Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


YOXSULLUQDAN ƏZİYYƏT ÇƏKƏNLƏRİN 70 FAİZİ QADINLAR VƏ UŞAQLARDIR


Mütəxəssislərin qənaətincə, vəziyyət belə davam etsə, 2015-ci ilədək dünyada aclıq içində yaşayanların sayı 34 milyon nəfər artacaq                                 

 N.İSMAYILOVA                                 

 "Uzun illər çalışıb özümüzə ev qurmuşduq. Xalı-xalçam, qab-qaşığım da öz yerində. Amma indi hamısını satıb qurtarmışıq. Evdə heç nəyimiz qalmayıb. Axırda uşaqlar ac qalmasın deyə evimizi də satdıq". Həyat hekayətini söyləyən 70 yaşlı Sevda nənə aldığı təqaüdün onun cari xərclərini qarşılamağa belə çatmadığını deyir. Söyləyir ki, aldığı 64 manat kommunal xərclərinə ancaq bəs edir. Hələ yaxşı ki, övladları onun qayğısına qalırlar. Yoxsa, vəziyyəti lap gərgin olardı.

Ümumiyyətlə, Sevda nənənin taleyini yaşayanlar Azərbaycanda kifayət qədərdir. Onlar təqaüdlərini bu aydan o biri aya qədər güclə uc-uca calayırlar. Bu vəsait zəruri ərzaq məhsullarına zorla çatır. Mədəni və mənəvi istirahətdən söhbət belə gedə bilməz. Rəsmi məlumatlara nəzər salsaq, görərik ki, Azərbaycanda əhalinin 20 faizi, daha doğrusu, 1 milyon 600 mini yoxsulluq həddində yaşayır.

Sevda nənənin hekayətini sizlərə təsadüfi danışmadıq. Çünki yola saldığımız oktyabr ayının günlərindən biri bütün dünyada məhz Yoxsulluqla Mübarizə Günü kimi qeyd edilir. Lakin bu gün qeyd edilən ənənəvi bayramlar sırasında olmasa da, ekspertlər hesab edirlər ki, BMT təqvimi ilə qeyd olunan bu günün özəlliyi dünya ictimaiyyətinin diqqətini bu insanlara yönəltməkdən ibarətdir.

Ekspertlər onu da deyirlər ki, yoxsul ölkələrdə, eləcə də yoxsul ailələrdə bu gərginlikdən daha çox qocalar, qadınlar və uşaqlar əziyyət çəkirlər. Məlumat üçün deyək ki, 8 milyonluq Azərbaycan əhalisinin cəmi 3.8 faizini ahıllar təşkil edir. Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə dövlət proqramına əsasən, 62 yaşını adlamış hər kişi və 57 yaşını adlamış hər qadına dövlət xüsusi qayğı göstərməlidir.

Müşahidələr göstərir ki, Qocalar Evində yaşayanların böyük əksəriyyəti kimsəsizlərdir. Hazırda ölkədə əlil, tənha və ahıllara xidmət göstərən 7 müəssisədə 500-ə yaxın kimsəsiz yaşayır. Qeyd edək ki, hökumət hər bir qocanın saxlanılması üçün gündə 4 manat 20 qəpik xərcləyir. Bu vəsaitin əsas hissəsi ərzaq üçündür. Qeyd edək ki, qocalar üçün müəyyən edilmiş təminat normaları uzun müddətdir dəyişməz olaraq qalır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qocaların saxlanılması ilə bağlı çətinliklərdən şikayətlənməsələr də, gələcəkdə vəziyyətin daha da yaxşı olacağına ümid edirlər.

Yoxsulluğun əsas səbəbi işsizlikdir

BMT İnkişaf Proqramı İnsan İnkişafına dair hesabatı çərçivəsində respublika əhalisi arasında apardığı sorğu əsasında müəyyən edib ki, işsizlik əhali qrupu tərəfindən ən başlıca problem kimi qeyd edilir. Onların qənaətincə, işsizlik və kasıblıqdan həm qadınlar, həm də kişilər əziyyət çəksələr də, ağırlıq daha çox qadınların üzərinə düşür: "Əslində həm qadınlar, həm də kişilər kasıbdırlar. Amma işsizliyin, eyni zamanda kasıblığın əziyyəti qadınların çiyinlərinə daha çox düşdüyündən onlar "əldən düşüblər". Kişilər işsizliklə üzləşsələr də, vaxtlarının çoxunu evdən kənarda keçirirlər. Qadınlar isə evdə olduqları üçün uşaqların ehtiyaclarını ödəməyə çalışırlar. Bir sözlə, evdəki bütün çətinlik qadınların üzərindədir.

İnsanların yerlərdə iş axtarmaq cəhdi uğursuzluqla nəticələnir ki, bu da son nəticədə əhalinin miqrasiyasına səbəb olur. Bu isə ölkədən işçi qüvvəsinin axını ilə yanaşı, ailələrin başsız qalmasına, bəzi hallarda isə dağılmasına gətirib çıxarır. BMT İP-nin fokus qrup müzakirələrinə qatılan kişilər miqrasiyanın səbəbini izah edərkən bunları deyiblər: "Bizim kəndimizdə qadın və kişilər üçün həddindən artıq az iş var. Ona görə də çoxları Bakıya və ya Rusiyaya üz tuturlar. Kəndimiz böyükdür, 7000 əhalisi var. Amma iş tapmaqda çətinlik çəkirik. Əgər imkan olarsa, biz də Rusiyaya getməyi düşünürük".

Hesabat müəllifləri daha sonra yazırlar ki, əksər hallarda həyat yoldaşlarının işləməməsi qadınları da dolayı yolla işsizliyin qurbanına çevirir. Qadın ev işləri ilə məşğul olur və düşünmək olar ki, işsizliyin onunla nə əlaqəsi var? Amma araşdırmalar da göstərir ki, bu proses kişilərlə yanaşı qadınlara da eyni dərəcədə təsir göstərir. Ən azı bu problemin psixoloji ağırlığı hər zaman qadınların çiyinlərində olur. Respondentlər qeyd ediblər ki, işsizlik problemi regionlarda özünü daha qabarıq şəkildə göstərir: "Bu, həm kənd əhalisinin, xüsusən də kişilərin sayının azalmasına, həm də tənha qadınların sayının artmasına səbəb olur. Düzdür, Rusiya və ya digər şəhərlərə iş dalınca gedən həyat yoldaşları ilk aylarda evlərinə yaşamaq üçün pul göndərirlər. Amma elə ailə də var ki, bir neçə aydan sonra bu yardımdan məhrum olur. Bu zaman ailə başçısı funksiyasını üzərinə götürən qadın ailəsini dolandırmaq üçün yollar axtarır və çətinliklərə dözməli olur. Belə həyat tərzi isə sözsüz ki, qadının sağlamlığına, psixikasına ciddi təsir göstərir".

Qeyd edək ki, dünyada yoxsulluğun qarşısını almaq məqsədi ilə BMT-nin təşəbbüsü ilə 2003-cü ildə Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Beynəlxalq Hərəkatı yaradılıb. Elə həmin il 100-dən artıq ölkənin 1000-dən çox təşkilatı bu hərəkata qoşulub. Azərbaycanda isə analoji hərəkat 2005-ci ildə yaradılıb. Koalisiyanın başlıca məqsədi ölkədə ana və uşaq ölümünün azaldılmasına nail olmaqdır. 2002-ci ilin rəsmi statistikasına görə, Azərbaycanda hər 1000 uşaqdan 12.8 nəfəri doğuş zamanı, 23.1 nəfəri isə beş yaşına qədər tələf olur. Rəqəmlərdə o da qeyd edilir ki, hər 100 min doğuşda 19.9 ana keçinir. BMT Uşaq Fondunun 2002-ci ildə açıqlanmış hesabatında isə qeyd edilir ki, ölkəmizdə hər 1000 uşaqdan 81-i doğuş zamanı, 92.2 nəfəri isə 5 yaşına qədər tələf olur. Bu statistikaya görə, hər 100 min doğuşun 94-də ana dünyasını dəyişir.

Məqsədlərə nail olmaqda Azərbaycanın çətinlikləri var

Azərbaycanda isə Minilliyin İnkişaf Proqramının tələblərindən irəli gələn fəaliyyətləri icra etmək məqsədi ilə Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyası da yaradılıb. Koalisiyada təmsil olunan Sülh Mədəniyyəti naminə Gənclər İctimai Birliyinin (SMNGİB) sədri Ləman Cavadzadənin sözlərinə görə, Azərbaycan da daxil olmaqla dünyanın 97 ölkəsinin Minilliyin İnkişaf Proqramının məqsədlərini (MİM) yerinə yetirə bilməməsi müəyyənləşdirilib. L.Cavadzadə deyir ki, ötən dövr ərzində dövlət tərəfindən qoyulan investisiyalar heç də bütövlükdə yoxsulluğun azaldılması üçün nəzərdə tutulmayıb:

"Azərbaycanda atılan ən mühüm addım Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının qəbulu sayılır. Maddi baxımdan dövlətin əlində islahatları həyata keçirmək, həmçinin MİM-ə nail olmaq üçün böyük imkanlar var. Təəssüf ki, bu imkanlardan hələ də tam istifadə edilməyib".

L.Cavadzadənin sözlərinə görə, dünya üzrə yoxsulluq və bərabərsizlik inanılmaz həddə çatıb. "Əgər XX əsrdə baş verən müharibələrdə həlak olanların sayını son on ildə yoxsulluq nəticəsində ölənlərin sayı ilə müqayisə etsək, o zaman görərik ki, yoxsulluqdan ölənlər nəzərə çarpacaq dərəcədə çoxdur. Bu problemlərdən zərər çəkənlərin 70 faizi, əfsuslar olsun ki, qadınlar və uşaqlardır. Yoxsulluğun ifrat dərəcəyə çatması ilə dünyada hər 3 saniyədən bir 1 uşaq tələf olur. Əgər bu cür davam edərsə, MİM-lərin yerinə yetirilməsi üçün nəzərdə tutulan son müddətə qədər dünyada aclıq içində yaşayanların sayı 34 milyon nəfər artacaq, 45 milyon uşaq 5 yaşına çatana qədər məhv olacaq, 97 milyon uşaq ibtidai təhsildən kənarda qalacaq, 53 milyon insan isə sanitariya obyektlərindən və ləvazimatlarından məhrum olmaqda davam edəcək", - deyə o əlavə etdi.

Öz növbəsində Koalisiyanın mətbuat və kampaniyalar üzrə məsul şəxsi Zahir Əhmədov deyir ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün 8 hədəf təyin olunub: "Bunlar kəskin yoxsulluğun və aclığın aradan qaldırılması, hər kəsin ən azı ibtidai təhsil əldə edə bilməsi, cinsi bərabərliyin gücləndirilməsi, uşaq ölümünün azaldılması, anaların sağlamlığının yaxşılaşdırılması, malyariya, eləcə də digər yoluxucu xəstəliklərin qarşısının alınması, ekoloji sabitliyin təmin olunması və s.-dir. Bu öhdəliklərin icrasına nəzər salsaq, görərik ki, yalnız bir neçə ölkədə bu məqsədlərə çatmaq üçün nəzərdə tutulmuş istiqamətlər üzrə hərəkət var. Ən çətin və acınacaqlı vəziyyət MDB ölkələrində müşahidə edilir. Odur ki, bütün bunları ümumiləşdirərək deyə bilərik ki, dünyada yoxsulluğun azaldılması istiqamətində işlər nəzərdə tutulduğundan da azdır".

Z.Əhmədov onu da əlavə etdi ki, vəziyyət bu cür davam edərsə, MİM-lərin yerinə yetirilməsi nəzərdə tutulan son tarixə - 2015-ci ilədək dünyada aclıq içərisində yaşayan əhalinin sayı, eləcə də 5 yaşa qədər uşaqlar arasında tələf olanların, ibtidai təhsildən kənarda qalanların sayı kəskin surətdə artacaq.

Azərbaycanda MİM-lərin yerinə yetirilməsinə gəlincə, Z.Əhmədov bu sahədə ciddi problemlərin mövcud olduğunu dilə gətirdi. Onun sözlərinə görə, Azərbaycanın 2015-ci ilə qədər xüsusilə təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi məqsədlərə çatmaq ehtimalı çox azdır. Belə ki, ötən ilin ortalarında icrasına başlanmalı olan və məqsədlərə çatmaqda ən vacib vasitə sayılan Yoxsulluğun Azaldılması və Dayanıqlı İnkişaf Dövlət Proqramının (2006-2015) hələ də qəbul edilməməsi ölkəmizin nəzərdə tutulmuş vaxtda MİM-lərə çatmasını daha da çətinləşdirir.

Bütün çətinliklərə baxmayaraq, koalisiyada üzvləri məsələyə nikbin yanaşırlar. Onlar hesab edirlər ki, Azərbaycan dövləti iqtisadi qüdrətinin artmasından istifadə etməklə, 2015-ci ilə qədər MİM-lərə qismən də olsa nail ola bilər. Lakin bu məqsədlə təhsil, səhiyyə və digər sahələrdə aparılan islahatlar sürətləndirilməlidir: "Ötən ilin ortalarında icrasına başlanmalı olan və məqsədlərə çatmaqda ən vacib vasitə sayılan Yoxsulluğun Azaldılması və Dayanıqlı İnkişaf Dövlət Proqramının (2006-2015) qəbulu başa çatdırılmalıdır. Bu proqramın uğurlu icrası məqsədlərə çatmaqda həlledici rol oynaya bilər".

Hökumətdə isə deyirlər ki, sözügedən proqramın layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim edilib. Proqramın icrasını həyata keçirəcək İqtisadi İnkişaf Nazirliyindən bildirdilər ki, proqrama əsasən, 2015-ci ildə ölkə əhalisi arasında yoxsulluq səviyyəsi cəmi 10 faiz olacaq.

Azərbaycanda nə qədər yoxsul var?

Rəsmi faktlar onu deməyə əsas verir ki, Azərbaycan əhalisi gəlirlərinin 53 faizini yalnız ərzağa xərcləyir. Beynəlxalq aləmdə qəbul edilmiş normalara görə isə, əhali qrupunun ərzağa sərf etdiyi vəsaitin miqdarı 35 faizi ötərsə, bu, artıq onların yoxsul olduğu deməkdir. Rəsmi statistika göstərir ki, son illərdə Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi xeyli azalıb. Belə ki, əgər 2004-cü ildə yoxsulluq meyarı əhalinin 49 faizinə şamil edilirdisə, artıq bu rəqəm cəmi 20 faizdir.

Lakin müstəqil ekspertlər hesab edirlər ki, həqiqətdə ölkədə yaşayan yoxsul əhalinin sayı deyilənlərdən daha artıq, az qala 50 faizə çatıb. Hökumətin hesablamalarına görə, gündəlik gəliri 1 manat 80 qəpikdən çox olanlar yoxsul hesab edilə bilməzlər.

Maraqlıdır, sıravi paytaxt sakinlərinin 1 manat 80 qəpik civarında olan gündəlik gəlirləri nəyə çatır? Bu pulla gündəlik ərzaq tələbatını ödəmək mümkündürmü? Bu sualla müraciət etdiyimiz paytaxt sakinləri 1 manat 80 qəpiyin heç bir yaraya məlhəm olmadığını dedilər. Aylıq gəliri 150 manata çatan Alidə xanım özünü kasıb hesab edir. Deyir ki, bazara gedəndə filan qədər pul verib 2-3 meyvə alır, bununla da pul qurtarır, amma zənbilində bir ağırlıq hiss etmir. "Hökumət aylıq gəliri 64 manatdan aşağı olanları yoxsul hesab etmir. Amma reallıq ortadadır. 150 manat mənim lazımi ehtiyaclarımı ödəmir. Bəllidir ki, insanın normal qidalanması üçün gün ərzində qəbul etməsi gərəkən rasion var. Əgər mən onların hamısını vaxtlı-vaxtında qəbul etmək fikrinə düşsəm, o zaman ayın ortasındaca pulsuz qalaram. Ona görə də çox şeylərdən imtina etmək lazım gəlir", - deyə müsahibim əlavə etdi.

Mütəxəssislər qeyd edirlər ki, ölkədə inflyasiya səviyyəsinin gündən-günə artması əhalinin gəlirlərini dəyərdən salır. Nəticədə, sən dövlət tərəfindən müəyyən edilmiş normadan da yüksək əmək haqqı alırsan, amma bu vəsait adi ehtiyacları ödəməyə belə kifayət etmir.

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, yoxsulluq barədə danışanda rəqəmlərə əsaslanmaq düzgün deyil. "Ən azı ona görə ki, əgər dünyada "yoxsul" deyəndə, gün ərzində gəliri 1 dollardan az olan insan nəzərdə tutulursa, bu təsnifatı Azərbaycan üçün keçərli hesab etmək olmaz. Çünki Azərbaycanda yoxsulluq həddi düzgün müəyyən olunmur ki, bu da nəticədə rəqəmlərin şişirdilməsinə gətirib çıxarır. Ümumiyyətlə, Azərbaycanda yoxsulluğun metodologiyasının hesablanması qüsurludur. Hökumətin təqdim etdiyi göstəricilərlə real vəziyyət arasında böyük və ciddi təzadlar var. Məsələn, bu gün rəsmi statistika əhalinin 20 faizinin yoxsulluq səviyyəsində yaşadığını göstərir. Amma bu rəqəm söylənilərkən, ölkədəki inflyasiya səviyyəsi nəzərə alınmır. Adi, lakin kiçik bir məqama diqqət yetirək. Ötən il rəsmi olaraq ölkədəki inflyasiyanın 8.3 faiz həddində olduğu bildirilirdisə, cari ilin 9 ayı ərzində inflyasiyanın 16 faiz olduğu söylənilir. Bu, yoxsulluğun müəyyən edilməsi üçün vacib amildir. Təəssüf ki, belə vacib məqamlar heç vaxt nəzərə alınmır", - deyə iqtisadçı bildirdi.

Q.İbadoğlunun qənaətincə, burada daha ciddi bir problem yaşayış minimumunun hesablanması ilə bağlıdır. İqtisadçı deyir ki, yaşayış minimumu insanların yaşayış səviyyəsinə müvafiq olaraq müəyyən edilməlidir: "Ən azı ona görə ki, Lerikdə və Bakıda yaşayan insanların yaşayış səviyyəsi eyni ola bilməz. Bu fərqlər nəzərə alınmaqla yaşayış minimumu da ayrı-ayrılıqda hesablanmalıdır. Daha sonra isə yaş qrupu, insanın əmək qabiliyyəti və s. kimi məqamlar nəzərə alınmalıdır".

Ekspert daha sonra əlavə etdi ki, ildən-ilə artan neft gəlirlərinin faktik olaraq əhalinin gəlirlərinə ciddi bir təsiri yoxdur. "Hökumət yoxsulluq həddini hesablayarkən aylıq gəliri adambaşına 64 manatdan aşağı olanları bu qrupa aid edir. Amma ötən ilin statistik göstəricilərinə nəzər salsaq, görərik ki, əhalinin 50 faizdən çoxunun aylıq gəliri 64 manatdan az olub. Bu isə ölkə əhalisinin təqribən yarısının elə yoxsul olduğunu göstərir", - deyə o əlavə etdi.

Öz növbəsində iqtisadçı Əli Əlirzayev hesab edir ki, Azərbaycanda yoxsulluq həddi ehtiyac meyarları ilə müəyyən edilir. O deyir ki, əhalinin aztəminatlı qrupuna ünvanlı sosial yardımların verilməsi zamanı da bu nəzərə alınır: "İndi ehtiyac meyarı 40 manatdır. Bundan aşağı isə yoxsulluq hesab edilir. Digər bir meyar isə istehlak səbətindəki xərclərin neçə faizinin ərzağa yönəlməsi ilə müəyyən edilir. Əgər bu faiz 60-70 arasındadırsa, o zaman həmin ailə yoxsul hesab edilir".

Amma iqtisadçı məsələnin sonucuna ümidlə baxır. O hesab edir ki, neft gəlirləri ölkə əhalisinin sosial-iqtisadi durumuna ciddi təsir edəcək. Çünki hökumət artıq bu istiqamətdə addımlar atmağa başlayıb.

                               

http://www.ayna.az/rubric.php?id=25654
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb