Bərabər əməyə görə kişilərə və qadinlara bərabər haqq verilməsi haqqinda
(bət: k № 100)
29 iyun 1951-ci
ildə Cenevrədə
keçirilmiş 34-cü sessiyada qəbul edilib
Beynəlxalq Əmək Təşkilatının Baş konfransı,
Beynəlxalq Əmək Bürosunün inzibati Şurası tərəfindən 1951-ci il
iyunun 6-da Cenevrədə çağırılan otuz dördüncü sessiyasına toplaşaraq,
Sessiyanın gündəliyinin yeddinci bəndi olan
kişilərə və qadınlara eyni dəyərə malik əməyə görə bərabər haqq ödənilməsi prinsipinə dair bir sıra təkliflər qəbul edilməsini qərara
alaraq,
Bu təkliflərə beynəlxalq konvensiya forması
verməyi qərara alaraq,
Bu gün, min doqquz yüz əlli birinci il iyunun iyirmi
doqquzunda bərabər ödəniş haqqında 1951-ci il Konvensiyası adlandırıla biləcək aşağıdakı
Konvesiyanı qəbul edir:
Maddə 1
Bu Konvensiyanın məqsədləri üçün:
a) «ödəniş» termininə adi, əsas, yaxud minimal əmək haqqı, yaxud adi, əsas, yaxud minimal maaş və sahibkarın əməkçiyə
birbaşa, yaxud dolayışı ilə, pulla, yaxud
natura ilə ödədiyi haqq daxildir;
b) «kişilərə və qadınlara eyni dəyərə malik əməyə
görə bərabər ödəniş» termininə cinsi əlamatə görə ayrı-seçkilik
qoyulmaması ilə müəyyənləşdirilən maaş dərəcəsi daxildir.
Maddə 2
1 Təşkilatın hər bir üzvü qüvvədə olan
maaş dərəcələrinin müəyyənləşdirilməsi üsullarına müvafiq vasitələrin köməyi ilə
bütün əməkçilər barəsində kişilərə və qadınlara eyni dəyərə əməyə görə bərabər
ödəniş prinsipini təşviq və bu üsullara uyğun gəldiyi dərəcədə təmin edir.
2. Bu prinsip
aşağıdakı yollarla həyata keçirilə bilər:
a) milli qanunvericiliklə;
b) qanunvericiliklə müəyyənləşdirilən, yaxud etiraf
edilən ödənişi təyinetmə sistemi ilə;
c) sahibkarlar və zəhmətkeşlər arasında kollektiv
müqavilələrlə;
d) bu müxtəlif üsulların birləşdirilməsi ilə.
Maddə 3
1. Bu fəaliyyət bu Konvensiyanın müddəalarının tətbiqinə yardım göstərdiyi təqdirdə,
müxtəlif vəzifələrin yerinə yetirilmiş iş əsasında obyektiv qiymətləndirilməsi üçün
tədbirlər görüləcəkdir.
2. Bu qiymətləndirmə üsulları, maaş dərəcələri səlahiyyətli hakimiyyət
orqanları tərəfindən, yaxud kollektiv müqavilələrlə müəyyən edildiyi hallarda, belə müqavilələrdə iştirak edən tərəflərin
qərar obyekti ola bilər.
3.sMaaş
dərəcələri arasındakı cinsə görə fərqdən asılı olmayaraq,
icra edilən işin belə obyektiv qiymətləndirilməsindən
irəli gələn müvafiq fərq kişilərə və qadınlara eyni dəyərə malik əməyə görə
bərabər ödəniş prinsipinə zidd sayılmır.
Maddə 4
Təşkilatın hər bir
üzvü bu Konvensiyanın müddəalarını həyata keçirmək məqsədilə sahibkarların və zəhmətkeşlərin maraqlı təşkilatları ilə lazımi qaydada əməkdaşlıq edirlər.
Maddə 5
Bu Konvensiyanın təsdiq
edilməsi haqqında sənədlər qeydiyyatdan
keçirilmək
üçün Beynəlxalq əmək bürosunun Baş
direktoruna göndərilir.
Maddə 6
1. Bu Konvensiya
yalnız Beynəlxalq Əmək
Təşkilatının təsdiqetmə haqqında sənədlərini Baş direktorun qeydiyyatdan keçirdiyi
üzvləri üçün məcburidir.
2. O, Baş direktor Təşkilatın iki
Üzvünün təsdiqetmə haqqında sənədini qeydiyyatdan keçirəndən on iki ay sonra qüvvəyə
minir.
3. Sonralar bu Konvensiya hər bir
Təşkilat üzvü barəsində onun təsdiqetmə haqqında sənədinin qeydiyyatdan keçirildiyi
tarixdən on iki ay sonra
qüvvəyə
minir.
Maddə 7
1. Beynəlxalq Əmək Təşkilatı
Nizamnaməsinin 35-ci maddəsinin 2-ci bəndinin müvafiq olaraq Beynəlxalq Əmək
Təşkilatının Baş direktoruna göndərilən bəyanatlarda aşağıdakılar
göstərilməlidir:
a) maraqlı Təşkilatın Üzvünün bu Konvensiyanın müddəalarını dəyişmədən
tətbiq etməyi öhdəsinə götürdüyü ərazilər;
b) onun bu Konvensiyanın müddəalarını dəyişikliklərlə tətbiq etməyi
öhdəsinə götürdüyü ərazilər və bu dəyişikliklərin
təfərrüatı;
c) Konvensiyanın
tətbiq edilməyəcəyi ərazilər və tətbiq edilməmənin səbəbləri;
d) qərarını vəziyyətə gələcəkdə baxılmasına qədər
dayandırdığı ərazilər.
2. Bu maddənin 1-ci bəndinin a) və b)
yarımbəndlərində
xatırlanan təəhhüdlər
təsdiqetmənin ayrılmaz hissəsi sayılacaq və onunla eyni nəticəli olacaqdır.
3. Təşkilatın
hər hansı üzvü yeni bəyanatla bundan əvvəlki bəyanatının bütün, yaxud bu
maddənin 1-ci bəndinin b), c) və d) yarımbəndləri barəsindəki qeyd-şərtlərindən
imtina edə bilər.
4. Təşkilatın hər
hansı üzvü 9-cu maddənin müddəalarına müvafiq olaraq, bu Konvensiyanın denonsasiya edilə biləcəyi dövrlər ərzində Baş direktora hər
hansı əvvəlki bəyanatlarının şərtlərini hər hansı digər münasibətlərlə
dəyişdirən və müəyyən ərazilərdəki cari vəziyyəti bildirən yeni bəyanat göndərə
bilər.
Maddə 8
1. Beynəlxalq Əmək Təşkilatı
Nizamnaməsinin 35-ci maddəsinin 4-ci və 5-ci bəndlərinə
müvafiq olaraq, Beynəlxalq əmək bürosunun Baş direktoruna göndərilən bəyanatlarda bu Konvensiyanın müddəalarının
məlum ərazidə dəyişikliklə, yaxud dəyişilmədən tətbiq ediləcəyi göstərilir; əgər bəyanatda Konvensiyanın
müddəalarının dəyişdirilmək şərtilə tətbiq ediləcəyi göstərilərsə, bu dəyişikliklərin
nədən ibarət olduğu dəqiqləşdirilməlidir.
2. Təşkilatın müvafiq üzvü, yaxud
üzvləri və ya beynəlxalq hakimiyyət orqanları yeni bəyanatla hər hansı əvvəlki bəyanatlarında qeyd
edilmiş dəyişdirmə hüququndan tam, yaxud qismən imtina edə bilər.
3.pTəşkilatın
müvafiq üzvü, yaxud üzvləri və ya beynəlxalq hakimiyyət orqanları 9-cu maddənin
müddəalarına müvafiq olaraq, Konvensiyanın denonsasiya edilə biləcəyi dövrlərdə
Baş direktora hər hansı əvvəlki bəyanatının şərtlərini hər hansı digər
münasibətlə dəyişdirən və bu Konvensiyanın tətbiqinin mövcud vəziyyəti barədə
məlumat verən yeni bəyanat göndərə bilər.
Maddə 9
1. Bu Konvensiyanın təsdiq etmiş hər hansı Təşkilat Üzvü, o
ilkin qüvvəyə mindiyi vaxtdan on illik dövr qurtardıqdan sonra, onu Beynəlxalq əmək
bürosunun Baş direktoruna göndərilmiş və qeydiyyatdan keçirilmiş aktla denonsasiya edə bilər.
Denonsasiya, denonsasiya haqqında akt qeydiyyatdan keçirildikdən bir il sonra
qüvvəyə minir.
2. Əvvəlki bənddə xatırlanan on illik dövr
qurtardıqdan sonrakı bir il ərzində özünün bu maddədə nəzərdə tutulan
denonsasiya hüququndan istifadə etməyən bu Konvensiyanı təsdiq etmiş hər bir
Təşkilat Üzvü sonrakı on illik dövrdə bu Konvensiya ilə bağlı olur və sonralar
hər on illik dövr qurtardıqda, bu maddədə müəyyən edilmiş qaydada onu
denonsasiya edə bilər.
Maddə 10
1. Beynəlxalq Əmək Bürosunun Baş direktoru
Beynəlxalq Əmək Təşkilatının bütün üzvlərinə bütün təsdiqetmə sənədlərinin qeydiyyatdan keçirilməsi, Təşkilat Üzvlərindən aldığı denonsasiya aktları barədə xəbər verir
2. Baş direktor aldığı ikinci
təsdiqetmə sənədini qeydiyyatdan keçirməsini
Təşkilat Üzvlərinə xəbər verərkən, Təşkilat Üzvlərinin diqqətini bu
Konvensiyanın qüvvəyə mindiyi tarixə cəlb edir.
Maddə 11
Beynəlxalq Əmək Bürosunun Baş direktoru Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci
maddəsinə müvafiq olaraq, Birləşmiş Millətlər Təşkilatının Baş katibinə əvvəlki
maddələrin müddəalarına uyğun olaraq qeydiyyatdan keçirdiyi bütün təsdiqetmə sənədləri, bəyanatlar və
denonsasiya haqqında aktlar barədə tam məlumat göndərir.
Maddə12
Beynəlxalq Əmək
Bürosunun inzibati Şurası lazım saydığı hər dəfə Baş konfransa bu Konvensiyanın
tətbiqi haqqında məruzə təqdim edir və Konvensiyaya tam,
yaxud qismən yenidən baxılması məsələsinin gündəliyi salınıb-salınmamasını həll edir.
Maddə13
1. Konfrans bu Konvensiyanı tam,
yaxud qismən yenidən baxılması əsasında yeni Konvensiya qəbul edərsə
və yaxud yeni Konvensiyada başqa cür nəzərdə
tutulmamışsa, onda:
a) yeni,
dəyişdirilmiş
Konvensiyanın hər hansı Təşkilatın Üzvünün
təsdiq etməsi ilə qüvvəyə minməsi 9-cu maddənin müddəalarından asılı olmayaraq,
bu Konvensiyanın avtomatik surətdə dərhal denonsasiyasına səbəb olacaq
b) yeni, dəyişdirilmiş
Konvensiyanın qüvvəyə mindiyi tarixdən bu Konvensiya, Təşkilat Üzvlərinın onu
təsdiq etməsi üçün bağlıdır.
2. Bu Konvensiya, hər halda, onu forma və məzmunca təsdiq etmiş, yeni dəyişdirilmiş Konvensiyanı isə
təsdiq etməmiş dövlətlər üçün qüvvədə qalır.
Maddə 14
Bu Konvensiyanın fransız və ingilis dillərindəki
mətnləri eyni qüvvəyə malikdir.
Yuxarıda gətirilən mətn
Konvensiyanın Beynəlxalq Əmək Təşkilatı Baş konfransının Cenevrədə keçirilmiş
və 1951-ci il iyunun iyirmi doqquzunda başa çatmış otuz dördüncü sessiyasında lazımi
qaydada qəbul edilmiş əsl mətndir.