Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Əmək Və Məşğulluq Sahəsində Ayri-Seçkilik Haqqinda Konvensiya


Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında Konvensiya (# 111) 25 iyun 1958-ci ildə

Beynəlxalq Əmək Təşkilatının qırx ikinci Baş sessiyasında qəbul edilmişdir

QÜVVƏYƏ MİNMƏSİ: 8-ci maddəyə müvafiq olaraq 15 iyun 1960-cı il

Beynəlxalq  Əmək Təşkilatının Baş  konfransı,

Beynəlxalq Əmək bürosunün inzibati şurası tərəfindən Cenevrədə çağırılan və 4 iyun 1958-ci ildə özünün sessiyasına

t o p l a ş a r a q,

sessiyanın gündəliyinin dördüncü bəndi olan əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında bir sıra təkliflərin qəbul olunmasını q ə r a r a a l a r a q,

bu təkliflərə beynəlxalq konvensiya forması verməyi q ə r a r a a l a r a q ,

Filadelfiya bəyannaməsində irqindən, dinindən, yaxud cinsindən asılı olmayaraq bütün insanların azadlıq və ləyaqət, iqtisadi sabitlik və bərabər imkanlar şəraitində öz maddi rifahını və mənəvi inkişafını həyata keçirmək hüququna malik olduğunun elan edildiyini n ə z ə r ə a l a r a q,

bundan sonra Komissiyanı İnsan hüquqları haqqında ümumi bəyannamənin pozulması s a y a r a q,

bu gün, min doqquz yüz əlli səkkizinci il iyun ayının iyirmi beşində əmək və məşğulluk sahəsində 1958-ci il Konvensiyası adlanacaq aşağıdakı Konvensiyanı q ə b ul e d i r:

 

Maddə 1

1. Bu Konvensiyanın məqsədləri üçün «ayrı seçkilik» terminə aşağıdakılar daxildir:

a) irq, dərisinin rəngi, cins, etiqad, siyasi əqidə, milli mənşə, yaxud sasial mənsubiyyət əlamətlərinə görə həyata keçirilən və əmək və məşğulluk sahəsində imkanların və dövriyyənin bərabərliyinin ləğv edilməsinə, yaxud pozulmasına gətirib çıxaran hər cür fərqləndirmə, qadağa, yaxud üstün tutma;

b) əmək və məşğulluq sahəsində imkanların və dövriyyənin bərabərliyinin ləğv edilməsinə, yaxud pozulmasına gətirib çıxardığı müvafiq üzvün sahibkarların və zəhmətkeşlərin nümayəndəli təşkilatları (onların mövcud olduğu hallarda) və digər müvafiq orqanlarla məsləhətləşmədə müəyyən etdiyi hər cür başqa fərqləndirmə, qadağa, yaxud üstün tutma.

2. Spesefik tələblərə əsasən müəyyən illərdə fərq qoyulması, qadağa, yaxud üstün tutma ayrı-seçkilik sayılmır.

3. Bu Konvensiyanın məqsədləri üçün «əmək» və «məşğulluq» Terminləri peşə təliminə, əməyə və müxtəlif məşğuliyyətə, habelə muzda və əmək şəraitinə yol tapmaq deməkdir.

 

Maddə 2

Bu Konvensiyanın qüvvədə olduğu hər bir Təşkilat üzvü milli şərait və praktikaya uyğun üsullarla əmək və məşğulluq sahəsində ayrıseçkiliyin kökünü kəsmək məqsədilə imkanların və dövriyyənin bərabərliyinin təşviq olunmasına yönəldilmiş milli siyasət müəyyən etməyi və yeritməyi öhdəsinə gotürür.

 

Maddə 3

Bu Konvensiyanın qüvvədə olduğu hər bir Təşkilat üzvü milli şərait və praktikaya müvafiq üsullarla aşağıdakiları etməyi öhdəsinə götürür:

 a) bu siyasətin qəbul olunmasına yardım və ona riayət edilməsində sahibkar və zəhmətkeşlərin təşkilatlarının, habelə digər lazımi orqanların əməkdaşlığının təmin olunmasına səy göstərmək;

b) bu siyasətin qəbul olunmasını və ona riayət edilməsini təmin edə bilən qanunvericilik aktları və təhsil proqramları qəbul etmək;

c) bu siyasətlə bir araya sığmayan bütün qanunvericilik müddəalarını ləğv etmək, hər cür inzibati təlimatları və praktikanı dəyişdirmək;

d) əmək sahəsində müəyyən edilmiş siyasəti bilavasitə dövlət hakimiyyətinin nəzarəti altında həyata keçirmək;

e) müəyyən olunmuş siyasətə peşə yönümü, peşə təlimi və işə düzəltmə idarələrinin fəaliyyətində dövlət hakimiyyətinin rəhbərliyi ilə əməl edilməsini təmin etmək;

f) özünün illik məruzəsində Konvesiyanını xatırlanan siyasətə müvafiq olaraq keçirilən tədbirlərə tətbiqinin və bu tədbirlərin köməyi ilə əldə edilmiş nəticələri göstərmək.

 

Maddə 4

Dövlətin təhlükəsizliyini sarsıdan fəaliyyətlə məşğul olması barədə əsaslı şübhə olan, yaxud belə fəaliyyətlə məşğul olması sübut edilmiş şəxslərə qarşı yönəldilmiş hər hansı tədbirlər, əlaqədar şəxsin milli praktikaya müvafiq olaraq yaradılmış səlahiyyətli orqana müraciət etmək hüququ saxlanılmaq şərtilə, ayrı-seçkilik sayılmır.

 

Maddə 5

1. Beynəlxalq əmək konfransının digər konvensiya və tövsiyələrində müdafiəyə və köməyə dair nəzərdə tutulan xüsusi tədbirlər ayrı-seçkilik sayılmır.

2. Hər bir Təşkilat üzvü sahibkarların və zəhmətkeşlərin nümayəndəli təşkilatları (mövcud olduğu hallarda) məsləhətləşmə ilə cins, yaş, fiziki naqislik, ailə şəraiti, yaxud sosial və mədəni səviyyə mülahizələrinə görə, adətən, xüsusi müdafiəyə və köməyə ehtiyacı olanlar sayılan şəxslərin xüsusi ehtiyaclarının ödənilməsinə yönəldilmiş digər xüsusi tədbirlərin ayrı-seçkilik olmadığını müəyyən edə bilər.

 

Maddə 6

Bu Konvensiyanı təsdiq edən hər bir Təşkilat üzvü Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsinə müvafiq olaraq onu metropoliyadan kənar ərazilərdə tətbiq etməyi öhdəsinə götürür.

 

Maddə 7

Bu Konvensiyaya dair təsdiqetmə fərmanları qeydiyyatdan keçirilmək üçün Beynəlxalq əmək bürosunun Baş direktoruna göndərilir.

 

Maddə 8

Bu Konvensiya yalnız Beynəlxalq Əmək Təşkilatının təsdiqetmə fərmanları Baş direktor tərəfindən qeydiyyatdan keçirilmiş Üzvlərini birləşdirir.

O, Baş direktor ikiTəşkilat Üzvünün təsdiqetmə fərmanları qeydiyyatdan keçirdikdən on iki ay sonra qüvvəyə minir.

Sonradan bu Konvensiya hər bir Təşkilatın Üzvü üçün onun özünün təsdiqetmə fərmanını qeydiyyatdan keçiriləndən on iki ay sonra qüvvəyə minir.

 

Maddə 9

1. Bu Konvensiyanın təsdiq etmiş hər bir Təşkilat Üzvü, o ilk dəfə qüvvəyə mindiyi vaxtdan on illik dövr ərzində Beynəlxalq əmək bürosunun Baş direktorunun adına göndərilmiş və onun qeydiyyatdan keçirdiyi denonsasiya haqqında aktla onu denonsasiya edə bilər. Denonsasiya, denonsasiya aktı qeydiyyatdan keçəndən bir il sonra qüvvəyə minir.

2. Bundan əvvəlki bənddə xatırlanan onillik dövr bitdikdən sonrakı bir il ərzində özünün bu maddədə nəzərdə tutulan denonsasiya hüququndan istifadə etməyən Təşkilat Üzvü sonrakı on illik dövr ərzində bu Konvensiya ilə bağlı olur və gələcəkdə hər onillik dövr bitəndən sonra, bu maddədə qoyulmuş qaydada onu denonsasiya edə bilər.

 

Maddə 10

1. Beynəlxalq əmək bürosunun Baş direktoru Beynəlxalq Əmək Təşkilatının üzvlərinə Təşkilat Üzvlərindən aldığıbütün təsdiqetmə və denonsasiya aktlarını qeydiyyatdan keçirməsi barədə xəbər verir.

2. Baş direktor aldığı ikinci təsdiqetmə fərmanlarının qeydiyyatdan keçirməsi haqqında Təşkilat Üzvlərinə məlumat verərkən, onların diqqətini Konvensiyanın qüvvəyə minmə tarixinə cəlb edir.

 

Maddə 11

Beynəlxalq əmək bürosunun Baş direktoru Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq Birləşmiş Millətlər Təşkilatının Baş katibinə qeydiyyatdan keçirilmək üçün əvvəlki maddələrin müddəalarına müvafiq olaraq, qeydiyyatdan keçirdiyi bütün təsdiqetmə fərmanları və denonsasiya aktları barədə tam məlumat göndərir.

 

Maddə 12

Beynəlxalq əmək bürosunun İnzibati şurası lazım saydığı hər dəfə Baş konfransa bu Konvensiyanın tətbiq olunması barədə məruzə təqdim edir və ona tam, yaxud qismən yenidən baxılması məsələsinin Konfransın gündəliyinə salınıb-salınmamasını həll edir.

1. Konfrans bu Konvensiyanı tam, yaxud qismən dəyişdirən yeni Konvensiya qəbul edərsə və əgər yeni Konvensiyada əksi nəzərdə tutulmamışsa, onda:

a) yeni, dəyişdirilmiş Konvensiya hər hansı Təşkilat Üzvünün onu təsdiq etməsi ilə qüvvəyə minərsə, bu 9-cu maddənin müddəalarından asılı olmayaraq, hazırki Konvensiyanın avtomatik surətdə dərhal denonsasiyası demək olacaq;

b) yeni, dəyişdirilmiş Konvensiya qüvvəyə mindiyi tarixdən bu Konvensiya Təşkilat Üzvlərinin onu təsdiq etməsi üçün bağlıdır.

2. Bu Konvensiya, hər halda, forma və məzmunca onu təsdiq etmiş, lakin yeni, dəyişdirilmiş Konvensiyanı təsdiq etməmiş Təşkilat Üzvləri üçün qüvvədə qalır.

 

Maddə 14

Bu Konvensiyanın fransız və ingilis dillərindəki mətnləri eyni qüvvəyə malikdir.

Yuxarıda gətirilmiş mətn Beynəlxalq Əmək Təşkilatının özünün Cenevrədə keçirilən və 1958-ci il iyunun iyirmi altısında başa çatmış qırx ikincı sessiyasında lazımi qaydada qəbul edilmiş əsl mətnidir.

 

BUNUN TƏSDİQİ OLARAQ, bu Konvensiyanı bu gün, 5 iyul 1958-ci ildə imzaladıq

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb