Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


3.6. Azərbaycan qadınları sülh uğrunda mübarizədə


Sülh qlobal strategiyadır və dəyər anlamında çoxşaxəlidir. Çünki, müharibənin hər bir dövlətin həyatında törətdiyi fəsadlar yaşadığımız minillikdə zülmün təzahür formalarının nəticəsinə çevrilən problemlərdəndir. Buraya dağıdılmış iqtisadiyyatı, talan edilmiş yurd yerlərini, viran qalmış qəbiristanlıqları, tükənmiş xəzinəni və bir də mənəviyyatı parçalanmış anaları, bacıları, narahat ruhlu şəhidləri, uşaqlıqdan məhrum edilən körpələri aid etsək yanılmarıq. Onun aradan qaldırılması bəşəriyyətin qarşısında duran vacib məsələlərdən biridir.

Ərazi bütövlüyü və siyasi müstəqillik, suverenlik prinsiplərinə qarşı yönələn təhlükə və zoru rədd edən, dünyada sülhün tərəfdarı olan və insan haqlarına, demokratiyaya və münaqişələrin sülh yolu ilə həllinə nail olunmasını irəli sürən və müdafiə edən mühitin mövcudluğu qadınların tərəqqisi üçün mühüm amil kimi BMT-nin Nizamnaməsində (maddə 1) öz əksini tapmışdır. Sülh qadınların və kişilərin hüquq bərabərliyi və ya inkişaf amili ilə möhkəm bağlıdır. Təcavüzkarlıq, xarici işğalçılıq, münaqişələrin etnik və digər zəmində təzahürü, dünyanın əksər regionlarında qadınlara və kişilərə təsir göstərən real həyat amilləridir. Cenevrə Konvensiyasının 1-ci protokolunun 50-ci maddəsi müəyyən edir ki, «mülki əhali» «mülki şəxs sayılan bütün şəxslərdən» ibarətdir və hərbi statusa malik olmayan mülki əhali hərbi əməliyyatlarda iştirak etdiyi hallarda öz toxunulmazlıq statusunu itirmiş olur. Mülki əhaliyə, xüsusilə də qadınlara, uşaqlara və əlillərə təsir göstərən silahlı konfliktlə bağlı vəziyyətlərdə insan haqları kobud şəkildə pozulur və mülki əhaliyə hücumu qadağan edən Beynəlxalq Humanitar Qanun, bəzən ardıcıl olaraq nəzərə alınmır. «Mülki əhalinin müharibə zamanı müdafiəsi» ilə bağlı olan 1949-cu ilin Cenevrə Konvensiyası və 1977-ci ilin «Əlavə sazişləri» belə bir şərt irəli sürür ki, qadınlar namuslarına olunan qəsdən, onları alçaldan rəftardan, zorlamadan, təzyiqin istənilən növündən, xüsusən müdafiə olunmalıdır. «İnsan Haqları Üzrə Dünya Konfransı» tərəfindən qəbul olunmuş Vyana Bəyannaməsi və Fəaliyyət Proqrami bildirir ki, «Silahlı konflikt zamanı qadınların insan haqlarının pozulması Beynəlxalq İnsan Haqlarının və Humanitar Qanunun əsas prinsipləri»nin pozulmasıdır. Silahlı toqquşmalar zamanı, əsasən də etnik təmizləmə və zorakılığın yeni növlərinin əmələ gəlməsi nəticəsində məcburən köçürülən, yaşayış yerlərini, əmlaklarını, əzizlərini, yaxın qohumlarını itirən, yoxsullaşan, ərlərindən ayrı salınan və ailələri dağılan, eləcə də zorakı hadisələrin: cinsi köləliyin, cinsi təhqirlərin və məcburi hamiləliyin qurbanı olan qadınlar ömürlük olaraq xarici işğalçılığın nəticəsindən doğan sosial, iqtisadi və psixoloji sarsıntılara məruz qalırlar. Yaşadığımız dövrdə millətlər və xalqlar üçün ədaləti bərqərar edəcək bir sülh mədəniyyətinin tərbiyə etdirilməsi, etibarlı sülhə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. YUNESKO-nun «Qadınlar və sülh mədəniyyəti proqramı»nın (1996-cı ildə təsis edilmişdir) əsas məqsədi - gender perspektivini «Sülh mədəniyyətinə doğru» proyektinə yönəltmək və fəaliyyət üçün «Beycing Platforması»nın tələblərini həyata keçirməkdən ibarətdir. Beycing Platforması təsdiq edir ki, «qadınların hakimiyyət strukturlarında tam iştirakı və konfliktlərin qarşısını almağa yönəlmiş bütün səylərə cəlb olunması sülhü saxlamaq və inkihaf etdirmək üçün vacib amildir.

Həmin proqramda aşağıdakılar xüsusi vurğulanır:

- gender bərabərliyi sülh mədəniyyətinin müəyyən şərtidir;

- cəmiyyətin bütün səviyyələrində qadınların təcrübəsindən, istedad, baxış və potensial imkanlarından tam istifadə edilməsi zəruridir.

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə atəşkəsə nail olması, sülh dəyərlərinin əsas daşıyıcılarından olan Azərbaycan qadınlarına sülhün bərqərar olmasında və sülh mədəniyyətindəki rollarının artırılmasında irəliyə doğru təkan verdi. O, qadınların sülh təşəbbüslərini müdafiə etməklə yanaşı, onların demokratik proseslərdə iştirakına şərait yaratdı. Sülh quruculuq işləri: münaqişələrin qarşısının alınması, onların həll edilməsi istiqamətində dəyirmi masaların, seminarların, görüşlərin təşkili, ölkədə formalaşan vətəndaş cəmiyyəti fəaliyyətinin tərkib hissəsinə çevrildi. Qadınlarımızın sülh quruculuğu prosesindəki fəaliyyətinə nəzər salsaq görərik ki, hələ 1992-ci ildə hərbi əməliyyatların getdiyi müddətdə «Sülh Karvanı» adlı beynəlxalq aksiya təşkil edildi. Yerevan və Bakıda aparılan bu aksiyaların məqsədi geosiyasi maraqların münaqişəyə səbəb olmasını açıqlamaq idi. Müharibə əleyhinə olduqlarını göstərmək məqsədi ilə 1994-cü ildə «Qazax-İcevan» sərhədində qadınlar və gənclər arasında görüş keçirildi. Görüşdə qadınlar özgə torpağında hərbi qulluğun keçirilməməsinə dair aksiyalar təşkil etdilər. 1996-cı ildə «Qadınların Zaqafqaziyada dialoqu» yarandı. Gürcüstanda və ABŞ-da bu dialoq çərçivəsində görüşlər keçirildi. QPDK-nın, BMT-nin resurs mərkəzində qadın təşkilatlarının və «Gender İnkişafda» qurumunun nümayəndələri ilə birlikdə 1999-cu ilin fevral ayında ABŞ-ın Milli Sülh Fondunun nümayəndəsi xanım Debora Uelsin təqdim etdiyi «Qafqazda sülh layihəsi»nin müzakirəsi keçirildi və layihə üzərində bir sıra işlər aparıldıqdan sonra Prezidentin təqdiminə verildi.

1999-cu il 5 iyun tarixində 435 saylı Sərəncamla Azərbaycan Respublikasının hökuməti ilə BMT-nin Qadınlar üçün İnkişaf Fondu arasında əməkdaşlıq üzrə «Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının Alınması və Sülh Yaradılması Uğrunda» layihəsi Azərbaycan Respublikası Baş Nazirinin müavini Abid Şərifov tərəfindən imzalandı. Layihənin 2001-ci ildə həyata keçirilməsi nəzərdə tutulurdu. Bu layihə çərçivəsində münaqişələrin qarşısının alınması və həll edilməsi, eləcə də sülh yaradılması sahəsində 20 təlimçi hazırlıq kursunu bitirmiş, respublikanın bütün regionlarını əhatə edən 60 seminar-təlim keçirilmişdir. Məsul vəzifələrdə çalışan 1200 qadın bu təlimlərdə iştirak etmişdir. Bu sahədə təhsilin xüsusi rolunu nəzərə alaraq, təhsil proqramları işlənib hazırlanmış və təhsil müəssisələrinə münaqişələrin qarşısının alınması və həll edilməsi, eləcə də sülh yaradılması mövzusunda yeni təlimatlar tətbiq edilmişdir. Bu proqramlarda qadınların sülh mədəniyyətinin yaradılmasında roluna xüsusi diqqət verilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının 29 dekabr 1999-cu il tarixli Respublikada «2000-ci ilin Sülh Mədəniyyəti ili» kimi keçirilməsi haqqında Fərmanı ilə əlaqədar Qadın Problemləri üzrə Dövlət Komitəsi BMT ilə birgə konfrans keçirmişdir. Konfransda Komitənin sədri Zəhra Quliyeva «Qadınlar sülh istəyir», BMT-nin Azərbaycandakı nümayəndəliyinin məsul işçisi Abdulla Dorani «BMT-nin məramı millətlər arasında sülhün təminatıdır», millət vəkili Mübariz Qurbanlı «Müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qafqazda sülhün qarantıdır» mövzusunda məruzə etmişlər.

Komitə «Sülh Mədəniyyəti ili» ilə əlaqədar tədbirlər hazırlayıb «Ailədə və cəmiyyətdə sülhün eldə edilməsində qadınların rolu», milli azlıqlar, etnik qruplar yaşayan rayonlarda qadınlarla «Sülhün əldə edilməsində xalq diplomatiyasının rolu», «Sülh mədəniyyəti elə danışıq münasibəti mədəniyyətidir» mövzusunda seminar və görüşlər təşkil etmişdir.

Bizim ölkədə qadınlar milli, regional və beynəlxalq səviyyələrdə sülh quruculuğu işinə fəal cəlb edilmişlər. BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin müddəalarına əsasən və qadınların sülh prosesinə fəal cəlb edilməsi məqsədi ilə 2002-ci ilin sentyabr ayında milli «Koalisiya 1325» təsis edildi. Yaradıldığı andan etibarən Koalisiya, 1325 saylı Qətnamənin məzmunu ilə əlaqədar Azərbaycan cəmiyyətinin məlumatlılığını artırmaq, qərar qəbuletmə proseslərində qadınların fəal iştirakının əhəmiyyətini vurğulamaq və sülhün bərqərar edilməsinə yönəldilmiş hərəkatlarda qadınların rolunu dəstələmək məqsədi ilə bir sıra layihələrə cəlb edilmişdir. Koalisiya iştirakçıları tərəfindən Azərbaycanın müxtəlif regionlarında «Sülhün bərqərar edilməsi prosesində gender bərabərliyinin təmin edilməsi» mövzusunda 12 təlim keçirilmişdir. Bundan əlavə «Azərbaycan qadınlarının milli və beynəlxalq səviyyələrdə qərar qəbuletmə prosesində iştirakı» mövzusunda da 2 dəyirmi masa təşkil edilmişdir.

Heydər Əliyev Türkiyədə ən çox sevilən və dəstəklənən siyasi xadimdir. Türkiyə ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsində onun müstəsna rolu olmuşdur. Türkiyə Cumhuriyyətinin qurucusu ulu öndər Atatürkün «Yurdda sülh, Cahanda sülh» prinsipi əsasında dünyada sülhə, dövlətlər arasında dostluq, anlaşma və xoşməramlı əməkdaşlıq yaranmasına xidmət etməsi, bu işlərin beynəlxalq aləmdə dəyərləndirilməsi; xüsusən Atatürk və Atatürkçü düşüncə tərzini çox yaxşı bilməsi və bundan örnək alması, çıxışlarında bu mövzunu tez-tez dilə gətirməsi, türk mədəniyyəti və tarixini dünyaya tanıtdırması nəzərə alınaraq, 1999-cu ildə Heydər Əliyev «Beynəlxalq Atatürk sülh mükafatına» layiq görülmüşdür.

4-9 aprel 2000-ci il tarixdə «Kitabi-Dədə Qorqud»un 1300 illik yubileyi ərəfəsində türksoylu ölkələrin qadınlarının iştirakı ilə «Avrasiyada Sülh; Qadınlar XXI əsrin astanasında» mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 12 ölkə nümayəndəsinin iştirak etdiyi bu konfransda nümayəndələr və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva çıxış edərək tarix boyu türk xalqının antitürk siyasəti ilə rastlaşmasından, türk dünyasını parçalamaq, onun qüdrətini azaltmağa səy edənlərə qarşı mübariz olduqlarından, türk əzmindən, türk ruhunun müqəddəsliyindən və əbədi yaşar olduğundan söhbət açaraq xalqlarımızın bundan sonra da mənəvi bütövlüyünün parçalanmasına imkan verilməyəcəyindən danışdılar. Onlar, nəinki Türk dünyasında, Avrasiyada, həm də bütün dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərarlığı arzusunda olduqlarını bildirdilər. Konfrans iştirakçıları türk qadınlarının üzərinə düşən məsuliyyətdən, türk qadınlarının sülh mədəniyyətinin tərəqqisində böyük rolundan söhbət açaraq XXI əsrin astanasının dünyada «Sülh Mədəniyyəti İli» ilə başlanmasına, bu gün insanların dünyada ən çox sülhə, onun əldə olunması üçün ictimai şüurun artırılmasına yönələn tədbirləri təşkil etməklə BMT-nin məramına tərəfdar olduqlarını söylədilər.

7 may 2000-ci il tarixdə Qazax rayonunda «H. Əliyev E. Şevardnadze dostluğu Qafqazda sülhün qarantıdır» mövzusunda Gürcüstan-Azərbaycan qadınlarının konfransı keçirilmişdir. Hər iki tərəfdən nümayəndələr çıxış edərək Qafqazda sülhün qorunub saxlanmasında «H.Əliyev E.Şevardnadze» dostluğu fenomeninin böyük əhəmiyyətini göstərərək, 30 il davam edən bu dostluğun, tarixən dost olan bu xalqların daha da yaxınlaşmasına, onlar arasında əmin-amanlığın bərqərar olmasında böyük əhəmiyyət kəsb etdiyi qeyd olunmuş, həmçinin, məhz Gürcüstan və Azərbaycan qadınlarının bu dostluğu özlərinə sülh, əməkdaşlıq proqramı üçün əsas götürdükləri vurğulanmışdır. 2000-ci il ərzində Gürcüstan, Azərbaycan, Ermənistan qadınlarının Bakıda, Tibilisidə, Yerevanda və başqa şəhərlərdə keçirilən görüşlərində təcrübə mübadiləsi aparılmış, qadınlara dövlət səviyyəsində göstərilən diqqətdən söhbət açılmış, Azərbaycan Respublikası Prezidentinin qadın problemlərinə xüsusi qayğısını Ermənistan və Gürcüstan qadınları tərəfindən təqdirəlayiq bir hal kimi çox yüksək qiymətləndirmişlər.

Azərbaycan qadınları dövlətimizi müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin işində də təmsil etməyə hüquqi əsası vardır. Belə ki, Respublika Prezidentinin 20 may 2000-ci il tarixli 421 saylı Sərəncamı əsasında aşağıdakı tərkibdə dövlət nümayəndə heyəti «Qadınlar 2000-ci ildə: kişilər və qadınlar arasında bərabərlik, inkişaf və XXI əsrdə sülh» adı altında 5-9 iyun tarixdə Nyu-York şəhərində keçirilən BMT-nin Baş Assambleyasının 23-cü Xüsusi Sessiyasında iştirak etmişdir: Zəhra Quliyeva (sədr), Sevil Zeynalova, Möminat Ömərova, Sevda Məmmədəliyeva, Eleonora Hüseynova.

Sülh Mədəniyyəti çərçivəsində aparılan tədbirlərin ardıcıl davamı olaraq Bakı Dövlət Universiteti, QPDK və Amerika Milli Sülh Fondu ilə birgə «XXI əsrdə liderlik münaqişələrin həlli və qarşısının alınması» adlı layihəsini həyata keçirmişdir. Bu məqsədlə Bakı, Yerevan, Tbilisi Dövlət Universitetlərinin təşəbbüsü ilə Bakı, Tbilisi və Yerevanda seminar-treninqlər keçirilmişdir.

2001-ci il sentyabrın 7-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası hər il sentyabr ayının 21-ni «Beynəlxalq Sülh Günü» kimi qeyd olunmasına dair qətnamə qəbul etmişdir. Qətnamə üzv dövlətləri, o cümlədən QHT-ləri bu günü qlobal atəşkəs və zorakılığın olmadığı bir gün kimi yad etməyə dəvət edir. Bununla əlaqədar olaraq Komitə 21 sentyabr - «Beynəlxalq Sülh Günü»nü qeyd etmək üçün tədbirlər hazırlanması və bu istiqamətdə plan və fəaliyyət haqqında öz təkliflərini vermişdir.

2003-cü il yanvarın 22-23-ü Makedoniyanın paytaxtı Skopyedə «Demokratikləşmə, münaqişələrin qarşısının alınması və sülh quruculuğu: perspektivlər və qadınların rolu» mövzusunda «Qadınlar və kişilər arasında bərabərlik» üzrə V Avropa Nazirlər Konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikasını QPDK-nın sədri Zəhra Quliyevanın başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.

2004-cü ilin 1-12 mart tarixlərində Nyu-Yorkda BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 48-ci Sessiyası keçirildi. Bu Sessiya Qadınların 4-cü Ümumdünya Konfransının və Baş Assambleyanın «Qadınlar 2000-ci ildə: gender bərabərliyi, inkişaf və XXI əsr üçün sülh» adlı xüsusi sessiyasının davamı idi. Ümumi debatlarda 82 üzv ölkə, 2 müşahidəçi ölkə, BMT-nin 12 ixtisaslaşmış qurumu, 3 hökumətlərarası təşkilat və 11 qeyri-dövlət təşkilatlarının nümayəndələri olmaqla 110 spiker iştirak edirdi. Spikerlərin tərkibinə həmçinin 14 nazir, 3 nazir müavini, 18 səfir və eləcə də Daimi Katiblər və milli mexanizmlərin rəhbərləri daxil idilər.

Bu sessiyada BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyası 2002-2006-ci illər üçün çoxillik iş proqramına uyğun olaraq qadınların münaqişələrin qarşısının alınmasında, həllində və sülh yaradılmasında bərabər iştirakı mövzusuna geniş yer verildi. Azərbaycan Respublikasını bu sessiyada Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Möminat Ömərova təmsil edir­di. Xanım Ömərova sessiyada çıxış edərək Azərbaycanda gender siyasətinin aparılması sahəsində əldə edilmiş nailiyyətlər və gen­der yanaşmalarının hökumət və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilməsi haqqında məlumat verdi. Möminat Ömərova öz çıxışında qadınların, xüsusilə qaçqın düşərgələrində məskunlaşan qadınların bu sahədə gördüyü işlər haqqında ətraflı danışdı. Bundan əlavə sessiya zamanı xanım Ömərova Avropa Şurası və UNİFEM ilə birgə keçirilən «Avropada qadınların demokratikləşmə prosesində, münaqişələrin qarşısının alınmasında və sülh yaradılmasında rolu» adlı iclasın işində iştirak etmişdir. Bu iclasda Möminat Ömərova həmçinin, UNİFEM-in «Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının Alınması və Sülh Yaradılması Uğrunda» layihənin təqdimatını keçirtdi.

UNİFEM 2006-2015-ci illər üçün «Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı»nın ikinci mərhələsinin hazırlanması prosesinə qadınların daha fəal cəlb edilməsi məqsədi ilə «Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının Alınması və Sülh Yaradılması Uğrunda» regional layihə çərçivəsində Qadın Problemləri üzrə Dövlət Komitəsi və Koalisiya 1325 ilə birgə 2005-ci il avqust-sentyabr aylarında Azərbaycanın 14 zonasında 42 rayon üçün «Yerli əhalidən hökumətə doğru Azərbaycanda gender bərabərliyinin prioritetlərinin müəyyən edilməsinə dəstək» adlı yerli forumlar keçirdi. Görüşlərin əsas məqsədi yerli əhalinin təklif və iradlarını dinləmək idi. Görüşlərin əsas iştirakçılarını bölgələrdəki fəal qadınlar təşkil edirdilər. Hər bir görüşdə Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin I müavini D.Camalova, müavinlər S. Qəhrəmanova və M. Ömərova, şöbə müdirləri N. Bağırova və S. Zeynalova Komitə tərəfindən hazırlanan «Pekin+10» Milli Hesabat haqqında məlumat vermiş, «Qadınlar, yoxsulluq və iqtisadiyyat», «Qadınlar və təhsil», «Qadın və sağlamlıq», «Qadınlara qarşı zorakılıq», «Qadınlar, silahlı münaqişələr və qaçqınlar» və «Qadınların qərar qəbuletmə prosesində iştirakı» mövzusunda məruzə etmişlər və bu mövzu daxil olmaqla həmin hesabatın altı problemli sahəsi üzrə müzakirələr aparılmış, təkliflər hazırlanmış və təqdim olunmuşdur.

«Qadınlar və Silahlı Münaqişələr» strategiyasının uğurla həyata keçirilməsi Dağlıq Qarabağ probleminin həlli ilə sıx bağlıdır ki, bu da öz hüquqi əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 qətnamələrində, eləcə də ATƏT-in Lissabon Sammitinin qərarlarında tapmalıdır.

Dünyada olan milyonlarla qaçqınların və məcburi köçkünlərin, eləcə də daxili köçkünlərin 80 faizini qadınlar və uşaqlar təşkil edir. Onların əmlaklarını, mallarını və iş yerlərini itirmək, yaşayış yerinə qayıtmaq imkanından məhrum olmaq qorxusu var. 1951-ci ilin Konvensiyasında qaçqınların statusu ilə bağlı qeyd olunan səbəblərə görə (zorla köçürülən qadınlara və uşaqlara qarşı cinsi zorlanma tətbiq olunma, terror kampaniyalarına cəlb edilmə; etnik, mədəni və dini qrupların üzvlərinin evlərini məcburi tərk edilməsi) və 1967-ci ilin Protokoluna daxil edilən cinsi zorlama və s. səbəblər üzündən sürgünlüklərinin əsaslı qorxusundan qadınlar qovulmağa məruz qala bilərlər və qaçqınlıq zamanı sığınacaq tapdıqları ölkələrə və eləcə də vətənlərinə qayıtdıqdan sonra zorlanmağa və istismar olunmağa məruz qalmaqda davam edə bilərlər. Qaçqın və məcburi köçkün qadınlar çox vaxt əzablara dözməyə imkan verən qüvvə və ixtiraçılıq nümayiş etdirirlər, özlərinə təsir göstərən məsələlərin həllinə cəlb olunmağa ehtiyac duyurlar.

Hal-hazırda erməni qəsbkarları tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyonadək azərbaycanlı (420 min qadın) öz torpağında qaçqın və məcburi köçkünə çevrilmişdir. Hərbi təcavüz nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq əlil olmuşdur. Təkcə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsində mülki əhalidən 109 nəfər qadın qətlə yetirilmişdir. 4841 nəfər münaqişə zonasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır (onlardan 321 nəfəri qadındır). Təkzib olunmaz faktlara əsasən itkin düşmüş 4841 vətəndaşdarı ən azı 783 nəfər ermənilər tərəfindən əsir, yaxud girov götürülmüşdür (onlardan 46 nəfəri qadındır), lakin bu faktlar Beynəlxalq Təşkilatlardan, o cümlədən bu işlə yaxından məşğul olan Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilmişdir. Şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin, şahid ifadələrin əsasında tərtib edilmişdir. Azərbaycan tərəfindən daxil olan məlumatlar göstərir ki, qeyd olunan siyahıdakı şəxslərin böyük əksəriyyəti erməni əsirliyində öldürülmüş, yaxud işgəncə və xəstəliklərdən vəfat etmiş, az bir hissəsi isə indi də gizlədilərək, Ermənistanda və işğal olunmuş ərazilərdə qul kimi istifadə olunurlar. Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəyə vurulmuş iqtisadi zərərin ümumi dəyəri təxminən 22 mlrd. ABŞ dolları təşkil edir; 800-dən artıq yaşayış məntəqəsi yandırılmış və talan edilmişdir; 6 mindən artıq sənaye, kənd təsərrüfatı və digər istehsal müəssisələri sıradan çıxarılmışdır; 150 mindən artıq yaşayış evi və 4366 sosial-mədəni obyekt dağıdılmışdır. Baş verənlərin qadınların həyatına ağır təsiri olmuşdur, belə ki, ölkədə mövcud olan qaçqın və məcburi köçkünlərin yandan çoxunu qadınlar təşkil edir. Bu gün sülh onların həyatında ən önəmli şərtdir. Sülh ağıllı siyasət, sivil qələbə olaraq uzaqgörən siyasətçinin şərəfli qalibiyyət təntənəsidir. Məhz bu baxımdan «Ən böyük problemimiz ermənilərin işğal etdiyi torpaqlarımızın azad edilməsidir» deyən Heydər Əliyev fitri istedadı və zəngin təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görmüş, mühüm əhəmiyyət kəsb edən tarixi qərarlar vermiş, bu zaman əsl vətəndaş mövqeyindən çıxış etmişdir. Onun qoyduğu siyasi diaqnoz müstəsna dəqiqliyi ilə fərqlənmiş, haqlarımızın pozulması fikri dünyaya çatdırılmışdır. Onun həyata keçirdiyi uğurlu beynəlxalq siyasətin və diplomatik səylərin nəticəsində dünya dövlətləri Azərbaycanda qaçqınların problemlərinə diqqət yetirmiş, yurd-yuvalarından didərgin düşmüş insanlara həm ayrı-ayrı ölkələr, həm də beynəlxalq ictimai təşkilatlar tərəfindən humanitar yardımlar göstərilmişdir. 1998-ci il 17 avqust tarixində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təsdiq et­diyi «Qaçqın və məcburi köçkünlərin işinə dair» yeni proqramda QPDK qaçqın və məcburi köçkünlərin kompakt yerləşdiyi rayonlarda (Bərdə, Ağcabədi, Tərtər və s.) olmuş, Qurban Bayramında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə İmişli rayonunda məskunlaşan insanlarla görüşmüşdürlər. Xeyriyyə tədbirləri keçirməklə məcburi köçkün və qaçqınların problemləri öyrənilmiş, onların həlli üçün Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə sıx əlaqə saxlanmışdır. 1999-cu il martın 7-də «Sevil» Qadınlar Məclisində QPDK-nın nümayəndələri ilə İmişli və Biləsuvar rayonunun qadınları və orada məskunlaşmış məcburi köçkün və qaçqınlarla «8 Mart» bayramı ərəfəsində görüş keçirmiş, incəsənət nümayəndələrinin iştirakı ilə qadınlara konsert verilmişdir.

Qaçqınların yerlərdə tibbi xidməti üçün tibb müəssisələri tərəfindən yaradılmış həkimlərdən və orta tibb işçilərindən ibarət briqadalar müntəzəm olaraq zəruri tədbirlər həyata keçirmişlər. Müvəqqəti çadır şəhərciklərində və ictimai binalarda məskunlaşan qaçqın və məcburi köçkünlərə lazımi dava-dərman, sarğı vasitələri və s. ləvazimatlar verilmiş, tibb məntəqələri təşkil olunmuşdur. Göndərilən briqadalar xəstəlikləri aşkar etmək məqsədi ilə müayinələr aparmış, epidemioloji vəziyyət öyrənilmiş, müvafiq tədbirlər görülmüşdür. Səhiyyə müəssisələrinin bərpası üçün proqram qəbul edilmişdir. Biləsuvarda qaçqınların yerləşdiyi yerlərə rentgen aparatları, sanitar maşınlar və elektrokardioqraflar verilmişdir.

1999-cu il 16-23 oktyabr tarixində Komitənin sədr müavini Möminat Ömərova «Qadın və ictimai siyasət» Proqramının Azərbaycan nümayəndəsi kimi ABŞ-ın Boston şəhərində yerləşən Harvard Universitetinə getmişdir. Harvard Universitetinin müəllimləri tərəfindən dünyanın 10 münaqişə zonası, 120 ölkəni təmsil edən 10 nəfər koordinatorun iştirakı ilə dörd günlük seminar-treninq və Senator Ted Kennedinin ofisində senatorla görüş keçirilmişdir. Digər növbəti görüş isə Konqresin Nümayəndələr Palatasında konqresmen qadınlar, BMT-nin və digər beynəlxalq təşkilatların nümayəndələri və analitiklərlə olmuşdur. Görüşdə Möminat Ömərova çıxış edərək, 907-ci maddənin Azərbaycana olan təsiri haqqında, qaçqınların və məcburi köçkünlərin vəziyyəti haqqında informasiya vermişdir. Məruzədə dahi şəxsiyyət, ümummilli Lider Heydər Əliyevin yolu ilə gedən Prezidentimiz İlham Əliyevin öz fəaliyyəti ilə bu siyasətin dönməzliyini sübut etdiyi qeyd olunmuşdur. 2008-ci ilədək 600 min iş yerinin açılması, əhalinin maddi gəlirlərinin artımından tutmuş, onların şikayət və ərizələrinə operativ baxılması, ölkənin sosial-iqtisadi inkişafi, qaçqın və köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, onlar üçün yeni, müvəqqəti evlərin tikilməsi, qəsəbələrin salınması, işlə təmin olunması məsələsi xalq tərəfindən gələcəyə olan böyük ümidləri artırır.

Prezidentin «Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında» Fərmanında Nazirlər Kabinetinə qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramını hazırlayıb həyata keçirilməsi tapşırılmışdır.

Qaçqın və məcburi köçkünlərin məşğulluğu ilə əlaqədar müəyyən işlər görülmüşdür. Qadın Problemləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Qaradağ rayonunda yerləşən qaçqın və məcburi köçkünlər üçün salınmış yaşayış məntəqəsində minlərlə iş yerlərinin açılmasına nail olmuşlar.

Komitə Azərbaycan Respublikası «Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək üçün Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr ta­rixli 176 saylı qərarı ilə təsdiq edilmiş «Qaçqın və Məcburi Köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı»nın icrası ilə əlaqədar qaçqınların sıx məskunlaşdığı rayonlarda - Sabirabadda, İmişlidə, Əli Bayramlıda, Qazaxda olmuş, qadınların işə olan ehtiyaclarını və yerli təşkilatların imkanlarını öyrənməyə çalışmışdır.

Respublika Məşğulluq Xidməti Orqanları tərəfindən qadınların sosial müdafiəsi və onların məşğulluğunun təmin edilməsi sahəsində müəyyən işlər görülmüşdür. 3701 qadın (o cümlədən 3027 qaçqın qadın) işsiz statusu almış, 607 qadın (o cümlədən 148 qaçqın qadın) kvotaya uyğun olaraq işlə təmin olunmuşdur. 1 iyul 2004-cü il tarixdə ölkə Prezidenti tərəfindən «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» təsdiq edilmişdir. Proqramın icrası 2004-2007-ci illəri əhatə etməklə, 22921 ailənin və ya 110 min məcburi köçkünün həyat səviyyəsinin yaxşılaşdırılmasını, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsini, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirini nəzərdə tutur. Eyni zamanda Proqramda 30 min yeni iş yerinin (25 inşaat işlərində, 5 min isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə işlər görülür.

Dünya Bankının 15 fevral 2005-ci il tarixdə məcburi köçkünlərin iqtisadi inkişafına dair yardım layihəsini maliyyələşdirmək məqsədi ilə 11.5 mln. ABŞ dolları məbləğində güzəştli kreditin ayrılmasını təsdiqləmişdir. Layihənin əsas məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, iqtisadi imkanların gücləndirilməsi və məcburi köçkünlərin sosial inteqrasıyası üçün perspektivlər yaratmaqdır.

Yaşadığımız minilliyin ilk illəri sosial, siyasi həyatın fəallaşması ilə üst-üstə düşən əhəmiyyətli hadisələrlə zəngindir. Bu hadisələr mövcud bəşəri dəyərlərin və idrak metodlarının dəyişməsinə xidmət edən ictimai normalara qarşı olan protestlərlə səciyyələnir. Antropoloq Marqarit Mid 1940-cı ildə yazmışdır ki, insanlar anadangəlmə təcavüzkar olmurlar və müharibə də bəşər cəmiyyətinin irsən keçən mirası deyil, müharibə onun alternativi tapılmayınca aradan qalxmayacaqdır.

XXI əsrdə Gender tədqiqatlarının köməyi ilə təşəkkül taparaq formalaşan yeni tipli dünyagörüşünün əhəmiyyəti isə bəşəriyyətin inkişaf konsepsiyasında yeni baxışla səciyyələnən «zorakılıq fəlsəfəsinin» «sülh fəlsəfəsi» ilə əvəz olunmasıdır. İnanırıq ki, demokratik inkişafda xalqların milli, kulturoloji və konfessional problemlərinin araşdırılması yolunda gender tədqiqatlarından geniş istifadə edərək SÜLHƏ, əmin-amanlığa nail olacağıq.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb