Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadin Və Uşaqlarin Fövqəladə Hallarda, Silahli Münaqişələr Dövründə Müdafiəsi Haqqinda Bəyannamə


Baş Məclisin 14 dekabr 1974-cü il tarixli 3318 (XXIX) saylı Qətnaməsi ilə qəbul edilmişdir

 

Baş Məclis,

İqtisadi və Sosial Şuranın 16 may 1974-cü il tarixli 1861 (LVI) saylı qətnaməsindəki tövsiyəyə baxaraq,

Sülh, müqəddaratını təyin etmə, milli azadlıq və istiqlaliyyət uğrunda mübarizədə çox tez-tez insanlıqdan kənar hərəkətlərin qurbanı olan və bunun nəticəsində ağır əzab-əziyyətlərə düçar olan mülki əhaliyə mənsub qadın və uşaqların iztirablarından dərin narahatlıq keçirərək, dünyanın bir çox bölgələrində, xüsusilə əzilməyə, təcavüzə, müstəmləkəçiliyə, irqçiliyə, yadelli ağalığına və əcnəbi istismarına məruz qalan bölgələrdə qadın və uşaqların əzab-əziyyətindən xəbərdar olaraq,

Hamılıqla və şəksiz məhkum olunmasına baxmayaraq, bir çox xalqların hələ də milli azadlıq hərəkatlarını qəddarcasına yatırdan, qadınlar və uşaqlar daxil olmaqla, ağalıqları altında olan əhaliyə ağır itkilər və saysız-hesabsız iztirablar gətirən müstəmləkəçilik, irqçilik, yadelli və əcnəbi ağalığı boyunduruğu altında olması faktından dərindən narahat olaraq,

Əsas azadlıqların və insan şəxsiyyəti ləyaqətinin əvvəlki kimi ciddi pozuntulara məruz qalması, eləcə də əcnəbi müstəmləkə ağalığını və irqi ağalığı həyata keçirən dövlətlərin əvvəlki kimi beynəlxalq humanitar hüququ pozmaları ilə bağlı dərindən təəssüfləndiyini bildirərək,

Qadınların və uşaqların müharibə və dinclik dövrlərində müdafiəsinə aid beynəlxalq humanitar hüquq aktlarının müvafiq müddəalarına istinad edərək,

Digər mühüm sənədlər sırasında özünün silahlı münaqişələr dövründə insan azadlıqlarına hörmətin və mülki əhalinin müdafiəsinin əsas prinsipləri məsələsinə dair 19 dekabr 1963-cü il tarixli 2444 (XXIII) saylı, 16 dekabr 1969-cu il tarixli 2597 (XXIV) saylı və 9 dekabr 1970-ci il tarizli 2674 (XXV) saylı qətnamələrinə, həmçinin iqtisadi və Sosial Şuranın Baş Məclisdən fövqəladə vəziyyətlərdə və müharibə vaxtı qadın və uşaqların müdafiəsi haqqında bəyannamə layihəsinin tərtib olunması imkanlarına baxmağı xahiş etdiyi 28 may 1970-ci il tarixli 1515 (XLVIII) saylı qətnaməsinə istinəd edərək,

Özünün yetişməkdə olan nəslin taleyi və cəmiyyətdə, ailədə, xüsusən uşaqların tərbiyəsində mühüm rol oynayan anaların taleyi üçün daşıdığı məsuliyyəti dərk edərək,

Mülki əhaliyə mənsub olan qadınların və uşaqların xüsusi müdafiəsinin təmin olunmasının zəruriliyini nəzərə alaraq,

Fövqəladə vəziyyətlərdə və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bu Bəyannaməni təntənəli surətdə elan edir və Təşkilatın bütün üzv-dövlətlərini bu yannaməyə ciddi əməl etməyə çaqırır:

 

1. Mülki əhaliyə, xüsusilə onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir.

2. Hərbi əməliyyatların gedişində kimyəvi və bakterioloji silahdan istifadə edilməsi 1925-ci il Cenevrə protokolunun, 1949-cu il Cenevrə konvensiyalarının və beynəlxalq humanitar hüquq prinsiplərinin ən biabırçı şəkildə pozulması deməkdir və müdafiəsiz qadın və uşaqlar daxil olmaqla, mülki əhali arasında ən böyük itkilərə səbəb olur və qətiyyətlə pislənməlidir.

3. Bütün dövlətlər qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına, həmçinin silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməlidirlər.

4. Silahlı münaqişələrdə, əcnəbi ərazilərdəki hərbi əməliyyatlarda və ya hələ də müstəmləkə ağalığı altında olan ərazilərdəki hərbi əməliyyatlarda iştirak edən dövlətlər qadınları və uşaqları müharibənin dağıdıcı nəticələrindən qorumaq üçün bütün səyləri göstərməlidirlər. Təqib, işgəncə, cəza tədbirləri, alçaldıcı davranış və zorakılıq, - o cümlədən əhalinin qadınlardan və uşaqlardan ibarət hissəsinə qarşı bu kimi tədbirlərin qadağan edilməsinə nail olmaq üçün bütün zəruri addımlar atılmalıdır.

5. Müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində və ya işğal edilmiş ərazilərdə, həbsxanaya salma, işgəncə vermə, güllələmə, kütləvi həbsə alma, kollektiv cəzalandırma, mənzilləri dağıtma və yaşayış yerindən zorla qovma daxil olmaqla, qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddar, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər sayılır.

6. Mülki əhaliyə mənsub olan və sülh, öz müqəddaratını təyin etmə, milli azadlıq və istiqlaliyyət uğrunda mübarizədə fövqəladə vəziyyətlər və hərbi münaqişələr şəraitinə düşən və ya işğal olunmuş ərazilərdə yaşayan qadınlar və uşaqlar, ev-eşikdən, qidadan, tibbi yardımdan, yaxud İnsan hüquqları haqqında ümumi bəyannamənin, Mülki və Siyasi hüquqlar haqqında beynəlxalq paktın, iqtisadi, sosial və mədəni hüquqlar haqqındə beynəlxalq paktın, Uşaq hüquqları bəyannaməsinin, yaxud beynəlxalq hüququn digər aktlarının müddəalarına müvafiq olaraq digər ayrılmaz hüquqlarından məhrum edilməməlidirlər.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb