Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


3.5. Uşaqların, gənclərə və ailəyə dövlət qayğısı


Hər bir qadın, hər bir ana özünü o vaxt xoşbəxt hiss edir ki, onun isti ocağı olsun və bu ocaqda dövlətin, millətin, xalqın xoşbəxt gələcəyi üçün fiziki və əqli cəhətdən sağlam, savadlı, tərbiyəli övladlar böyüsün, yetişsin. Uşaq Ailənin, bəlkə də dünyanın paklıq, saflıq rəmzidir. Hal-hazırda Azərbaycan milli dəyərlərə əsaslanan tərbiyə vasitəsi ilə dünyaya inteqrasiya edir. Bu gün dünyada 50 milyondan çox uşağın hökumət qayğısına ehtiyacı var. 1949-cu ildə Qadınların Demokratik Federasiyasının iclasında «1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü» elan edilib. 1989-cu ildə BMT-də, 1993-cü ildə isə Azərbaycanda «Uşaqların Hüquqlarının Qorunması Haqqında» qərar qəbul edilmişdir. Respublikamızda olan 3,5 milyon uşağdan 250 mini müharibə görmüş, uşaqlıq dövrlərinə keşməkeşli hadisələrin yükü düşmüşdür. «Hər bir insanın, ailənin, uşağa, övlada, gəncliyə göstərdiyi münasibətdən dövlətin, ölkənin gəncliyə göstərəcəyi münasibət doğur"[1] deyən ulu öndərin gənc nəslə qayğı göstərmək həmişə diqqət mərkəzində olmuşdur. 1996-cı il fevralın 2-də isə Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin I forumu keçirildi. Forumu yüksək qiymətləndirən ölkə başçısı 1997-ci ildə imzaladığı digər bir Sərəncamla 2 fevral «Azərbaycan Gəncləri Günü» elan etdi. 1998-ci ilin yanvar ayında kazino və qumarxanaların ləğv edilməsi barəsində Prezident Fərmanı, milli mənəvi dəyərlərin qorunmasına, gənclərin mənəvi tərbiyəsinə dövlət qayğısının parlaq nümunəsi oldu. Bu mühüm problemi dövlətlə bərabər cəmiyyət, ziyalılar, din xadimləri, qeyri-dövlət qadın təşkilatları, kütiəvi informasiya vasitələri, bir sözlə hamı böyük diqqət, qayğı, səy və vətəndaşlıq qeyrəti göstərməklə həll edə bilər, çünki tərbiyə olunan hər bir uşaq, hər bir yeniyetmə təkcə bir ailənin ümidinə, pənahına çevrilməməlidir, həm də cəmiyyət üçün gərəkli, faydalı yetişməlidir. 1998-ci il iyunun 1-də Qadın Problemləri üzrə Dövlət Komitəsi «1 iyun uşaqlann beynəlxalq müdafiə günü» müna-sibəti ilə 3 saylı internat məktəbində «cəmiyyət hamı üçündür» devizi ilə yaradıcılıq müsabiqəsi keçirtmişdir.

Komitə inzibati orqanların iştirakı ilə «Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq, küçə uşaqları» mövzusunda 11 mart 1999-cu il tarixdə konfrans keçirmişdir. Burada Azərbaycan Respublikasında keçid dövrünə uyğun şəkildə Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi, görülən işlərin səmərəliliyinin artırılması, uşaq hüquqlarının qorunması və təmin edilməsi, onların mənəvi, əxlaqi və fiziki kamilliyə çatması, layiqli vətəndaş kimi yetişməsi üçün əlverişli şəraitin yaradılması məsələlərinə toxunulmuş, yetkinlik yaşına çatmayan bu uşaqları cinayətə sövq edən səbəbləri və küçəyə düşmə amillərini öyrənib bu yoldan çəkindirmək üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi bildirilmişdir.

1999-cu il 29 iyulda Prezident Azərbaycan Respublikasında «Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi» ilə bağlı Fərman imzaladı. Bu Fərmanın yerinə yetirilməsi ilə əlaqədar QPDK, müxtəlif qadın qeyri-hökumət təşiklatları, inzibati orqanlar, gənclərlə, yeniyetmə uşaqlarla keçirilən tədbirlərdə fəal iştirak edərək rayonlarda tədbirlər planında nəzərdə tutulan mövzularda görüş və müşavirələrin keçirilməsinə nail oldular. Görüş və müşavirələr zamanı uşaq hüquqları haqqında qanunun yerinə yetirilməsi vəziyyəti ilə maraqlanılmış, bu haqda dövlət siyasətinin prinsiplərinə uyğun olaraq uşaqların böyüyüb tərbiyə almasına və müasir tələblər səviyyəsində təhsil alaraq əsl vətəndaş kimi formalaşmasında anaların rolu və məsuliyyəti haqqında qadınlara məsləhətlər verilmişdir. 6 may 2002-ci il tarixdə «Gənclər siyasəti haqqında» Qanun qüvvəyə minmişdir. Həmin qanunun əsas prinsiplərindən biri (maddə 2.3) dövlət siyasətini həyata keçirərkən qadınlar və kişilər arasında bərabərliyə hökmən riayət olunmasıdır. 1998-ci ilin dekabrında «Sənsiz» cəmiyyəti BMTİP-nın «Gender İnkişafda» qurumu ilə birlikdə «Keçid dövrü və natamam ailə» mövzusunda seminar keçirmişdir. Seminarda dövlət nümayəndələri, millət vəkilləri, təhsil, səhiyyə, hüquq-mühafizə işçiləri və nata­mam ailə başçıları iştirak etmişdir. Çıxış edənlər natamam ailələrin çətinliklərindən, keçid dövründə onların dövlət qayğısına ehtiyacından danışmışlar. Natamam ailələrin problemləri məruzələrdə ətraflı göstərilmiş və seminarın sonunda qərara alınmışdır ki, natamam ailənin sosial problemlərinin həllinə dair təkliflər Milli Məclisə və müvafiq təşkilatlara təqdim edilsin, natamam ailə üzvlərinə diqqət və qayğının artırılması üçün aidiyyatı nazirliklərə müraciət edilsin, işsizlik probleminin həlli üçün Nazirlər Kabinetinə təkliflər verilsin, təhsil sahəsində bəzi imtiyazlar verilsin və s.

Qadınlarımızın, qızlarımızın ictimai siyasi fəallığını artıran, hüquqlarının müdafiə olunmasını nəzərdə tutan respublika iqtisadiyyatının gücləndirilməsində qadınların rolu, gələcək nəslin-uşaqların tərbiyəsində gənc anaların rolu, ordunun qüdrətli orduya çevrilməsində anaların məsuliyyətinin artırılması ilə keçirilən tədbirlərdə 1999-cu il 16 fevral Sərəncamı ilə təsdiq edilmiş «Gənc ailə» proqramı və 22 iyun 2000-ci il tarixli Sərəncamla təsdiq edilmiş «Uşaqların təlim tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması» haqqında Dövlət Proqramı əsas götürülmüşdür. «Gənc ailə» proqramı əsasında gənc ailələr üçün məsləhət xidmətləri, həmçinin gənclərin nikaha qədər ailə həyatına hazırlanması genişləndirilir, sosial-psixoloji yardım mərkəzləri yaradılır, ailə idmanı növlərinin inkişafına dəstək verilir, reproduktiv sağlamlığın qorunması, mənəviyyatın gücləndirilməsi, ailənin sosial meylliliyi, uşaqların tərbiyəsinin gücləndirilməsi sahələri üzrə iş aparılır. «Gənc ailəyə yardım» xüsusi proqramının həyata keçirilməsi məqsədi ilə 1999-cu ilin noyabrında Mingəçevir şəhərində icra hakimiyyəti «Sevil» Qadınlar məclisi ilə birlikdə QPDK «Bügunki Azərbaycan ailələrin problemləri» mövzusunda bölgə müşavirəsi keçirmişdir. QPDK «Keçid dövrü və Azərbaycan qadınlarının problemləri», «Müstəqil Azərbaycan və gənc ailə problemi», mövzusunda regional konfranslar, «Qadın, ailə, cəmiyyət», «Gənclər sülh uğrunda», «Milli mənəvi dəyərlərimiz» mövzusunda konfranslar keçirmişdir. Beynəlxalq Ai­lə İlinin 10-cu ildönümü ilə əlaqədar «Ailə hüquqları» mövzusunda seminar, «Heydər Əliyev şəxsiyyəti və gələcək nəsil» və s. mövzularda müzakirələr aparılmışdır.

BMT-nin Baş Assambleyasının 1989-cu il dekabrın 8-də qəbul olunmuş qətnaməsinə uyğun olaraq, 1994-2004-cü illər Beynəlxalq Ailə İlinin 10 ili kimi qeyd olunur.

Beynəlxalq Ailə ilinin 10-cu ildönümü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ailələrin, xüsusən uşaqların və qadınların həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə Prezident Fərmanından irəli gələn vəzifələrə uyğun olaraq respublikanın bir çox bölgələrində yeni yaşayış qəsəbələri salmış, sosial obyektlərin tikintisi ilə məşğul olmuşdur. 2001 -ci ildən başlayaraq 5081 ailə üçün nəzərdə tutulmuş 599 ev tikilmişdir. Əhaliyə sosial xidmətin yaxşılaşdırılması üçün müasir tələblərə cavab verən 33 feldşer-mama məntəqəsi, 15 ümumtəhsil orta məktəb inşa olunmuşdur.

Uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, ƏƏSMN nəzdində əlil uşaqlar üçün 2 internat evi fəaliyyət göstərir. Zəruri avadanlıqlarla təmin edilmiş bu internat evində lazımi tibbi xidmətlərin göstərilməsi üçün müalicə kabinetləri və əlil uşaqların təhsil alması üçün xüsusi tədris sinifləri yaradılmışdır. 2000-ci ilin noyabr ayından Bakı şəhərində SOS Kinderdorf international Beynəlxalq Təşkilatının köməkliyi ilə yaradılmış «SOS Uşaq Kəndi» fəaliyyət göstərir. Burada müxtəlif səbəblərdən ana ola bilməyən tənha qadınlar və valideyn himayəsindən məhrum olan uşaqlardan ibarət yaradılan ailə icmaları yerləşir. Bu icmaların yaradılması valideyn himayəsindən məhrum olunmuş uşaqların mənəvi-psixoloji tərbiyəsi istiqamətində yönələrək, onların cəmiyyətə inteqrasiyasını təmin edir (analoji müəssisə Gəncə şəhərində fəaliyyət göstərir).

Aydındır ki, sosial-iqtisadi inkişafa təsir göstərən əsas amillərdən biri də demoqrafik vəziyyət və miqrasiya prosesləridir.

Məhz bu baxımdan əhali sakinliyi və demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən, «Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası» 1999-cu ildə təsdiq edilmişdir ki, hazırda bu konsepsiyadan irəli gələn vəzifələr üzrə zəruri tədbirlər həyata keçirilir. Vətəndaşların əmək miqrasiyası, gedəcəkləri ölkədə üzləşə biləcəkləri problemlər haqqında dəqiq informasiyanın verilməsi, onların əvvəlcədən məlumatlandırılması məqsədilə 2002-ci ilin sentyabr ayından yaradılmış Miqrasiya Məsləhət Xidməti fəaliyyət göstərir. Beynəlxalq Ailə İlinin 10-cu ildönümü ilə əlaqədar Dövlət Statistika Komitəsi «Azərbaycanda qadınlar və kişilər», «Azərbaycanda ailələr» adlı statistik məlumat məcmuələri hazırlamışdır. Bu məcmuələrdə ailələrin demoqrafik xüsusiyyətləri, onların sağlamlıqlarının qorunması, ailənin əmək ehtiyatları, gəliri, yaşayış şəraiti, təhsili, mədəniyyəti və s. nəzərə alınmışdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2002-ci il 2 oktyabr tarixli ilə Beynəlxalq Ailə İlinin 10-cu ildönümünün qeyd olunması ilə bağlı tədbilrlər planı təsdiq edilmiş və yerlərə göndərilmişdir. Tədbirlər planına uyğun şəhər və ya rayon mədəniyyət işçiləri ilə keçirilən seminarlarda ailənin inkişafı ilə bağlı mövzular müzakirə olunmuşdur, mədəniyyət işçilərinin Respublika hazırlıq və İxtisasartırma kursunun tədbirlər planına «Cəmiyyətdə ailənin rolu» mövzusu daxil edilmişdir.

Müvafiq aidiyyatı təşkilatların diqqətinin ailəyə cəlb edilməsi, problemlərinin geniş ictimaiyyətə çatdırılması, bu problemlərin həllinə cari elmi-nəzəri tövsiyələrin hazırlanması məqsədilə 14 oktyabr 2004-cü il tarixdə BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası ƏƏSM Nazirliyi, Qadın Problemləri üzrə Dövlet Komitəsi, Əmək və sosial problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi tərəfindən «Ailə Problemləri: Sosial Demoqrafik və gender aspektləri», mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Bu konfrans Beynəlxalq Ailə İlinin 10-cu ildönümü münasibəti ilə keçirilən tədbirlərin demək olar ki, yekunudur. Konfransda sosial-iqtisadi, siyasət və ailə, demoqrafik proseslər və ailə, işsizliyin, məşğulluğun, əmək miqrasiyasının və gəlir səviyyəsinin ailə münasibətinə təsiri, qloballaşma və müasir ailə, qadın əməyinin mühafizəsi, gen­der və s. problemlər müzakirə edilmişdir.

Kitabxanalarda ailə problemlərinə həsr olunmuş oxucu konfransları, kitabxana və klub müəssisələrində nikaha hazırlıq və kömək məqsədilə gənclər üçün mühazirələr, söhbətlər, kitab sərgiləri təşkil edilmişdir.

QPDK-nın əməkdaşları Vəfa Ələkbərova və Raminə Mədətova Uşaq Hüquqları üzrə Azərbaycanda QHT Alyansının UNİSEF-lə birgə həyata keçirdiyi «Heç bir uşağı nəzərdən qaçırmayaq» layihəsinin 1-ci və 2-ci fazası ilə bağlı 2005-ci ilin 18 iyulunda, oktyabr ayının 13-16-da, dekabr ayının 12-16-da Şəkidə, Masallıda, Uşaq hüquqları üzrə QHT Alyansının ofisində keçirilən konfransda iştirak etmiş və rayonlarda seminarlar təşkil etmişlər.

3-10 aprel 2005-ci il tarixdə Macarıstanın paytaxtı Budapest şəhərində Gənclər Təşkilatlarının Avropa Federasiyasının Avropa Şurası ilə birgə təşkil etdiyi «İnsan hüquqları-vahid Avropada insan hüquqları və sosial əlaqə gənclərin gözü ilə» mövzusunda treninq keçirilmişdir. Treninqdə Qadın Problemləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Lalə Rzayeva iştirak etmişdir.

Heydər Əliyev siyasətinin davamı olaraq Prezident İlham Əliyev dövlətin tale yükündə ailənin, qadının və uşağın rolunun böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, «Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi»nin yaranmasına Sərəncam verdi. Prezidentin 6 fevral 2006-cı il Fərmanı ilə Hicran Hüseynova bu komitənin sədri təyin edildi. Hicran Hüseynova BDU-nun əməkdaşı olmuş, 2000-ci ildən bu təhsil ocağının beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin elmi işlər üzrə dekan müavini işləmiş, siyasi elmlər üzrə doktorluq müdafiə etmiş ilk qadındır.

Qadın lider kimi o, daha incə, sosial intellektə malikdir. Ətrafdakılara və özünə olan münasibət çalarlarında həssas və diqqətli olan Hicran Hüseynova 1999-cu ildən Qadın Problemləri üzrə Dövlət Komitəsində «Beynəlxalq münasibətlər və informasiya» şöbəsinin müdiri işləmişdir. 2001-ci ilin sentyabrında Azərbaycanda yaradılmış «Koalisiya 1325» üzvlərindən biri kimi (Koalisiyanın 22 üzvü cəmiyyətin bütün təbəqələrini təmsil edən vəzifələrdə çalışırlar: Bahar Muradova və Həvva Məmmədova Milli Məclisin deputatları, Tamam Cəfərova MSK üzvü və s.) «Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının Alınması və Sülh Yaradılması Uğrunda» layihəsində iştirak etmiş, qadın hərəkatının genişləndirilməsi, qadınlar arasında dialoqların aparılmasında və gender bərabərliyinin inkişafında uğurlu fəaliyyət göstərmişdir. Onun dediyi kimi: «İnsanları şəxsi mövqelər deyil, ümumi məqsədlər birləşdirir və uğur qazanmağına imkan yaradır. Biz hamımız müxtəlif partiya və təşkilatları təmsil edirik, çox vaxt gündəlik həyatda rastlaşmaya bilərik. Amma Koalisiya bayrağı altında yaratdığımız qanunlara uyğun səslərimizi birləşdirərək ümumi dəyərlər naminə irəliləyirik».

Öz mülahizə və ideyalarını daha yaxşı, məntiqlə ifadə etmək bacarığı onu bir sıra beynəlxalq seminar və treninqlərin, dəyirmi masaların iştirakçısı etmişdir. Nitsa (Fransa) və Genuya (İtaliya) universitetlərində mühazirə oxuyan Hicran xanım 2001-ci ildə Xarici İşlər Nazirliyinin Avropa Şurasının dəstəyi ilə təşkil etdiyi «Avropa Şurası-Azərbaycan», «Avropa-Qafqaz» 2002-ci ildə ATƏT-in eksperti kimi Baltik və Cənubi Qafqaz ölkələri qadın liderlərinin seminarlarında iştirakçı olmuşdur. 2001-ci ildə GUAM dövlətləri üzrə I qadın Forumunda iştirak etmiş, 2002-ci ildə Xari­ci İşlər Nazirliyi tərəfindən politoloq kimi NATO-nun Brüsseldəki mənzil-qərargahına ezam olunmuş, elə həmin ilin aprel ayında Cənubi Qafqaz Regional Təhlükəsizlik İnstitutunun Gürcüstanda Likani-Borjomi şəhərində «Cənubi Qafqazda Regional Təhlükəsizlik» mövzusunda dəyirmi masanın iştirakçısı olmuşdur.

Hicran Hüseynova, həmçinin intellektual müstəqilliyi ilə fərqlənən lider qadınlarımızdandır. Belə ki, o, bir sıra proqramların iştirakçısı və müəllifidir: TEMPUS-TASİS xətti üzrə Beynəlxalq universitetlərarası proqramın (1996), Bakı, Tbilisi və Yerevanda keçirilən «American Education Development», «Cənubi Qafqaz­da qadın liderləri» (2000) təşkilatının regional proqramlarının iştirakçısı; o cümlədən «Müasir İnteqrasiya Problemləri» və «Beynəlxalq münasibətlər tarixi» mövzusunda bir çox proqram müəllifidir. 2002-ci ildə ATƏT-in eksperti kimi Azərbaycanın 15 regionunda siyasi sferada qadınların fəallığının artırılması və gender siyasəti məsələlərinin genişləndirilməsi sahəsində treninqlər aparmışdır.

Hicran Hüseynova 2001-ci ilin iyul ayından ATƏT-in Gender proqramları üzrə ekspertidir. ABŞ-ın Harvard və Qərb-Şərq universitetləri ilə Lobbizm və beynəlxalq liderlik sahəsində əməkdaşlıq edir. O, həmçinin Azərbaycanda «Beynəlxalq məsələlərin tədqiqatı assosiasiyası»nın prezidentidir. O, lider kimi parlaq şəxsiyyətdir, başqalarının əhval-ruhiyyəsini duyaraq onların ictimai fəallığının artmasına, idarəetmə səviyyəsinin yüksəlməsinə şərait yaradır: «...Artıq Qərbdə sübut olunmuşdur ki, qadın peşəkarların fəaliyyəti cəmiyyətin dinamik və harmonik inkişafına gətirib çıxarır. Mənə elə gəlir ki, qadınların idarəetmədə təmsilçiliyinin yüksəldilməsi üçün, ilk növbədə onların özlərində təşəbbüskarlıq olmalıdır. Onlar özlərinə inanmalıdırlar. Axı, bizim qadınlar daxilən zəngin, mənəviyyatca güclüdürlər. Cəmiyyətin sükanını onlara etibar etmək olar». Yeni yaradılmış Komitə işinin müasir tələblər üzərində qurulmasına, kadr siyasətində dəyişikliklər aparılmasına, zamanın tələbinə cavab verən peşəkar insanların və uşaqların yaşadığı keçid dövrünün xarakterik problemlərinin (işsizlik, köçkünlük, qaçqınlıq, hərbi münaqişələr, ailə qayğıları və digər sosial-iqtisadi problemlər) aradan qaldırılması istiqamətdə fəaliyyətini davam etdirməsinə xidmət edəcəkdir. 27 fevral - 3 mart 2006-cı ildə Nyu-Yorkda BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyanın 50-ci sessiyasında Hicran Hüseynova çıxış edərək Azərbaycanda gender bərabərliyinin mövcud vəziyyəti, hazırda həyata keçirilən proqramlar, son illər Azərbaycanda aparılan islahatlar haqqında məlumat verdi. Ümidvarıq ki, Heydər Əliyev məktəbinin layiqli yetişdirməsi olan bu xanımın rəhbərliyi altında yeni yaranan Komitə Azərbaycanın gələcək ictimai-siyasi həyatında parlaq səhifələr yazacaq, uğurlu fəaliyyəti ilə özünü mükəmməl təsdiq edəcək, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəkdir.



[1] Heydər Əliyev və Yeni Azərbaycan Partiyası. Bakı. Elm. 1999. -s.133.

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb