Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Analiğin Mühafizəsi Haqqinda Konvensiya


(Bət: K 103)

 

(28 iyun 1952-ci ildə Cenevrədə keçirilmiş 35-ci sessiyada qəbul edilib və 2000-ci ildə 183 nömrəli Konvensiya ilə dəyişiliklər edilib)

 

Beynəlxalq Əmək Bürosunun inzibati Şurası tərəfindən Cenevrədə çağırılmış və 26 iyun 1952-ci ildə özünün 35-ci sessiyasına yığışan Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı sessiyanın gündəliyinin 7-ci bəndi olan analığın mühafizəsi haqqında bir sıra təklifləri qəbul etməyi, bu təkliflərə beynəlxalq konvensiya forması verməyi qərara alaraq, 1952-ci il iyun ayının 28-dən etibarən analığın mühafizəsi haqqında 1952-ci il Konvensiyası (yenidən işlənmiş) adlandırılacaq aşağıdakı konvensiyanı qəbul edir:

 

Maddə 1

 

1. Bu Konvensiya sənaye müəssisələrində, eləcə də evdə işləyən qadınlar da daxil olmaqla, qeyri-sənaye və kənd təsərrüfatı işlərində işləyən qadınlara şamil olunur.

2. Bu Konvensiyanın məqsədləri üçün «sənaye müəssisəsi» termini dövlət və şəxsi müəssisələrə, eləcə də onların bölmələrinə aid edilir və ayrı-ayrılıqda aşağıdakıları əhatə edir:

 

a)    şaxtaları, karxanaları və digər sənaye müəssisələrini;

b) istehsal əşyalarının hazırlanması, yenidən hazırlanması, təmizlənməsi, təmiri, bəzədilməsi, satışa hazırlanması, sındırılması və ya məhv edilməsi üzrə müəssisələri, habelə gəmi qayırma müəssisələrini, elektrik enerjisini və ümumilikdə mühərrik qüvvəsinin ötürülməsi və transformasiyası müəssisələri də daxil olmaqla, materialların yenidən emalı müəssisələrini;

c)    bərpa, təmir, yenidən qurma və sökmə işləri ilə məhğul olan inşaat müəssisələrini;

d)  yüklərin limanlarda, platformalarda, anbarlarda və aeroportlarda emalı da daxil olmaqla, avtomobil, dəmir yolu, hava yolu, dəniz və çay yolları vasitəsi ilə sərnişin və yük daşımaları üzrə nəqliyyat müəssisələrini.

3. Bu Konvensiyanın məqsədləri üçün «qeyri-sənaye işləri» termini aşağıdakı dövlət və şəxsi müəssisələrdə, xidmətlərdə yerinə yetirilən bütün işlərə aid edilir:

 

a) ticarət müəssisələri;

b) poçt və elektrik rabitə xidməti;

c) personalı əsasən dəftərxana işləri ilə məşğul olan idarələr və inzibati orqanlar;

d) qəzet müəssisələri;

e) mehmanxanalar, pansionlar, restoranlar, klublar, kafelər və digər ictimai iaşə müəssisələri;

f) xəstələrə, əlillərə, yetimlərə və kimsəsizlərə nəzarət və müalicə üzrə müəssisələr;

g) teatrlar və mədəni-kütləvi müəssisələr;

h) xüsusi təsərrüfatlarda yerinə yetirilən muzdlu ev ərnəyi;

i) eləcə də səlahiyyətli hakimiyyət orqanının qərarı ilə bu Konvensiyanın müddəaları tətbiq edilən digər qeyri-sənaye işləri.

 

4. Bu Konvensiyanın məqsədləri üçün «kənd təsərrüfatı işləri» termini piantasiyalar və sənayeləşdirilmiş böyük kənd təsərrüfatı müəssisələri də daxil olmaqla kənd təsərrüfatı müəssisələrində yerinə yetirilən işlərə aid edilir.

5. Bu Konvensiyanın müəyyən müəssisəyə, onun bölməsinə və ya iş növünə tətbiqi barədə mübahisə olduqda, bu məsələ nümayəndələrin iştirakı ilə məsləhətləşmədən sonra səlahiyyətli hakimiyyət orqanı tərəfindən həll edilir.

6. Milli qanunvericilik, həmin qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda yalnız sahibkarların ailə üzvləri məşğul olan müəssisələri bu Konvensiyanın tətbiq sferasından çıxara bilər.

 

Maddə 2

 

Bu Konvensiyanın məqsədləri üçün «qadın» termini yaşından, milliyətindən, irqindən və ya dinindən, nikaha daxil olub-olmamasından asılı olmayaraq qadın cinsindən olan istənilən şəxsi, «uşaq» termini isə valideynlərinin nikahda olub-olmamasından asılı olmayaraq istənilən uşağı ifadə edir.

 

Maddə 3

 

1. Bu Konvensiyanın şamil olunduğu qadın onun doğuşlarının nəzərdə tutulan müddətini təsdiq edən tibbi şəhadətnamə təqdim etməklə, hamiləliyə və doğuşa görə məzuniyyət hüququna malikdir.

2. Doğuşdan sonrakı məcburi məzuniyyət də daxil olmaqla hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti ən azı 12 həftə təşkil edir.

3. Doğuşdan sonrakı məcburi məzuniyyətin müddəti hər bir ölkənin qanunvericiliyi ilə müəyyən edilir, lakin hər bir halda 6 həftədən az olmamalıdır.

4. Doğuş nəzərdə tutulan müddətdən sonra baş verərsə, bu tarixə qədər götürülən məzuniyyət faktiki doğuş tarixinə qədər uzadılır, bunun nəticəsində doğuşdan sonrakı məcburi məzuniyyətin müddəti qısaldılır.

5. Səbəbi hamiləliklə əlaqədar olan xəstəlik hallarında ölkənin qanunvericiliyi doğuşa qədərki dövrdə maksimum müddəti səlahiyyətli hakimiyyət orqanları tərəfindən müəyyən olunan əlavə məzuniyyət nəzərdə tutur.

6. Səbəbi şəhadətnamədə müəyyənləşdirilən doğuşla əlaqədar olan xəstəlik hallarında qadın, maksimum müddəti səlahiyyətli hakimiyyət orqanı tərəfindən müəyyənləşdirilməklə doğuşdan sonrakı məzuniyyətin müddətini uzatmaq hüququna malikdir.

 

Maddə 4

 

1. 3-cü maddədə müəyyən olunmuş hamiləliyə və doğuşa görə məzuniyyətdə olan qadın pul vəsaiti və tibbi yardım almaq hüququna malikdir.

2. Pul qadının özünü və onun uşağını qiqiyena, həyat şəraiti və lazımi həyat səviyyəsi nöqteyi-nəzərdən təmin edəcək həcmdə ölkə qanunvericiliyi ilə müəyyən olunur.

3. Tibbi yardım ixtisaslaşdırılmış həkimlər və akuşerkalar tərəfindən doğuşa qədər, doğuş zamanı və doğuşdan sonra nəzarəti və qulluğu, eləcə də zəruri hallarda, hospitalizasiyanı əhatə edir, imkan daxilində həkimi, habelə dövlət və xüsusi tibb müəssisəsini seçməkdə tam azadlıq verilir.

4. Pul vəsaitinin verilməsi və tibbi yardım ya məcburi tibbi sığorta sisteminin, ya da dövlət fondlarının vəsaitləri hesabına həyata keçirilir, hər bir halda bu yardımlar göstərilən şərtlərə cavab verən bütün qadınlara şamil edilir.

5. Göstərilən pul vəsaitinə və tibbi yardıma iddia etmək hüququ olmayan qadınlara ictimai kömək fondları hesabına müvafiq yardım göstərilir, bu şərtlə ki, onların ictimai kömək göstərmələri üçün tələb olunan gəlirləri yoxlanılsın.

6. Məcburi sosial sığorta vəsaitləri hesabına verilən pul vəsaitlərinin məbləği əvvəlki əmək haqqı əsasında hesablanır, bu vəsait qadının bu məqsədlə nəzərdə tutulan əvvəlki əmək haqqının üçdə ikisindən az olmamalıdır.

7. Ödənilən əmək haqqının ümumi həcminə əsasən doğuşa və hamiləliyə görə vəsaitlərdən məcburi sosial sığorta sisteminə uyğun olaraq tutulan hər cür ödəmələr və vergilər həmin müəssisədə işləyən qadınların və kişilərin ümumi sayı əsasında hesablanır.

8. Heç bir halda sahibkar onun yanında işləyən qadına bu cür vəsaitlərin verilməsi üzrə xərclərə görə şəxsi məsuliyyət daşımır.

 

Maddə 5

 

1. Qadın uşağını döşlə yedizdirirsə, o, bu məqsədlə gün ərzində bir və ya bir neçə dəfə müddəti ölkə qanunvericiliyi ilə müəyyənləşdirilən fasilə götürmək hüququna malikdir.

2. Uşağın yedizdirilməsi üçün fasilələr iş saatı sayılır və qanunvericiliyə uyğun olaraq ödənilir, bu məsələ kollektiv müqavilələrlə tənzimləndikdə həmin müddəa müvafiq müqaviləyə əsasən müəyyən edilir.

 

Maddə 6

 

3-cü maddənin müddəalarına əsasən qadın hamiləliyə və doğuşa görə məzuniyyətdə olduqda sahibkar tərəfindən onun işdən azad olunması barədə verilən əmr və ya göstərişin icra müddəti onun işləmədiyi müddətlə üst-üstə düşərsə qeyri-qanunidir.

 

Maddə 7

 

1. Beynəlxalq Əmək Təşkilatı bu Konvensiyanı ratifikasiya edən hər bir üzvü ratifikasiya barədə ərizəyə aşağıdakı əlavə sənədlərin köməyi ilə bu Konvensiyanın tətbiqindən imtina edə bilər:

 

a) bəzi qeyri-sənaye işləri;

b) kənd təsərrüfatı müəssisələrində (plantasiyalardan başqa) yerinə yetirilən işlər;

c) xüsusi təsərrüfatlardakı muzdlu ev əməyi;

d) dəniz vasitəsi ilə sərnişin və yük daşınması üzrə nəqliyyat müəssisələri.

 

2. Bu maddənin 1-ci bəndinin müddəaları tətbiq olunan işlərin və müəssisələrin kateqoriyaları ratifikasiya barədə sənədi təsdiq edən ərizədə göstərilir.

3. Təşkilatın bu cür bəyanat verən hər bir üzvü istənilən vaxt yeni ərizə vasitəsi ilə onun bir hissəsini və ya bütövlükdə ləğv edə bilər.

4. Bu maddənin 1-ci bəndinə uyğun olaraq verilən bəyanat qüvvəyə mindiyi təqdirdə Təşkilatın hər bir üzvü özünün illik məruzəsində bu Konvensiyanın tətbiqi, qanunvericiliyin vəziyyəti və bu maddənin 1-ci bəndində nəzərdə tutulan bəyanatın aid edildiyi işlər və müəssisələrdə Konvensiyanın müddəalarının həyata keçirilməsi barədə məlumat verir.

5. Bu Konvensiyanın ilkin olaraq qüvvəyə mindiyi ilk beşillik dövrdə Beynəlxalq tədbirləri məzmunu barədə xüsusi məruzə təqdim edir.

 

Maddə 8

 

Bu Konvensiyanın ratifikasiyası barədə rəsmi sənədlər qeydiyyat üçün Beynəlxalq Əmək Bürosunun Baş Katibınə göndərilir.

 

Maddə 9

 

1. Bu Konvensiya Beynəlxalq Əmək Təşkilatının ratifikasiya haqqında sənədləri Baş Direktor tərəfindən qeydiyyata alınan üzvlərini birləşdirir.

2. Bu Konvensiya, Baş Direktor Təşkilatın iki üzvünün ratifikasiya barədə sənədlərini qeydə aldıqdan 12 ay sonra qüvvəyə minir.

3. Bu Konvensiya Təşkilatın hər bir üzvünə münasibətdə onun ratifikasiya barədə sənədlərinin qeydiyyat tarixindən 12 ay keçdikdən sonra qüvvəyə minir.

 

Maddə 10

 

1. Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsinin 35-ci maddəsinin 2-ci bəndinin müddəalarına uyğun olaraq Beynəlxalq Əmək Bürosunun Baş Direktoruna göndərilmiş ərizədə:

a) Təşkilatın müvafiq üzvünün bu Konvensiyanın tələblərini dəyişiklik etmədən tətbiq etməyi öhdəsinə götürdüyü ərazi;

b) onun bu Konvensiyanın müddəalarının dəyişikliklərlə və bu dəyişikliklərin detallarını tətbiq etməyi öhdəsinə götürdüyü ərazi;

c) Konvensiyanın tətbiq edilməyəcəyi ərazi, bu halda Konvensiyanın tətbiq olunmamasının səbəbləri;

d) gələcəkdə müddəaların baxılmasına qədər olan dövrdə bu Konvensiyanın tətbiq edilmədiyi ərazi.

 

2. Bu maddənin 1-ci bəndinin «a» və «b» yarımbəndlərində göstərilən öhdəliklər ratifikasiyanın alınmaz hissəsi hesab olunur və onunla eyni nəticələri yaradır.

3. Təşkilatın istənilən üzvü yeni ərizə vasitəsi ilə əvvəlki ərizədə göstərilən bu maddənin 1-ci bəndinin «b», «c» və «d» yarımbəndlərindən bütövlüklə və ya onların bir hissəsindən imtina edə bilər.

4. Təşkilatın istənilən üzvü 12-ci maddənin tələblərinə uyğun olaraq bu Konvensiyanın ləğv ola biləcəyi dövrdə Baş direktora əvvəlki ərizənin şərtlərini dəyişdirən və müəyyən ərazidə mövcud olan müddəalar haqqında məlumat verən yeni ərizə göndərə bilər.

 

Maddə 11

 

1. Beynəlxalq Əmək Təşkilatı Nizamnaməsinin 35-ci maddəsinin 4-5-ci maddələrinin müddəalarına uyğun olaraq Beynəlxalq Əmək Bürosunun Baş Direktoruna göndərdiyi ərizədə bu Konvensiyanın müddəalarının müəyyən ərazidə dəyişikliklərlə və dəyişikliklərsiz tətbiq olunub-olunmayacağı göstərilir, ərizədə Konvensiyanın müddəalarının dəyişikliklərlə tətbiq olunacağı göstərilirsə, bu dəyişikliklərin nədən ibarət olduğu ərizədə dəqiqləşdirilir.

2. Təşkilatın üzvləri və ya müvafiq üzvü və ya beynəlxalq hakimiyyət yeni ərizə vasitəsi ilə əvvəlki hər hansı ərizələrdə qeyd olunan dəyişikliklərdən istifadə hüququndan bütövlükdə və ya onun bir hissəsindən imtina edə bilərlər.

3. Təşkilatın üzvləri və ya müvafiq üzvü və ya beynəlxalq hakimiyyət 12-ci maddənin müddəalarına uyğun surətdə Konvensiyanın ləğv ola biləcəyi dövrlərdə Baş direktora əvvəlki istənilən ərizənin istənilən şərtini dəyişdirən və bu Konvensiyanın tətbiqinə münasibətdə mövcud vəziyyət haqqında məlumat verən yeni ərizə göndərə bilərlər.

 

Maddə 12

 

1. Təşkilatın bu Konvensiyani ratifikasiya edən istənilən üzvü onun ilkin qüvvəyə mindiyi andan etibarən 10 illik dövr ərzində Beynəlxalq Əmək Bürosunun Baş direktoru tərəfindən qeydiyyata alınan ləğvetmə haqqında akt vasitəsi ilə onu denonsasiya edə bilər. Ləğvetmə bu barədə aktın qeydiyyata alınmasından 1 il sonra qüvvəyə minir.

2. Təşkilatın bu Konvensiyanı ratifikasiya edən hər bir üzvü əvvəlki bənddə göstərilən on illik müddət keçdikdən sonra bir il ərzində ləğvetmə barədə öz hüququndan istifadə etmədikdə həmin hüquqdan növbəti on illikdə  bu maddədə göstərilən qaydada istifadə edə bilər.

 

Maddə 13

 

Beynəlxalq Əmək Bürosunun Baş Direktoru Təşkilatın üzvlərindən alınan ratifikasiya barədə bütün sənədlərin, ərizələrin və ləğvetmə barədə aktların qeydiyyatı barədə hamının məlumatlandırır. Təşkilatın üzvlərini ratifikasiya haqqında aldığı 2-ci sənədin qeydiyyatı barədə məlumatlandıraraq Baş Direktor Təşkilatın üzvlərinin diqqətini bu Konvensiyanın qüvvəyə mindiyi tarixə yönəldir.

 

Maddə 14

 

Beynəlxalq Əmək Bürosunun Baş Direktoru Birləşmiş Millətlər Təşkilatının Baş katibinə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyat üçün əvvəlki maddələrin müddəalarına uyğun olaraq özü tərəfindən qeydiyyata alınan ratifikasiya haqqında bütün sənədlər, ərizələr və ləğvetmə haqqında aktlar barədə tam məlumat göndərir.

 

Maddə 15

 

Beynəlxalq Əmək Bürosunun İnzibati Şurası zəruri hesab etdiyi hallarda Baş Konfransa bu Konvensiyanın tətbiqi barədə məruzə təqdim edir və Konvensiyaya bütövlükdə və ya onun bir hissəsinə yenidən baxılması haqqında məsələnin konfransın gündəliyinə salınıb-salınmamasını həll edir.

 

Maddə 16

 

1. Konfrans bu Konvensiyanın bir hissəsinə və ya bütövlükdə yenidən baxan yeni Konvensiya qəbul edərsə, yeni Konvensiyada bunun əksi nəzərdə tutulmazsa, onda:

 

a) Təşkilatın hər hansı üzvü tərəfindən yeni Konvensiyanın ratifikasiyası 12-ci maddənin müddəalarından asılı olmayaraq bu Konvensiyanın avtomatik və dərhal ləğv edilməsinə səbəb olur, bu şərtlə ki, yeni Konvensiya qüvvəyə minsin;

b) bu Konvensiyaya yenidən baxan Konvensiyanın qüvvəyə mindiyi tarixdən başlayaraq bu Konvensiya Təşkilatın üzvləri tərəfindən ratifikasiya üçün bağlıdır.

 

2. Bu Konvensiya Təşkilatın onu ratifikasiya edən, lakin yeni Konvensiyani ratifikasiya etməyən üzvlərinə münasibətdə hər ehtimala qarşı forma və məzmununa görə qüvvədə qalır.

 

Maddə 17

 

Bu Konvensiyanın ingilis və fransız mətnləri eyni qüvvəyə malikdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb