Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


MÜASİR RUSİYADA QENDER BƏRABƏRSİZLİYİ STATİSTİKA PRİZMASINDAN. BASKAKOVA M.Y.



Bu nəşrə MQTM «Rusiya Federasiyasında qender statistikasının inkişafı problemləri» seminarının ən mühüm materialları, qender problematikasına dair araşdırmalar daxil edilmişdir. Bu materiallar dövlət statistikası materiallarına, Rusiya iqtisadiyyat və əhalinin sağlamlığı monitorinqinə (RİSMRLMS, 1996-2002-ci illər), kənd təsərrüfatının iqtisadiyyatı ÜRETİ –si və Rusiya kənd təsərrüfatı nazirliyi tərəfindən keçirilən kəndin sosial-əmək sahəsi monitorinqinə, sosial tədqiqatların nəticələrinə əsaslanır.

Kitab alimlər, müəllimlər, aspirantlar, ali məktəb tələbələri və həmçinin dövlət qulluqçuları, deputatlar və ictimai-siyasi təşkilatların nümayəndələri üçün nəzərdə tutulmuşdur. Kitab Rusiyada qender tədqiqatları və qender statistikasının təkmilləşdirilməsi ilə məşğul olan hər bir kəsə faydalı ola bilər.

Mündəricat

Minnətdarlığın izharı
Müəlliflər haqda
Rimaşevskaya N.M. Müqəddimə
Baskakova M.E., Lunyakova L.Q. Giriş

Introduction

Laykam K.E. Rusiyada qender statistikasının vəziyyəti və inkişafı haqda.
Zotova Y.A. Ümumdünya bankı siyasətinin qender tərkib hissəsi.
Melex İ.N. Statistika bazasının inkişafı və qender bərabərliyinin irəliləyişi – Beynəlxalq əmək təşkilatının yeni operativ məqsədidir.
Melnikova T.A. Qender statistikasının təkmilləşdirilməsinin vacibliyi haqda.

Roşin S.Y. Əmək və məşğulluq statistikasının qender aspektləri.
Soboleva İ.V. Kişi və qadınların məşulluğu.
Yonuşkayte İ.Y. İslahatlar dövründə işsizliyin dinamikası: qender aspekti.
Roşin S.Y., Qorelkina O.Q. Əmək haqqında qender fərqi: amil və meyllərin mikroiqtisadi təhlili.
Suvorov A.V. Əmək haqqında qender fərqlərinin mikroiqtisadi təhlili.

Ballayeva E.A. Səhiyyə sahəsində qender bərabərliyinin indikatorları.
Baskakova M.Y. Kişilər və qadınlar təhsil sahəsində.
Zubareviç N.V. Rusiya regionlarında sosial bərabərsizlik: qender təhlili.
Tyuryukanova Y.V. Mühacirət statistikasının qender aspektləri.
Mezentseva Y.B. Ev əməyinin qenderli bölüşdürülməsi: əsas meyllər və iqtisadi qiymətləndirilmə məsələləri.
Pankov B.P., Malaxova V.Y., Rokotyanskaya Y. V. Məşğulluğun qender aspektləri, kənddə əmək və həyat şəraiti.
Moskva qender tədqiqatları mərkəzi haqda informasiya.

Minnətdarlığın izharı

Moskva Qender Tədqiqatları Mərkəzi (MQTM) Con D. və Ketrin T. MakArturlar Fonduna, «Qender bərabərliyi üzrə ekspertlər birliyi üçün analitik-informasiya resurs mərkəzi» layihəsinin dəstəyinə görə səmimi razılığını və minnətdarlığını bildirir. Bu da kitabın nəşrini mümkün etdi.

REA Əhali artımının Sosial-İqtisadi Problemləri İnstitutunun (REA ƏASİPİ) direktoru, REA-nın müxbir üzvü Natalya Mixaylovna Rimaşevskayaya xüsusi minnətdarlıq bildiririk. Onun köməyi sayəsində sosial-iqtisadi təqiqatlara qender yanaşmasının irəliləyişi on beş ildən çox həyata keçirilir.

Biz bütün məqalə müəlliflərinə və «Rusiya Federasiyasında qender statistikasının problemləri» seminarının iştirakçılarına minnətdarlıq bildiririk. Onların yüksək peşəkarlıq səviyyəsi, bizim ölkədə qender tədqiqatları problematikasının genişləndirilməsini mümkün etdi.

Biz MQTM üzrə bütün həmkarlarımıza, ilk növbədə isə Olqa Voronina, Larisa Lunyakova və Yelena Ballayevaya konsultasiya və seminarın və məcmuənin hazırlanmasında bilavasitə köməyə görə minnətdarıq.

Müqəddimə

İqtisadçılar həmişə – dünən, bu gün, sabah – statistikaya böyük əhəmiyyət verəcəklər. Onsuz sosial-iqtisadi tədqiqatlar mücərrəd mühakimələrə və heç kimə lazım olmayan bəyanatlara çevrilirlər.

Əhatəli, keyfiyyətli statistikasız konkret iqtisadi və sosial məsələlərin həlli praktiki olaraq mümkün deyil.

Qender tədqiqatları üçün – hələ çoxlu ağ ləkələr olan elm və praktikanın yeni sahəsində – keyfiyyətli statistikanın toplanması və operativ nəşri xüsusilə aktualdır. Qender tədqiqatlarının lazımi informasiya ilə təmin edilməsinin mürəkkəbliyi ondadır ki, Rusiyada qender statistikası faktiki olaraq 1990-cı illərdə, Rusiyanın, qadınların vəziyyətinə dair Dördüncü Ümumdünya konfransı (Pekin, 1995-ci il) tərəfindən işlənib hazırlanmış hərəkət Platformasına qoşulmasının nəticəsində yaranmışdır. Burada milli statistika xidmətləri ölkə daxilində və ölkədən kənarda bütün istehlakçıların, cəmiyyətdə kişi və qadınların vəziyyəti ilə bağlı problemləri əks etdirən statistik məlumatların toplanması, hazır şəklə salınması, təhlili və təqdim edilməsini öhdələrinə götürmüşlər.

«Rusiyada kişilər və qadınlar»qender statistikasına dair ilk məcmuə RF Dövlət Statistika Komitəsi tərəfindən (1997-ci il) işlənib hazırlanmış və kiçik həcmdə dərc edilmişdir. Lakin son illərdə bu sahədə mühüm pozitiv irəliləyiş baş vermişdir. Göstərilən məcmuə, dinamik şəkildə genişlənərək, hər il çap olunur. Buna görə də hal-hazırda, qender statistikası göstəriciləri sisteminin təkmilləşdirilməsi, onların əldə edilməsi metodları, statistik məlumatların tutuşdurula bilməsinə nail olmaq və informasiya məlumatlarının müxtəlif mənbələrinin genişləndirilməsi ön plana keçir. Məhz bu gün, RF Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilən sahələr üzrə dövlət statistikasının ən mühüm təkmilləşdirmə dövründə, onun qender aspektinin yaxşılaşdırılması üçün çoxlu imkanlar yaranır. Onun məqsədi konkret məsələləri həll etmək üçün tətbiq sahəsini genişləndirməkdir.

Hal-hazırda Rusiya qender statistikasının genişləndirilməsi hər şeydən əvvəl 2002-ci il Ümumrusiya əhalinin siyahıya alanmasının nəticələrindən maksimal tam istifadə etmə hesabına mümkündür. Bizim cəmiyyət üçün qender münasibətlərinə aidiyyatı olan absolyut tam informasiyanın alınması üçün siyahıya alınmanın nəticələrinin hazır şəklə salınması proqramına lazımi dəyişikliklərin, əlavələrin, düzəlişlərin daxil edilməsi, həmçinin dərindən öyrənilmək üçün seçki məlumatlarından istifadə etmək hələ gec deyil.

Bundan başqa qender tədqiqatlarının inkişafına ailə büdcəsi statistikasının təkmilləşdirilməsi böyük imkanlar təqdim edə bilər. Bu gün bu informasiya qismən RF Dövlət Statistika Komitəsinin illik məcmuələrində, məsələn, «Əhalinin həyatının sosial şəraiti və səviyyəsi» məcmuəsində təqdim edilmişdir.

Lakin, ailədə qadının vəziyyəti, kişilər və qadınlar arasında vəzifələrin bölüşdürülməsini əks etdirən statistik göstəricilər, və ən əsası-qadınların haqqı ödənilməyən əməyi yerinə yetirməsi üçün vaxt sərfi yoxdur. Nəticədə, biz bu gün rusiyalı qadınların uşaqların tərbiyəsinə, ailənin reproduktiv funksiyarına nə qədər əmək və güc sərf etdiyini bilmirik. Qadınların bu fəaliyyətini pul ekvivalentində hesablaya, bu səbəbdən də onların ölkənin inkişafına qoyuluşlarını kompleks qiymətləndirə bilmirik. Eyni zamanda görünür ki, bu cür göstəriciləri vaxt büdcələrinin seçmə araşdırma məlumatları əsasında almaq olar, bunu da imkan dairəsində beş ildə bir dəfədən az olmayaraq keçirmək lazımdır. İnformasiya sahəsinin genişləndirilməsi üçün daha bir imkan mövcuddur.

Bu gün müxtəlif tədqiqat mərkəzlərinin alimləri çoxlu yerli araşdırmalar aparırlar ki, bunların da nəticəsində ölkənin regionları üzrə çox böyük verilənlər bazası formalaşır. Lakin bu informasiyanın geniş istifadə edilmə imkanları verilənlərin uyğun gəlməməsi ilə çətinləşir. Buna görə də, bu mozaikanın calanma məsələsi, regionlarda, onların xüsusiyyətləri ilə bağlı alınan nəticələrin nə qədər fərqli olduğunu təyin etmək aktual olur.

Qender statistikası üzrə mövcud göstəricilər sistemi də təkmilləşməyə möhtacdır. Bu gün bu sistemin heç də bütün qismləri eyni cür dolğun və mükəmməl deyil. Belə ki, RF Dövlət Statistika Komitəsinin əhalinin məşğulluğu problemlərinə dair rüblük araşdırmalarının nəticələrinə görə işləyib-hazırladığı məşğulluq və əmək bazarı sahəsində kişi və qadınların vəziyyətini əks etdirən göstəricilər yaxşı təqdim edilmişdir. Məsələn, gəlirlərdə, ən əsası da əmək haqqında qender asimmetriyasının göstəriciləri isə, bu kəskin sosial problemin tam işıqlandırılması üçün kifayət deyil.

Gəlir və əmək haqqı ilə bağlı vəziyyəti əks etdirən indikatorların böyük əksəriyyəti, bütövlükdə əhali üzrə hesablanır, həm də RF Dövlət Statistika Komitəsi tərəfindən aparılan araşdırmalar onları cinsi əlamətlərə görə fərqli surətdə işləyib-hazırlamağa imkan verir. Anoloji vəziyyət statistikanın digər sahələrində də formalaşır – təhsil, əhalinin sağlamlığı, mühacirət və s.


Qeyd etmək lazımdır ki, qender statistikasının indikatorlar sisteminin təkmilləşdirilməsi zaman, bu problematika üzrə ixtisaslaşan tədqiqatçıları cəlb etmək olar və lazımdır, bu da onun keyfiyyətini artırmağa səbəb olar.
REA-nın müxbir üzvü, iqtisadiyyat elmləri doktoru N.M.Rimaşevskaya

Giriş

Rusiya Federasiyasında qender tədqiqatları 1980-ci illərin sonlarında geniş yayılmağa başlamışdı. İlk illər yeni elmi cərəyan, tədricən sovet dövrünün ənənəvi qadın tədqiqatlarından ayrılaraq, əsas etibarilə nəzəri və metodoloji planda inkişaf edirdi.

Bu dövrdə tətbiqi əsərlər, xüsusən də sosial-iqtisadi tematika üzrə, açıq-aydın kifayət etmirdi. Hər şeydən əvvəl bu, həm tədqiqat layihələri, həm də dövlət statistikası məlumatları əsasında alınan vacib empirik məlumatların olmaması ilə izah edilirdi

Bir halda ki, sonuncu sovet dövründə yaradılmış metodikalar üzrə işlənib-hazırlanmışdır, o, keçid dövrü proseslərinin təhlili üçün az yararlı idi. Yeganə istisnanı məşğulluq sahəsində və əmək bazarında kişi və qadınların vəziyyəti haqda tədqiqatlar təşkil edirdi. Onların intensiv inkişafı Federal məşğulluq xidməti (FMX) çərçivəsində rəsmən qeydə alınmış işsizliyin statistik monitorinqinin yaradılması və həmçinin Rusiya əmək statistikasının Beynəlxalq əmək təşkilatı (BƏT) standartlarına keçidi ilə stimullaşdırılırdı.

Bu arada, məhz bu illərdə ölkədə siyasi və sosial-iqtisadi vəziyyət əsaslı surətdə dəyişdi: özəlləşdirilmə keçirildi; şəxsi mülkiyyət yarandı; böyük, orta, kiçik biznes formalaşdı; yeni sosial qruplar əmələ gəldi (işverənlər və işsizlər, oliqarxlar və baxımsız uşaqlar və s.); əhalinin gəliri arasında fərq inkişaf etməkdə olan ölkələrin səviyyəsinə qalxdı; əhalinin mühacirət etməsi artdı (o cümlədən qeyri-leqal, insan ticarəti); əhalinin həyat səviyyəsi kəskin şəkildə aşağı düşdü və onun regional fərqləri artdı. Baş vermiş dəyişikliklərin qender nəticələrinin səthi təhlili göstərir ki, Rusiya Federasiyası Konstitusiyasının 19 maddəsində qender bərabərliyi prinsipinin möhkəmləndirilməsinə baxmayaraq, bu dəyişikliklər kişi və qadınlara müxtəlif cür toxunmuş və ümumilikdə, cəmiyyətdə mövcud olan qender bərabərsizliyini gücləndirmişdir.

1990-cı ilin ortalarından sosial-iqtisadi sahədə qender tədqiqatlarının inkişafında yeni mərhələ başladı – təkcə nəzəri deyil, empirik tədqiqatların da inkişafı. Buna başlıca olaraq, 1997-ci ildə Rusiya Dövlət Statistika Komitəsinin qender statistikasını formalaşdırmasının başlanğıcı kömək etdi. Bu formalaşma, iqtisadi vəziyyətin və insan sağlamlığının Rusiya monitorinqinin məlumatlarına, qender problematikası üzrə tədqiqat layihələrinə maliyyənin artırılmasına yol açdı

Yeni informasiya imkanları tədqiqatçılara Rusiya cəmiyyətinin bir çox qender problemlərini ilk dəfə miqdarca qiymətləndirməyə imkan verdi: kişi və qadın əməyinin ödənişi səviyyəsində uyğunsuzluğun artımını göstərmək (o cümlədən yaş və təhsil səviyyəsindən asılı olaraq), yoxsulluğun feministləşdirilməsi problemini açmaq, qadınların qərar qəbul etmə sahələrindən sıxışdırılması, Rusiya ailələrində ev əməyinin qender bölüşdürülməsi haqda ümumi təsəvvürləri göstərmək və s.

Təəssüf ki, empirik baza hələ açıq-aydın kifayət qədər deyil və Rusiya tərəfindən elan edilmiş bərabər hüquq və bərabər imkanlar siyasətinin həyata keçirilməsindən asılı olan bir sıra mühüm qender problemlərini təhlil etməyə imkan vermir.

Belə ki, məsələn, kişə və qadınlar arasında mülkiyyətin bölünməsi, əmək haqqı, gəlir və büdcə vaxtıının qender fərqi haqda, bütün sahələrdə məşğulluq və qeyri-münasib əmək şəraitinə münasibətdə informasiya yoxdur, xarici və daxili miqrasiya axınlarının hesaba alınması kifayət qədər dolğun deyil.

Bu növ məlumatların olmaması sosial və iqtisadi siyasətin qender ekspertizasının keçirilməsini, o cümlədən təhsil, səhiyyə sisteminin yeniləşdirilməsini, peşəkar təqaüd sisteminin transformasiyasını və s. çətinləşdirir. Kişi və qadınların kiçik biznes sahəsində imkanlarını bərabərləşdirilməsinə kömək edən proqramların işlənib-hazırlanması çətinləşmiş, ölkəmizdə qender problemlərinin həlli dayandırılmışdır.

Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qender problemlərinin, ilk növbədə isə qender bərabərliyinin həlli, ölkənin iqtisadi və sosial tərəqqisinə nail olmaqda mühüm amillərdən biridir.

Buna görə qender statistikasının inkişafı bu gün Rusiya üçün strateji cəhətdən vacibdir. Qender statistikası – cinsi əlamətlərə görə statistik göstəricilərin mexaniki bölgüsü deyil, onların əlaqəli sistemidir. Bu da kişi və qadınların cəmiyyətdə vəziyyətlərinin xüsusiyyətlərini nəinki operativ və sistematik əsasda əks etməyə imkan verir, həm də həyat fəaliyyətinin bütün sahələrində qender asimmetriya/simmetriyasının formalaşmasına qender rollarının və qender stereotiplərinin təsirini üzə çıxarır.

Müvafiq olaraq, qender statistikası qarşısında duran məsələləri aşağıdakı kimi ifadə edə bilərik:
Həyat fəaliyyətinin bütün sahələrində kişi və qadınların vəziyyətinin xarakteristikasını vermək, qender rolları və qender stereotiplərinin təsirini əks etdirmək;
Rusiya cəmiyyətində qender problemlərinin dinamikasını izləmək imkanı vermək;

Beynəlxalq qarşılaşdırılma keçirilməsinə imkan yaratmaq;
Kompleks informasiya nəzarəti və qəbul edilmiş hakim qərarların yerinə yetirilməsinin qiymətləndirilməsini, kişi və qadınların qanuniləşdirilmiş hüquq və vəzifələrini və həmçinin, bərabər hüquq və bərabər imkanlar siyasətinin reallaşdırılmasını təmin etmək.

Qender statistikasının xüsusiyyəti ondan ibarətdir ki, o, avtonom sahəni deyil, ayrıca sahəni təmsil edir, o, statistikanın bütün bölmələrini, onları üzvi surətdə tamamlayaraq, «dəlir».

Şübhəsiz, milli qender statistikası beynəlxalq təcrübəni nəzərə almaqla inkişaf etməlidir. Bununla belə, yaddan çıxarmaq olmaz ki, hər bir ölkə özünün spesifik qender problemləri dəstinə malikdir.

Nəzərə almaq lazımdır ki, milli qender statistikasının təkmilləşdirilməsində beynəlxalq standartlar vacibdir. İlk növbədə oriyentir və məlumatların toplanması və təqdim edilməsi modeli kimi. Lakin beynəlxalq standartlara həddən artıq düzxətli «bağlılıq», «ölkə» qender statistikasını spesifik milli qender probleminin işıqlandırma imkanlarından məhrum edə bilər.

Qender statistikasına verilən vacib tələblərdən biri də, onun operativliyidir. Ölkəmizdə baş verən iqtisadi və sosial dəyişikliklərin fövqəladə yüksək surəti, yeni qender problemlərinin yaranması ilə müşayiət edilir ki, buna qanunvericilikdəki dəyişikliklər kömək edir. Bu vəziyyətdə kişi və qadınların cəmiyyətdə üzləşdikləri maneə və çətinliklər haqda operativ və adekvat informasiyanın çatışmazlığı, qender problemlərinin həlli üzrə inzibati və siyasi qərar, proqram və tədbirlərin işlənib-hazırlanması və effektivliyinin qiymətləndirilməsində əngəl ola bilər.

Qender statistikası tərtibinin uğuru başlıca olaraq, bu statistikanın istehsalçıları və istehlakçıları arasında dialoqun mütəşəkkilliyindən asılıdır: hökumət və qeyri-hökumət idarələri, siyasətçilər, qeyri-hökumət təşkilatları, elmi mərkəzlər, alimlər və müəllimlər. Belə ki, söhbət bu informasiyanın istehsalatın bütün mərhələlərində qarşılıqlı əlaqəsi haqda gedir: məlumatların toplanması proqramlarının işlənib-hazırlanmasından, təqdim etmənin üsul və formatına, nəşrinə və alınmış məlumatların yayılmasına qədər.

Ölkəmizdə belə dialoqun təşkil edilməsində ilk cəhd statistika istifadəçiləri tərəfindən təşəbbüsləndirilmiş «Rusiya Federasiyasında qender statistikasının inkişaf problemləri» elmi-ekspert seminarı oldu. Seminar Con və Ketrin Fondunun dəstəyi ilə MQTM-nin «Qender bərabərliyi üzrə ekspertlər birliyi üçün analitik-informasiya resurs mərkəzi» layihəsi çərçivəsində REA Əhali Artımının Sosial-İqtisadi Problemləri İnstitutu ilə birgə Moskva Qender Tədqiqatları Mərkəzi təşkil etmişdir və 2003-cü il mayın 29-da keçirilmişdir.

Seminarın işində iştirak etmək üçün Rusiya Dövlət Statistika Komitəsinin, beynəlxalq təşkilatların (Ümumdünya bankı, BMTİP, BƏT), hökumətin qanunvericilik və icra orqanlarının nümayəndələri, alimlər və ekspertlər dəvət olunmuşlar.

Seminarın əsas məqsədi dövlət statistika hesabatının vəziyyəti haqda müzakirələrin təşkilində və statistik informasiyanın istehsalçıları və onun istehlakçıları arasında dialoqun yaradılması idi.

Seminarın işi aşağıdakı problemlər üzərində cəmləşdirilmişdi:
Statistikanın istehsalçıları və istehlakçılarının nöqteyi-nəzərindən Rusiyada müasir qender statistikasının qiymətləndirilməsi;
Rusiya qender statistikası inkişafının perspektiv və istiqamətlərinin təhlili;
Mövcud maneələrin və qender statistikasının təkmilləşdirilməsi üzrə olan imkanların üzə çıxarılması;
Qender statistikası istehsalçıları və istehlakçıları arasında əməli dialoqun nizamlanması, istehlakçıdan istehsalçıya əks əlaqə mexanizminin işlənib-hazırlanması.

REA ƏASİPİ-in direktoru, REA-nın müxbir üzvü, professor N.M.Rimaşevskaya giriş sözündə qender statistikası inkişafının əsas şərtlərini qeyd etdi, informasiya sahəsinin genişləndirilməsi və təkmilləşdirilməsinin vacibliyini vurğuladı.

Seminarda məruzə ilə çıxış etdilər:
Zotova Y.A. iqt.elmləri namizədi, Ümumdünya bankının Moskva nümayəndəliyinin qender proqramları koordinatoru, K.E.Laykam, texn. elmləri namizədi, Rusiya Dövlət Statistika Komitəsi sədrinin birinci müavini, T.A.Melnikova, siyasət elmləri doktoru, Rusiya Federasiyası Əmək və Sosial İnkişaf Nazirliyinin qadınların sosial-iqtisadi vəziyyəti şöbəsinin müdiri, S.Y.Roşin, iqt.elmləri namizədi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin dosenti və N.V.Zubareviç, coğrafiya elmləri namizədi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya kafedrasının dosenti. K.E.Laykamın çıxışı Rusiya Dövlət Statistika Komitəsi Əməyin Statistikası İdarəsinin müdir müavini L.N.Belokonnayanın şərhləri ilə tamamlanmışdır.

Çıxışların müzakirəsi prosesində öz tövsiyə və fikirləri ilə bölüşdülər: RİSM layihəsinin rəhbəri, tarix elmləri namizədi P.M.Kozıreva;
REA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqt.elmləri doktoru, professor L.S.Rjanitsına; Ali iqtisadiyyat məktəbinin dosenti, iqt. elmləri namizədi Y.B.Mezentseva; «Qorbaçov-Fond» İctimai-siyasi mərkəzinin rəhbəri, fəlsəfə elmləri namizədi O.M.Zdravomıslova və başqaları.

Gündəliyə əlavə olaraq seminarın təşkilatçıları iştirakçıları «Qender bərabərliyinin statistik monitorinqi» köməkçi layihəsi çərçivəsində MQTM-də hazırlanmış analitik qeydlərin mətnləri ilə tanış etdilər. İşçi materiallar qeydlərin ayrıca vərəqləri şəklində bütün iştirakçılara paylanmışdır.

Seminarın əsas nəticələrindən biri qender statistikasının inkişaf problemlərinə həsr olunmuş müntəzəm işçi görüşlərin və «dəyirmi masaların» keçirilməsi və onların işinə, qender məsələlərinin həllinə cavabdeh olan federal nazirliklərin və idarələrin nümayəndələrinin cəlb olunması oldu (o cümlədən, RF Daxili İşlər Nazirliyi, RF Pensiya fondu, RF Təhsil və Elm Nazirliyi, RF Səhiyyə və Sosial inkişaf Nazirliyi). Bundan başqa, keçirilmiş seminarın nəticələrini və analitik qeydləri nəşr etmək və maraqlı şəxslərin ixtiyarına vermək təklifi oldu.

Bu kitaba, «Rusiya Federasiyasında qender statistikasının inkişaf problemləri» seminarının ən mühüm materialları və Rusiya iqtisadiyyat və əhalinin sağlamlığı monitorinqinə (RİSMRLMS, 1996-2002-ci illər), kəndin sosial-əmək monitorinqinə əsaslanan qender problematikası üzrə tədqiqat işləmələri daxil edilmişdir. Beləliklə, təklif olunan məcmuə, əvvəla, onun istehsalçılarının nöqteyi nəzərindən (RF Dövlət Statistika Komitəsi) Rusiyada qender statistikasının müasir vəziyyətini qiymətləndirən, ikincisi, həyat fəaliyyətinin müxtəlif sahələrində qender problemlərinin statistik təhlilini və bu sahələrdə qender statistikasının göstəriciləri sistemini təkmilləşdirməyi təklif edən və üçüncüsü, hökuməm və beynəlxalq təşkilatlar tərəfindən qender statistikasının inkişaf problemlərinin görünüşünü açıqlayan işlərdən ibarətdir.
M.Y.Baskakova, L.Q.Lunyakova
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb