Qadinlara Qarşi Zorak1liğin Aradan Qaldirilmasi Haqqinda Bəyannamə
20 dekabr 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi
tərəfindən qəbul edilmişdir, Qətnamə 48/104
Baş Məclis,
Bütün insanlara aid olan bərabərlik, təhlükəsizlik, azadlıq, toxunulmazlıq,
şərəf, ləyaqət, hüquq və prinsiplərinin qadınlara münasibətdə də hərtərəfli
tətbiq olunmasının zəruriliyini etiraf edərək,
Bu hüquq və prinsiplərin beynəlxalq sənədlərdə, o
cümlədən insan Hüquqları haqqında Ümumi Bəyannamə, Mülki və Siyasi Hüquqlar haqqında
Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt,
Qadınlara Münasibətdə Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Konvensiya, İşgəncə və Digər
Qəddar, İnsanlıqdan Uzaq, İnsan
Ləyaqətini Alçaldan Cəza və Rəftar Növlərinə qarşı Konvensiyada öz əksini
tapmasını qeyd edərək,
Qadınlara Münasibətdə Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Konvensiyanın effektli həyata
keçirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılmasına kömək etməsini və qadınlara qarşı
zorakılığın aradan qaldırılması, hazırkı Bəyannamənin bu prosesin
möhkəmləndirilməsini və təkmilləşdirilməsini etiraf edərək,
Qadınlara münasibətdə zorakılığa qarşı mübarizə
aparmaq üçün tədbirlərin qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində
Nayrobi perspektiv strategiyasında öz əksini tapdığı kimi, qadınlara qarşı
zorakılığın, bərabərlik, inkişaf və sülh yolundakı nəaliyyətləri; və qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında
konvensiyanın həyata keçirilməsi yolunda maneələrdən biri olmasından narahat
olaraq,
qadınlara qarşı zorakılıq, insan hüquqlarının və
qadınların əsas azadlıqlarının pozulmasına, həmçinin onlara bu hüquqlardan
istifadə etmək imkanını verməsini təsdiq edərək; və qadınlara qarşı zorakılıq
hallarında artıq uzun müddət belə hüquqların və azadlıqların müdafiəsini və
mükafatlandırılmasını təmin etmək iqtidarında olmamasından narahat olaraq,
qadınlara qarşı olan zorakılığın qadın və kişilər
arasında bərabər olmayan qüvvələr münasibətinin tarixən mürəkkəbləşmiş, təzahür
hallarıdır ki, bu qadınlar üzərində hökmranlığa gətirərək, kişilər tərəfindən
qadınlara münasibətdə ayrıseçkilik yaratmış, həmçinin qadınların vəziyyətinin hərtərəfli yaxşılaşdırılmasını məhdudlaşdırır; qadınlara münasibətdə zorakılıq əsas sosial, mexanizmlərdən biri kimi qadınları
kişilərə nisbətən asılı vəziyyətə düçar etməsini etiraf edərək,
bəzi qruplara aid olan qadınların, məsələn, milli azlıqlar, yerli əhali, qaçqın və məcburi köçkün qadınlar, miqrant qadınlar, kənd və ucqar rayonlarda yaşayan qadınlar,
dolanmaq vasitələrindən məhrum olunmuş qadınlar, müxtəlif müəssisələrdə və ya
həbsdə olan qadınlar, qızlar, əlil qadınlar,
qoca qadınlar, hərbi münaqişələr
zonasında yaşayan qadınlar - daha çox zorakılıq hallarına məruz qalmasından narahat olaraq,
İqtisadi və Sosial Şuranın 24 may 1990-cı il
tarixli 1990/15 saylı Qətnaməsinin 23-cü bəndində
qeyd olunduğu - ailədə və cəmiyyətdə qadınlara
qarşı zorakılıq hallarının artması, əmlak, sosial vəziyyətindən və mədəniyyət səviyyəsindən asılı olmayaraq, bütün qadınlara aiddir - faktının tanınması nəticəsi zorakılığın
ləğvi üçün götürülmüş təcili və effektli ölçülərlə müşaiyyət olunmasına istinad
edərək,
Həmçinin, qadınlara münasibətdə zorakılıq probleminin
konkret baxılmasını təmin edən beynəlxalq sənədin əsasının işləməsi
tövsiyyəsini özündə əks etdirən, İqtisadi və Sosial Şuranın 30 may
1991-ci il tarixli 1991/18 saylı Qətnaməsinə istinad edərək,
Qadınlara münasibətdə zorakılıq probleminin xarakteri, ciddiliyi və miqyasına böyük diqqətin cəlb olunmasında, qadın hərəkatlarının
rolunu alqışlayaraq.
Cəmiyyətdə qadınların hüquqi,
sosial, siyasi və iqtisadi bərabərliyinə nail olmaq imkanlarını əsasən müntəzəm və epidemik
xarakterli zorakılıq vasitəsilə məhdudlaşdırılmasından narahat olaraq,
Yuxarıda qeyd olunanları
nəzərə aldıqdan sonra, qadınlara münasibətdə zorakılığın dəqiq və hərtərəfli
təyini; qadınlara qarşı zorakılığın bütün formalarının ləğvini təmin etməyə
imkan verən hüquqların dəqiq təsviri, qadınlara qarşı zorakılığın ləğvinə dair
öz öhdəliklərini həyata keçirmək üçün dövlətlərin və beynəlxalq ictimaiyyətin
ümumi qəti səylərinin zəruriliyinə əmin olaraq, Qadınlara qarşı zorakılığın aradan qaldırılması
haqqında bu Bəyannaməni təntənəli surətdə elan edir və Bəyannamə ilə hərtərəfli tanış
olmaq və ona riayət etmək üçün ilə bütün səyləri əsirgəməməyə təkidlə çağırır.
Maddə 1
Bu Bəyannamənin məqsədləri üçün «qadınlara
münasibətdə zorakılıq» termini qadına cinsi,
fiziki və psixoloji zərər və əzab gətirən, cinsi əlamət daşıyan istənilən zorakılıq
aktını, və ya bu aktların olunma təhlükəsini, istər şəxsi, istərsə də ictimai həyatda azadlıqdan məcburi və ya könüllü məhdudiyyətlərinə özündə əks etdirmək anlayışını daşıyır.
Maddə2
Qadınlara münasibətdə zorakılıq, aşağıdakı halları
əhatə edir, lakin onlarla məhdudlaşdırılmır.
a) ailədə baş verən fiziki,
cinsi və psixoloji
zorakılıq, o cümlədən döyülmə, ailədə qızlara qarşı olan cinsi məcburetmə aktları, cehizlə
əlaqədar olan zorakılıq, qadınların məcburi şəkildə ərləri tərəfindən zorlanması,
qadınların cinsi orqanlarının zədələnməsi və qadınlara zərər gətirən digər
ənənəvi üsullar, nigahdan kənar zorakılıq, istismar ilə bağlı
zorakılıq;
b) ümumilikdə cəmiyyətdə baş verən fiziki,
cinsi və psixoloji
zorakılıq, o
cümlədən işdə, təhsil müəssisələrində və digər yerlərdə zorlama, cinsi
məcburetmə, cinsi əlaqəyə təhrik; həmçinin qadın
alveri və fahişəliyə məcburetmə;
c) dövlət tərəfindən yol verilən və
saxtəkarlıqla yanaşılan fiziki, cinsi və psixoloji
zorakılıq.
Maddə 3
Qadınlar, siyasi, iqtisadi,
sosial, mədəni, mülki və digər sahələrdə insan hüquqları və əsas azadlıqlardan
bərabər hüquqla istifadə edə bilərlər:
Bu hüquqlara əsasən aiddir:
a) yaşamaq hüququ;
b) bərabərlik hüququ;
c) azadlıq və şəxsi toxunulmazlıq hüququ;
d) qanunlara uyğun olaraq bərabər müdafiə olunmaq
hüququ;
e) istənilən növ ayrıseçkiliyə məruz qalmamaq
hüququ;
f) fiziki və psixi sağlamlığın ən yüksək nailiyyət
səviyyəsinə çatmaq hüququ;
g) ədalətli və əlverişli əmək şəraiti hüququ;
h) işgəncələrə,
ağır qeyri-insani və ya ləyaqəti alçaldan cəza və münasibət formalarına düçar olmamaq hüququ.
Maddə 4
Dövlətlər, qadınlara münasibətdə zorakılığı
pisləməli və heç bir adət, ənənə, dini bəhanələrə istinad etməyərək,
zorakılığın ləğv olunmasına dair öhdəliklərin yerinə yetirilməsindən boyun
qaçırmamalıdırlar. Dövlətlər, dərhal mümkün olan bütün siyasi vasitələrdən
istifadə edərək, qadınlara münasibətdə zorakılığın aradan qaldırılması üçün
bunları etməlidirlər:
a) əgər ratifikasiya olunmayıbsa, qadınlara
münasibətdə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında
Konvensiyanı ratifikasiya etməli və ya bu Konvensiyaya daxil olan şərtləri ləğv
etmək məsələsinə baxmalı;
b) qadınlara qarşı zorakılıq tətbiq edilməsinin
əleyhinə çıxış etməli;
c) qadınlara qarşı zorakılıq hallarının qarşısının
alınması, faktların tədqiqatı, belə aktların dövlət və ya fərd tərəfindən icra
olunmasına baxmayaraq, milli qanunvericiliyə uyğun olaraq cəzalanmasına xüsusi
diqqət yetirməli;
d) zorakılığa məruz qalan qadınlara
verilmiş zərərin əvəzini vermək və zorakılığı törədənləri cəzalandırmaq üçün daxili
qanunvericilik çərçivəsində cinayət, mülki, əmək və inzibati sanksiyaları
hazırlamalı; zorakılığa məruz qalan qadınlar üçün hüquq məhkəməsi
mexanizmlərinə və milli qanunvericiliyə uyğun olaraq, ədalətli və effektli
hüquqi müdafiəyə çəkilmiş zərərin müqabilində onların hüquqi mexanizmlərə
çıxışı təmin olunmalıdır; həmçinin, dövlətlər, mexanizmlər vasitəsi ilə zərərin
əvəz olunması hüququna dair qadınları məlumatlandırmalı;
e) qeyri-hökumət təşkilatlarının, xüsusi ilə
qadınlara münasibətə zorakılıq problemi ilə məşğul olan təşkilatların, lazım gəlsə,
köməkliyindən istifadə edilməsi imkanını nəzərə alaraq, qadınların zorakılığın
bütün formalarından qorunması və müdafiəsi üçün milli fəaliyyət planı
hazırlanması və ya bu məqsədlə, mövcud olan planlara muvafiq bəndlər daxil olunmasının
mümkünlüyünə baxılmalı;
f) qadınların bütün növ zorakılıqdan qorunmasına
köməklik edən, hüquqi, siyasi, inzibati və mədəni xarakterli hər bir mümkün
olan ölçü və hərtərəfli qarşısını almaq üçün üsullar hazırlanmalı; kişi ilə
qadına fərq qoymayan qanun, hüquq mühafizə üsullarının və digər hərəkətlərin
tətbiq edilməsi nəticəsində, qadınların təkrar qurbanlaşdırılmasının qarşısını
alan müddəa təmin olunmalı;
g) əldə olan ehtiyatlardan istifadə etmək şərtilə
və zəruri olan hallarda, beynəlxalq əməkdaşlıq çərçivəsində, zorakılığa məruz
qalan qadınlara, lazım olduqda, onların uşaqlarına, ixtisaslaşdırılmış şəkildə maksimal
köməklik etmək, məsələn, reabilitasiya, uşağa qulluq və onun saxlanılması,
müalicə, məsləhət vermə, tibbi və sosial xidmət, müvafiq mərkəz və
proqramların, o cümlədən dəstək strukturlarının yaradılması üçün lazımi iş aparılmalıdır;
onların təhlükəsizliyi, fiziki və psixoloji reabilitasiyası üçün digər müvafiq
tədbirlər görülməli;
h) qadınlara münasibətdə zorakılığın aradan qaldırılmas!
üçün dövlət büdcəsindən lazım olan bütün ehtiyatları öz fəaliyyətləri üçün
nəzərdə tutmalı;
i) qadınlara münasibətdə zorakılıq aktlarının
qarşısının alınması, tədqiqat və cəzalandırma sahəsində siyasətin həyata
keçirilməsinə məsul olan hüquq mühafizə orqanlarının əməkdaşlarının və dövlət
məmurlarının, qadınların xüsusi tələbatlarının anlamaq zərurəti şərti ilə
hazırlıq keçməsinə dair tədbirlər görməli;
j) bir cinsin əks cinsə nisbətən acizlik ya
üstünlük ideyalarına və ya kişi ilə qadının rolu haqqında stereotip
təsəvvürlərə əsaslanan, xürafatlar, ənənələr və digər halların, kişi ilə
qadının sosial və mədəni nümunələrinin dəyişilməsi naminə, xüsusən təhsil
sahəsində, bütün zəruri tədbiriəri görməli;
k) qadınlara münasibətdə zorakılığın müxtəlif
formalarının yayılması barədə təhqiqatların aparılmasına, məlumatların
toplanmasına və statistik faktların, xüsusən ailədə olan zorakılıq faktlarının
ümumiləşdirilməsinə köməklik etmək; həmçinin qadınlara münasibətdə zorakılığın
qarşısının alınması və ləğvi məqsədi ilə görülmüş tədbirlərin effektliyi və
qadınlara qarşı zorakılığın səbəbləri, xarakteri, dərəcəsi və nəticələri
haqqında təhqiqatları həvəsləndirmək; bu cür statistik məlumatlar və belə
təhqiqatların nəticələri ictimaiyyətə açıqlamalı;
I) daha həssas vəziyyətdə olan
qadınlara münasibətdə zorakılığın aradan qaldırılmasına yönəlmiş bütün ölçüləri
götürməli;
m) bu Bəyannamənin həyata keçirilməsi məqsədi ilə
görülmüş tədbirlər və qadınlara münasibətdə zorakılığa aid məlumatı, BMT-nin insan hüquqlarına dair müvafiq
sənədlərin müddəalarının icrası naminə verilmiş hesabatlara daxil etməli;
n) bu Bəyannamədə öz
əksini tapmış prinsiplərin həyata keçirilməsinə dair köməklik etmək üçün müvafiq rəhbər prinsiplərinin
hazırlanmasını mükafatlandırmalı;
o) qadınlara
münasibətdə zorakılıq probleminə və bu problemin kəskinliyinin azaldılmasına
dair məlumatlandırılmasının artmasında qadın
hərəkatının və qeyri hökumət təşkilatlarının bütün dünyada mühüm rolunu etiraf
etməli;
p) qadın hərəkatının və qeyri-hökumət
təşkilatlarının fəaliyyətini dəstəkləməli və
möhkəmləndirməli, onlarla əməkdaşlığı yerli, milli və regional səviyyələrdə həyata keçirməli;
r) üzvü olan regional dövlətlər-arası
təşkilatları, qadınlara münasibətdə zorakılığın aradan
qaldırılmasına dair müvafiq tədbirləri
proqramlara daxil etmək üçün mükafatlandırmalı.
Maddə 5
BMT sisteminin orqanları və ixtisaslanlaşdırılmış qurumları, öz
səlahiyyətləri
çərçivəsində bu Bəyannamədə ifadə olunmuş hüquq və prinsiplərin tanınmasına və həyata keçirilməsinə
köməklik etməli və bu məqsədlə xüsusən aşağıdakıları etməlidirlər:
a) qadınlara
münasibətdə zorakılığın aradan qaldırılması ilə
əlaqədar, zorakılıqla mübarizə, təcrübə mübadiləsi və proqramların maliyyələşməsi üçün beynəlxalq və regional əməkdaşlığa köməklik etmək.
b) qadınlara münasibətdə zorakılıq problemi ilə
bütün insanları tanış etmək, onların bu problemi daha dərindən anlaması məqsədi ilə iclas və seminarların keçirilməsinə köməklik etmək;
c) qadınlara münasibətdə zorakılıq probleminin
effektli həlli məqsədi ilə, insan hüquqları sahəsində danışıqlar məsələləri ilə
məşğul olan orqanlar arasında BMT
sistemi çərçivəsində koordinasiya və mübadilənin genişləndirilməsinə köməklik
etmək;
d) sosial tendensiyalar və problemlərin təhlilinə həsr olunmuş, ümumdünya sosial vəziyyəti,
qadınlara münasibətdə zorakılıq sahəsində olan tendensiyaların baxılması haqqında
dövrü hesabatları, BMT sistemində olan təşkilatların və orqanların hesabatlarına
daxil etmək;
e) daha hassas vəziyyətdə olan qadın qruplarına
xüsusi diqqət yetirərək, qadınlara münasibətdə zorakılıq məsələsini cari proqramlara daxil etmək məqsədi ilə BMT sisteminin təşkilat və
orqanları arasında koordinasiyanı mükafatlandırmaq;
f) bu Bəyannamədə qeyd olunan ölçüləri nəzərə alaraq, qadınlara münasibətdə zorakılığa
dair rəhbər prinsiplərin və təlimatların hazırlanmasına
köməklik etmək.
g) qadınlara münasibətdə zorakılığın aradan
qaldırılması, o cümlədən insan hüquqlarına dair sənədlərin icra olunması məsələsini,
öz vəzifələrinin həyata keçirilməsi prosesində müvafiq qaydada nəzərə almaq.
h) qadınlara münasibətdə zorakılıq probleminin
həllində qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı həyata
keçirmək.
Maddə 6
BuBəyannamədə heç nə, qadınlara
münasibətdə zorakılığın ləğvinə dair daha çox koməklık edən və
dövlət qanunvericiliyində və ya dövlətdə quvvəyə malık olan hər hansı bir Beynəlxalq
Konvensiya, sazis və ya digər sənətdə əks olunan müddəaya
təsir etmir.