Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


KONSTİTUSİYA AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİNİN ƏSASINI TƏŞKİL EDİR


AzərTAc xəbər verir ki, noyabrın 9-da "Avropa" hotelində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu "Hüquqi dövlət quruculuğu və insan hüquqlarının inkişafı" mövzusunda birgə dəyirmi masa keçirmişlər.

Tədbir 12 noyabr - Konstitusiya gününə həsr edilmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması istiqamətində görülən işlər barədə danışmışdır. F.Abdullayev bildirmişdir ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi altında və gərgin əməyi nəticəsində hazırlanmış, umumxalq referendumu yolu ilə qəbul edilmiş Konstitusiya öz humanistliyi və demokratikliyi ilə seçilərək hər bir vətəndaş üçün həyat normasına çevrilmişdir. Konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğunun prinsip və istiqamətlərini müəyyənləşdirmiş, vətəndaşların əsas hüquq və azadlıqlarını təsbit etmiş, onların təmin edilməsini dövlətimizin ali məqsədi kimi qarşıya qoymuşdur.

Konstitusiya Məhkəməsinin sədri demişdir ki, Əsas Qanuna müvafiq olaraq insan və vətəndaş hüquqlarını, azadlıqlarını qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifə borcudur. Eyni zamanda, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz haqqını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

F.Abdullayev bildirmişdir ki, hüquqi dövlət vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün müvafiq mexanizmlər sisteminə malik olmalıdır. Hüquq sisteminə daxil olan bir çox institutların əsas vəzifələrindən biri Konstitusiyada əksini tapmış müddəaların qeyd-şərtsiz icrasına nail olmaq, onun aliliyini təmin etmək olsa da, dövlətdə bu sahədə ixtisaslaşmış xüsusi təsisatın - Konstitusiya nəzarəti orqanının mövcudluğu zəruridir. Azərbaycanda belə nəzarətin həyata keçirilməsinin ən sınanmış formalarından biri kimi Konstitusiya Məhkəməsi təsis edilmişdir. Konstitusiya Məhkəməsi ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak etmiş, konstitusionalizm ideyalarının həyata keçirilməsinə əvəzsiz töhfə vermişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Konstitusiyanın ailə, qadın və uşaq problemləri sahəsində dövlət siyasətinin əsasını təşkil etdiyini bildirmişdir. H.Hüseynova demişdir ki, Konstitusiyanın qəbul edilməsindən sonra ailə, qadın və uşaq problemləri ilə bağlı məsələlərə yeni baxış formalaşmışdır. Konstitusiyada ailə cəmiyyətin əsas özəyi kimi qiymətləndirilir və onun dövlətin xüsusi himayəsində olduğu bildirilir. Həmçinin, Əsas Qanunda çoxuşaqlı ailələrə dövlət tərəfindən yardımın göstərilməsi müəyyənləşdirilmiş, kişilərlə qadınların eyni hüquqlara malik olması xüsusi vurğulanmışdır.

Komitə sədri bildirmişdir ki, qısa müddət ərzində görülən işlər nəticəsində ailə, qadın və uşaq problemləri ilə bağlı qanunvericiliyimiz Konstitusiyanın irəli sürdüyü tələblərə uyğunlaşdırılmışdır. Bunun nəticəsində bir çox qanunlara yenidən baxılmış, qanunvericilikdəki mövcud boşluqlar aradan qaldırılmış, dövlətin ailə və qadın siyasətində nailiyyətlər əldə edilmişdir.

Dəyirmi masada Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov "Vətəndaş cəmiyyətinin inkişafında Konstitusiyanın rolu", Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova "Hüquqi dövlət quruculuğunda konstitusiya ədalət mühakiməsinin rolu", Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova "İnsan hüquq və azadlıqlarının müdafiəsi dövlətin ali məqsədi kimi", Ali Məhkəmənin hakimi Bağır Əsədov "Ailə qanunvericiliyinin təkmilləşdirilməsi və dövlətin ailə siyasəti" mövzularında məruzələr etmişlər.

Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmışdır.

 

www.azertag.com

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb