Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


40 YAŞ QADINLAR ÜÇÜN ÇƏTİN DÖVR HESAB EDİLİR


 Alimlər hesab edirlər ki, bu dövrdə onlar daha çox stress və yuxusuzluqdan əziyyət çəkirlər                                 

 ŞƏMS                                 

 2007111503_120Avstriyalı alimlər uzunmüddətli araşdırmalardan sonra qadınlar üçün ən çətin yaş dövrünü müəyyən ediblər. Onlar müşahidələrlə yanaşı, 1000 qadın arasında sorğu keçiriblər. Sorğuya cəlb edilən qadınlara "Hansı yaş dövrünü həyatınızın ən çətin anı hesab edirsiniz?" sualı ilə müraciət ediblər. Respondentlərin böyük əksəriyyəti, təxminən 70 faizi 30-40 yaşlarını həyatlarının ən çətin dövrü kimi xarakterizə edib. Alimlərin qənaətincə, məhz bu yaş dövründə qadınlar daha çox stress və yuxusuzluqdan əziyyət çəkirlər. "Yorğunluq, demək olar, qadın həyatını müşayiət edir. Əvvəllər sizin üçün adi görünən işlər isə artıq daha çətin və ağır görünməyə başlayır. Bu da qadınları gərginlikdə saxlayır və bu gərginlik yorğunluq, eləcə də yuxusuzluqla müşahidə edilir", - deyə araşdırmada qeyd edilir.

Alimlər daha sonra ayırd ediblər ki, bu on illik gərginlik bitdikdən sonra bu çətinliklər də arxada qalır. "Lakin 40 yaşdan sonra zərif cinsin nümayəndələrinin əziyyətlərinə son qoyulur. Onlar yenidən həyatla dolu yaşama başlayırlar", - deyə sənəddə bildirilir. Avstriyalı alimlər gərgin və stressli günlərdə vəziyyəti stabilləşdirmək üçün psixoloqlara müraciət etməyi daha məqsədəuyğun hesab edirlər.

Maraqlıdır, bəs Azərbaycan qadınları hansı yaş dövrünü həyatlarının çətin vaxtı hesab edirlər? Bu sualla biz paytaxt sakinlərinə müraciət etdik. 25 yaşlı Təranə hesab edir ki, hər yaşın öz çətinliyi olduğundan hansısa dövrün məxsusi çətin keçdiyini söyləmək çətindir: "Bəzən adamlar deyirlər ki, sən cavansan, nə problemin ola bilər? Açığı, məsələyə belə yanaşmadan xoşum gəlmir. Əslində mən hesab edirəm ki, müasir dövrümüzdə gənclərin çətinlikləri, gərginlik və stressləri digər yaş dövrünü yaşayanlardan daha çoxdur. Biz həyatda artıq mövqeyini bəlli etmiş adamlardan daha gərgin çalışmalı və oxumalıyıq. Çünki məqsədə nail olmaq üçün saysız-hesabsız maneələr dəf etmək lazımdır. Ola bilsin ki, sovet dövrünü yaşayan insanlar üçün istədiklərinə nail olmaq daha asan olub. Amma bu gün belə deyil. Həyat səni amansız, mübariz və həddindən artıq çevik olmağa məcbur edir. Yəni nəyisə qazanmaq çox çətindir, itirmək isə bir göz qırpımında baş verir. Məncə, 25 yaşın da öz gərginlik və çətinlikləri var".

50 yaşlı Qəmər xanım ixtisasca mühasibdir. O hesab edir ki, müasir həyatımız başdan-ayağa stresslə dolu olduğundan onu illərə ayırmaq mümkün deyil. O, həyat yoluna nəzər saldıqda nailiyyətlərinin asanlıqla başa gəlmədiyini deyir: "Mənə elə gəlir ki, qadınların stressli həyatı orta məktəbi bitirdikdən sonra başlayır. Qəbul imtahanının gərginliyi, tələbə həyatının çətinliyi... Sonra iş tapmaq üçün əziyyət çəkirsən. Ailə qurduqdan sonra bunların üzərinə ailə qayğıları da əlavə edilir. Uşaqlar doğulduqdan sonra qayğı bir az da artır. Kimsəyə sirr deyil ki, analar hər zaman narahat olur və bu narahatlıq da onları gərginlikdə saxlayır. Sonra nəvələrin qayğısı və s. Necə deyərlər, həyat öz axarı ilə gedir və hər gələn il sənə yeni sınaqlar gətirir. Həyatdan narazı kimi görünmək istəmirəm, əslində həyat elə çətinlikləri ilə gözəldir".

Bəs gərginliklər zamanı qadınlarımız psixoloqa müraciət edirlərmi? Müsahiblərimin hər ikisi çətin anlarında belə bir addım atmadıqlarını dedilər. Səbəbini doğru-dürüst izah etməsələr də, qeyd etdilər ki, gərgin anlarda ya tək qalmağı, ya da düşüncələrini yaxınları ilə bölüşməyə üstünlük verirlər. Bəs görəsən insanları psixoloqun yanına getməkdən çəkindirən nədir?

Mətbuata açıqlamasında ölkənin baş psixiatrı Gəray Gəraybəyli bunun aktual məsələ olduğunu bildirib. "Ümumiyyətlə, qəti şəkildə demək olmaz ki, psixiatrlara müraciət edənlər yoxdur. Bu hələ sovet cəmiyyətindən qalan bir məsələdir. Bu vəziyyət dünyada stiqmatizm adlanır. Yəni, insanlar digər həkimlərin yanına sərbəst getdikləri halda, psixiatra müraciət etməyə çəkinirlər. Bu əsasən ictimai rəylə bağlıdır və hesab edirəm ki, düzgün yanaşma deyil. Çünki utanma son nəticədə bir sıra ciddi fəsadlara gətirib çıxarır. Hazırda bu ənənə bir qədər dəyişir. Yəni, insanlar əvvəlki illərlə müqayisədə daha sərbəst şəkildə psixiatra müraciət edə bilirlər", - deyə o əlavə edib. Onun qənaətincə, psixi yardımda stasionar xidmətə üstünlük verilməsi məsələyə düzgün yanaşma deyil. Psixiatr deyir ki, planlaşdırıcı islahatlarda bu məsələyə diqqət yetiriləcək ki, insanlar üçün alternativ formalar olsun.

Ölkədə psixi xəstələrin sayının artmasına gəlincə, G.Gəraybəyli "psixi xəstəliklər bir neçə yerə bölünür. Məsələn, psixoz, şizofreniya, depressiya... Həmçinin funksional xəstəliklər, mənfi stresslər nəticəsində yaranmış depressiyalar var. Hazırda məhz ikinci qrup xəstəliklərdə artım var", - deyib. "Sizcə, psixi gərginliklə adi qaydada mübarizə aparmaq mümkündürmü?" sualını cavablandıran psixiatr "hazırda cəmiyyətdə psixi gərginlik artır və gərginliyin artmasında əksər hallarda insan özü rol oynayır. Sadəcə olaraq, həyat tərzimizə fikir versək, görərik ki, insanlar bir-birləri ilə gec ünsiyyət yaradırlar. Daim harasa tələsirlər, normal rejimləri olmur. Əsas şərt ondan ibarətdir ki, problemi olan insan sərbəst şəkildə mütəxəssisə müraciət edə bilsin", - deyə bildirdi.

                               

http://www.ayna.az/rubric.php?id=25659

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb