Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Kişilərə və qadınlara eyni dəyərə malik əməyə görə bərabər ödəniş haqqında konvensiya


1951-ci il iyunun 29-da Beynəlxalq Əmək Təşkilatının Baş konfransının otuz dördüncü sessiyasında qəbul edilmişdir

QÜVVƏYƏ MİNMƏSİ: 6-ci maddəyə müvafiq olaraq 23 may 1953-cü il

 

B e y n ə l x a l q   Ə m ə k   T ə ş k i l a t ı n ı n   B a ş   k o n f r a n s ı,

Beynəlxalq əmək bürosunün İnzibati şurası tərəfindən 1951-ci il iyunun 6-da Cenevrədə çağırılan otuz dördüncü sessiyasına t o p l a ş a r a q,

sessiyanın gündəliyinin yeddinci bəndi olan kişilərə və qadınlara eyni dəyərə malik əməyə görə bərabər haqq ödənilməsi prinsipinə dair bir sıra təkliflər qəbul edilməsini q ə r a r a   a l a r a q,

bu təkliflərə beynəlxalq konvensiya forması verməyi q ə r a r a   a l a r a q ,

bu gün, min doqquz yüz əlli birinci il iyunun iyirmi doqquzunda bərabər ödəniş haqqında 1951-ci il Konvensiyası adlandırıla biləcək aşağıdakı Konvesiyanı q ə b u l   e d i r:

 

Maddə 1

Bu Konvensiyanın məqsədləri üçün:

a) «ödəniş» termininə adi, əsas, yaxud minimal əmək haqqı, yaxud adi, əsas, yaxud minimal maaş və sahibkarın əməkçiyə birbaşa, yaxud dolayışı ilə, pulla, yaxud natura ilə ödədiyi haqq daxildir;

b) «kişilərə və qadınlara eyni dəyərə malik əməyə görə bərabər ödəniş» termininə cinsi əlamətə görə ayrı-seçkilik qoyulmaması ilə müəyyənləşdirilən maaş dərəcəsi daxildir.

 

Maddə 2

1. Təşkilatın hər bir üzvü qüvvədə olan maaş dərəcələrinin müəyyənləşdirilməsi üsullarına müvafiq vasitələrin köməyi ilə bütün əməkçilər barəsində kişilərə və qadınlana eyni dəyərə əməyə görə bərabər ödəniş prinsipini təşviq və bu üsullara uyğun gəldiyi dərəcədə təmin edir.

2. Bu prinsip aşağıdakı yollarla həyata keçirilə bilər:

a) milli qanunvericiliklə;

b) qanunvericiliklə müəyyənləşdirilən, yaxud etiraf edilən ödənişi təyinetmə sistemi ilə;

c) sahibkarlar və zəhmətkeşlər arasında kollektiv müqavilələrlə; d) bu müxtəlif üsulların birləşdirilməsi ilə.

 

Maddə 3

1. Bu fəaliyyət bu Konvensiyanın müddəalarının tətbiqinə yardım göstərdiyi təqdirdə, müxtəlif vəzifələrin yerinə yetirilmiş iş əsasında obyektiv qiymətləndirilməsi üçün tədbirlər görüləcəkdir.

2. Bu qiymətləndirmə üsulları, maaş dərəcələri səlahiyyətli hakimiyyət orqanları tərəfindən, yaxud kollektiv müqavilələrlə müəyyən edildiyi hallarda, belə müqavilələrdə iştirak edən tərəflərin qərar obyekti ola bilər.

3. Maaş dərəcələri arasındakı cinsə görə fərqdən asılı olmayaraq, icra edilən işin belə obyektiv qiymətləndirilməsindən irəli gələn müvafiq fərq kişilərə və qadınlara eyni dəyərə malik əməyə görə bərabər ödəniş prinsipinə zidd sayılmır.

 

Maddə 4

Təşkilatın hər bir üzvü bu Konvensiyanın müddəalarını həyata keçirmək məqsədilə sahibkarların və zəhmətkeşlərin maraqlı təşkilatları ilə lazımi qaydada əməkdaşlıq edirlər.

 

Maddə 5

Bu Konvensiyanın təsdiq edilməsi haqqında sənədlər qeydiyyatdan keçirilmək üçün Beynəlxalq əmək bürosunun Baş direktoruna gəndərilir.

 

Maddə 6

1. Bu Konvensiya yalnız Beynəlxalq Əmək Təşkilatının təsdiqetmə haqqında sənədlərini Baş direktorun qeydiyyatdan keçirdiyi üzvləri üçün məcburidir.

2. O, Baş direktor Tçşkilatın iki Üzvünün təsdiqetmə haqqında sənədini qeydiyyatdan keçirəndən on iki ay sonra qüvvəyə minir.

3. Sonralar bu Konvensiya hər bir Təşkilat üzvü barəsində onun təsdiqetmə haqqında sənədinin qeydiyyatdan keçirildiyi tarixdən on iki ay sonra qüvvəyə minir.

 

Maddə 7

1. Beynəlxalq Əmək Təşkilatı Nizamnaməsinin 35-ci maddəsinin 2-ci bəndinin müvafiq olaraq Beynəlxalq Əmək Təşkilatının Baş direktoruna göndərilən bəyanatlarda aşağıdakılar göstərilməlidir:

a) maraqlı Təşkilatın Üzvünün bu Konvensiyanın müddəalarını dəyişimədən tətbiq etməyi öhdəsinə götürdüyü ərazilər;

b) onun bu Konvensiyanın müddəalarını dəyişikliklərlə tətbiq etməyi öhdəsinə götürdüyü ərazilər və bu dəyişikliklərin təfərrüatı;

c) Konvensiyanın tətbiq edilməyəcəyi ərazilər və tətbiq edilməmənin səbəbləri;

d) qərarını vəziyyətə gələcəkdə baxılmasına qədər dayandırdığı ərazilər.

2. Bu maddənin 1-ci bəndinin a) və b) yarımbəndlərində xatırlanantəəhhüdlər təsdiqetmənin ayrılmaz hissəsi sayılacaq və onunla eyni nəticəli olacaqdır.

3. Təşkilatın hər hansı üzvü yeni bəyanatla bundan əvvəlki bəyanatının bütün, yaxud bu maddənin 1-ci bəndinin b), s) və d) yarımbəndləri barəsindəki qeyd-şərtlərindən imtina edə bilər.

4. Təşkilatın hər hansı üzvü 9-cu maddənin müddəalarına müvafiq olaraq, bu Konvensiyanın denonsasiya edilə biləcəyi dövrlər ərzində Baş direktora hər hansı əvvəlki bəyanatlarının şərtlərini hər hansı digər münasibətlərlə dəyişdirən və müəyyən ərazilərdəki cari vəziyyəti bildirən yeni bəyanat göndərə bilər.

 

Maddə 8

1. Beynəlxalq Əmək Təşkilatı Nizamnaməsinin 35-ci maddəsinin 4-ci və 5-ci bəndlərinə müvafiq olaraq, Beynəlxalq əmək bürosunun Baş direktoruna göndərilən bəyanatlarda bu Konvensiyanın müddəalarının məlum ərazidə dəyişikliklə, yaxud dəyişilmədən tətbiq ediləcəyi göstərilir; əgər bəyanatda Konvensiyanın müddəalarının dəyişdirilmək şərtilə tətbiq ediləcəyi göstərilərsə, bu dəyişikliklərin nədən ibarət olduğu dəqiqləşdirilməlidir.

2. Təşkilatın müvafiq üzvü, yaxud üzvləri və ya beynəlxalq hakimiyyət orqanları yeni bəyanatla hər hansı əvvəlki bəyanatlarında qeyd edilmiş dəyişdirmə hüququndan tam, yaxud qismən imtina edə bilər.

3. Təşkilatın müvafiq üzvü, yaxud üzvləri və ya beynəlxalq hakimiyyət orqanları 9-cu maddənin müddəalarına müvafiq olaraq, Konvensiyanın denonsasiya edilə biləcəyi dövrlərdə Baş direktora hər hansı əvvəlki bəyanatının şərtlərini hər hansı digər münasibətlə dəyişdirən və bu Konvensiyanın tətbiqinin mövcud vəziyyəti barədə məlumat verən yeni bəyanat göndərə bilər.

 

Maddə 9

1. Bu Kovensiyanın təsdiq etmiş hər hansı Təşkilat Üzvü, o ilkin qüvvəyə mindiyi vaxtdan on illik dövr qurtardıqdan sonra, onu Beynəlxalq əmək bürosunun Baş direktoruna göndərilmiş və qeydiyyatdan keçirilmiş aktla denonsasiya edə bilər. Denonsasiya, denonsasiya haqqında akt qeydiyyatdan keçirildikdən bir il sonra qüvvəyə minir.

2. Əvvəlki bənddə xatırlanan on illik dövr qurtardıqdan sonrakı bir il ərzində özünün bu maddədə nəzərdə tutulan denonsasiya hüququndan istifadə etməyən bu Konvensiyanı təsdiq etmiş hər bir Təşkilat Üzvü sonrakı on illik dövrdə bu Konvensiya ilə bağlı olur və sonralar hər on illik dövr qurtardıqda, bu maddədə müəyyən edilmiş qaydada onu denonsasiya edə bilər.

 

Maddə 10

1. Beynəlxalq əmək bürosunun Baş direktoru Beynəlxalq Əmək Təşkilatının bütün üzvlərinə bütün təsdiqetmə sənədlərinin qeydiyyatdan keçirilməsi, Təşkilat Üzvlərindən aldığı denonsasiya aktları barədə xəbər verir.

2. Baş direktor aldığı ikinci təsdiqetmə sənədini qeydiyyatdan keçirməsini Təşkilat Üzvlərinə xəbər verərkən, Təşkilat Üzvlərinin diqqətini bu Konvensiyanın qüvvəyə mindiyi tarixə cəlb edir.

 

Maddə 11

Beynəlxalq əmək bürosunun Baş direktoru Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq, Birləşmiş Millətlər Təşkilatının Baş katibinə əvvəlki maddələrin müddəalarına uyğun olaraq qeydiyyatdan keçirdiyi bütün təsdiqetmə sənədləri, bəyanatlar və denonsasiya haqqında aktlar barədə tam məlumat göndərir.

 

Maddə 12

Beynəlxal əmək bürosunun İnzibati Şurası lazım saydığı hər dəfə Baş konfransa bu Konvensiyanın tətbiqi haqqında məruzə təqdim edir və Konvensiyaya tam, yaxud qismən yenidən baxılması məsələsinin gündəliyi salınıb-salınmamasını həll edir.

 

Maddə 13

1. Konfrans bu Konvensiyanı tam, yaxud qismən yenidən baxılması əsasında yeni Konvensiya qəbul edərsə və yaxud yeni Konvensiyada başqa cür nəzərdə tutulmamışsa, onda:

a) yeni, dəyişdirilmiş Konvensiyanın hər hansı Təşkilatın Üzvünün təsdiq etməsi ilə qüvvəyə minməsi 9-cu maddənin müddəalarından asılı olmayaraq, bu Konvensiyanın avtomatik surətdə dərhal denonsasiyasına səbəb olacaq

b) yeni, dəyişdirilmiş Konvensiyanın qüvvəyə mindiyi tarixdən bu Konvensiya, Təşkilat Üzvlərinin onu təsdiq etməsi üçün bağlıdır.

2. Bu Konvensiya, hər halda, onu forma və məzmunca təsdiq etmiş, yeni-dəyişdirilmiş Konvensiyanı isə təsdiq etməmiş dövlətlər üçün qüvvədə qalır.

 

Maddə 14

Bu Konvensiyanın fransız və ingilis dillərindəki mətnləri eyni qüvvəyə malikdir.

Yuxarıda gətirilən mətn Konvensiyanın Beynəlxalq Əmək Təşkilatı Baş konfransının Cenevrədə keçirilmiş və 1951-ci il iyunun iyirmi doqquzunda başa çatmış otuz dördüncü sessiyasında lazımi qaydada qəbul edilmiş əsl mətndir.

 

BUNUN TƏSDİQİ OLARAQ, bu Konvensiya 1951-ci il avqustun ikisində imzalandı.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb