Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


HƏR İL 70 MİN QADIN DÜNYASINI DƏYİŞİR


 2007111501_120Ümumdünya Səhiyyə Təşkilatı araşdırıb ki, bu abortlardan sonra yaranan ciddi fəsadlarla bağlıdır                                 

 A.HƏSƏNOVA                                 

 Hər il dünyada 70 mindən artıq qadın dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı araşdırıb ki, bunun səbəbi abortun peşəkarlar tərəfindən həyata keçirilməməsi, eləcə də xəstəxanalarda hökm sürən anti-sanitariyadır. ÜST ekspertləri qeyd edirlər ki, abortdan sonrakı ciddi fəsadlar uzunmüddətli, xroniki xəstəliklərlə müşahidə edilir və bu daha 5 milyon qadının təhlükə altında olduğunu deməyə əsas verir.

ÜST tədqiqatçıları 1995-2003-cü illər arasında müqayisə aparıblar. Tədqiqatın nəticələrindən bəlli olub ki, bu illər ərzində aparılan abortların sayı dünya üzrə 46 milyondan 42 milyona qədər azalıb. Amma buna baxmayaraq, dünya ölkələri üzrə mövcud vəziyyət heç də ürəkaçan deyil. Mütəxəssislər qeyd edirlər ki, bunun başlıca səbəbi hələ də abortların qeyri-qanuni şəkildə, eləcə də tibbi ləvazimatların yetərincə olmadığı müəssisələrdə aparılmasıdır. Bu durum aparılan abortların, demək olar, yarıdan çoxuna aiddir. ÜST ekspertlərinin fikrincə, dünya ölkələrində aparılan abortların 35 milyonu inkişaf etmiş ölkələrin payına düşür. Bunların da 97 faizi təhlükəsiz abortlar hesab edilir. Araşdırmalardan bəlli olub ki, hazırda dünyada hər 5 hamiləlikdən biri abortla yekunlaşır. Lakin bölgələrdən fərqli olaraq bu rəqəmin artması ehtimal edilmir. Məsələn, Mərkəzi Amerikada hər 100 hamiləlikdən 33-ü, abortun qanunla qadağan edildiyi Afrikada isə hər 100 hamiləlikdən 17-si abortla nəticələnir. Tədqiqatın müəllifləri hesab edirlər ki, hamiləliyin pozulmasının qanunla qadağan edilməsi belə ölkələr üzrə abort faizini azaltmamışdır.

Azərbaycanda abortlar qanunla qadağan edilməsə də, reproduktiv sağlamlıq baxımından bir sıra çətinliklər mövcuddur. Belə ki, ilkin səhiyyə xidmətləri pulsuz olsa da, insanların 70 faizindən çoxu bundan istifadə edə bilmir. İlkin səhiyyə xidmətlərinə dair araşdırma aparan QHT nümayəndəsi Zülfiyyə Əhmədovanın sözlərinə görə, bu, hökumətin reproduktiv səhiyyə xidmətləri üçün qiymətləri lazım olan səviyyədə ödəyə bilməməsindən irəli gəlir. "Bu isə onu göstərir ki, əhalinin böyük əksəriyyəti rəsmi və ya qeyri-rəsmi formada, uşağın doğulması da daxil olmaqla, digər səhiyyə xərclərini ailə büdcəsi hesabına ödəyir. Bu, təcrübə ilə qanunvericilik arasındakı boşluğu, eyni zamanda, əhali qruplarının sahib olduqları hüquqları lazımi səviyyədə bilmədiklərini göstərir. Ümumiyyətlə, əgər biz Bakı küçələrində kiçik bir sorğu aparsaq, görərik ki, insanlar xəstəxana xərclərini ödəmək üçün hamiləliyin ilk günlərindən pul yığırlar", - deyə o əlavə etdi.

Ekspertin qənaətincə, hazırda mövcud sosial-iqtisadi durum azərbaycanlı ailələrində uşaqların sayının azalmasına gətirib çıxarıb. "Əlbəttə ki, bunun özünün mənfi məqamları var. Belə ki, qadınlar uşağı dünyaya gətirməmək üçün lazım olduğundan da çox hamiləliyi pozmaq üçün həkimə müraciət edirlər. Bu ilk növbədə onların sağlamlığını təhlükə qarşısında qoyur", - deyə Z.Əhmədova bildirdi.

Ekspertin fikrincə, Bakı ilə müqayisədə bölgələrdə hamiləliyi pozmaq üçün həkimə müraciət edən qadınların sayı çoxdur. "Bu ilk növbədə qadınların reproduktiv sağlamlığa dair kifayət qədər biliklərə malik olmadığından irəli gəlir. Halbuki, müasir dünyada hamilə qalmamaq üçün bir sıra reproduktiv vasitələr təklif edilir. Müşahidələr göstərir ki, paytaxtdakı qadınlar bu vasitələrə dair daha geniş məlumata malikdirlər. Digər tərəfdən, iri şəhərlərdəki qadın məsləhətxanaları, eləcə də xəstəxanalar daha müasir avadanlıqlarla təchiz edilib. Həmçinin burada çalışan həkimlərin hazırlıq səviyyəsi də yüksəkdir. Bununla yanaşı, bölgələrdəki qadınlar onsuz da ağır olan sosial durumlarında daha bir uşağı dünyaya gətirməmək üçün abort etmək qarşısında qalırlar. Bu zaman onlar müraciət etdikləri məntəqənin sanitar-gigiyenik vəziyyətinin, eləcə də istifadə edilən avadanlıqların müasir standartlara cavab verib-vermədiyinin fərqinə varmırlar. Bu isə son nəticədə qadın orqanizmində ciddi fəsadlara gətirib çıxarır", - deyə müsahibim bildirdi.

Ümumiyyətlə, paytaxt və ya bölgədə yaşamasından asılı olaraq insanlar bilərəkdən hamiləliyin pozulmasını "günah", "cinayət" və s. kimi dəyərləndirirlər. Həmsöhbətim olan Sona xanım Bərdədəndir. Dediyinə görə, doğulduğu şəhərdə ticarətlə məşğul olduğundan mal aparmaq üçün Bakıya tez-tez gəlir. O hesab edir ki, aborta qərar vermək hər bir qadın üçün olduqca çətindir, amma məcburiyyət qarşısında qalıb bu qərara boyun əyməli olurlar: "Əlbəttə ki, hamiləliyi pozmaq düzgün deyil. Necə deyərlər, hər bir uşaq Allah tərəfindən göndərilmiş paydır. Amma neyləmək olar, bəzən məcburiyyət qarşısında qalıb bundan imtina etməli olursan. Xüsusən də indiki çətin zəmanədə. Ailələr uşaqların sayını 2-3 nəfərlə məhdudlaşdırırlar. Anam deyərdi ki, əvvəllər ən az uşağı olan ailədə 6 uşaq vardı. İndi adamları da qınamaq olmur. Bir uşağın dünyaya gəlməsi, böyüyüb boya-başa çatması filan qədər vəsait tələb edir. Ona görə də bunu fikirləşən ailələr növbəti uşaq dünyaya gəlmədən hamiləliyi pozurlar".

Abortun qadının səhhətinə təsirinə gəlincə, müsahibim "əlbəttə ki, mənfi təsir edir. Xüsusən də abortdan sonra qadınlar özlərinə diqqət yetirməlidirlər. Amma kənddə kimdir buna fikir verən. Elə səhəri gün ağır iş altına girən qadınlar var. Yazıq neyləsin, bəs onun işini kim görsün? Həm də çoxlarının abortdan sonra nə etmək lazım olması ilə bağlı məlumatı da yoxdur", - dedi.

Mütəxəssislər qeyd edirlər ki, bəzi hallarda hamiləliyi pozmaq tərəflərin səhhətindəki problemlərlə bağlı olur. Artıq bu kimi obyektiv səbəblərin qarşısını almaq üçün Azərbaycan hökuməti "Nikah Məcəlləsi"ndə dəyişiklik etmək qərarına gəlib. Belə ki, hazırda müzakirəsi aparılan məcəllədə yeni nikaha daxil olan ailələrin sağlamlıqlarına dair müvafiq sənəd təqdim etməsi tələb olunacaq. Bu sistemin mövcud duruma müsbət təsir etməsinə dair müxtəlif fikirlər mövcud olsa da, parlamentin Sosial siyasət daimi komissiyasının ekspertləri gələcək nəslin sağlamlığı naminə məcəllədə bu dəyişikliyin edilməsini vacib hesab edirlər.           

     

http://www.ayna.az/rubric.php?id=25655

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb