Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Insanlarla Ticarət Və Üçüncü Şəxslər Tərəfindən Fahişəliyin Istismarina Qarşi Mübarizə Haqqinda Konvensiya


Baş Məclisin 2 dekabr 1949-cu il tarixli 317 (IV) nömrəli Qətnaməsi ilə qəbul edilib

 

PREAMBULA

 

Konvensiyada iştirak edən tərəflər,

 

Fahişəlik və onun törətdiyi dəhşətləri, insanlarla ticarətin nəticəsi olaraq insani dəyərlərə və ləyaqətə zidd olan, insan, ailə, cəmiyyətin rifahını təhlükə altına almasını nəzərə alaraq,

qadın və uşaqlarla ticarətə qarşı mübarizə haqqında aşağıdakı Beynəlxalq Aktlar mövcud olmasını nəzərə alaraq,

 

1. 1904-cü il 18 mayda bağlanmış ağ qadın qullarla ticarətə qarşı mübarizə və 1948-ci il dekabrın 3-də BMT Baş Assambleyası tərəfindən təsdiqlənmiş, əlavələrin daxil edildiyi protokol,

2. 1910-cu il 4 mayda ağ qadın qullarla ticarətə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya və yuxarıda qeyd olunmayan protokoldakı dəyişikliklər,

3. 1921-ci il 30 sentyabrda və uşaqlarla ticarətə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya və 1947-ci il 20 oktyabrda əlavə edilmiş və BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş dəyişikliklər,

4. 1933-cü il 11 oktyabrda qəbul edilmiş, həddi-buluğa çatmış qadınlarla ticarətə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya və yuxarıda qeyd edilən protokoldakı dəyişikliklər.

 

1973-cü ildə Millətlər Liqası tərəfindən yuxarıdakı göstərilən aktların fəaliyyət dairəsini genişləndirən Konvensiya layihəsinin tərtib edilməsini nəzərə alaraq,

1973-cü ildən yaranan yeni faktorlar, özündə yuxarıda qeyd etdiyimiz aktlar və ona əlavə edilən dəyişiklikləri cəmləşdirən Konvensiyanın bağlanmasına şərait yaratmasını nəzərə alaraq,

 

Müqavilə baqlayan tərəflər aşağıdakılarla razılaşmalıdırlar:

 

Maddə 1

 

Başqa şəxsin şəhvətini çaş etmək üçün, Konvensiyada iştirak edən tərəflər bu işlə məşğul olan hər bir şəxsi cəzaya məhkum etməlidir:

1. Həmin şəxsin razılığı olsa belə fahişəlik məqsədilə hər hansı bir şəxsi azdırır, yoldan çıxarır, pis yola çəkir.

2. Həmin şəxsin razılığı olsa belə başqa şəxsin fahişəliyini istismar edir.

 

Maddə 2

 

Konvensiyada iştirak edən tərəflər aşağıdakı şəxsləri cəzalandırmaq üçün öhdəlik götürürlər:

1. Fahişəxana saxlayan, idarə edən, ya maliyyələşdirmədə iştirak edən.

2. Üçüncü şəxs tərəfindən fahişəlik məqsədilə istənilən hər hansı obyekti bilərək icarəyə verən.

 

Maddə 3

 

Daxili qanunvericiliyə uyğunlaşdığından 1-ci və 2-ci maddələrdə göstərilən hər hansı bir qanun pozuntusuna cəhd göstərən şəxs cəzalanmalıdır.

 

Maddə 4

Daxili qanunvericiliyə uyğunlaşdığından, 1 və 2-ci maddələrdə göstərilən aktlarda qanun pozuntusunda iştirak edən cəzalanmalıdır.

Əgər cəzasızlıq xəbərdarlığı üçün vacib hesab olunursa, iştirakçılıq aktları, daxili qanunvericiliyin tələbrlərinə uyğun olaraq, ayrı cinayət kimi hesab edilir.

 

Maddə 5

 

Zərərçəkən şəxslər yerli qanunvericiliyə əsasən, Konvensiyada göstərilən hər hansı bir cinayətlə bağlı iddiaçılıq edirsə, xarici vətəndaşlar da yerli vətəndaşlarla bərabər eyni hüquqa malik hesab olunurlar.

 

Maddə 6

 

Konvensiyada iştirak edən tərəflər fahişəliklə məşğul olan və yaxud şübhəli bilinən şəxsləri xüsusi qeyydiyata almaq, xüsusi sənədə malik olmaq və xəbərdarlıq xarakteri daşıyan hər hansı tələbə tabe olmaq məsələlərini özündə əks etdirən daxili qanunun, inzibati sərəncamın və qətnamənin ləğvini təmin edən ölçülər götürməlidir.

 

Maddə 7

 

Bu Konvensiyada göstərilən cinayətlərə görə, əvvəl başqa ölkələrdə çıxarılmış hökmlər diqqətə alınır, çünki daxili qanunvericilik buna aşağıdakılar üçün yol verir:

1. Residivizm faktının müəyyən edilməsi.

2. Cinayətkarın vətəndaş və siyasi hüquqlardan məhrum edilməsi.

 

Maddə 8

 

1-ci və 2-ci maddələrdə qeyd edilən cinayətlər, təslim edilməni nəzərdə tutur və onlar üzərində, Konvensiyada iştirak edən hər hansı iki ölkə arasında cinayətkarın təslim edilməsi haqqında olan və ya olacaq istənilən müqavilənin genişlənməsinə səbəb olur.

Cinayətkarın təslim edilməsinə şərt qoymayan tərəflər öz münasibətlərində, 1-ci və 2-ci maddələrdə qeyd olunmuş, cinayətkarın təslim edilməsini nəzərdə tutan cinayət kimi tanıyırlar.

 

Maddə 9

 

Öz vətəndaşlarını təslimetmə prinsipinini qəbul etməyən ölkələrdə, başqa ölkədə 1-ci və 2-ci maddədə göstərilmiş cinayətləri törədib və öz ölkəsinə qayıdan vətəndaşlar haqqında öz ölkəsinin daxili qanunlarına əsasən həmin cinayəti törətmiş şəxs kimi məhkəməyə verilir və cəzalandırılır.

Əgər ölkələr arasında (Konvensiyada iştirak edən) belə hal yaranarsa, xarici vətəndaşın təslim edilmə tələbi təlim oluna bilməz və bu müddəa tətbiq olunmur.

 

Maddə 10

 

Əgər müttəhim başqa ölkədə mühakimə edilib və ittihamnamədən sonra cəzalandırılıb azadlığa buraxılıbsa və yaxud bu ölkənin qanunlarına rəğmən cəza müddəti azaldılıbsa - 9-cu maddə, tətbiq edilmir.

 

Maddə 11

 

Konvensiyada heç nə, hər hansı bir tərəfin beynəlxalq hüquq normalarına əsaslanaraq cinayət yurisdiksiyası çərçivəsində ümumi məsələyə münasibətin müəyyənləşməsi kimi şərh edilməməlidir.

 

Maddə 12

 

Qeyd edilən cinayətlər, hər bir ölkədə qanunvericiliklə müəyyən edilməsi və bu ölkənin qanunlarına əsasən cinayətkarların tutulması və cəzalanması, müəyyənləşdirilməsi baxımından, Konvensiya bu prinsipləri pozmur.

 

Maddə 13

 

Konvensiyada iştirak edən tərəflər, daxili qanunvericilik və Konvensiyada qeyd edilən cinayətlərə aid olan məhkəmə tapşırığı təcrübəsinə əsaslanaraq öhdəlik götürürlər. Məhkəmə tapşırığının götürülməsi həyata keçirilir:

 

1. Məhkəmə orqanlarının bilavasitə əlaqəsi ilə.

2. İki ölkənin ədliyyə nazirlərinin bilavasitə əlaqəsi və ya o biri ölkənin ədliyyə nazirliyinə yönəlmiş, ölkənin digər lazımi orqanları tərəfindən gələn tapşırıq ilə və ya

3. Həvalə edən (tapşırıq gələn) ölkənin diplomatik, yaxud, konsulluq nümayəndələri tərəfindən müraciət olunan ölkəyə təyin olunmuş nümayəndə məhkəmə tapşırığını, göstərilən ölkənin məhkəmə və ya digər lazımi orqanlarına biiavasitə təqdim edir, bununla belə o, bu orqanlardan məhkəmə tapşırığının icra edilmə aktı olan sənədlər alır.

1-ci, 3-cü bəndlərdə qeyd olunan hallarda məhkəmə tapşırığının sürəti, müraciət edilən ölkənin yüksək orqanlarına göndərilir.

Əgər hər hansı başqa razılaşma yoxdursa, məhkəmə tapşırığı bir qayda olaraq, müraciət edən orqanları dilində tərtib edilir, bir şərtlə ki, müraciət edilən ölkə, onun tərcüməsini tələb etsə, yüksək orqanların təsdiqləməsi ilə təqdim etsin.

Konvensiyada iştirak edən tərəflərin hər biri, digər tərəfi yuxarıda qeyd edilən metodlardan hansının məhkəmə tapşırığının göndərilməsində qəbul edə biləcəyi haqqında xəbərdar etsin.

Ölkələrdən biri belə bir xəbərdarlıq edənədək, məhkəmə tapşırığına dair olan qaydalar qüvvədə qalır.

Ekspertiza xərcləri istisna olmaqla, məhkəmə tapşırıqlarının yerinə yetirilməsi, əlavə ödənişlər tələbinə heç bir əsas vermir.

Bu maddələr, Konvensiyada iştirak edən tərəflərin qanunlarına uyğun olmayan, cinayət işlərinə, hər hansı forma və metodun tətbiqinə öhdəlik qoymur.

 

Maddə 14

 

Konvensiyada iştirak edən hər bir tərəf, bu Konvensiyada nəzərdə tutulan cinayətlərin istintaq nəticələrinin koordinasiya və mərkəzləşdirilməsi tapşırılan xüsusi orqanı təsis edir və onu maddi cəhətdən təmin edir. Bu orqanlar Konvensiyada baxılan cinayətlər və onlara görə cəzada xəbərdarlığı yüngülləşdirmək üçün bütün informasiyaları toplayır və başqa ölkələrin analoji orqanları ilə sıx əməkdaşlıq edirlər.

 

Maddə 15

 

Bu daxili qanunvericiliklə uyğunlaşdığından və göstərilən orqanların 14-cü maddəyə tabe olduğu üçün, sonuncular başqa ölkələrin analoji orqanlarına xəbər verirlər:

1. Konvensiyada baxılan hər bir cinayət və cinayətə cəhd göstərilməsi haqqında təfsilatlar;

2. Cinayət axtarışlarının, həbs, mühakimə, cinayət etmiş şəxsin təslim edilməsindən imtina, onların yaşayış yerləri və digər lazımi məlumatlar haqqında təfsilatlar.

Bu yolla göndərilən məlumata cinayətkarın daktiloskopik izləri, fotoşəkilləri, iş metodu, məhkəməyə düşməsi kimi faktlar daxildir.

 

Maddə 16

Konvensiyada iştirak edən tərəflər, səhiyyə, sosial və iqtisadi sahələr üzrə özəl və yaxud dövlət müəssisələrinin bilavasitə köməyi ilə fahişəliklə mübarizə və onun qurbanlarının normal sosial şəraitə qaytarılmasını təmin etməlidirlər.

 

Maddə 17

 

İmmiqrasiya və mühacirətə münasibətdə, tərəflər götürdükləri öhdəliklərə əsasən insanlarla ticarət və fahişəliyin qarşısını almaq üçün mümkün olan bütün ölçülərdən istifadə etməlidirlər.

Tərəflər əsasən:

1. İimmiqrant və mühacirlərin, xüsusilə qadın və uşaqların gedib qayıtması üçün müdafiə sistemi yaratmalıdırlar.

2. Əhalini qeyd edilən ticarətin təhlükəsi haqqında xəbərdar edirlər.

3. Dəmiryollar, aviaportlar və digər ictimai yerlərdə, yol gedildiyi zaman insanlara beynəlxalq ticarət və fahişəlik haqqında xəbərdarlıq etmək üçün nəzarəti təmin edirlər.

 

Maddə 18

 

Konvensiyada tərəflər öz daxili qanunvericiliklərinə əsasən fahişəliklə məşğul olan xarici vətəndaşların şəxsiyyətini, sosial vəziyyətini və öz ölkəsini tərketmə səbəblərini müəyyən etmək üçün məlumat toplamalı, müəyyən olunmış şəxsləri repatriasiya etmək üçün ölkəsinin lazımi orqanları xəbərdar etməlidirlər.

 

Maddə 19

 

Konvensiyaya qoşulan tərəflər daxili qanunvericiliklərinə uyğun şərtlərə əsasən, bu qanunları poza biləcək, dəyişə biləcək tədbirləri həyata keçirməməlidirlər:

 

1. İnsanlarla beynəlxalq ticarət, fahişəlik qurbanı olanları, vətənlərinə qaytarılması proseslərinin qurtarmasına qədər müvəqqəti kömək göstərib, müdafiə etmək;

2. 18-ci maddədə göstərilən şəxslərin repatriasiyası, onların istəyi və yaxud tabeliyində olanların tələbi ilə onların ölkədən çıxarılmasını əsaslandıran qərarla həyata keçirmək. Repatriasiya olunan şəxsin ölkəsi ilə aparılan razılaşma ilə, onun şəxsiyyəti, sərhədə gəldiyi yer və tarixi təyin edildikdən sonra repatriasiya həyata keçirilir. Konvensiya tərəflərinin hər biri bu şəxslərin öz sərhədlərindən keçməsinə imkan yaradır. Yuxarıda qeyd edilən şəxslər repatriasiya xərclərini ödəyə bilmirsə, həyat yoldaşı, qohumu, qəyyumu yoxdursa, ölkəsinə yaxın olan ilk sərhədə kimi yol xərcləri, repatriasiya edən ölkənin, sonrakı xərcləri həmin şəxsin öz ölkəsinin öhdəsinə düşür.

 

Maddə 20

 

Konvensiyada iştirak edən tərəflər, iş təklif edən idarələrə nəzarət etməli, bununla da iş axtaran qadın və uşaqların fahişəlik istismarının qarşısının alınmasına xidməti ölçülər götürməlidirlər.

 

Maddə 21

 

Tərəflər BMT Baş Katibinə, ölkələrində Konvensiyada baxılan məsələlərə dair qanun və qaydalar haqqında məlumat verir, hər il bundan sonra Konvensiyaya əsaslanan qanun və qaydalar, onların tətbiq edilməsi haqqında informasiyalar BMT Baş Katibi tərəfindən nəşr edilir. BMT-nin üzvü və üzvü olmayan, 23-cü maddəyə əsasən, Konvensiya haqqında rəsmi məlumat çatdıran bütün ölkələrə paylanır.

 

Maddə 22

 

Konvensiyada iştirak edən tərəflər arasında, hər hansısa mübahisə yaranırsa və danışıq yolu ilə həll olunmursa tərəflərin birinin iddiası ilə məsələ Beynəlxalq Məhkəməyə verilir.

 

Maddə 23

 

Konvensiya BMT-nin üzvü olan, iqtisadi və sosial Şura tərəfindən dəvət olunan hər bir ölkənin imzalanması üçün açıqdır. Konvensiya ratifikasiya olunmalıdır və ratifikasiya aktları BMT-nin Baş Katibi yanında depozitə qoyulur. Birinci abzasda qeyd edilən və Konvensiyanı imzalamayan ölkələr ona qoşula bilərlər. Qoşulma BMT Baş Katibi yanında qoşulma aktının depozitə qoyulması ilə həyata keçirilir. Bu Konvensiyada «Dövlət» sözü, bu Konvensiyanı imzalayan və yaxud ona qoşulan, öz tabeliyində olan ərazi və koloniyaiar, beynəlxalq rnəsuliyyət daşıdığı bütün əraziləri özündə cəmləşdirən strukturdur.

 

Maddə 24

 

Bu Konvesiya, ratifikasiya və ya qoşulma haqqında ikinci aktının depozisiya olunma tarixinin 90-cı günündən etibarən qüvvəyə minir.

Bu Konvensiyanı ratifikasiya edən və ya ratifikasiya / qoşulma haqqında ikinci aktının depozisiyasından sonra qoşulan hər bir Dövlət üçün, bu Konvensiya həmin dövlətin özünün ratifikasiya / qoşulma aktının depozisiyasından 90 gün sonra qüvvəyə minir.

 

Maddə 25

 

Bu Konvensiyanın qüvvəyə minməsindən 5 il sonra, Konvensiyanın istənilən tərəfi onu, Biriəşmiş Millətlər Təşkilatının Baş Katibinə ünvanlanan yazılı xəbərdarlıq vasitəsi ilə denonsasiya edə bilər.

Belə denonsasiya, onu təqdim edən ölkə üçün, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi xəbərdarlığı alandan 1 il sonra qüvvəyə minir.

 

Maddə 26

 

BMT Baş Katibi 23-cü maddədə qeyd edilən BMT-nin üzvü olan və üzvü olmayan ölkələri xəbərdar edir:

a) 23-cü maddəyə əsasən imzalanma, təsdiedilmə, qoşulma aktları haqqında;

b) 24-cü maddəyə əsasən Konvensiyanın qüvvəyə minməsi;

c) 25-ci maddəyə əsasən denonsasiyalar haqqında alınmış ərizələr.

 

Maddə 27

 

Bu Konvensiyanın tətbiqini bütün tərəflər, konstitusiyalarına uyğun şəkildə müəyyən qanunlar, sərəncamlar qəbul edərək, Konvensiyanın şərtlərini təmin etmək üçün öhdəlik götürürlər.

 

Maddə 28

 

Konvensiya nizamnaməsi yalnız iştirakçıların münasibətlərinə aid olduğundan, preambulanın 1, 2, 3, 4 abzaslarında qeyd edilən beynəlxalq aktların nizamnaməsini dəyişir və onların hər biri, bütün tərəflərin Konvensiyaya aid olunduqdan sonra ləğv edilir.

 

YEKUN PROTOKOLU

 

Konvensiyada heç nə insanlarla ticarət və başqa şəxslərin fahişəlikdə istismar edilməsinə qarşı, Konvensiyada baxılan şərtlərdən daha ciddi qaydaların həyata keçirilməsinə mane ola biləcək faktor ola bilməz. Konvensiyanın 23-26 maddələrinin nizamnamələri protokola tətbiq olunub.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb