Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


4.1. Lider kimi əməli fəaliyyəti və gerçəkləşdirdiyi işlər


Bəli, babalarından - Mir Cəlal Paşayev və Nəsir İmanquliyevdən miras qalmış elmi təfəkkür tərzi, gənc nəsildə milli idrak və şüurun formalaşdırılması, xalqın qan və gen yaddaşının, milli mentalitetinin qorunub saxlanması, onun tarixinə, milli mədəniyyətinə, soy-kökünə və milli mənəvi dəyərlərinə, insanlara sonsuz məhəbbət hissi, bu yolda dönməz iradə və qarşıda duran məqsədə nail olmaq arzusu onun - Azərbaycan Mədəniyyəti Dostları Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın həyat yolunu müəyyən edir. Bu çətin və şərəfli yoldur. O bu çətinliyi qabaqcadan duysa da, görsə də, vətənin «ölüm, ya olum» anında qəlbindəki can yanğısı, coşqun fəaliyyət və yaradıcılıq əzmi ilə Yeni Azərbaycan QURUCUSU və REFORMATORU Heydər Əliyev siyasətinə qoşuldu və bu yolda yorulmadan fədakarlıq göstərdi.

Liderlər daim yüksəlişə doğru can atırlar. Daxili güc, zənginlik, daxili qüvvədən əyani fəaliyyətə çevrilir. Məhz bu baxımdan qızındığı müqəddəs ocağın ab-havası, yüksək intellektual təbiəti və daxili fəziləti onu bir lider kimi yetişdirərək əməli fəaliyyətini genişləndirdi. Həyat fəlsəfəsinin kökündə isə genetik yaddaşın diqtəsi və tərbiyə aldığı ailə mühiti qarşılıqlı vəhdət təşkil edirdi. Anası - Aida İmanquliyeva XX əsrin ən görkəmli ziyalılarından idi. 1939-cu ili oktyabrın 10-da Bakı şəhərində Nəsir İmanquliyevin ailəsində dünyaya göz açmış Aida xanımın ana tərəfi Şamaxı əsilzadələrindən olan Sultanzadələr nəslindən idi. İnsanın qarşısına qoyduğu məqsədlərə çatması üçün intizamlı, ardıcıl və sistemli fəaliyyət göstərməsi vacib amillərdəndir. Həyata göz açandan ziyalı mühitində böyüyən, daxili dünyası ədəbi-bədii söhbətlərlə zənginləşən Aida İmanquliyevanın da qarşısına qoyduğu məqsəd çətin və şərəfli idi. ADU-nun şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturaya daxil olur və şərqşünas alim Rüstəm Əliyevin rəhbərliyi altında «Qələmlər cəmiyyəti» və «Mixail Nüaymənin yaradıcılığında onun rolu» mövzusunda namizədlik dissertasiyası mövzusu üzərində işləməyə başlayır. Dünyanı dərk edəndən Azərbaycanın keçdiyi repressiya, mənəvi terror yolu bir vətəndaş kimi onu da narahat edirdi. Bu baxımdan Azərbaycan mühacirlərinin Vətən, torpaq sevgisini qəlbən duyması ilk azərbaycanlı qadın kimi onun ərəb mühacirət ədəbiyyatına maraq göstərməsinə səbəb oldu. Bu barədə Hicran Hüseynovanın söylədikləri: «Yazdığı elmi işlə əslində o özünün ideyalarını cəmiyyətə çatdırırdı. Oxucuya ünvanladığı hər bir cümlə mənəvi kamilliyə, dünyəvi dəyərlərə çağırış idi. Bu gün - XXI əsrin əvvəllərində, bəlkə də bu ideyalarla çıxış etmək demokratik dəyərlərə söykənməyin adi yoludur. Ancaq sovet rejiminin qaynar dövründə-60-cı illərdə həmin fikirləri söyləməyə hər kəsin qüdrəti çatmazdı. Aida xanım isə bu ağır yükü zərif çiyinlərinə şərəflə götürə bildi»[1].

XIX-XX əsrlərdə Cənubi Amerikaya mühacirət etmiş Suriya və Livan ədiblərinin yaradıcılığına həsr edilmiş monoqrafiyasında Aida İmanquliyevanın əsas məqsədi ərəb mühacirət ədəbiyyatı ilə əlaqədar faktları toplayıb dünyaya çatdırmaq idi. Azərbaycanda bu sahədə mənbələrin az olması üzündən Aida xanım SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olunur. Gecəli-gündüzlü gərgin işləyən Aida İmanquliyeva məşhur şərqşünaslardan biri olan İosif Braqinskinin rəhbərliyi altında 1967-ci ildə Moskvada namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. Beləliklə, o ilk müsəlman, şərqşünas alim qadın kimi özünü təsdiq edir. Bu təkcə Azərbaycanda deyil, bütün Şərqdə böyük elmi hadisə idi. Alimin elmi uğurları böyük, yaradıcılığı çoxşaxəli oldu: qısa ömür payında 3 monoqrafiyanın, 70-dən artıq elmi əsərin müəllifi olan Aida xanım Şərq-Qərb ədəbi və fəlsəfi cərəyanlarını, ingilis romantizmini, onların ərəb ədəbiyyatına təsirini özünün fikir və mülahizələrində elmi cəhətdən dərin məntiqə söykənərək hərtərəfli araşdırdı.

Özünə qarşı hədsiz tələbkar olan Aida xanımın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizə dəyərli töhfə oldu.

Elmi fəaliyyətə AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi kimi başlayan Aida İmanquliyeva 1976-cı ildə Şərqşünaslıq İnstitutunda yaranmış ərəb filalogiyası şöbəsinə müdir təyin olunur. Bura Aida xanım üçün təkcə iş yeri deyil, həm də müqəddəs məbəd idi. Bu məbədin divarları arasında elmin sirlərini aça-aça tez bir zamanda hərtərəfli püxtələşən Aida İmanquliyeva elmi işlər üzrə direktor müavini, daha sonra direktor təyin edilir. Aida xanım kamil şəxsiyyət və işinin vurğunu olan nadir insan idi. Hicran Hüseynova bu barədə yazır: «Yaradıcılığına son dərəcə tələbkar yanaşan alim işi ilə bağlı hər bir uğurunu böyük səadət kimi qəbul edirdi. Aida xanım İmanquliyevanın həyatında unudulmaz hadisələrdən biri 1979-cu ildə baş vermişdi. Livan xalqı Beyrutun fəxri sayılan Mixail Nüaymənin 90 illik yubileyini qeyd edirdi. Dünyanın hər tərəfindən ziyalılar bura toplaşmışdılar. Azərbaycanı bu məclisdə akademik Cəmil Quliyev təmsil edirdi. Çıxışlardan sonra akademik Aida xanımın «Qələmlər cəmiyyəti» və «Mixail Nüaymə» kitabını yubilyara təqdim edir. Kitab müəllifinin müsəlman qadını olduğunu biləndə iştirakçılar heyrətlənirlər. Mixail Nüaymə isə kitabı gözyaşları içində öpüb bağrına basır... Bu hadisə təkcə Aida xanım üçün deyil, onun doğmaları, həmkarları, tələbələri üçün də çox əziz, xoş bir xatirə, yaradıcılıq sevinci oldu»[2].

Möhkəm iradə, dözümlülük, məqsədə çatmaq üçün bütün maneələri dəf etmək, zəngin elmi potensial və yüksək analitik düşüncə tərzi ilə Aida İmanquliyeva 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını uğurla müdafiə edir. Tədqiqatçı alim, istedadlı tərcüməçi olan professor Aida xanım həm də yüksək pedaqoji ustalığa malik lektor idi. Oxuduğu mühazirələr öz məna tutumu ilə fərqlənirdi. Çöhrəsinə xüsusi gözəllik verən zərif, incə təbəssümü ilə başqalarında həmişə xoş ovqat oyadan Aida xanım öz danışığı və rəftarı ilə tələbələrinə örnək olaraq onları yaxşı oxumağa, elmin sirlərini mənimsəməyə ruhlandırırdı. Alimin şəxsiyyətinə bələd olanlar, taleyinə ondan dərs almaq qisməti yazılanlar, bu insanı geniş maraq dairəsinə malik elm fədaisi olmaqla yanaşı, sadə və nəcib bir azərbaycanlı qadını kimi səciyyələndirirlər. Nəciblik onun həyata keçirdiyi müqəddəs əməllərdə təzahür edirdi. Xaraktercə təvazökar olan Aida xanım onu tanıyanların ümidinə, pənahına çevrilmişdi. Xeyirxahlıq onunla bərabər doğulmuşdu və deyilənə görə o, bundan xüsusi zövq alardı.

Ömür-gün yoldaşı Arif Paşayevlə qızları Nərgiz xanımı və Mehriban xanımı Vətən üçün gərəkli, ləyaqətli, soy-kökünə bağlı əsl vətəndaş kimi yetişdirdilər. 1992-ci il sentyabrın 19-da sevimli qadın, qayğıkeş ana və nənə, istedadlı alim və rəhbər, xeyirxah müəllim öz dünyasını dəyişərək əbədiyyətə qovuşdu. Tanrı ondan heç nə əsirgəməmişdi; daxili və xarici gözəlliyi bir-birilə vəhdət təşkil edirdi: natiqlik məharəti, xüsusi evdarlıq qabiliyyəti, evinə, ailəsinə bağlılığı, mehriban ünsiyyət yaratmaq və ətrafdakılarla işləmək bacarığı, alicənablılıq, səmimilik və saflıq..., bir sözlə, insana zinət verən ən nəcib keyfiyyətlər. Ancaq Aida xanımın tamlığında çatmayan bircə şey vardısa, o da təəssüf ki, vaxtsız başa vurduğu ömür payı idi. Yaşasaydı... Həyat yoldaşının, övladlarının, nəvələrinin və bütünlükdə onu sevənlərin ürəklərində bir qərib həsrət, sonsuz kədər, ağır nisgil, qəlb yanğısı qoydu getdi. Qızı Mehriban xanımın söylədikləri: «Uşaqlıq illərini xatırlayanda ümumi qayğı və müdafiə ilə əhatə olunduğum yadıma düşür... Atamın ailəsi böyük idi - üç qardaş və iki bacı. Ad günləri və bayramlar çox şən keçərdi. Uşaqlıqdan məndə belə bir fikir aşılanmışdı ki, ailə - ən əsasdır. Anam - ömrümün ən dəyərli, ən qiymətli bir hissəsidir. Heyrətamiz güclü qadın olmaqla yanaşı, hədsiz nəcib, incə bir xanım idi. Harada olmasından asılı olmayaraq daima diqqəti özünə cəlb edərdi. Həmişə onu yanımda hiss edərdim, hətta çox-çox uzaqlarda, Moskvada yaşayanda da... O, dünyasını dəyişən gün bir anın içində özümü çox yaşlı hiss etdim. Həyatımın ən ağır anlarında atam, bacım və həyat yoldaşım dayağım oldular... Sözsüz ki, həyat davam edir, amma müəyyən anlarda, xüsusilə də sevindiyim vaxtlarda, anamın yanımda olmamasından, sevincimi onunla bölüşə bilməməyimdən çox kədərlənirəm... Bu ağrılı hisslər ürəyimdə əbədidir. Atam və anam bizə yaxın dost, babalarımız isə fəxr, hörmət rəmzimiz idi. Düşünürəm ki, uşağın böyüməsi üçün yaxşı ailə və isti münasibət vacib amildir»[3]. «...Evdə ən çox uşaqlarla məşğul olmağı sevirəm... Axır vaxtlar belə bir fikir yaranıb ki, əgər qadın işləmirsə və yalnız uşaqları ilə məşğuldursa -o tam formalaşmayıb. Mənim fikirimcə, layiqli insan yetişdirmək istənilən işdən vacibdir...»[4]. Bu da ailəyə kökdən gələn bir bağlılıq, ilahi bir harmoniyadır.

Bəli, Mehriban Əliyeva valideynlərinin və düşdüyü müqəddəs ocağın arzu və ümidlərinin gerçəkləşməsi yolunda qətiyyətlə addımladı. 1988-ci ildə M.Seçenov adına birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri elmi Tədqiqat İnstitutunda işləməyə başlayan Mehriban Əliyevaya «Heydər Əliyev məktəbinin yetişdirdiyi ziyalıların kamili» desək, yanılmarıq. Onun ziyalılığı insan təbiətinin təzahürü olan estetik xüsusiyyətləri gözəl ifadə edir. Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin qiymətləndirilməsi, ona yeni can verilməsi, yaşadılması buna bariz nümunədir. Alman etnoqrafı Fridrix Ratselə görə: «Xalqın mədəni gücü onun siyasi gücündən qat-qat dərində olur. Hər hansı xalqın mədəni ucalığı onun siyasi əzəmətinin süqutundan sonra da alınmaz olan ikinci qaladır». Azərbaycan xalqının mədəni irsinin keşiyində duran Mehriban Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə hal-hazırda onun rəhbərlik etdiyi «Azərbaycan Mədəniyyətinin Dostları» xeyriyyə cəmiyyəti təsis olundu. Həqiqi lider üçün zəruri olan fitri keyfiyyətləri ilə ürəyi doğulduğu ocaqda köklənmiş millətin, xalqın qayğılarını duymaq, görmək qeyrətinə malik bu el qızının rəhbərliyi altında fond fəaliyyətə başladığı gündən milli incəsənətimizin inkişafı, təbliği, tanınması üçün böyük işlər gördü. Onun təşəbbüsü ilə fondun keçirdiyi xeyriyyə tədbirləri, prezentasiyalar, konsertlər, dünya şöhrətli mədəniyyət xadimlərinin respublikamızda qostrolları ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə YUNESKO xətti ilə «Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyinin keçirilməsi milli yaddaşımızı oyatdı, bu siyasətin davamı kimi milli qürur hissi ilə tariximizi, milli dəyərlərimizi yaşadan Mehriban Əliyevanın təşəbbüsü ilə İçəri şəhər YUNESKO-nun Mədəni İrsi Siyahısına alındı (növbədə Qobustan və Atəşgah durur). Heydər Əliyevin Azərbaycan muğamını qiymətləndirmə konsepsiyasına uyğun olaraq Mehriban Əliyevanın səyi ilə mədəni-mənəi irsimizin əzəmətli abidəsi olan muğam Dünya İrs Siyahısına daxil edildi. O, muğamın inkişafında milli planın təşəbbüskarı olmaqla bərabər Bakıda Beynəlxalq Muğam Mərkəzi üçün bina tikilməsinə, «Qarabağ Xanəndələri» albomunun hazırlanmasına nail oldu. Azərbaycan mədəniyyətınin ölkəmizdə və xaricdə daha geniş təbliğ olunması məqsədi ilə Mehriban xanım Əliyeva 1996-cı ildə Azərbaycan, rus və ingilis dillərində çap olunan «Azərbaycan-İrs» jurnalını təsis etmişdir. Jurnal artıq 16 sayı dərc olunmuş, həmin buraxılışlar dünyanın bir sıra ölkələrində yayılmışdır. Jurnalda Azərbaycan tarixinə, mədəniyyətinə dair materiallar çap olunur. Bu illər ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi altında Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar və Rəşid Behbudov kimi Azərbaycan incəsənətinin korifeylərinin xadimlərinin şərəfinə yubiley və xatirə gecələri təşkil olunmuşdur. Yubiley gecələrinin keçirilməsindən sonra Rəşid Behbudov (CD diski ilə) və Fidan və Xuraman Qasımovalara həsr olunmuş «Azərbaycan-İrs» jurnalının xüsusi buraxılışları dərc olunmuşdur. Bütün dünyada çoxsaylı pərəstişkarları ilə sevilən Müslüm Maqomayevin yaradıcılığının daha geniş təbliğ etmək üçün Mehriban xanımın təşəbbüsü ilə onun ifa etdiyi mahnıları, romansları, operalardakı ariaları və kinofilmlərdən mahnıları yazılmış 5 diskli albom buraxılmışdır.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının Prezidenti seçilmiş və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirmişdir. Hər bir liderin potensialı onunla sıx münasibətdə olan insanlarla təyin olunur. Mehriban Əliyeva da ətrafındakı insanlarla qüvvətli iş etikası göstərməklə səmimi və qarşılıqlı əlaqə yaradaraq yüksək nəticələr əldə etmişdir. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynamışdır.

Məlumdur ki, dünya və Avropa miqyaslı yarışlarda qalib gəlmis və ya yüksək nəticələr göstərmiş idmançıları şəxsən qəbul edən Heydər Əliyev Azərbaycanda Olimpiya Hərəkatının genişlənməsinin təşəbbüskarı olmuşdu. O, Olimpiya Hərəkatının və Olimpiya Oyunlarının dünyadakı nüfuzunu, Azərbaycanın dünya miqyasında tanınması üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini nəzərə almaqla, əməli işlərin görülməsinin zəruriliyini əsas götürərək bütün imkanlardan maksimal istifadə etməyə çalışmışdır. Ancaq müharibə şəraitində yaşayan dövlətdə idmanın inkişafına yetərincə vəsait ayırmaq çətin idi. O dövrü səciyyələndirən Prezident belə qeyd edirdi: «...biz idmana istədiyimiz qədər diqqət yetirə bilmirik, idmanın inkişafi üçün lazımınca şərait yarada bilmirik[5]. 1994-cü ilin aprelində Heydər Əliyev Beynəlxalq Olim­piya Komitəsinin, Milli Olimpiya Komitələri Assosiasiyasının və Avropa Olimpiya Komitəsinin prezidentlərini qəbul etdi. Elə həmin il 26 iyulda ölkə başçısının Fərmanı ilə Azərbaycan Gənclər və İdman Nazirliyi yaradıldı. 1995-ci ilin martında Prezident Azərbaycan Respublikası idmançılarının təltif olunması haqqında Fərman imzaladı. O, təkcə insanı fiziki cəhətdən sağlamlaşdıran idman növünü deyil, həm də əqli inkişafla, analitik düşüncə tərzini formalaşdırmağa təsir göstərən idman növünün-şahmatın da inkişafına xüsusi diqqət ayırdı. 70-80-ci illərdə onun təşəbbüsü ilə şahmatın inkişafı üçün verilmiş təkan Azərbaycanda keçid dövründə formalaşan şahmatın əsas bazasına çevrildi. 1998-ci ildə dalbadal iki: «Azərbaycan uşaq şahmatçıları - Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması» və «Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında» Sərəncam imzaladı. Azərbaycan Prezidentinin idmana göstərdiyi bu münasibət beynəlxalq olimpiya və idman təşkilatları tərəfindən yüksək qiymətləndirilmiş, ona 1997-ci ildə Milli Olimpi­ya Komitələri Assosiasiyasının İslandiyadakı Baş Məclisində «Olimpiya ləyaqəti» mükafatı təqdim edilmişdir.

Ulu Öndər Heydər Əiyevin müasir dövrdə Olimpiya Hərəkatına verdiyi bu yüksək önəmin nəticəsi olaraq Olimpiya Hərəkatı çərçivəsində vaxtaşırı incəsənət müsabiqələri, sərgiləri və s. tədbirlər keçirilir. Beynəlxalq Olimpiya Komitəsinin mədəniyyət işləri üzrə məşğul olan xüsusi qurumları fəaliyyət göstərir. Azərbaycan Milli Olimpiya Komitəsi də öz fəaliyyətində mədəniyyət və incəsənət məsələlərinə geniş yer vermişdir. 1997-ci ildən başlayaraq MOK-un nəzdində Mədəniyyət Komissiyası fəaliyyət göstərir.

Olimpiya Hərəkatı çərçivəsində keçirilmiş mədəniyyət tədbirlərindən biri də 1999-cu ildə Beynəlxaq Olimpiya Komitəsinin Mədəniyyət Komissiyasının YUNESKO ilə birgə keçirdiyi «Olimpiya, incəsənət və idman-2000» müsabiqəsi olmuşdur.

Bununla əlaqədar olaraq Milli Olimpiya Komitəsi respublikada müsabiqənin milli mərhələsini keçirmə və idman mövzusuna həsr edilmiş incəsənət əsərlərinin sərgisini təşkil etmək haqqında qərar qəbul etdi. Müsabiqənin milli mərhələsinə 50 rəssamlıq və heykəltaraşlıq əsəri təqdim olunmuşdur. 1999-cu il noyabrın 5-də Mədəniyyət Nazirliyinin İçəri şəhərdəki «Sərgi salonu»nda müsabiqəyə təqdim olunmuş əsərlərin sərgisinin açılış mərasimi keçirildi.

2000-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsi tikdirdiyi ilk idman kompleksini istifadəyə verdi, bu gün respublikanın bütün bölgələrində yeni idman kompleksləri tikilməkdədir.

2002-ci ilin aprelində Milli Olimpiya Komitəsinin Mədəniyyət Komissiyası, komitənin orqanı olan «Olimpiya dünyası» qəzeti, Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə karikaturaçı rəssamlar arasında idman mövzulu əsərlərin müsabiqəsini elan etdi. Müsabiqəyə 13 rəssam 36 karikatura təqdim etmişdir.

2003-cü ilin noyabrında Azərbaycan Milli Mədəniyyət Olim­piya Komitəsi yaradıldı. Azərbaycan Mədəniyyəti Dostları Fondıınun sədri Mehriban Əliyeva komitənin sədri seçildi. Bu qurum yaradıldıqdan sonra Milli Olimpiya Komitəsinin «Olimpiya, id­man və incəsənət» sahəsində işləri daha geniş vüset aldı.

2004-cü ilin fevral ayında Azərbaycan Milli Mədəniyyət Olim­piya Komitəsi Bakıda «Hyatt Regensi» otelinin Quba zalında tədbirlər keçirtdi. Bu tədbirlərdə respublikanın Gənclər, İdman və Turizm Naziri, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Əbülfəz Qarayev, Mədəniyyət naziri Polad Bülbüloğlu, Yunanıstanın ölkəmizdəki səfiri Merkurios Karafotias və bir sıra digər rəsmi şəxslər iştirak etdilər. Tədbirdə Olimpiya mədəniyyəti çərçivəsində işləri daha da gücləndirmək, Afina Oyunlarından əvvəl bir sıra mədəniyyət tədbirləri keçirmək, Afina Oyunları dövründə Afinada «Azərbaycan günü» təşkil etmək qərara alındı. «Azərbaycanda Olimpiya ruhu» sərgisinin təşkil olunması haqqında ilk razılıq da Mehriban xanımın rəhbərliyi altında Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə yaradılmışdır.

Mehriban Əliyeva Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü ilin may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olmuşdur. Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən təhsil, mədəniyyət və səhiyyə sahəsində bir sıra proqramlar həyata keçirmişdir.

Hər bir xalqın, dövlətin gələcəyi təhsildən asılı olduğu üçün təhsillə bağlı problemlərin həllini birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoymuş Fond 2005-ci ilin ən uğurlu layihəsini «Yeniləşən Azərbaycanda yeni məktəb» proqramını uğurla həyata keçirmişdir. Bu proqramın hazırlanması üzrə respublikada olan bütün məktəblərin siyahısı tutulmuş, ən ağır vəziyyətdə olanlar təmirə hazırlanmış, layihənin ikinci mərhələsində isə qısa müddətdə 132 məktəb inşa edilmiş, 23 məktəb isə əsaslı təmir edilmişdir. Təhsillə bağlı digər bir layihə isə «Uşaq evləri və internat məktəblərinin inkişafı» proqramı olmuşdur. Taleyin acı hökmü ilə fiziki cəhətdən qüsurlu doğulmuş, atılmış, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının artırılması, onlara unudulmadıqlarının, atılmadıqlarının hiss etdirmənin vacibliyini göstərən Mehriban Əliyevanın rəhbərliyi altında bu proqram çərçivəsində son dövr Fond tərəfindən çox işlər görülmüşdür. Türkan qəsəbəsində yerləşən Təhsil Nazirliyinin Elmar Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəblərində əsaslı təmir işləri aparılmışdır. Uşaq bağçalırının inkişafının və maddi-texniki bazasının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Şimal DRES» yaşayış massivində 10 saylı körpələr evi və uşaq bağçasında da yenidənqurma işləri aparılmışdır.

Göstərilən proqram çərçivəsində həyata keçirilən yenidənqurma işləri ötən əsrin 40-cı illərində inşa edilmiş bu köhnə binanın əvvəlki arxitektura görkəmini saxlamaqla, simasını tamamilə təzələmişdir. Müasir avadanlıqlarla: təzə yataq dəstləri, çarpayılar, oyuncaqlarla təmin edilmiş, binada istilk sistemi quraşdırılmış, həyətdə uşaqların gəzintisi, müxtəlif oyunların keçirilməsi üçün xüsusi sahə yaradılmışdır. Buraya gələn əvvəlki narahat yolun əvəzində geniş asfalt döşənmiş, ətrafına sıx cərgələrlə küknar ağacları əkilmişdir.

Heyder Əliyev Fondu daha bir uğurlu layihəni başa çatdırmışdır. Nizami rayonu 1 saylı uşaq evinin Şüvəlan qəsəbəsində yerləşən yay düşərgəsi uzun illər idi ki, istifadəsiz qalaraq, yararsız vəziyyətlə düşmüşdür. Fondun prezidenti Mehriban xanım Əliyeva ötən gəlişində buradakı vəziyyətlə yaxından tanış olmuş, Bakının bütün uşaq evləri və internat mektəblərində böyüyən uşaqların yay istirahəti üçün burada lazımi şəraitin yaradılması ideyasını irəli sürmüşdür. Fondun əməkdaşlarına təcrübəli mütəxəssislər cəlb edilməklə, geniş ərazidə yay düşərgəsi yaradılması haqqında layihə hazırlanması üçün tapşırıq verilmişdir. Mehriban xanımın şəxsi iştirakı ilə layihəyə baxılaraq əlavələr edilmiş və dərhal tikinti işlərinə başlanılmışdır. Qısa müddət ərzində burada əsl uşaq şəhərciyi yaradılmışdır. Yaşıllıqlarla əhatə olunmuş hovuz, rahat istirahət guşələri, tennis kortları uşaqların istifadəsinə verilmişdir.

Heydər Əliyev Fondu bu istiqamətdə aparılan işləri uğurla davam etdirməkdədir.

Fond mədəniyyət sahəsində də bir sıra layihələr həyata keçirmişdir.

Gənc, müstəqil Azərbaycan dövlətinin qarşısında bu günümüzədək gəlib çatmış zəngin irsi bərpa edib qorumaq kimi məsul və şərəfli vəzifə dayanır. Tarixən Azərbaycan böyük bir sahədə-Qafqaz dağlarından başlayıb müasir İrandakı Səfidrud çayı arasındakı ərazidə yerləşirdi. Azərbaycan ərazisindən karvan yolları, o cümlədən Şumer, Assuriya, Yunan, Roma, İran, Turk, Hind, Çin və s. kimi qədim sivilizasiyaları birləşdirən Böyük İpək Yolu keçirdi. Bu sivilizasiyaların hər biri öz mədəniyyətini və etiqadını «güclə», yaxud «xoşluqla» Azərbaycanda yaymağa can atırdı.

Keçid dövründə müharibə - onun törətdiyi hərbi, siyasi, iqtisadi, sosial çətinliklər, yaşadığımız zamanın ağrı-acıları, gündəlik məişət qayğılarımız qadınlarımızı mənəvi, psixoloji və hüquqi cəhətdən sarsıtmışdır. Həm milli baxımdan, həm də, qadın və uşaqlarımızın mənafeyinin müdafiəsi naminə İslamın bəşəriyyətin tərəqqisinə doğru aparan dəyərlərinə əsaslanmaq zamanın doğurduğu zərurətlərdəndir. Dinin intibahının onu mənəvi tələbata çevrilməsi, cəmiyyətdə qadınların rəhbər mövqe tutması, inkişaf etmiş ölkələrin, yeni əsr ilə bağlı proqnozlarında nəzərdə tutulan 10 strateji amilin ikisi kimi göstərilir. Məhz bu mənada Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı zamanı dinə münasibət kökündən dəyişmiş, İslam tarixi, onun inkişaf mərhələləri, İslamda qadının sosial mahiyyəti tədqiq edilmiş, İslam dininin insanların mənəvi kamilliyinə, onların yüksəlişinə təsiri açıqlanmışdır. Azərbaycan İslam Universitetinin təsis olunması, dini mövzuda bir sıra seminarların, tədbirlərin aparılması, beynəlxalq konfransın və Qafqaz müsəlmanlarının XI qurultayının keçirilməsi Heydər Əliyev siyasətinin bəhrəsi, onun dolğun, müsəlman həyatı yaşadığının bariz nümunəsi idi. O, Allaha inamı, dinə ehtiramı ilə insanların şüuruna müsbət təsir göstərərək, onları İslamı insan cəmiyyətinin mədəniyyət hadisəsi kimi qiymətləndirməyə çağırırdı: «...Biz İslam mədəniyyətini, İslam mənəvi dəyərlərini müqəddəs kitabımız Qurani-Kərimdə olduğu kimi qəbul edirik. Onların təhrif olunması, əgər dini dildə desək, günahdır»[6]... «Azərbaycan İslam mədəniyyətinin, İslam milli mənəvi ənənələrinin ümumbəşəri dəyərlər vəhdətindən doğulan bugünki Azərbaycandır»[7]. Heydər Əliyev idarəçilik siyasətində də dinə qarşı hisslərini şüurlu surətdə təsdiqləmişdir. Hakimiyyətinin ilk illərində (1993-1999) məscidlərin sayı 18-dən 1000-ə çatmış, Dini Qurumlar üzrə İş Komitəsi yaradılmışdır. Azərbaycan tolerantlıq sahəsində dünyanın ən inkişaf etmiş demokratik ölkələrinə belə nümunə olmuşdur. Tolerantlıq demokratiyanın əlamətidir. Bu Heydər Əliyevin düşünülmüş, müdrik siyasətinin nəticəsində mümkün olmuşdur. Gələcəkdə də bunu qorumaq bizim borcumuzdur. Heydər Əliyevin Qafqaz müsəlmanlarının XI qurultayında dediyi kimi: «Başqa dinlərlə dözümlülük, dinc yanaşı və anlaşma şəraitində yaşamaq, İslam dininin nəcib xüsusiyyətlərindəndir. Bu tarix boyu Qafqazda da, Azərbaycanda da öz əməli ifadəsini tapmışdır. Biz iftixar hissi ilə deyə bilərik ki, bölgəmizdə dini zəmində heç vaxt qarşıdurma halları olmamışdır»[8].

«Dini etiqad azadlığı haqqında» qanunun qüvvəyə minməsi dindarların hamısına dini qurumlarla: müsəlmanlarla, xristianlarla, yəhudilərlə, digər təriqətlərin sahiblərinə bərabər hüquqlar vermişdir. İnsanların dindarlıqla azad məşğul olması üçün əlverişli şərait yarandı. Yaranmış vəziyyəti dəyərincə qiymətləndirən qadınlarımız 1998-ci ildə «Sevil» Azərbaycan Qadınlar Məclisi, Elmlər Akademiyasının və BMTİP-nın «Gender İnkişafda» qurumu ilə birlikdə «İslam, qadın və müasirlik» elmi-praktiki konfrans keçirdi. Konfransda gender və günün reallığı, qadın problemlərinə islami baxımdan yanaşılmışdır. Qeyd edilmişdir ki, qadın hüququnun müdafiəsi dövlət, qeyri-dövlət və dini strukturların birgə səyi nəticəsində mümkündür.

İslam İnkişaf Bankı İdarə Heyəti sədrlərinin 28-ci illik iclası çərçivəsində 1-2 sentyabr 2003-cü il tarixdə Almaata şəhərində Mərkəzi Asiyada «Qadınların rolu» mövzusunda keçirilən beynəlxalq konfransda komitənin sədri Zəhra Quliyeva iştirak etmiş və məruzə etmişdir.

Bu gün Azərbaycan qadınlarının ön cərgəsində duran Mehriban Əliyeva Heydər Əliyev siyasi kursunun davamçısı olaraq dini sahədə fəaliyyətini uğurla davam etdirir.

Uşaqlıqdan Tanrıya, Qurana, İslam dininə dərin hörmət və ehtiram hissləri onun ruhuna hakim olmuşdur. O, dəfələrlə ziyarətgahlara getmiş, görüşlərində ağsaqqalların, dindarların ona olan etimadını doğrultmaq üçün rəhbərlik etdiyi Fondun hər şey edəcəyini söyləmişdir. Mehriban xanım xalq rəssamı Kamil Əliyevin toxuduğu Mir Mövsüm Ağa xalçasını məscidə təqdim edərkən demişdir: «... Bir neçə ay əvvəl dünyadan köçən ustadın ürəyindən keçən yer elə bu məscid idi, Ağanın son mənzili idi. Quran ayələri ilə işlənmiş bu bənzərsiz, əvəzsiz sənət əsərini sonsuz məmnunluqla sizə təqdim edirəm, onu qoruyub saxlamaq Sizin borcunuzdur. Allah əmanəti»[9]. Hal-hazırda Fondun dəstəyi ilə təmirə ehtiyacı olan bir sıra məscidlər bərpa edilir.          

Prezident Heydər Əliyevin dövlət siyasətində Azərbaycanda kitabxanaların zənginləşməsi, onların qorunması işi təkcə maddi problem kimi deyil, həm də dərin mahiyyət kəsb edən məsələ olaraq diqqəti cəlb edirdi. 1999-cu ildə qəbul edilmiş «Kitabxana işi» haqqında Azərbaycan Respublikası Qanunu və bu qanunun qüvvəyə minməsi barədə 12 mart 2000-ci il tarixli Fərman bir sıra nazirliklər qarşısında kitabxana işinin gücləndirilməsi vəzifəsini qaldıraraq kitabxanalara dövlətin diqqət və qayğısını ifadə etmişdir. Ümummilli Liderin «Kitabxana millət, xalq, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir»[10] müdrik kəlamını öz fəaliyyətində örnək kimi qəbul edən Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən bir qismi də mövcud kitabxanaların yenidən qurulması ilə bağlıdır. «Öz mədəniyyət və tarixinə hörmət edən xalq digər xalqların da mədəniyyət və tarixinə hörmət edəcəkdir» meyarı ilə Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fondun bu sahədəki ardıcıl fəaliyyəti artıq onlarca qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqla təmin olunmasına və zənginləşməsinə imkan yaratmışdır.

Kitabxanaların çoxsaylı fəal oxucuları Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən quruculuq, abadlıq işlərinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın dəstəyini yüksək qiymətləndirirlər.

Heydər Əliyev Fondunun səhiyyə sahəsində də gördüyü işlərin səmərəsi gündəlik həyatda göz qabağındadır. Ölkə rəhbərliyi son dövrlər səhiyyə sistemində əsaslı dəyişikliklər, yeniləşmələr aparır, bu məqsədlə bir sıra regionlarda müasir tələblərə cavab verən diaqnostika, müalicə mərkəzləri inşa edilmişdir. İxtisasca həkim olan Mehriban xanım regionlarda tibb işçiləri ilə görüşlərində onların qayğı və problemləri ilə maraqlanır, əhaliyə səhiyyə xidmətini yüksəltmək məqsədilə mövcud çatışmazlıqların aradan qaldırılması üçün onların təkliflərini öyrənir.

Məlumdur ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bir sıra layihələrinin həyata keçirilməsinə cəlb edilmiş və bir sıra proqramların iştirakçısına çevrilmişdir. Bu proqramlardan əsasları polimelit və diabet, vərəm, malyariya, difteriya və s. yoluxucu xəstəliklərin profilaktikası və müalicəsi, ana və uşaqların mühafizəsi məsələlərinə və ekologiya problemlərinə həsr edilmişdir. Azərbaycan diabetə qarşı mübarizə üzrə Sent-Vinsent Bəyannaməsinə qoşulmuşdur və onu uğurla həyata keçirir. 1996-cı ilin payızında ÜST-nın bu xəstəliyə həsr edilmiş konfransı Bakıda keçirilmişdir.

Mehriban Əliyevanın şəxsi təşəbbüsü və birbaşa rəhbərliyi altında uşaqlar və yeniyetmələr arasında diabet və talassemiya xəstəliklərinin müalicəsi məqsədi ilə «Diabetli uşaqlara ən yüksək qayğı» və «Talassemiyasız həyat» layihələri hazırlanmışdır. «Diabetli uşaqlara ən yüksək qayğı» mövzusunda Bakıda təşkil olunmuş konfrans Azərbaycanın Diabet Cəmiyyəti ilə Daniyanın «Novo-Nordisk» kampaniyası ilə birgə həyata keçirmişdir.

Həyata keçirilən həmin layihələr illərlə bu sahədə mövcud problemlərin müəyyən hissəsini həll etmişdir. Azərbaycanda bu gün 150 min diabetli xəstənin 310-u 14 yaşına qədər uşaqdır, onlardan 130-u kor olma təhlükəsi qarşısındadır. Azərbaycan Səhiyyə Nazirliyinə də Daniya tərəfindən yüksək texnologiya ilə hazırlanmış preparatlar xəstələrin müalicəsi üçün verilmişdir.

Bilirik ki, talassemiya ən ağır xəstəliklərdən biridir. Hal-hazırda Azərbaycanda 2000-dən çox adam bu xəstəlikdən əziyyət çəkir. Fond tərəfindən təşkil olunmuş dəyirmi masa dünyanın aparıcı mütəxəssisləri ilə birlikdə keçirilmişdir. Ölkəmizdə İlk dəfə olaraq Talassemiya Mərkəzinin inşasına başlanılmışdır. Hal-hazırda Bakıda Qan Bankı deyilən xüsusi mərkəz fəaliyyət göstərməkdədir. Bu dəhşətli xəstəliklə mübarizə mərkəzi Mehriban xanımın təşəbbüsü ilə yaradılmışdır. Mehriban Əliyeva ilk növbədə xəstəliklə mübarizədə uşaq evlərinin, internat məktəblərin, əlillərin, qocaların və qaçqın uşaqların müalicəsi təşəbbüsünü irəli sürmüşdür və onlarla ağır xəstəni müalicə üçün xaricə göndərmişdir. Fondun fəaliyyətdə olduğu müddətdə o, 30-dan çox internatda olmuş və onların vəziyyəti ilə maraqlanmışdır.

12 iyun 2006-cı il tarixdə Heydər Əliyev Fondunda bu qurumun və Vaşinqton Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən «Orta əsrlər əlyazmalarında tibb və əzcaçılıq» mövzusunda I Beynəlxalq Konfrans keçirilmişdir. Tibb elminə və əzcaçılığa həsr olunmuş bu konfrans yazılı irsin qorunmasının vacibliyini diqqətə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. Bu bizə qədim mənəvi üsullarla, həm də müasir informasiya texnologiyaları vasitəsi ilə əlyazmaları qoruyub saxlamaq üçün imkan vermişdir. Azərbaycanın zəngin əlyazmalar irsinin əvəzsiz və mühüm bir hissəsi Dünya Yaddaşı proqramına daxil olmuşdur. Məlumdur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitunda saxlanan əlyazmalar Dünya Yaddaşı Proqramının mühüm məqsədinə xidmət edən vacib sənədlərdəndir. Bu sənədlərin Dünya Yaddaşı siyahısına salınması barədə qərar Beynəlxalq Məşvərət Komitəsinin 2005-ci il iyunun 13-15-də Çində keçirilmiş VII iclasında qəbul edilmişdir. Həmin iclasın iştirakçıları Cürcani, İbn-Sina və Əbu Əl-Qasım, Əl-Zəhrəviyə məxsus bu nadir yazıların çox vacib və qiymətli olduğu bildirilmiş, bu əlyazmaların siyahıya daxil edilməsi dünyada tibb elminin inkişafında Azərbaycanın töhfəsini bütün dünyaya nümayiş etdirmişdir.

Heydər Əliyev Fondu paralel olaraq Qarabağ müharibəsi əlillərinin ailə problemlərinin həllində də kömək göstərmişdir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi bu fond bütün sahələrdə fəaliyyətini uğurla davam etdirir. Fondun prezidenti Mehriban Əliyevanın fikrincə, Bakı-Tbilisi-Ceyhan neft kəməri həm regionun, həm də müxtəlif mədəniyyət növlərinin qlobal inteqrasiyası proseslərinin inkişafına təkan verməklə, regionun təhlükəsizliyinin qarantı olacaqdır. Mehriban Əliyeva beynəlxalq sülhməramlı aksiya iştirakçılarına müraciətində demişdir: «Bakı-Tbilisi-Ceyhan neft kəməri təhlükəsizliyin, inkişafın və stabilliyin qarantıdır. Belə bir tarixi dövrdə Azərbaycan, Türkiyə və Gürcüstan qadınlarınının həmrəyliyi aksiyası xoş rəğbət oyadır. Bu aksi­ya bir daha göstərir ki, yasayış yerindən, millətindən, dilindən və dinindan asılı olmasına baxmayaraq, qadınlar dünyada sülhün qarantıdır. Sülh və sabitlik hər bir qadının arzusudur».

10 iyun 2006-cı ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilmiş və «Space» televiziyasının keçirdiyi «Televiziya Muğam Müsabiqəsi-2005»in finalçılarının yekun konserti olmuşdur. Azərbaycan milli musiqisinin incilərindən olan muğamın qorunması, inkişaf etdirilməsi və təbliği, muğamın gözəlliyini onun dərin fəlsəfəsinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur və təsadüfi deyildir ki, ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri də milli mənəvi dəyərlərimizin, o cümlədən muğamlarımızın qorunması və təbliği ilə bağlıdır. Ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva müsabiqə qaliblərini təbrik etmiş, Azərbaycan muğamının bu gün etibarlı əllərdə olduğunu söyləmişlər.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoş məramlı səfiri adına layiq görülmüşdür.

2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya komitəsinin IV Baş Məclisi MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyevaya «İlin qadını» fəxri mükafatı-Azərbaycan qadının gözəllik və sədaqət rəmzi olan Mömünə xatun adını daşıyan türbənin maketi təqdim olunmuşdur. «İndi biz elə bir dünyada yaşayırıq ki, ətrafda diqqət yetirilməsi və düzgün dərk olunması tələb edilən problem və məsələlər çoxdur. Biz bu günki gündən danışdıqda «qloballaşma», «inteqrasiya», «elmi-texniki tərəqqi», «yüksək texnologiyalar» kimi sözlər daha tez-tez eşidirik və siz mənimlə razılaşarsınız ki, bu sözlər həqiqi insanpərvərlik, mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlardan daha tez-tez səslənir. Biz bu ümumbəşəri və ədəbi dəyərləri ikinci sıraya keçirmirikmi? Xeyriyyəçilik missiyası bu gün həmişəkindən daha vacibdir. Vaxt vardı Azərbaycanda xeyriyyəçilik ümümmilli ideya, ümummilli miqyaslı idi. Bu gün mən iftixarla deyə bilərəm ki, biz bu ənənəni dirçəltmişik»[11] qənaətində olan Mehriban xanım Əliyevaya xeyriyyəçi qadın kimi ilk dəfə olaraq 2005-ci il iyunun 9-da ictimai mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssələrini dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın «Yüzilliyin mesenatları» Beynəlxalq Xeyriyyə Fondunun «Yaqut Xaç» ordeni təqdim edilmişdir. Rus Soydaşlar Beynəlxalq Şurasının idarə heyətinin sədri «Yüzilliyin mesenatı» Beynəlxalq Fondunun idarə heyətinin sədri Qraf Pyotr Şeremetyevin  təqdim etmə zamanı dediyi: «Mehriban Əliyevanın fəaliyyəti yüksək insani özünüdərkə, alicənablığa, niyyətlərin paklığına nümunədir»[12] sözləri Azərbaycan xalqının bu mərd qızının artıq bu xalqın, bu millətin qürur rəmzinə çevrilməsinə bariz nümunədir.

Milli qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Heydər Əliyev fon­dunun prezidenti, YUNESKO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı «2005-ci ilin adamı» elan etmişdir.

Bəli, Mehriban xanım sözlə deyilməsi mümkün olmayan, davranışı, danışığı, reftarı ilə insanı özünə cəlb edən elə incə ünsiyyətləri ilə seçilir ki, onu izah etmək, şərh etmək mümkün deyil. Adicə zahiri görünüşü, geyimi, səliqə sahmanı ilə özü haqqında müsbət emosiyalar oyatmaqla səmimiliyi, mehribanlığı və eyni zamanda zəngin daxili intellekti ilə qarşısındakını valeh edən bu xanımla ilk dəfə ünsiyyətdə olduğum zaman «liderlərə hamı heyran olur, diqqət kəsilir» fikrinin aksiom olduğuna bir daha əmin oldum. Aqillər doğru deyiblər ki, zəka və istedad məhz iş üstündə, əməl məqamında parlayır. Mehriban Əliyevanın da xeyirxah əməllərinin işığı günəş kimi şəfəq saçaraq ətrafdakıları işidir, həyat eşqini gücləndirir. Bu gün onun Azərbaycan qadınlarının ön cərgəsində olması danılmaz faktdır. Bir tərəfdən liderliyin insana verdiyi xüsusi güc, həyat eşqi, yüksəliş hissi, digər tərəfdən liderlərə xas olan Allah, tale və uğur hissləri ilə xüsusi münasibətdə olması, liderlərə məxsus ümid hissi və həyata nikbin baxışı onun hələ Azərbaycanın parlaq gələcəyi üçün çox işlər görəcəyindən xəbər verir. Malik olduğu soy-kökün genetik yaddaşının təzahür etdiyi Azərbaycan qadınına məxsus ən nəcib, ən ali keyfiyyətləri, mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən və ölkəmizi bütün dünyada ləyaqətlə tanıdan Azərbaycanın Birinci Xanımı - Meh­riban Əliyeva böyük məsuliyyət hissi ilə bir sosial roldan (rəhbər, işgüzar qadın), digər sosial rola (dəyərli övlad, ana, xanım) asanlıqla keçməyi bacarır. Dünənin Prezident gəlini, bu günün Prezident xanımı və yəqin ki, gələcəyin Prezident anası olacaq bu xanıma Tanrıdan can sağlığı, uzun ömür diləyirik. İnanırıq ki, yaxın gələcəkdə xeyriyyəçilik sahəsində, mədəniyyətin inkişafında və sülh uğrunda mübarizədə göstərdiyi xidmətlərinə görə o, «Nobel» mükafatına layiq görüləcək ilk Azərbaycan qızı olacaq.



[1] «Azərbaycan» qəzeti. 10 oktyabr 2006-cı il. s.-5.

[2] «Azərbaycan» qəzeti. 10 oktyabr 2006-cı il. s.-5.

[3] «Pedaqoji aləm»jurnalı,speüialğnıy vıpusk. № 2 (14). 2005. c.-25,35

[4] «Pedaqoji aləm»jurnalı,speüialğnıy vıpusk. № 2 (14). 2005. c.-25,35

[5] «Pedaqoji aləm» jurnalı. №1 (9). 2004.-s.18.

[6] Heydər Əliyev. Dinimiz xalqımızın mənəvi sərvətidir. Bakı. 1998.-s. 44, 57.

[7] Heydər Əliyev. Dinimiz xalqımızın mənəvi sərvətidir. Bakı. 1998.-s. 44, 57.

[8] «Azərbaycan» qəzeti. 30 iyul 2003-cü il. s.-1.

[9] «İki sahil» qəzeti. 1 noyabr 2005-ci il. s.-2.

[10] Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 3-cü kitab. Bakı. Azərnəşr, 1997.-s.473.

[11] «İki sahil» qəzeti. 1 noyabr 2005-ci il.-s.2.

[12] «İki sahil» qəzeti. 1 noyabr 2005-ci il.-s.3.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb