Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİNİN HƏLLİ AZƏRBAYCAN HÖKUMƏTİNİN DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR


2007100601_120AzərTAc xəbər verir ki, oktyabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirmişdir ki, ailə, qadın və uşaq problemləri ilə bağlı məsələlər Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir. Bu sahədə ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması buna əyani sübutdur.

H.Hüseynova xüsusi vurğulamışdır ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə qadınların statusunun yüksəldilməsinə güclü təkan verir. Mehriban xanım Əliyevanın uşaqların qayğılarına və ailələrin problemlərinə xüsusi diqqəti bu sahədə fəaliyyət göstərən rəsmi dövlət strukturları, o cümlədən komitənin fəaliyyəti üçün layiqli nümunədir.

Cari ilin doqquz ayında görülən işlər barədə məlumat verən sədr bildirmişdir ki, komitə tərəfindən müxtəlif dövlət proqramları və inkişaf konsepsiyaları həyata keçirilir, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Müvafiq sahə üzrə monitorinqlər və tədqiqatlar aparılır ki, bunların da nəticəsi olaraq analitik materiallar, tövsiyələr hazırlanır, əhalinin maarifləndirilməsi üzrə tədbirlər həyata keçirilir.

H.Hüseynova ailələr haqqında statistik məlumatlar və ailə problemləri ilə bağlı lazımi informasiya toplamaq üçün müvafiq addımlar atıldığını diqqətə çatdırmış, 15 may - Beynəlxalq Ailə günü münasibətilə tədbirlər planının həyata keçirildiyini demişdir.

Komitənin xətti ilə Türkiyədəki "Səhiyyə və təbiət könüllüləri" təşkilatının nümayəndə heyəti, o cümlədən 11 həkim Qazax, Şəmkir, Gədəbəy, Tovuz, Şamaxı rayonlarında qaçqın və məcburi köçkün ailələrini pulsuz müayinə etmişdir.

Bundan əlavə, mayın 5-də Bakı Dövlət Universitetində AQUPDK-nın təşəbbüsü və təşkilatçılığı ilə ümummilli liderimiz Heydər Əliyevin doğum günü və Beynəlxalq Ailə günü münasibətilə "Heydər Əliyev və dövlət ailə siyasəti" mövzusunda konfrans və "Heydər Əliyev və Azərbaycan qadını" kitabının təqdimatı keçirilmişdir.

Sədr qeyd etmişdir ki, gender bərabərliyinin təmin edilməsi komitənin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu sahədə işlərin səmərəli təşkili məqsədi ilə müxtəlif dövlət qurumlarında qadın problemləri üzrə məsul şəxslərdən ibarət Əlaqələndirici Şura yaradılmışdır. Respublikamızda ilk dəfə olaraq genişmiqyaslı gender tədqiqatlarına əsaslanan "Azərbaycanda gender münasibətləri: tendensiyalar və problemlər" hesabatı tərtib edilmiş, BMT-nin CEDAW Komitəsinə respublikamızın qadınları haqqında tələb olunan məlumat təqdim edilmişdir.

H.Hüseynova son vaxtlar Azərbaycanda qadınların sosial-iqtisadi həyatda iştirakı istiqamətində fəallığın artmasının müşahidə olunduğunu da vurğulamışdır. Qeyd olunmuşdur ki, komitə uşaqların müdafiəsinə və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş məqsədyönlü dövlət siyasətini həyata keçirir. Uşaqların cəzaçəkmə müəssisələrinə düşmə səbəbləri, bunun qarşısının alınması mexanizmləri öyrənilir və valideyn məsuliyyətini artıran qanun layihəsi hazırlanır. Əməkdaşlar De-institusionalizasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Rusiya, İtaliya, Qırğızıstan,Türkiyə, Xorvatiya və Fransaya işgüzar səfərlər etmişlər.

Cari ilin iyulunda Şüvəlan və Goranboy uşaq və ailələrə dəstək mərkəzlərinin ABŞ-nın "Save the children" təşkilatı tərəfindən Azərbaycan hökumətinə təhvil verilməsinə dair memorandum imzalanmışdır.

Komitə tərəfindən Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində 2007-2009-cu illəri əhatə edən Milli Fəaliyyət Planı hazırlanmışdır.

Hazırda komitə uşaqların mənafeyi əsas götürülməklə övladlığa götürmə sistemini nəzərdən keçirir, uşaqların vəziyyətinin aşkarlanması məqsədilə bütün bölgələrdə seminarlar təşkil edir.

Cari ilin beynəlxalq əməkdaşlıq baxımından çox məhsuldar olduğunu qeyd edən sədr bildirmişdir ki, əsas diqqət xarici ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla əməkdaşlığa yönəldilmişdir. Azərbaycan Prezidentinin Fransaya səfəri çərçivəsində həmin ölkənin Əmək, Sosial Bərabərlik və Yaşayış Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq haqqında inzibati razılaşma imzalanmışdır. Bundan əlavə, Türkiyənin, Küveytin, Polşanın, Avstriyanın müvafiq qurumları ilə memorandumların imzalanması üçün tədbirlər görülmüşdür.

Komitə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl iş aparır. AQUPDK-nın təşəbbüsü ilə "Məişət zorakılığı ilə mübarizə haqqında" qanun layihəsi hazırlanmış, Ailə Məcəlləsinə əlavə və dəyişikliklər təklif edilmişdir.

 http://www.azertag.com/

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb