Qadinlarin Müxtəlif Yeralti Işlərdə Və Şaxtalarda Əməyinin Məhdudlaşdirilmasi Haqqinda Konvensiya
(Bət: K № 45)
(12 iyun 1935-ci ildə Cenevrədə
keçirilmiş 19-cu sessiyada qəbul edilib)
Beynəlxalq Əmək Təşkilatının Baş İclası,
- Cenevrədə Beynəlxalq Əmək Bürosunun
inzibati Şurasının cağırışı ilə 4 iyun 1935-ci ildə özünün 19-cu sessiyasının yığıncağını keçirdi.
- Sessiyanın Gündəliyinin II məsələsi kimi yeraltı işlərdə və şaxtalarda qadın əməyinin
məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflərin
qəbul olunması qərara alındı.
- Qərara alındı ki, bu təkliflər
beynəlxalq konvensiya forması kimi qəbul edilsin.
- 21 iyun 1935-ci ildən qadınların
yeraltı işləri haqda konvensiya adlanacaq aşağıdakı Konvensiyanı qəbul edir:
Maddə 1
Bu Konvensiyanın məqsədi üçün «şaxta» termini yer altından sərvət çıxaran istənilən
dövlət və ya özəl müəssisə mənasını verir.
Maddə 2
Yaşından asılı olmayaraq heç bir qadın cinsindən
olan şəxs yeraltı işlərdə və şaxtalarda işlədilə bilməz.
Maddə 3
Milli Qanunvericilikdən aşağıdakı göstərilən
qadağaları çıxarmaq lazımdır:
- rəhbər vəzifə tutan və fiziki iş
icra etməyən qadınlar;
- sanitar və sosial xidmətlərdə
məşğul olan qədınlar;
- yeraltı şaxtalarda peşəkar
hazırlıq məqsədilə təcrübə və təlim kursları keçən
qadınlar;
- qeyri-fiziki xarakterli işləri icra etmək
üçün vaxtaşırı yeraltı şaxtalara düşən digər qadınlar.