Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında Konvensiya (CEDAW) ilə Azərbaycan Respublikası Qanunvericiliyi arasındakı Gender müqayisəsinin


QISA CƏDVƏLİ

 

Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Kon­vensiya (CEDAW)

Azərbaycan Respublikasının Qanunvericiliyi: Azərbaycan Respublikasının Konstitusiyası (ARK), Ailə Məcəlləsi (AM),  Əmək Məcəlləsi (ƏM), Cinayət Məcəlləsi (CM), Cinayət Prosesual Məcəlləsi (CPM), Əhalinin Sağlamlığının Qorunması Haqqında Qanun (ƏSQHQ), Mülki Məcəllə (MM), Mülki Prosesual Məcəllə (MPM), Təhsil Haqqında Qanun (THQ),  Məşğulluq   Haqqında Qanun  (MHQ),  Vətəndaşlıq Haqqında Qanun (VHQ), İnzibati Xətalar Məcəlləsi (İXM), Gənclər Siyasəti Haqqında Qanun (GSHQ)

Maddə 2

ARK mad., 24, 25, 34, 71

AM mad.3,21,22, 32-37,60

ƏM mad.l6,68-70,73-75,76.1,79,154.2, 173, 180

MHQ mad.6

VHQ mad.3

Maddə 3

ARK mad.24, 25, 34, 57, 60, 71

ƏM     mad.     12, 13,     15,     21,     22,     23,     83,     173-190

AM mad. 3, 19 - 22, 24, 25, 26, 60 - 66, 69

Maddə 4

ARK mad. 34

CM mad.136-141

ƏM mad.79,91,94,98,112.117.125-127,130.131,133,135, 228,240-245,251

Maddə 5

ARK mad. 17, 34

AM mad. 3,6,16,17,19, 20 - 28, 41, 58,61,63, 66, 67, 69 - 72 CM mad. 108-1., 110, 126-133,144.2.2,150,152,153

Maddə 6

CM mad. 106.,108,108-l,128, 129,133.2.2, 144 -2., 149 -153 İXM mad.243,308

Maddə 7

ARK mad. 24-71 Azərbaycan Həmkarlar İttifaqı Konfedarasiyası «Həmkarlar İttifaqının qadın problemləri və gender bərabərliyi üzrə komissiyası haqqında» Əsasnamə hazırlamış və təsdiq etmişdir.

Maddə 8

ARK mad. 24 -56, 58

Maddə 9

ARK mad. 24-25, 28,34, 44, 52-53,

AM mad. 4, 29-30, 3-40, 63-66, 69, 72

VHQ mad.3,7,14

ƏM mad.13

Maddə 10-11

ARK mad. 35, 42

MHQ mad.19

AM mad. 22, 29

ƏM mad.4,5,7,9,ll(ç)    68-70,73-75,76.1,79,    110,153.3,154, 158.1,240,244, 2 fəsil XII

CM mad.152-153

Maddə 12

ARK mad. 39,41

ƏM fəsil XII

ƏSQHQ mad. 1,17,29-3129

CM mad.136/1.2.3,139/1.2,140/1.2.3.4,141

Maddə13

ARK mad. 25,37-39

AM mad. 29

GSHQ mad.2.3

Maddə 14

ARK mad.29

Azərbaycan Respublikası Qanunvericiliyi dövlətin bütün ərazisində eyni   dərəcədə qüvvədədir. Ona görə də qanunvericilik normalarının kənd yerlərində yaşayan qadınlara üstün tətbiq mexanizmi yoxdur. Lakin, bir sıra sahələrdə, xüsusilə də kənd təsərrüfatı sahəsində çalışan qadınlara sosial təminat hüquqlarında (məsələn, kənd təsərrüfatı sahəsində çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət müddətinin müəyyən edilməsi və ödənişi, körpə yaşlı uşaqlara qulluq və s.) bir çox güzəştli normalar nəzərdə tutulmuşdır ki, bu da qanunvericilikdə qadınlar üçün nəzərdə tutulmuş xüsusi normalardır. 2001-ci ilin yanvarın 16-da Azərbaycan Respublikası Prezidenti tərəfindən «Dağ və yüksək dağlıq ərazilərdə kənd təsərrüfatının inkişafı»Proqramı təsdiq edilmişdir. Proqramın başlıca komponentlərindən biri Birgə İnkişaf Komponenti prinsipidir. Əsas mahiyyət icmaların inkişafı üzrə gələcək işlərin prioritet istiqamətlərini müəyyənləşdirərkən qadınlar da daxil olmaqla cəmiyyətin bütün üzvlərinin rəyi və təklifləri nəzərə alınmasıdır. Kəndlərin İnkişafı üzrə Fəaliyyət Planında qadınların proqram çərçivəsində aparılan işlərə cəlb edilməsi nəzərdə tutulur. Torpaq Məcəlləsində qeyd edilir ki, mülkiyyət hüququ olan subyektlər: xüsusi mülkiyyətdə olan torpaq sahiblərinə münasibətdə -AR-nın vətəndaşlarıdır və hüquqi şəxslərdir.

Maddə 15

ARK mad. 25 - 28, 34, 57, 60- 63

MM mad.6.1.1,26/2.3.6

MPM mad.69.1,71

CPM mad.11,12.2,60

CM mad. 47.4,53.5 

AM mad. 29.3,33,34

Maddə 16

ARK mad. 17,34,44

AM.mad.2- 7, 14-30,32.1,33,38, 41,46.4,,47.4,54,56.1,61/1.2, 62-73,84-87,120

     

 

 

QPDK Milli Qanunvericiliyn tam gender ekspertizası üzrə proqram hazırlanmasına və onun gender bərabərliyi baxımından adekvat gerçəkləşdirilməsi üçün tədbirlər işlənməsini tövsiyə edir:

- keçid dövrü üçün seçki qanunvericiliyində dəyişiklik edilsin və qadınlara seçkilərdə iştirak üçün kvota verilsin;

- qərar qəbul edilən bütün səviyyələrdə gender tarzalığına riayət edilməsi;

- qadının ailədəki rolunun qanunvericilikdə əks olunması;

- qadınlar arasında nikahın azalmaması üçün tədbirlərin işlənib hazırlanması;

- təcrübədə nikah müqavilələrindən istifadənin başlanması;

- cinsi təcavüzə görə məsuliyyətin gücləndirilməsi;

- şəxsi məsələ hesab edilməməli olan ailədaxili zorakılıq da daxil olmaqla, qadınlara qarşı zorakı cinayətlərin istintaqı və məhkəmə baxışı zamanı qadınların qanunvericiliklə qorunmasının təmin edilməsi;

-  həm evdən kənar, həm də ailədə işləməyə imkan verən tədbirlərin işlənib hazırlanması;

-  atalıq, habelə valideynlərə qayğı ilə əlaqədar kişilərə sosial məzuniyyətlərin verilməsi;

- ölkədə bütün sahələr üzrə (ailələrdə, cəmiyyətdə) gender ekspertizası üzrə sistemli işin aparılması.

Bu kişilər və qadınlarla bağlı gender uyğunsuzluqlarını qanunların tətbiq edildiyi konkret halları aşkar etməyə kömək edəcəkdir.

Hazırlanma prosesi 2003-cü idən başlayan Azərbaycanda «Gender bərabərliyi haqqında» Qanun layihəsi hazırda Parlamentə üçüncü oxunuşa təqdim edilmişdir. Qanunun məqsədi kişi və qadınlar üçün ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasındadır. Həmçinin bu Qanuna görə dövlət hüquqi, təşkilati və digər mexanizmlər vasitəsi ilə kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər imkanların yaradılması, gender bərabərliyinin təmin edilməsi və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını təmin edir.

Bu gün Azərbaycanda demokratik hüquqi dövlət qurulur. Demokratik dövlətdə şəxsiyyət azadlığının əsas prinsipləri demokratiyadır. Demokratiya isə vətəndaşların söz azadlığında öz ifadəsini tapır. Fikir və söz azadlığı insanın daxili aləminin, xüsusilə də onun intellektual mənəvi tərəflərinin təzahür formasıdır. Fikir və söz azadlığı hər bir insanın hüququdur. O, cəmiyyətin bütün üzvləri tərəfindən dövlətin bərabər əsaslarla idarə olunmasında maraqlı olan demokratik rejimin ən vacib əlamətidir.

Fikir və söz azadlığı bir sıra məhdudiyyətlərlə bağlıdır. Bu məhdudiyyətlər başqalarının hüquqlarına və adına hörmət edilməsi, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının qorunmasından irəli gəlir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 19-cu maddəsinin III bəndində göstərilir ki, fikir və söz azadlığından istifadə olunması hər kəsin üzərinə xüsusi vəzifə qoyur və hər kəsdən məsuliyyət tələb edir. Fikir vasitəsi ilə insan əqidəsi formalaşır. Əqidə bu və ya digər məsələyə şəxsin əsaslandırılmış, müəyyən dəyərlərə arxalanan münasibətidir. İnsan öz əqidəsini söz və fikir vasitəsi ilə biruzə verir. «Ümumdünya insan hüquqları» Bəyannaməsinin 18-ci,«Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq  Paktın 19-cu, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 29-cu maddələrində fikir və söz azadlıqları öz əksini tapmışdır. Mətbuat-kütləvi informasiya vasitələri cəmiyyətin əsas fikir ifadəsi olmaqla demokratiyanın təmsilçisidir, desək yanılmarıq. Müstəqillik əldə edən respublikada dövlət, hüquqi qanunların, mətbuatın daha da inkişaf etdirilməsi, demokratik prinsiplərin həyata keçirilməsi yolunda uğurlu addımlar atmışdır. 1998-ci ildə mətbuat üzərində senzuranın götürülməsi haqqında qanun jurnalistlərə tam sərbəstlik verdi. Bu da öz növbəsində mətbuatın sərhədlərini həm miqyas baxımından, həm də fikir azadlığı baxımından genişləndirdi. Azərbaycanda dövlətçiliyin əsasını təşkil edən vətəndaş cəmiyyəti formalaşmağa başladı. Mövcud cəmiyyətdə söz azadlığı funksiyasını daşıyan mətbuat, müasir düşüncə tərzi tərəfindən dördüncü hakimiyyət adlandırılır və bu hakimiyyət azaddır. Mətbuat azadlığının məzmunu jurnalistlərin söz azadlığının malik olduğu hüquqları götürməklə və professional, intellektual səviyyəli yazılar və mövcud çatışmamazlıqlara obyektiv tənqidi yanaşmadan ibarətdir.

...«Bəziləri belə hesab edirlər ki, Azərbaycanda demokratiya, Böyük Britaniyada, Fransada, yaxud ABŞ-dakı kimi olsun. Biz bu səviyyəyə çatmağa çalışırıq. Demokratiyanı bir-iki gündə əldə etmək mümkün deyil. Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yolu ilə tədricən gedir»[1] fikrində olan Heydər Əliyev mətbuatın rolunu yüksək qiymətləndirirdi və onun xidmətini əvəzsiz sayırdı. Ədalətli yazıları millətdən ötrü güzgü sayan ölkə başçısı jurnalistlərin fəaliyyətini cəmiyyətə, siyasi xadimlərə dəstək hesab edərək yüksək qiymətləndirirdi. Jurnalistlərlə xoş münasibətdə olan Prezident, hətta qəzet işçiləri ilə belə müsahibədə söhbəti axınına yönəldərək məntiqləşdirib sona yetirirdi. Odur ki, jurnalistlər onunla həmsöhbət olmaqdan məmnun olmuş, daim nikbinliyini saxlayan, hətta gecə yarısı verilən müsahibələrində yorğunluğunu biruzə verməyən bu insanın iradəsinə, ciddiliyinə, eyni zamanda səmimiliyinə heyran qalmışlar. Mətbuat işçilərinə göstərilən diqqət və qayğının nəticəsi kimi Heydər Əliyev onların nəşriyyata olan borclarını dondurmuş, mətbuat işinin yüksəldilməsi üçün KİV-ə böyük məbləğdə kreditlər vermiş, qəzetlərin («Azərbaycan», «Ulduz», «Qobustan» jurnalları, «Ədəbiyyat» qəzeti) ciddi problemlərinin yüngünləşdirilməsi və s. üçün Sərəncamlar, Fərmanlar imzalamışdır.

Pekin konfransından sonra redaktoru qadın olan və ya qadınların problemlərindən bəhs edən bir sıra jurnallar işıq üzü görməyə başlamışdır. Bütün televiziya kanalları və radio vasitəsi ilə qadınların problemlərinə həsr edilmiş verilişlər yayımlanır. BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 1999-cu ildən etibarən hər ay radioda «Qadın və Kişi» adlı gender problemlərindən bəhs edən proqram efirə gedir. 14 aprel 2000-ci il tarixdən hökumət və qeyri-hökumət qadın təşkilatlannıın iştirakı ilə «Qadın və Kütlə-vi İnformasiya Vasitələri» strategiyasına uyğun «Sağlam cəmiyyət quruculuğunda KİV-in rolu» mövzusunda Mətbuat və infor­masiya Nazirliyi, Dövlət Teleradio Verilişləri Şirkəti, «Xalq», «Azərbaycan» və b. qəzeti və jurnalların nümayəndələri ilə birlikdə konfrans keçirilmişdir. Konfransda məruzə edən qadınlar kütləvi informasiya vasitələrinin müsbət cəhətlərini göstərməklə yanaşı, bəzi qəzet və televiziyalarda qadın və qızlarımızın milli adətlərə uyğun olmayan geyimlərin, bir və ya bir neçə şəxsin timsalında mövcud neqativ halların bütün qadınlar üçün ümumiləşdirilərək təhqir olunduqlarını tənqid etdilər. Qadınların cəmiyyətdə rolunun artırılması haqqında görkəmli qadın ziyalılarımız, sənət adamlarımız, işgüzar xanımlarımız haqqında az məlumatların verilməsi də məruzəçilər tərəfindən tənqid edildi. Konfransın sonunda qeyd olundu ki, qadınlarla aparılan işləri geniş təbliğ etmək məqsədi ilə radio və televiziyada efir vaxtının ayrılması çox vacibdir.

2005-ci il Azərbaycan Respublikası büdcəsindən mədəniyyət, incəsənət, kütləvi informasiya vasitələrinə 45,5 milyon manat (ümumdaxili məhsula nisbətən 0,4%) vəsait xərclənmişdir.

2007-ci ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahələrdə fəaliyyət xərcləri üçün 90.2 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2006-cı ilə nisbətən 19.4 min manat və ya 27.5% çoxdur.

Bu gün Azərbaycan mətbuatında qadın jurnalistlərimiz də kişilərlə bərabər qaynar nöqtələrdə çalışırlar. Milli Məclisin üzvləri Elmira Axundova və Qənirə Paşayeva ölkə Prezidenti ilə tez-tez ünsiyyətdə olmuş jurnalistlərdəndir. Elmira Axundova xarici səfərlərdə Prezidenti müşayiət edərkən bu qeyri-adi şəxsiyyətlə ünsiyyətin təfərrüatına vararaq «kadr arxasında» olan cəhətləri belə açıqlayır: «... Yeri gələndə mövcud soyuqluğu məzəli zarafatı ilə aradan qaldırmaqla qarşı tərəfi konstruktiv dialoqa (1999-cu ildə Səudiyyə Ərəbistanına səfəri zamanı) sövq edir, gah saatlarla davam edən ciddi danışıqlara, gah da insanları cəzb etmək məharətindən, natiqlik, siyasətçi istedadından istifadə etməklə Prezident Azərbaycan Respublikası ilə xarici ölkələr arasında ikitərəfli münasibətlərin təməlini qoyurdu». «Biz Türkmənistanın paytaxtında gördüklərimiz barədə  təəssüratımızı Prezidentə danışar, o da zirvə toplantısının (1996-cı il may, Aşqabad) qeyri-formal məqamlarından söhbət açardı. Bir dəfə isə necə oldusa dedi ki, təəssüf ki, mən ətrafı yalnız avtomaşından seyr etməklə kifayətlənməli oluram. Sizin isə daha çox görmək imkanınız var»[2]. Sadə insanların yaşayışı, aldıqları maaşla maraqlanan Prezident eyni zamanda qeyd edirdi ki, söhbət etdiyi adamların hamısı bir qayda olaraq öz respublikasının uğurlarını tərifləyir. O isə vəziyyətin həqiqətən necə olduğunu bilmək istəyirdi.

Heydər Əliyev xarici səfərlərə gedərkən yerli kütləvi informasiya vasitələrinin ən müxtəlif nümayəndələrini, o cümlədən müxalifət nümayəndələrini də özü ilə aparırdı. Bu və ya digər zirvə toplantısını necə işıqlandırmaqla əlaqədar heç bir nəzarət, yaxud «rəhbər» göstərişi heç vaxt olmamışdır. Əminik ki, yazıçı, publisist, Milli Məclisin deputatı Elmira Axundova Heydər Əliye-in «kadr arxası» münasibətlərini Azərbaycan jurnalistikasına örnək olacaq şəkildə yüksək professionallığı ilə geniş oxucu kütləsinə təqdim edəcək.

«Qərbdə bizi tez-tez demokratiyanı və söz azadlığını boğmaqda günahlandırırlar. Lakin mətbuat nümayəndələrinin iştirakı ilə mənimlə söhbət etməyə az adam hazırdır»[3] deyən Prezident Heydər Əliyev RUH müstəqil jurnalist təşkilatının 2002-ci ildə keçirdiyi sorğunun nəticələrinə görə «Azərbaycan mətbuatının dostu» adına layiq görülmüşdür. Bu gün mətbuat özünü dördüncü hakimiyyət funksiyasını uğurla yerinə yetirməkdədir. Azərbaycan jurnalistikası öz tarixi etibari ilə zəngindir və bu zənginliyə xələl gətirən elementlərdən xilas olmaqdadır. Mediyanın ana prinsipləri obyektilivliyi, qərəzsizliyi qoruyaraq yaşayır və yaşadacaqdır.

Hal-hazırda Azərbaycan Beynəlxalq xüsusi təşkilatların, birliklərin, iqtisadi və maliyyə qurumlarının üzvüdür. 4 mindən çox beynəlxalq və regional təşkilatlar mövcuddur ki, bunlardan 300-dən çoxu hökumətlərarası təşkilatlarıdır. Azərbaycan problemlərini, həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq təşkilatlarla səmərəli iş qurmaq böyük əhəmiyyətə malikdir (BMT, NATO, MDB, İslam Konfransı Təşkilatı, Avropa Şurası, Qara Dəniz iqti­sadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, QUÖAM ölkələri və s.) Heydər Əliyev irsindən bəhrələnən insanlar Azərbaycanın maraqlarını xaricdə ləyaqətlə təmsil edirlər. Bu gün kişilərlə bərabər qadınlarımızın da dövlətimizi müxtəlif beynəlxalq təşkilatların işində təmsil etməyə hüquqi əsası vardır. BMT-nin Baş Assambleyasının «Qadınlar 2000-ci ildə: gender bərabərliyi, inkişaf və XXI əsrdə dünya» mövzusunda keçirilən xüsusi sessiyanın işində iştirak etmək üçün Azərbaycan Respublikasından qadın nümayəndə heyətinin tərkibi Azərbaycan Respublikası Prezidentinin 20 may 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə BMT-nin İnkişaf Proqramı və BMT-nin Qadınlar üçün İnkişaf Fondunun dəstəyi ilə 2003-cü ilin may ayından etibarən «Qadınların diplomatiyada rolu» proqramı həyata keçirilir. Bu proqramın məqsədi Xarici İşlər Nazirliyi və xarici ölkələrin Azərbaycanda işləyən qadın diplomatları arasında dialoq qurmaqla gənc azərbaycanlı qadın diplomatların öz karyeralarını davam etdirmələri üçün zərur təcrübə toplamasına şəraiti yaratmışdır. Milli Məclisin (2-ci çağırış) Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyətinin üzvü və beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini Gültəkin Hacıyeva «Azərbaycan naminə» qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirməkdə davam edir (Gültəkin Hacıyeva hal-hazırda 3-cü çağırış Milli Məclisin deputatıdır). Tarix elmləri doktoru, Milli Məclisin İnsan Hüquqları Komissiyasının sədr müavini Rəbiyyət Aslanova, millət vəkili Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova qanunverici orqanın fəaliyyətində uğurla iştirak edirlər.

«Əldə etdiklərim, qazandığım nailiyyətlər və uğurlar üçün məhz Heydər Əliyevə, onun şəxsiyyətinə və bunu vaxtında dərk etməyimə borcluyam»[4] deyən Milli Məclisin deputatı Bahar Muradova YAP siyasi şurasının və idarə heyətinin üzvü, partiyanın icra katibinin müavini və vitse-spiker olmaqla bərabər qadın hərəkatının fəal iştirakçılarındandır.

Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə (Rusiya Federasiyası, Dağıstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı) ləyaqətlə təmsil edərək elmin aktual problemlərinə dair maraqlı məruzələrlə çıxış etmiş, şərqşünas alim, filologiya elmləri doktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva 2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini vəzifəsində çalışmışdır. Bu gün siyasət aləmində Azərbaycan qadınlarının yeri haqqında danışarkən Gövhər xanım belə deyir: «...bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi o kəsdir ki, cəmiyyətdəki sabitliyi qorumaqla onun xaos və hərc-mərclik qurbanına yuvarlanmasına imkan vermədən müxtəlif islahatlar aparmağı bacarır. Böyük öndərimiz Heydər Əliyev bu illər ərzində məhz belə bir müdriklik nümayiş etdirmişdir...biz demokratik və pluralist cəmiyyətdə çoxpartiyalılıq şəraitində yaşayırıq. Bu zaman isə siyasi mübarizə, maraqların toqquşması, ideoloji və faktiki fikir ayrılıqları təbii bir haldır. Lakin əgər biz ümummilli mənafeyi ən ümdə vəzifəmiz hesab ediriksə, siyasi ehtiraslara və cəmiyyətin parçalamasına heç vəchlə imkan verməməliyik. Bax bu yerdə siyasətçi qadınlar daha fəal olmalı, cəmiyyətdə barışdırıcı, birləşdirici faktor rolunu oynamalıdırlar»[5].



[1] Heydər Əliyev. Müstəqillik yolu. Seçilmiş fikirlər. Azərbaycan Universiteti Nəşriyyatı. 1997.-s. 21.

 [2] Xalqa bağışlanan ömür. Şəms nəşriyyatı. 2004.-S 68, 69, 70.

[3] Xalqa bağışlanan ömür. Şəms nəşriyyatı. 2004.-S 68, 69, 70.

[4] Bəzm jurnalı. Bakı.may 2006.-s.33

[5] Koalisiya 1325 informasiya bülleteni. №1 (10) 2004. aprel-iyun.-s.5.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb