Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Nigaha Daxil Olmağa Raziliq Verilməsi, Minimal Nigah Yaşi Və Nigahin Qeydiyyati Haqqinda Konvensiya


Baş Məclisin 7 noyabr 1962-ci il tarixli 1763(XVII) nömrəli Qətnaməsi ilə qəbui edilib

 

Sazişə gələn dövlətlər,

Biriəşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hamı üçün insan hüquqlarına və əsas azadlıqlarına hamılıqla hörmət və riayət olunmasını təşviq etmək istəyərək;

insan hüquqları haqqında ümumi bəyannamənin 16-cı maddəsində aşağıdakıların nəzərdə tutulduğunu yadda saxlayaraq:

 

1) Yetkinlik yaşına çatmış kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nigah bağlamaq və ailə qurmaq hüququna malikdir. Onlar nigah bağlayarkən, nigahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər.

2) Nigah yalnız nigaha daxil olan hər iki tərəfin azad və tam razılığı ilə bağlana bilər, həmçinin, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 17 dekabr 1954-cü il tarixli 843 (IX) saylı qətnaməsində nigah və ailə barəsində bəzi adətlərin, köhnəlmiş qanunların və praktikanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə ifadə edilmiş prinsiplərə zidd loduğunu qeyd etdiyini yadda saxlayaraq, özünü idarə etməyən və ya qəyyumluq altında olan ərazilərin onlar müstəqillik əldə edənədək idarə olunmalarına məsuliyyət daşıyan, yaxud üzərinə məsuliyyət götürən dövlətlər daxil olmaqla, bütün dövlətlərin belə adətləri, köhnəlmiş qanunları və praktikanı, məsələn, ər(arvad) seçməkdə tam azadlığı, uşaqların nigahının və qızların cinsi yetkinliyə çatana qədər ərə verilməsi barədə qabaqcadan vədləşmələrin tam ləğv edilməsini təmin etmək, lazım gəldikdə müvafiq cəza təyin etmək və vətəndaş vəziyyəti aktları reyestri, yaxud başqa vətəndaş vəziyyəti aktları reyestri, yaxud bütün nigahların qeyd edilə biləcəyi qeyri reyestr tətbiq etmək yolu ilə aradan qaldırılması üçün bütün lazımi tədbirləri görməli olduğunu təsdiqləyərək bununla asağıdakılar barəsində razılaşırlar:

 

Maddə 1

 

1. Nigahın hər iki tərəfin qanuna müvafiq, lazımi qaydada elan edildikdən sonra, nigahı rəsmiləşdirmək hüququ olan hakimiyyət orqanı nümayəndəsinin yanında və şahidlərin iştirakı ilə şəxsən bildirməli loduqları tam və azad razılığı olmadan bağlanmasına yol verilmir.

2. Bu maddənin 1-ci bəndinin qərarlarına baxmayaraq, hakimiyyət orqanının səlahiyyətli nümayəndəsi müstəsna hal olduğuna və tərəflərdən birinin hakimiyyət orqanının hər hansı səlahiyyətli nümayəndəsi qarşısında qanunda nəzərdə tutulduğu qaydada razılıq verdiyini və onu geri götürmədiyini yəqin edərsə, həmin tərəfin iştirakı tələb olunmur.

 

Maddə 2

 

Bu Konvensiyada iştirak edən dövlətlər minimal nigah yaşını müəyyən edən qanunvericiik aktları qəbul edirlər. Səlahiyyətli hakimiyyət orqanının nigaha daxil olan tərəflərin mənafeyi baxımından ciddi səbəblərə görə qaydadan istisnalara icazə verdiyi hallardan başqa, qoyulmuş yaş həddinə çatmayan şəxslə nigah bağlanmasına yol verilmir.

 

Maddə 3

 

Bütün nigahlar səlahiyyətli hakimiyyət orqanı tərəfindən muvafiq rəsmi reyestrdə qeydiyyatdan keçirlər.

 

Maddə 4

1. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının bütün üzv dövlətləri, yaxud istənilən ixtisaslaşdırılmış idarənin üzvü olan dövlətlər, yaxud Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin bu Konvensiyada iştiraka dəvət etdiyi istənilən digər dövlət tərəfindən imzalanmaq üçün 1963-cü il dekabrın 31-dək açıq olacaqdır.

2. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqetmə fərmanları Birləşmiş Millətlər Təşkilatın Baş katibinin yanında depozitə qoyulur.

 

Maddə 5

 

1. Bu Konvensiya 4-cü maddənin 1-ci bəndində göstərilən bütün dövlətlərin qoşulması üçün açıqdır.

2. Qoşulma bu haqda fərmanın Birləşmiş Millətlər Təşkilatı Baş katibinin yanında depozitə qoyulması ilə yerinə yetirilir.

 

Maddə 6

 

1. Bu Konvensiya səkkizinci təsdiqetmə fərmanı və ya qoşulma haqqında fərmanı depozitə qoyulan gündən sonra doxsanıncı gün qüvvəyə minir.

2. Bu Konvensiyanın səkkizinci təsdiqetmə fərmanı və ya qoşulma haqqında fərman depozitə qoyulandan sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün bu Konvensiya həmin dövlətin öz təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında fərmanı depozitə qoyulandan sonra doxsanıncı gün qüvvəyə minir.

 

Maddə 7

 

1. İstənilən dövlət Birləşmiş Millətlər Təşkilatı Baş katibinə göndərdiyi yazılı bildirişlə bu Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya Baş katib həmin bildirişi alandan bir il sonra qüvvəyə minir.

2. Denonsasiya qüvvəyə mindikdən sonra iştirakçıların sayı səkkizdən az olduqda Bu Konvensiya qüvvəsini itirir.

 

Mad8

 

Bu Konvensiyanın yozulmasına və ya tətbiqinə dair iki, yaxud daha çox Sazişə gələn dövlət arasında danışıqlar yolu ilə həll edilməyən hər hansı mübahisə tərəflər qeyri-tənzimləmə üsulu haqda razılığa gəlməsələr, bu mübahisə bütün tərəflərin tələbi ilə həll edilmək üçün Beynəlxalq Məhkəməyə verilir.

 

Mad 9

 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlərə və bu Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində göstərilən bu Təşkilatın üzvü olmayan dövlətlərə aşaqıdakıları bildirir:

a) 4-cü maddəyə müvafiq olaraq Konvensiyanın imzalanması və təsdiqetmə fərmanlarının alınmasını;

b) 5-ci maddəyə müvafiq olaraq qoşulma haqda fərmanların alınması;

c) 6-cı maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə mindiyi günü;

d) 7-ci maddənin 1-ci bəndinə müvafiq olaraq alınmış denonsasiya haqqında bildirişləri;

e) 7-ci maddənin 2-ci bəndinə müvafiq olaraq Konvensiyanın qüvvəsini itirməsi.

 

Maddə 10

 

1. İngilis, ispan, çin, rus və fransız dillərindəki mətinləri eyni qüvvəyə malik olan bu Konvensiya saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın təsdiq edilmiş surətlərini Birləşmiş Millətlər Təşkilatının bütün üzv-dövlətlərinə və bu Təşkilatın 4-cü maddənin 1-ci bəndində göstərilən üzvü olmayan dövlətlərə göndərir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb