti indiyə qədər respublikamızda qadınların analıq və ailə vəzifələrinin icrası ilə əlaqədər güzəştlər, imtiyazlar və əlavə təminatların verilməsi ilə onların əməyinin yüngülləşdirilməsi prinsipinə əsaslanır. Qanunvericilik səviyyəsində qadınların məşğulluğu ilə bağlı ayrı-seçkiliyə yol verən norma ümumiyyətlə mövcud deyildir. Qadınların faktiki məşğulluğunu təmin etmək üçün yüksək səviyyədə bir şıra qərarlar qəbul edilmiş, habelə dövlət məşğulluq xidməti tərəfindən müvafiq tədbirlər görülməkdədir. Əmək hüququ hər kəsin ayrılmaz hüququ olaraq, AR Konstitusiyasının 35-ci maddəsi ilə təmin edilir. 1999-cu il 1 iyul tarixindən qüvvəyə minmiş Əmək Məcəlləsinin 16-cı maddəsi əsasən, qadınlara və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsini müvafiq hüquqi normalarla təsbit edir.

Hamiləlik, analıq, sağlamlıq və qadınların iş yerində təhlükəsizliyini qorumaq üçün AR-nın Əmək Məcəlləsinin müvafiq maddələrində uyğun olaraq aşağıdakı tədbirlər nəzərdə tutulur:

79-cu maddəyə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

91 -ci maddəyə əsasən, qısaldılmış iş vaxtının müddəti hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün həftədə 36 saatdan artıq olmamalıdır.

94-cü maddədə deyilir ki, işçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə) əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış yaxud 16 yaşınadək əlil uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.

98-ci maddəyə görə, gecə vaxtı götürülən işlərə hamilə və 3 yaşınadək uşağı olan qadınların cəlb edilməsinə yol verilmir.

112-ci maddədə işçilərin məzuniyyət hüququ uşağına qulluq etmək üçün qadınlara təqdim edilən sosial məzuniyyət növü ilə də təmin edilir.

117-ci maddəyə görə, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, üç yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin üç yaşınadək əlil uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüquqi müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

125-ci maddədə deyilir ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və da­ha çox uşaq doğulduqda) doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir.

- Normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

- doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvel 70 təqvim və doğuşdan sonra 86 təqvim günü);

- iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü doğuşdan sonra 110 təqvim günü).

126-cı maddəyə əsasən, iki aylıq uşağı övladlığa götürən, ya­xud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin bu Məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismənödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

127-ci maddəyə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvi uşağa qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

- Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

130-cu maddəyə görə, işçinin xahişi və işəgötürənin razılığı ilə 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə 14 təqvim gününədək ödənişsiz məzuniyyətlər verilir.

131-ci maddəyə görə, əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən qadınların da hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra istifadə etmək hüquqi vardır.

133-cü maddəyə görə, 14 yaşınadək iki və daha çox uşağı olan və ya 16 yaşınadək əlil uşağı olan qadınlara əmək məzuniyyəti onların öz arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.

135-ci maddəyə görə, əmək şəraitinə görə əlavə məzuniyyət hüququ olan işçilərə, habelə hamilə qadınlara bir iş ilindən artıq dövrün əmək məzuniyyətinin verilməməsi və ya onun başqa iş ilinə keçirilməsi qadağandır.

228-ci maddəyə görə, qadınların, habelə əmək şəraiti zərərli və ağır olan işçilərin əməyinin mühafizəsi sahəsində münasibətlərin xüsusiyyətləri bu Məcəllə və müvafiq normativ hüquqi akt-240-cı maddəyə görə, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur.

İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

241-ci maddəyə görə, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərlə qadın əməyinin tətbiqi, qanunvericilikdə başqa cür nəzərdə tutulmayıbsa, qadağandır.

Qadınların müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.

Qadınların əmək funksiyasına yalnız ümumi çəkisi aşağıdakı normalar həddində olan ağır şeylərin əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər:

a) başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırmaqla başqa yerə daşınması;

b) ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yanından artıq olmayan hündürlüyə qaldırılması;

c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldınb başqa yerə daşınması;

ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.

Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.

Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir (Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.10. 1999 tarixli Qərarı).

242-ci maddə ilə hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.

3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınların iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir.

243-cü maddəyə görə, tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.

Yaş yarımına çatmamış uşağı olan qadınlar əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməli və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir.

Qadınlar bu maddədə nəzərdə tutulmuş hallarda başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır.

Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır.

244-cü maddəyə əsasən, yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hər biri azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilə azı bir saat müəyyən edilir.

Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır.

Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istərsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

245-ci maddəyə görə, hamilə, 14 yaşına çatmamış uşağı, ya­xud 16 yaşa çatmamış əlil uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.

Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

251-ci maddəyə görə, 16 yaşından 18 yaşadək olan qadınların əmək funksiyasına başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın bir metr yanından artıq olmayan hündürlüyə qaldırılması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər.

Azərbaycan Respüblikasının «Məşğulluq haqqında» 01.VIII. 2001-ci ildə qüvvəyə minmiş qanunun 6.2.1. maddəsinə görə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi məşğulluq sahəsində dövlət siyasətinin əsas istiqamətidir.

Peşə hazırlığı, ixtisasın artırılması və yenidən hazırlıq keçmə hüququ «Məşğulluq haqqında» Qanunun 19-cu maddəsi əsasında təmin edilir və bu sahədə qadınlara qarşı heç bir məhdudiyyət qoyulmur.

2005-ci ildə Azərbaycan Respublikasının dövlət büdcəsindən sosial təminata 87,2 milyon manat (dövlət büdcəsinin xərclərinə nisbətən 4,1 %, ümumdaxili məhsula nisbətən 1,8%) maliyyə vəsaiti xərclənmişdir.

Hər kəsin sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində müəyyən edilir: hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

Təqaüdə çıxma, işsizlik, xəstəlik, əlillik, ahıllıq və əmək qabiliyyətinin itirildiyi digər hallar da daxil olmaqla, sosial təminat hüququ Azərbaycan Respublikasında aşağıdakı qanunların əsasında təmin edilir: 1997-ci ildə edilmiş dəyişikliklər nəzərə alınmaqla 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» qanun, 2001-ci ildə edilmiş dəyişikliklər nəzərə alınmaqla 2000-ci il tarixli «Məşğulluq haqqında» Qanun, 1997 və 2001-ci illərdə edilmiş dəyişikliklər və əlavələr nəzərə alınmaqla, 1992-ci il tarixli «Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında» Qanun, sonradan edilmiş dəyişikliklər və əlavələr nəzərə alınmaqla 1997-ci il tarixli «Sosial sığorta haqqında» Qanun.

Beynəlxalq təcrübəyə əsaslanaraq Respublikanın sosial yardım sisteminin yenidən qurulması üçün «Azərbaycan Respublikasınında sosial yardım sisteminin islahatı Konsepsiyası»nın layihəsi işlənib hazırlanmışdır. Hökumətin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşların pensiya təminatı sahəsidir. Pensiya təminatı sisteminin yenidən qurulması məqsədi ilə «Azərbaycan Respublikasınında pensiya islahatı» Konsepsiyası işlənib hazırlanmış və Respublika Prezidentinin 17 iyun 2001-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuşdur. Bu konsepsiyaya əsasən pensiya islahatlarının məqsədi pensiyaların yaşayış minumumunun təmin edilməsi, pensiya məbləğlərinin ödənilən sığorta ilə əlaqəsinin yaxınlaşdırılması kimi mühüm vəzifənin həyata keçirilməsindən ibarətdir. Respublikada pensiya qanunvericiliyində qadınlar üçün bir sıra güzəştlər nəzərdə tutulur.

«Vətəndaşların pensiya təminatı haqqında» Qanuna əsasən kişilər 62 yaşına çatdıqda və azı 25 il stajı olduqda; qadınlar 57 yaşına çatdıqda və azı 20 il stajı olduqda pensiyaya çıxa bilər. Üç və daha çox uşağı olan və onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar 51 yaşına çatdıqda və azı 16 il iş stajı olduqda onlara güzəştli pensiyaya çıxma hüququ verilir. Uşaqların sayı artdıqca qadının pensiyaya çıxmaq üçün tələb olunan yaş həddi və iş stajı da müvafiq olaraq bir il azaldılır.

9 uşağı olan və onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar 45 yaşına çatdıqda və azı 10 il iş stajı olduqda yaşa görə pensiya almaq hüququna malikdir.

Uşaqlıqdan əlil olanlar, həmin uşaqları səkkiz yaşınadək tərbiyə etmiş analar 50 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda yaşa görə pensiya almaq hüququna malikdirlər. Bu halda uşağın qayğısına qalmağa sərf edilmiş vaxt iş stajına daxil edilir.

Əlillərə, pensiyaçılara Azərbaycan Respublikasının «Vətəndaşların pensiya təminatı haqqında» Qanununda müəyyən edilmiş qaydada təyin edilir.

Qadınlar üçün güzəştlərin nəzərdə tutulduğu əlilliyə görə pensiyaların təyin edildiyi müddət istisna olmaqla, əlilliyə görə pensiyaların müəyyən edilməsi və onların məbləği cinsdən asılı deyildir.

«Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 35-ci maddəsinə görə pensiyalar həkim-əmək ekspert komissiyasının müəyyən etdiyi bütün əlillik dövrü üçün 62 yaşından yuxarı əlil kişilərə və 57 yaşından yuxarı əlil qadınlara isə ömürlük təyin edi­lir və onlar yalnız öz ərizələrinə əsasən yenidən müayinədən keçirilir.

Bu norma ayrı-seçkiliyə yol vermir, bu, pensiyaların yaş əsasında təyin edilməsinə əsaslanan mövcud şəraitlə əlaqədardır ki, həmin yaş həddi kişilərlə müqayisədə (62 yaş) qadınlar üçün daha güzəştli (57) təyin edilmişdir. Bu o deməkdir ki, qadının kişiyə nisbətən təqaüdə daha erkən çıxma hüququ vardır.

Pensiyaların qeyd olunmuş növlərindən başqa Azərbaycan Respublikasında əmək qabiliyyəti olmayan, işləməyən vətəndaşların ayrı-ayrı kateqoriyalarına onların əmək pensiyası almaq hüququ olmadıqda sosial pensiyalar təyin edilir.

Bu pensiyaların həcmi cinsi mənsubiyyətdən asılı deyildir. Həmin pensiyalar qadınlara təyin edilərkən yuxarıda qeyd olunan yaş güzəştləri tətbiq edilir - yəni sosial təqaüd alma hüquqları bərabər olduqda qadınlar sosial pensiyanı 62 yaşına çatanda ala bilərlər (kişilər 65 yaşına). Bundan başqa, 57 yaşına çatmış, əmək qabiliyyəti olmayan işləməyən, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlar, habelə uşaqlıqdan əlil olanların 57 yaşına çatmış anaları, onlar həmin uşaqları 8 yaşınadək tərbiyə etmişlərsə, sosial pensiya almaq hüququ vardır.

İşçilər xəstələndikdə onların sosial təminat hüququ, Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına müvəqqəti işsizlik üzrə müavinətin verilməsi ilə təmin edilir. Bu müavinətin həcmi və verilmə qaydası işçinin cinsi mənsubiyyətindən asılı deyildir.

Müavinət əmək stajının müddətindən asılı olaraq aşağıdakı həcmdə ödənilir:

- əmək haqqının l50 faizi-əlillər üçün.

- əmək haqqının 100 faizi-ümumi əmək stajı 8 və daha artıq olan işçilərə; himayəsində 16 yaşına çatmamış uşaqları (18 yaşınadək təhsil alan) və ya birdən artıq uşağı olanlara;

- əmək haqqının 80 faizi-ümumi əmək stajı 5 ildən 8 ilədək olan işçilərə; 21 yaşına çatmamış, heç bir valideyni olmayan 5 ilədək iş stajı olan yetimlərə;

- əmək haqqının 60 faizi-ümumi əmək stajı 5 ilədək olan işçilərə.

Sosial müdafiə sahəsində qanunvericilik yuxarıda qeyd edilən sosial təminat hüququnun təmin edildiyi qanunlar və hüquqi-normativ aktlardan ibarətdir.

2005-ci ildə Azərbaycan Respublikasının dövlət büdcəsindən sosial müdafiəyə 217,7 milyon manat (dövlət büdcəsinin xərclərinə nisbətən 10,1%, ümumdaxili məhsula nisbətən 1,8 %), sosial mədəni tədbirlərə 843,3 milyon manat (ümumdaxili məhsula nisbətən 7,1 %) vəsait xərcələnmişdir.

2007-ci ildə isə dövlət büdcəsindən sosial yönümlü xərclərin ümumi çəkisi 37.9% və ya 2163.4 min manat olmaqla 2006-cı illə müqayisədə 691.3 min manat və ya 47% çox olacaqdır.

AR Konstitusiyasına uyğun olaraq ölkə vətəndaşları Qanun qarşısında cinsindən asılı olmayaraq bərabər hüquqlara malikdir.

Müqavilələrin bağlanması və şəxsi mülkiyyətin idarə olunması üzrə AR mülki hüquq sahəsindəki qanunvericilikdə olan prinsiplərdən biri mülki hüquq subyektlərinin bərabərliyidir - bu, AR-nın 28 dekabr, 1999-cu il tarixində təsdiq edilmiş Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi ilə təsbit edilmişdir; qeyd olunan məcəllənin 26/2,3,6-cı maddələrinə əsasən, fiziki şəxs (kişi və qadın) hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir, bu isə o deməkdir ki, qadın kredit almaq, daşınmaz əmlak və ya başqa mülkiyyət hüququ da daxil olmaqla, müqavilələr bağlamaq, eləcə də başqa kommersiya əqdlərini öz adından həyata keçirmək hüququna malikdir.

Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər.

Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir.

AR Ailə Məcəlləsinin 33 və 34-cü maddələrinin müddəalarına əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

AR-nın 28.12.1999-cu il tarixli «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanununun 1-ci maddəsinə əsasən, vəkillər öz fəaliyyətlərini, eləcə də vəkillər kollegiyası üzvlərinin bərabərliyi prinsipi əsasında həyata keçirirlər.

Ər-arvadın ümumi əmlakı üzərində sərəncam eqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.

Yuxarıda deyilənlərin əsasında demək olar ki, bizim dövlətdə qadınlar məhkəmələrdə təmsil etdikləri şəxslərin nümayəndəsi olan, andlı iclasçı qismində xidmət etmək hüququna malikdirlər, eləcə də Azərbaycan Respublikası məhkəmələrində hakim kimi işləyə bilərlər, məsələn, hazırda ölkəmizin hakim korpusunun 14%-ni qadın hüquqşünaslar təşkil edir, Azərbaycan Respublikasının Ali və Apellyasiya Məhkəmələrinin sədrləri də qadındır.

AR Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qadın və kişinin hüquqi xidmətlərdən istifadə hüquqları bərabərdir.

AR Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən, bu Məcəllə nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmək və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.

Ailə münasibətlərinin hüquq tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailə daxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

Qeyd olunan məcəllənin 29-cu maddəsində deyildiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsipinə uyğun olaraq birgə həll edilir.

Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır.

Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.

Ailə Məcəlləsinin 1.4 və 1.5-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanında bağlanmış nikah tanınır.

Dini kəbinkəsdirmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa Azərbaycan Respublikasının Ədliyyə Nazirli­yinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.

Ailə Məcəlləsinin 2.3 və 2.4-cü maddələrinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanında qeydiyyata alınan könüllü ittifaqdır.

Nikaha daxil olarkən və ailə münasibətlərində vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır.

Azərbaycan Respublikasında poliqam nikahlar qanunla qadağandır.

Ailə Məcəlləsinin 23.4-cü maddələrinə əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.

36-ci maddəyə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakın onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

Ailə Məcəlləsinin 32.1, 33 və 38-ci maddələrinə əsasən, ni­kah müddətində ər-arvadın əldə etdikləri əmlak, onların ümumi birgə mülkiyyəti hesab edilir.

Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

AR Ailə Məcəlləsinin 17.1-ci maddəsinə görə, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha on­ların razılığı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanında xitam verilə bilər.

Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

AR Ailə Məcəlləsinin 84-87-ci maddələrinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, aşağıdakı şəxslər buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:

- əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;

- hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;

- əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq on səkkiz yaşına çatana qədər;

- 1 qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.

Aşağıdakı şəxslər nikah pozulduqdan sonra zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir:

- hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad;

- yetkinlik yaşına çatmamış əlil ümumi uşağa və ya uşaqlıqdan I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

- nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

- ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan beş il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.

Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməsi olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin diqqətə layiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməsi məcburi olan sabit pul məbləği formasında müəyyən edilir.

Məhkəmə aşağıdakı hallarda əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər:

- maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə;

- aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda;

- nikah ço xçəkmədikdə.

Uşaqların tərbiyəsi və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.

Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

Məlumdur ki, 1995-ci ildə Azərbaycan Respublikası «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» Konvensiyaya qoşulmuşdur və bununla əlaqədar olaraq qadınlarla kişilərin bərabərliyi baxımından Milli Qanunvericiliyin təhlili aparılmışdır. Təqdim olunmuş cədvəl həmin təqvimi özündə əks etdirir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb