Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Pekin Bəyannaməsi


Pekin, 15 sentyabr 1995-ci il

 

1. Biz, Qadınların məsələrinə dair 4-cü Ümumdünya konfransında iştirak edən ölkələr,

2. Burada, Pekində, 1995-ci ilin sentyabr ayında, Birləşmiş Millətlər Təşkilatının təsis olunmasının 50-ci ildönümündə yığışanlar,

3. Bəşəriyyət naminə dünyanın bütün qadınları üçün bərabərlik, inkişaf və sülh məqsədlərinə nail olmağı tam qətiyyətlə qərara almış,

4. Dünyanın bütün qadınlarının diləkləri ilə hesablaşaraq; və qadınların və onların vəzifələrinin və şəraitlərinin müxtəlifliyini nəzərə alaraq, yol açan qadınlara haqq qazandıraraq, və dünya gənclərinin təcəssüm etdirdiyi ümüdlərlə ilhamlanaraq,

5. Təsdiq edirik ki, son onillikdə qadınların vəziyyəti çox cəhətdən əhəmiyyətli dərəcədə yaxşılaşmışdır, lakin bu inkişaf bərabər olmamışdır; kişi və qadın arasındakı qeyri-bərabərlik əvvəlki kimi mövcuddur, əsas maneələr hələ də qalır və bu da bütün insanların rifahında özünü ciddi şəkildə göstərir,

6. Eləcə də təsdiq edirik ki, dünya insanlarının çox hissəsinin, ələlxüsus qadınların və uşaqların yaşayışlarına təsir edən və yaranmasının səbəblərini həm ölkədaxili, həm də beynəlxalq sahələrdə axtarılması vacib olan yoxsulluq bu vəziyyəti ağırlaşdırır,

7. Bu məhdudiyyətləri və maneələri aradan qaldırmaq və beləliklədə bütün dünya qadınlarının bundan sonrakı vəziyyətini yaxşılaşdırmaq və onların imkanlarını genişləndirmək işinə öz sözsüz tərəfdarlığımızı bəyan edirik və razılaşırıq ki, bu, növbəti yüzilliyə yeni naliyyətlərlə getməyimiz üçün, elə bu gün, təxirəsalınmaz, əzmlə, ümüd, əməkdaşlıq və həmrəylik ruhu ilə dolub daşan tədbirlər görülməlidir.

 

Biz:

 

8. Qadınların və kişilərin bərabərliyinə və insaniyyət ləyaqətinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, insan haqqları üzrə Ümumi Bəyannamədə və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərdə, xüsusilə də Qadınlara Münasibətdə Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Konvensiyada və Uşaq Hüquqlarına dair Konvensiyada, eləcədə Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Bəyannamədə və İnkişaf Hüquqlarına dair Bəyannamədə elan olunmuş digər məqsədlərə və prinsiplərə;

9. Qadınların və qızların insan haqqlarının, ümumi insan haqqlarının və əsas azadlıqların ayrılmaz, tərkib və bölünməz hissəsi kimi tam həyata keçməsini təmin etməyə;

10. Bərabərlik, inkişaf və sülh məqsədlərinə nail olmaq üçün, Birləşmiş Millətlər Təşkilatının əvvəlki yüksək səviyyəli konfranslarında və görüşlərində - qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə 1985-ci ildə Nayrobidə, uşaqlar üzrə 1990-cı ildə Nyu-Yorkda, ətraf mühit və inkişaf üzrə 1992-ci ildə Rio-de-Caneyroda, insan haqqları üzrə 1993-cü ildə, Vyanada, əhali və inkişaf üzrə 1994-cü ildə Qahirədə və sosial inkişaf üzrə 1995-ci ildə Kopenhagendə - əldə edilmiş konsensusun və tərəqqiyə;

11. Qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsindəki Nayrobi perspektiv strategiyasının tam və effektiv həyata keçirilməsini təmin etməsinə;

12. Fikir, vicdan, din və əqidə azadlığı hüquqları daxil olmaqla qadınların vəziyyətinin yaxşılaşdırılmasına və imkanlarının genişləndirilməsinə, beləliklədə, qadınların və kişilərin mənəvi, etik, ruhi və intelektual tələblərini fərdi və ya başqaları ilə birlikdə təmin olunmasına və bunun vasitəsi ilə onlara öz şəxsi arzularına müvafiq həyatlarını formalaşdırarkən cəmiyyətdə öz potensialını tam həyata keçməsinə şəraiti yaratmağa;

 

öz tərəfdarğımızı təsdiq edirik. Biz əminik ki:

 

13. Qadınların imkanlarının genişləndirilməsi və onların bərabərlik əsasında, qərarların qəbul edilməsi prosesində iştirakını və hakimiyyətdə təmsil olunmaq çatmaq mümkünlüyü də daxil olmaqla, cəmiyyətin bütün sahələrində hərtərəfli iştirakı, bərabərlik, inkişaf və sülh məqsədlərinə çatmaqda başlıca əhəmiyyət daşıyır;

14. Qadınların hüquqları insan hüquqlarıdır; 274

 15. Bərabər hüquqlar, imkanlar və vəsaitlərə əlçatma, kişilər və qadınlar arasında ailə borclarının bərabər bölünməsi və onlar arasında həmahəng əməkdaşlıq, onların və onların ailələrinin rifahı üçün, eləcə də demokratiyanın möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır;

16. Dayanıqlı iqtisadi artım, sosial inkişaf, ətraf mühitin qorunması və sosial ədalət əsasında yoxsulluğun aradan qaldırılması, qadınların iqtisadi və sosial inkişafa cəlb edilməsini, bərabər imkanlar qadınların və kişilərin aparıcı qüvvə və benefisiar kimi dayanıqlı inkişaf edən insanlara yönəldilmiş tam və bərabər hüquqlu iştirakını tələb edir;

17. Sağlamlıqlarının, ələlxüsus onların fərdi fertilliyinin, bütün aspektlərinə nəzarətə bütün qadınların hüquqlarını dəqiq tanınması və təsdiq olunması onların imkanlarının genişlənməsində həlledici əhəmiyyət daşıyır;

18. Yerli, reqional və qlobal səviyyədə əminamanlıq əldə oluna biləndir və idarəçilik işində, münaqişələrin nizamlanmasında və bütün səviyyələrdə sarsılmaz sülhün bərqərar olunmasına köməkliyində vacib qüvvə olan qadınların vəziyyətlərinin yaxşılaşdırılması ilə ayrılmaz surətdə bağlıdır;

19. Qadınların hüquqlarının genişləndirilməsinə və vəziyyətlərinin yaxşılaşdırılmasına köməklik göstərən, gender aspektlərini nəzərə alan siyasəti və inkişaf sahələrindəki proqramları daxil etməklə, qadınların hər cür iştirakı ilə kəsərli, effektiv və qarşılıqlı tamamlanan strategiyalar və proqramlar hazırlamaq, həyata keçirmək və bütün səviyyələrdə onların həyata keçməsinə nəzarət etmək vacibdir;

20. Mülki cəmiyyətin, xüsusi ilə qadın qruplarının və şəbəkə strukturlarının, digər qeyri-hökumət və icma təşkilatlarının, onların sərbəstliyinə tam hörmətlə yanaşmaqla hökumətlərlə əməkdaşlıqda iştirakı və bütün qüclərini səfərbər etməsi Fəaliyyət Platformasının həyata keçməsinin və onunla bağlı sonrakı fəaliyyətin vacib şərtidir;

21. Fəaliyyət Platformasının həyata keçirilməsi, hökumətlər və beynəlxalq cəmiyyətlər tərəfindən öhdəliklər tələb edir. Hökumətlər və beynəlxalq cəmiyyətlər, Konfransda götürdükləri öhdəlikləri daxil olmaqla, öz praktiki tədbirlərə dair milli və beynəlxaiq öhdəlikləri ilə qadınların imkanlarının genişləndirilməsi və vəziyyətlərinin yaxşılaşdırılması üçün təcili olaraq tədbirlərin görülməsinin zəruriliyini qəbul edir.

22. İndiki yüzilliyin sonuna kimi qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsindəki Nayrobi perspektivli strategiyalarının məqsədlərinə nail olması üçün cəhdlərimizi və praktiki işlərimizi aktivləşdirək;

23. Qadınlara və qızlara, bütün insan hüquqlarından və əsas azadlıqlardan tam istifadə etmək və bu haqqların və azadlıqların pozulmasına qarşı əməli tədbirlərin görülməsi üçün şəraiti təmin edək;

24. Qadınlara və qızlara qarşı olan ayrı-seçkiliyin hər bir formasını aradan qaldırılması üçün bütün zəruri tədbirləri görək, kişilərin və qadınların arasındakı bərabərliyə, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və onların haqqlarının genişləndirilməsinə nail olması yolunda yaranan bütün maneələri ləğv edək;

25. Bərabərliyin nail olunmasının bütün cəhdlərində kişilərin hərtərəfli iştirakına müvəffəq olaq;

26. Məşğulluq daxil olmaqla, qadınların iqtisadi cəhətdən müstəqilliyinə nail olmağa köməklik göstərməyə, iqtisadi strukturların kökündən dəyişməsi, inkişafın ən vacib iştirakçıları kimi, bütün qadınlara, o, cümlədən kənd rayonlarında yaşıyan qadınlara, istehsal mənbələrinə, imkanlara və hökumət xidmətlərində bərabər mümkün şəraitin yaradılması əsasında, yoxsulluğun struktur şərtlənmiş səbəblərini aradan qaldırmaqla, qadınların çəkdiyi yoxsulluğun permanent və artan ağırlığına son qoyaq;

27. Qızlara və qadınlara özəl təhsilini, daimi təhsili, savad və peşəkar hazırlığını və ilkin tibbi-sanitar köməkliyi almaq üçün imkanları təqdim etmək şərti ilə, yenilməz iqtisadi artım da daxil olmaqla, insanlara yönəldilmiş dayanıqlı inkişafi həvəsləndirək;

28. Qadınların sülh naminə hərəkatında oynadıqları aparıcı rolu qəbul edərək, qadınların vəziyyətini yaxşılaşdırmaq üçün sülhün bərqərar olması istiqamətində müsbət addımlar atmağa təşəbbüs etməyə, ciddi və effektiv beynəlxalq nəzarəti şəraitində ümumi və tam silahsızlaşdırmaya aktiv nail olmağa və nüvə silahsızlaşdırmağına və nüvə silahının bütün aspektlərdə yayılmasının qarşısını almağa imkan yaradan, nüvə sınaqlarını qadağan edən, hər şeyi əhatə edən universal və effektiv nəzarətə imkan yaradan müqavilənin təxirəsalınmaz bağlanmasına dair danışıqları dəstəkləyək;

29. Qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının qarşını alıb, aradan qaldıraq;

30. Qadınlar və kişilər üçün təhsilə, tibbi yardıma və bu sahələrdə onlara bərabər münasibət bəslənməsinə şərait yaratmaq, qadınların cinsi və reproduktiv sağlamlığının yaxşılaşdırılmasını, eləcə də onların təhsil səviyyələrinin artmasına nail olaq;

31. Qadınların və uşaqların bütün insan haqqlarını qorumağa və rəğbət qazandıraq;

32. İrqi mənsubiyyət, yaş, dil, etnik mənsubiyyət, mədəniyyət, din, əlillik və ya yerli əhaliyə mənsubiyyət kimi faktorlara görə hüquqların genişləndirilməsinə və vəziyyətlərinin yaxşılaşdırılmasına mane olan əngəllər kompleksi ilə qarşılaşan bütün qadınlara və qızlara insan hüquqlarının və əsas azadlıqlarının tam müştərəkliyindən istifadə etməyə bərabər şəraitlərin təqdim olunması səylərini artıraq;

33. Birinci növbədə qadınların və qızların mühafizəsi maraqlarında olan, humanitar hüquq daxil olmaqla, beynəlxalq hüquqa hörməti təmin edək;

34. Bütün yaşlarda qızların və qadınların qabiliyyətlərinin maksimal inkişafına nail olaq, hamı üçün daha da mükəmməl dünyanın quruluşunda hərtərəfli və bərabər iştirakını təmin etməyə və inkişaf prosesində onların vəzifələrini artıraq.

 

Biz qətiyyətlə hazırıq ki:

 

35. Qadınların və qızların vəziyyətlərinin daha da yaxşılaşdırmaq vasitələrindən biri kimi, qadınlara, torpaq, kredit, elm və texnika, peşəkar hazırlıq, məlumat, kommunikasiya vasitələri və bazar daxil olmaqla, iqtisadi mənbələrə bərabər istifadə imkanı üçün şərait yaratmağı təmin edək, o cümlədən, bu mənbələrdən bərabər istifadə etməyi təmin etməklə, eyni zamanda beynəlxalq əməkdaşlığa şərait yaradaq;

36. Beynəlxalq təşkilatlar və idarələr tərəfindən bütün səviyyələrdə ciddi tərəfdarlıq tələb edən Fəaliyyət Platformasının uğurla həyata keçməsini təmin edək. İqtisadi inkişaf, sosial inkişaf və ətraf mühitin qorunması, bütün insanların yaşayış səviyyəsinin artırılmasına yönəldilmiş, səylərimizin əsasını təşkil edən, dayanaqlı inkişafın qarşılıqlı əlaqəli və bir birini tamamlayan komponentləri olduğuna tam əminik. Kasıbların, xüsusi ilə, kasıbçılıq şəraitində yaşayan qadınların, ekoloji mənbələrdən daimi istifadə hüquqlarıni tanımaq çərçivəsində, ədalətli sosial inkişaf dayanıqlı inkişafın vacib binövrəsidir. Biz, təsdiqləyirik ki, daimi binövrə əsasında sosial inkişafa və sosial ədalətə nail olmağa köməklik göstərmək üçün, dayanaqlı inkişaf kontekstində, hərtərəfli və fasiləsiz iqtisadi inkişaf vacibdir. Fəaliyyət platformasını uğurla həyata keçirmək üçün, eləcədə milli və beynəlxalq səviyyələrdə mənbələrin, həmçinin, qadınların vəziyyətinin yaxşılaşdırılması məqsədilə, çoxtərəfli, ikitərəfli və fərdi mənbələri daxil etməklə, bütün mövcud maliyyələşdirmə mexanizmlərini cəlb etməklə, inkişaf edən ölkələr üçün yeni və əlavə mənbələrin lazımi səviyyədə səfərbər olunması; milli, subregional, regional və beynəlxalq idarələrinin potensionalını gücləndirmək üçün maliyyə mənbələri; bərabər hüquqlara, bərabər vəzifələrə və bərabər imkanlara, eləcə də, qadın və kişilərin bütün milli, regional və beynəlxalq orqanlarda və siyasətin formalaşdırma prosesində bərabərhüquqlu iştirakına nail olma işinə sədaqət; və dünya qadınları qarşısında hesabatı təmin edən mexanizmlərin təsis olunmasını və ya bütün səviyyələrdə möhkəmləndirilməsini tələb edək;

37. Beynəlxalq əməkdaşlıq və yardıma ehtiyacı olan, keçidli iqtisadiyyatı olan ölkələrdə Fəaliyyət Platformasını uğurla həyata keçməsini təmin edək;

38. Bununla Biz, aşağıdakı Fəaliyyət Platformasını qəbul edirik və hökumətlər kimi öhdəlikdən çıxış edərək, həmin aspektlərin bütün proqram və strategiyamızda yerinə yetiriləcəyinə nəzarət etməyi öhdəmizə götürürük. Biz, Birləşmiş Millətlər Təşkilatının sistemini, regional və beynəlxalq maliyyə idarələrini, digər müvafiq regional və beynəlxalq idarələrini və bütün qadınlar və kişiləri, eləcə də, onların müstəqilliyinə tam hörmət etməklə, qeyri-hökumət təşkilatlarını, və hökumətlərlə birgə əməkdaşlıq edən vətəndaş cəmiyyətinin bütün sektorlarını Fəaliyyət Platformasının həyata keçməsi üçün öz üzərlərinə öhdəliklərin götürməsinə və buna hərtərəfli şərait yaradılmasına təkidlə dəvət edirik.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb