Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İRAN QADINLAR ÜÇÜN ÖZƏL ÇİMƏRLİK TİKİR



Bununla haqqını tapdadıqları zərif cinsin "könlünü almaq" istəyirlər

S.SOLTAN

İranda haqqı tapdanmayan varmı? Fars olmayanların milli haqqının, dini azlıqların vicdan azadlığı ilə yanaşı, qadınların və gənclərin hüquqları da az qala hər addımbaşı tapdanır. Milli haqqını, vicdan, habelə söz, mətbuat, fikir azadlığını tələb edənləri çox vaxt xarici dövlətlərə "casusluq"da suçlayırlar. Müasir düşünən gəncləri və qadınları isə ən yaxşı halda "Qərb mədəniyyətinin təsiri altında" olmaqda günahlandırırlar. Bu baxımdan ölkədə bütün sahələr üzrə dəyişikliyə ehtiyac duyulur. Atom-nüvə proqramını həyata keçirməkdən savayı başqa ideyası olmayan hakimiyyət tükəndiyindən əhalini hələ də ayətulla Xomeyninin dövründəki çərçivədə saxlamaqdadır. Bu qəlibi dağıtmaq istəyənlər "islamın və inqilabın düşməni" kimi damğalanırlar.
Cəmiyyətin çeşidli təbəqələri zaman-zaman onlara edilən təzyiqlərə, iş şəraitinə, məişət məsələlərinə rejimin müdaxiləsinə etiraz olaraq aksiyalar keçirirlər. Son günlər müəllimlər, tələbələr və qadınların keçirdikləri tədbirləri buna örnək göstərmək olar. Hakimiyyət onların tələblərini dinləyərək, çarə tapmaqdansa, əksinə, təzyiqləri artırır. Güney Azərbaycanın Həmədan şəhərindən olan 8 müəllimin hələ də həbsxanada saxlanılması, ölkə qanunlarındakı cinsi ayrı-seçkiliyə qarşı çıxan qadınların tutulması, siyasi təhlükəsizliyinə təminat tələb edən tələbələrin həbsini də örnək göstərmək olar.
Qanunlarda islahat aparmaq əvəzinə hakimiyyət cəmiyyət üçün az əhəmiyyətli məsələlərlə məşğuldur. İranda çıxan "Fərhənge-aşte" qəzeti Tehranın yeni milli layihə həyata keçirməyə hazırlaşdığı barədə məlumat dərc edib. Bu layihənin əsas hədəfi qadınların kurortlarda dincəlməsi üçün şərait yaradılmasıdır. Bununla da İslam Respublikasındakı qadınlar çimərlikdə məhrəm olmayan kişi baxışlarından kənarda dincələcəklər.
Mazandarandakı kurort bölgəsinin məmurlarından biri Abbasnijat bildirib ki, müsəlmançılıq qaydalarının yerinə yetirilməsi üçün onlar çağdaş texnologiyadan yararlanacaqlar. Xəzərin Cənub sahili boyu qadınlar üçün yeni çimərliyin salınması planlaşdırılır. Məmur deyib ki, həmin ərazi kənardan görünməyən şüşə "pərdə"lərlə hasarlanacaq. Çimərlikdə Günəş altında qərbli həmcinsləri kimi dincələn qadınlar həmin ərazidən kənarı görə biləcəklər, amma onların "təhlükəsizlik hasarları"nın daxili görünməz olacaq.
Bununla belə bir təhlükə hələ də qaçılmaz sayılır. Çimərlikdəki qadınları bu əraziyə yaxınlıqda üzən gəmilər və ya qayıqlardakılar təsadüfən, yaxud bilərəkdən görə bilərlər. Bu ideyanın gerçəkləşdirilməsindən ötrü çoxlu sayda layihənin olduğunu deyən Abbasnijatın sözlərinə görə, sonda daha səmərəlisi və sanballısını seçiblər. Sahildən 60-70 metr aralıda davamlı olaraq su axan qurğular quraşdırılacaq. Çimərlikdəkilər özünəməxsus "şəlalə"lərdə gizlənəcəklər.
"Fərhənge-aşte" qeyd edib ki, yeni layihə həyata keçirildikdən sonra İran qadınları da nəhayət az pul xərcləməklə kurortda dincələcəklər. Qəzetin fikrincə, onların çoxu Günəş vannasını çimərlik geyimlərində qəbul edəcək. Təbii ki, onların bu istirahətinin kənardan izlənilməməsi barədə təminat aldıqdan sonra qadınlar daha sərbəst şəkildə dincələcəklər.
Xatırladaq ki, bir müddət əvvəl iranlı qadınlar paltar dükanlarında yoxlama geyimlər üçün xüsusi yerlərdə video kameraların quraşdırıldığını və sonradan orada lentə alınmış filmlərin satışa çıxarıldığını söyləmişdilər. Bu baxımdan çimərliklərin yarımçılpaq şəkillərin çəkilməsindən ötrü əsl kino çəkilişi pavilyonu olacağı təhlükəsi də yox deyil. Tehran nümayəndələrinin qənaətincə, qadınları belə çimərlikdə istirahət edən "xoşbəxt kişilər arvadlarına yad gözlərin baxmayacağına əmin olacaqlar".
Mazandaran şəhər rəhbərliyi "müdafiə sistemli" qadın çimərliyini iyunun 5-dək, Xəzər sahilində yay turist mövsümü başlayana qədər quraşdırıb başa çatdırmağı planlaşdırır. Mövsüm başlayanadək hakimiyyət qurğunun etibarlılığını yoxlamadan keçirmək niyyətindədir. Əks halda qadın qonaqlar onlara dəyən "mənəvi ziyan"a görə təzminat tələb edərlər.
Dünədən isə İranda yay mövsümü başlayıb. Bunula əlaqədar hicab qaydalarına əməl etməyən qadınlar ciddi cəzalanacaq. Tehran polis rəisinin müavini Hüseyn Səcadiniya deyib: "Polis patrul xidməti hicab qaydalarını pozan qadınlara qarşı ciddi tədbirlər görəcək". Onun sözlərinə görə, qısa ətəkli mantolar geyinən, saçı yaylıqdan görünən qadınlar həbs olunacaqlar.
Tehranda belə qadınlarla iş aparacaq 4 xüsusi mərkəz yaradılıb. Qaydaları pozan zərif cinsin nümayəndələri ilə orada "tərbiyəvi söhbətlər aparılacaq". Rəis müavini bildirib ki, hicaba əməl etməyənlər bir daha qaydaları pozmayacaqları barədə yazılı iltizam verəcəklər. Onların ata-anaları ilə söhbətlər ediləcəyini söyləyən H.Səcadiniya kişilərlə də bağlı tədbirlərin görüləcəyini deyib: "İran qaydalarına uyğun olmayan və müxtəlif rəmzləri əks etdirən geyimlər yasaqlanacaq".
Yerli müşahidəçilərin fikrincə, hakimiyyət hər il bu kimi kampaniyalar aparsa da, son zamanlar qadınlar bir qədər"sərbəst" geyinirlər. Qara çadraları yavaş-yavaş dizdən yuxarı ipək mantolar, qısa ətəkli şalvarlar əvəzləməkdədir. Saçları tam örtən baş örtüklərinin yerini isə şal tutmağa başlayır.

http://www.ayna.az/rubric.php?id=16609
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb