Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


DƏRSLİKƏR GENDER MƏSƏLƏLƏRİNİ NECƏ İZAH EDİR?


2007111502_120Araşdırmalar bir sıra nöqsanları üzə çıxarıb                                 

                               

H.AYGÜN                                 

                               

Şagirdlərin gender təsəvvürlərinin formalaşmasında məktəbin rolu kifayət qədər genişdir. Mütəxəssislərin qənaətincə, bu, şagirdlərin vaxtlarının çox hissəsini məhz təhsil ocağında keçirmələri ilə bağlıdır. Onlar hesab edirlər ki, tədris prosesindən kənarda, məsələn, valideyndən və ya kütləvi informasiya vasitələrindən, xüsusilə də televiziyadan alınan informasiyalar şagirdin şüurunda möhkəmlənə və ya qısa müddətdən sonra unudula bilər. Buna görə də mütəxəssislər hesab edirlər ki, şagirdlərə tədris prosesində gender mövzusuna dair nümunələrin əxz edilməsi vacibdir. Səlahiyyətli Təhsil Təşkilatı şagirdlərin gender məsələlərinə dair dünyagörüşünün necə formalaşmasını öyrənmək məqsədilə tədqiqat aparıb. Tədqiqat zamanı təşkilatın əməkdaşları mövcud dərslikləri və orada gender məsələlərinin necə təqdim olunmasını aydınlaşdırıblar.

Səlahiyyətli Təhsil Təşkilatının rəhbəri Nazir Heydərlinin sözlərinə görə, tədqiqatın məqsədi təhsilin müxtəlif mərhələlərində tədris olunan dərsliklərin gender təhlilinin aparılmasından ibarətdir. Təhlil zamanı gender məsələlərini izah edən dərsliklərin stereotipləşmə səviyyəsi müəyyən edilib, eləcə də şagirdlərin şəxsiyyət kimi formalaşmasına təsir edə biləcək informasiyanın olub-olmaması araşdırılıb. Qeyd edək ki, layihə çərçivəsində Təhsil Nazirliyi tərəfindən nəşr edilmiş "Həyat bilgisi" (I sinif), "İnsan və cəmiyyət" (VIII sinif), "Azərbaycan tarixi" (X sinif) dərsliklərinin təhlili aparılıb.

Bu dərsliklərin təhlili nələri ortaya çıxardı? Adları çəkilən dərsliklər şagirdləri gender bərabərliyinə dair yetərincə informasiya ilə təmin edə bilirmi? Bu sualları cavablandıran N.Heydərli qeyd etdi ki, birincilər üçün nəzərdə tutulmuş "Həyat bilgisi" dərsliyinin təhlili qadın və kişi obrazlarına kifayət qədər müraciət edildiyini göstərir, lakin bütövlükdə dərslik cəmiyyətdəki ənənəvi "kişi" obrazlarının möhkəmlənməsinə istiqamətlənib. "Demək olar ki, bütün peşələrdə kişi rolları əks olunub. Qadın obrazı isə ciddi olaraq müəyyənləşmiş sosial sahələrdə, xüsusən də müəllim, evdar qadın, həkim və s. mövcuddur. Necə deyərlər, bütün hakimiyyət göstəricilərini özündə əks etdirən sosial mövqelər kişilər üçün ayrılıb. Vətəndaşlıq və vətənpərvərlik hisslərinin tərbiyəsinin hər iki cinsə istiqamətlənməsinə baxmayaraq, Vətənin müdafiəçiləri, vətəndaş hüquqlarının qoruyucusu rolunda ancaq kişilər çıxış edir", - deyə müsahibim bildirdi.

Təşkilat rəhbəri deyir ki, dərslikdə səhiyyə, elm və mədəniyyət əsasən kişi peşələri ilə təmsil olunub və bu sahələrdə kişi peşələrinə müraciət təqribən 2 dəfə çox olub. "Mətnlərdə elm, mədəniyyət sahələrində qadın obrazları, demək olar, verilməyib" deyən N.Heydərlinin qənaətincə, qadınların peşə fəaliyyətləri çərçivəsinin məhdudlaşması onların cəmiyyətdə ikinci rollara malik olması barədə stereotiplərin formalaşmasına səbəb olur. "Bu da bütün sahələrdə qadınların mövqeyinin ikinci olması və onların asılılığı haqda müəyyən təsəvvürün yaranmasına səbəb olur. Eyni zamanda, peşə seçimi zamanı onların fəaliyyət sahəsi ev və ailə ilə məhdudlaşır", - deyə o əlavə etdi.

Dərsliyin təhlili zamanı qız və oğlanların maraq dairələrinin təsnifatı da diqqət mərkəzində olub. N.Heydərlinin dediyinə görə, təhlillər evdən kənarda aktiv fəaliyyət və idman oyunlarının əsasən oğlanlara aid olduğunu deməyə əsas verir: "Qızlar üçün evdən kənarda aktiv fəaliyyət və ya asudə vaxtın təşkilində əsasən topla oyun, qumda rəsm və ya iplə tullanmaq təsvir edilib. Əgər həm topla oyun, həm də iplə tullanma oyununu qızlarla birlikdə oğlanlar da oynayırsa, o zaman iplə tullanan yalnız qızlardır. Təəssüf ki, bu kitabda qız və oğlanların maraq dairələri yetərincə əhatə olunmayıb".

"Sizcə, bütün bunlar müəllifin məsələyə yanaşmasından irəli gəlmirmi?" sualını cavablandıran N.Heydərli bildirdi ki, dərslikdə qadın və kişi peşələrinin mətndə və şəkillərdə təsviri zamanı gender tarazlığının pozulması müəllifin məsələyə şüurlu şəkildə yanaşmasından deyil, cəmiyyətdə mövcud olan stereotiplərdən irəli gəlir.

"Araşdırma mövzusu olan digər bir dərslik - "İnsan və cəmiyyət" dərsliyinin gender təhlili burada qadınların peşə fəaliyyətinin təsvirinin məhdud olduğunu deməyə əsas verir. Buradakıları oxuyarkən qadının cəmiyyətdə ikinci dərəcəli rola malik olduğu qənaətinə gəlmək olar" deyən təşkilat rəhbəri kitabda istedadlı insanlarla bağlı yazılanları misal gətirir: "Dərsliyin 32-ci səhifəsində istedadlardan danışılır və bu sırada L. Da Vinçi, M.V.Lomonosov, Ü.Hacıbəyov, Lütfi Zadə və s. adlar çəkilir. Maraqlıdır ki, böyük şəxsiyyətlər sırasında təkcə kişilərin adları çəkilir. Buradan da istedadlı, eyni zamanda dahi şəxsiyyətlərin yalnız kişilərdən ibarət ola bilməsinə dair mülahizə formalaşır".

"Azərbaycan tarixi" dərsliyinin təhlili isə göstərib ki, burada kişi adları çoxluq təşkil etməklə yanaşı, mətnlərdə yer almış şəkillərdə də kişilər çoxluq təşkil edir. Belə ki, kitabda 205 kişi şəkli olduğu halda, cəmi 11 qadın şəkli verilib. Həmçinin tarixi hadisələrin ümumiləşdirilməsi və ifadə olunması zamanı daha çox cəmiyyətdə kişilərin rolu qabardılır. "Qadınlar isə ağlayan, xalça toxuyan müti bir varlıq kimi təsvir edilir. Kişilərin ən çox mövqe tutduğu peşə sahələrindən biri olan hərb sahəsinə də burada geniş yer ayrılır və döyüş səhnələri, üsyanlar, inqilablar kifayət qədər təsvir edilir. Amma bilirik ki, belə müharibələrdə döyüşə gedən ərlərini əvəz edən qadınlar kənd təsərrüfatı sahəsində çalışıblar. Ümumiyyətlə, kənd təsərrüfatını qadınlarsız təsəvvür etmək mümkün deyil. Həmçinin Azərbaycan qadınlarının kənd təsərrüfatının inkişafında verdikləri töhfə danılmazdır. Lakin dərslikdə bu barədə bir kəlmə belə yoxdur", - deyə müsahibim qeyd etdi.

N.Heydərli deyir ki, sosial-mədəni stereotiplərin gender nöqteyi-nəzərindən öyrənilməsinin aktuallığı heç kimdə şübhə yaratmamalıdır. O qeyd edir ki, cinslə bağlı müasir cəmiyyətdə fərqli mövqelər mövcud olmaqdadır: "Kişi və qadınların ənənəvi xüsusiyyətləri, qabiliyyətləri, eləcə də dəyərləri ilə bağlı təsəvvürlərdə təəssüf ki, qəlibləşmiş stereotiplər var. Bunların haradan götürüldüyü, eləcə də insanın həyatının və inkişafının sosiallaşmasının hansı mərhələsinin gender stereotiplərinin formalaşmasında əhəmiyyət kəsb etdiyi hamı üçün maraqlıdır. Yəni bu suallar təkcə nəzəri deyil, praktik baxımdan da əhəmiyyətlidir. Düşünürəm ki, bütün bunlar insan və cəmiyyət barədə müasir bilikləri nəzərə alaraq ailə münasibətlərində, habelə yetişməkdə olan nəslin təlim-tərbiyəsində mövcud olan problemlərə yeni yanaşma tələb edir".

Təşkilat sədri deyir ki, cəmiyyətdəki sosial, siyasi və mədəni dəyişikliklər təhsil institutunun yeniləşdirilərək təkmilləşdirilməsini tələb edir. Onun qənaətincə, universal bilik, bacarıq və vərdişlərin tam sistemli formalaşdırılması müasir məktəbin prioritetlərindən olsa da, gender stereotipləri yetişməkdə olan nəslin təlim və tərbiyəsinə mənfi təsir göstərə bilər. O hesab edir ki, məktəblərdə gender mövzusunun ayrıca tədris olunması məsələyə müsbət təsir göstərərdi: "Azərbaycan Respublikasının Konstitusiyasında cinslərin bərabərhüquqlu olması qeyd olunur. Lakin şüurumuza hakim kəsilən stereotiplər var ki, onlar cəmiyyətdə bərabərhüquqlu münasibətlərə mane olur. Belə olan halda gender təhlili Konstitusiyanın müddəalarının həyata keçirilməsinə kömək etmiş olardı. Bütün bunlar insan şüuruna, təfəkkürünə, eləcə də şəxsiyyətin inkişafına təsir edər və mənəvi-əxlaqi cəmiyyətin qurulmasına şərait yaradardı". Ekspertin qənaətincə, şəxsiyyətin formalaşması kiçik yaşlardan başladığı üçün gender məsələləri də məqsədli şəkildə məhz tədrisin ilk illərindən qabardılmalıdır.

N.Heydərli hesab edir ki, bu yolla da insanların təfəkküründə formalaşmış stereotipləri tədricən silib aparmaq mümkündür. "Əks halda vəziyyəti dəyişmək çətin olacaq. Çünki standartlaşmış təsəvvürlər və davranış nümunələri fərdin inkişafını ləngidir, eləcə də təşəbbüskarlığın formalaşmasına mane olur. Məktəbdə gender sosiallaşması nəticəsində şagirdlər "qadın və kişi davranış" modellərini mənimsəyirlər. Ümumiyyətlə, gender özlüyündə həssas sosiallaşmanı, daha doğrusu, oğlan və qızların əks cinslərə aid edilən fərdi təbii imkanlarının, qabiliyyətinin inkişafını nəzərdə tutur. Hesab edirəm ki, biz bu həssas məsələyə lazım olduğu qədər həssas yanaşmalı və şagirdlərdə yanlış təsəvvür formalaşdırmamalıyıq", - deyə ekspert əlavə etdi.

                               

http://www.ayna.az/rubric.php?id=25657

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb