Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadinlarin Siyasi Hüquqlari Haqqinda Konvensiya


Baş Məclisin 20 dekabr 1952-ci il tarixli 640 (VII) saylı Qətnaməsi ilə qəbul edilib

 

Sazişə gələn tərəflər kişilərin və qadınların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilən hüquqbərabərliyi prinsipini həyata keçirmək istəyərək,

hər bir insanın öz ölkəsinin idarə olunmasında biləvasitə və ya azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək hüququ və öz ölkəsində dövlət qulluğuna girməkdə bərabər hüququ malik olduğunu etiraf edərək,

həmçinin siyasi hüquqlara malik olmaq və onlardan istifadə etməkdə kişilərin və qadınların vəziyyətini Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və insan hüquqları haqqında ümumi bəyannamənin qərarlarına müvafiq olaraq eyniləsdirmək istəyərək,

bu məqsədlə konvensiya bağlamağı qərara alaraq, bununla aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Qadınlar bütün seçkilərdə heç bir ayrı-seçkilik qoyulmadan kişilərlə bərabər şərtlərlə səs vermək hüququna malikdirlər.

 

Maddə 2

 

Qadınlar heç bir ayrı-seçkilik qoyulmadan kişilərlə bərabər şərtlərlə milli qanunla müəyyən olunmuş açıq seçkilər keçirilməsini tələb edən bütün idarələrə seçilə bilərlər.

 

Maddə 3

 

Qadınların heç bir ayrı-seçkilik qoyulmadan kişilərlə bərabər şərtlərlə ictimai dövlət qulluğunda vəzifə tutmaq və milli qanunla müəyyən edilən bütün ictimai-dövlət funksiyalarını yerinə yetirmək hüququ var.

 

Maddə 4

 

1. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının istənilən üzvləri, həmçinin Baş Məclisdən dəvət almış istənilən dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.

2. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqetmə fərmanları saxlamaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.

 

Maddə 5

 

1. Bu Konvensiya IV maddənin 1-ci bəndində göstərilən bütün dövlətlərin qoşulması üçün açıqdır.

2. Qoşulma bu haqqında bəyannamənin saxlanmaq üçün Birləşmiş MillətlərTəşkilatının Baş katibinə təhvil verilməsi ilə yerinə yetirilir.

 

Maddə 6

 

1. Bu Konvensiya altıncı təsdiqetmə fərmanı və ya qoşulma haqqında bəyannamə saxlanmaq üçün təhvil verilən gündən sayılmaqla doxsanıncı gün qüvvəyə minir.

2. Bu Konvensiyanı altıncı təsdiqetmə fərmanı və ya qoşulma haqqında bəyannamə saxlamağa təhvil verildikdən sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün konvensiya həmin dövlətin təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında bəyannaməsi saxlanılmağa təhvil veriləndən sonra doxsanıncı gün qüvvəyə minir.

Maddə 7

 

Hər hansı bir dövlət imzalama, təsdiqetmə və ya qoşulma zamanı bu Konvensiyanın hər hansı maddəsinə qeyd-şərt irəli sürərsə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmin qeyd-şərtin mətnini bu Konvensiyanın iştirakçısı olan, yaxud iştirakçısı ola bilən bütün dövlətlərə xəbər verir.

Bu qeyd-şərtə etiraz edən istənilən dövlət göstərilən xəbərin tarixindən (yaxud onun konvensiyanın iştirakçısı olduğu gündən) hesablamaqla doxsan günlük müddət ərzində bu qeyd-şərti qəbul etmədiyini bildirə bilər. Bu halda konvensiya həmin dövlətlə qeyd-şərt qoymuş dövlət arasında qüvvəyə minmir.

 

Maddə 8

 

1. İstənilən dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildirişlə bu Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya Baş katibin həmin bildirişi aldığı gündən bir il sonra qüvvəyə minir.

2. Denonsasiya qüvvəyə minəndən sonra Konvensiyada iştirak edən ölkələrin sayı altıdan az olduğu gündən bu Konvensiya qüvvədən düşür.

 

Maddə 9

 

Bu Konvensiyanın yozulmasına və ya tətbiqinə dair hər hansı iki, yaxud bir neçə sazişə gələn dövlət arasında meydana çıxan və danışıqlar qaydasında həll edilməyən hər hansı mübahisə onlar bu mübahisənin digər qaydada tənzimlənməsi barədə razılığa gəlməzlərsə, həmin mübahisənın istənilən tərəfinin tələbi ilə həll edilmək üçün Beynəlxalq Məhkəməyə verilir.

 

Maddə10

 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə və Təşkilatın bu Konvensiyanın IV maddəsinin 1-ci bəndində xatırlanan üzv olmayan dövlətlərə aşağıdakılar barədə xəbər verir:

 

a) IV maddəyə müvafiq olaraq imzalamalar və alınmış təsdiqetmə fərmanları;

b) V maddəyə müvafiq olaraq qoşulma haqqında bəyannamələr;

c) VI maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə mindiyi tarix;

d) VII maddəyə müvafiq olaraq alınmış məlumatlar və bildirişlər;

e) VIII maddənin 1-ci bəndinə müvafiq olaraq alınmış denonsasiyalar;

f) VIII maddənin 2-ci bəndinə müvafiq olaraq Konvensiyanın qüvvədən düşməsi.

 

Maddə 11.

 

1. İngilis, ispan, çin rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Konvensiyaya Birləşmiş Millətlər Təşkilatının arxivində saxlanılır.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi təsdiq olunmuş surətləri Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə və təşkilatın IV maddənin 1-ci bəndində xatırlanan üzvü olmayan dövlətlərə göndərir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb