Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"DİABET UŞAQLAR VƏ YENİYETMƏLƏR ARASINDA TƏHLÜKƏLİ DƏRƏCƏDƏ ARTMAQDADIR"


2007112404_120Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında qeyd edilir ki, hər il təxminən 200 uşaq olmaqla 15 yaşına çatmamış 70 min uşaqda birinci növ diabet xəstəliyi yayılır. Diabet ailələr, dövlətlər, bütövlükdə isə bütün dünya üçün tədricən kəskin ağırlaşmalarla müşahidə olunan xroniki, müalicəsi həddindən artıq vəsait tələb edən xəstəliklərdəndir. Dünyada hər 10 saniyədə bir nəfər diabet xəstəliyindən dünyasını dəyişir. Hazırda dünyada 240 milyon insan bu xəstəlikdən əziyyət çəkir. ÜST mütəxəssisləri hesab edirlər ki, bu rəqəm növbəti 20 il ərzində 380 milyona çatacaq.

14 noyabr dünyada Ümumdünya Diabet Günü kimi qeyd edilir. Xatırladaq ki, dünyada diabet xəstəliyindən əziyyət çəkənlərin sayının artmasını əsas tutan Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyası dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etmək məqsədi ilə 1991-ci ildə diabet gününün xüsusi tarixlə qeyd edilməsi ideyasını ortaya atdılar. O gündən bəri 14 noyabr Diabet Günü kimi qeyd edilir. 2007-ci ildə isə BMT-nin 61/225 saylı qətnaməsi ilə bu tarix beynəlxalq təşkilatın təqviminə daxil edilib. Hazırda dünyanın 155 ölkəsində bu gün qeyd edilir və əsasən maarifləndirmə xarakteri daşıyır.

Azərbaycan Diabet Cəmiyyətinin rəhbəri Mominat Ömərovanın sözlərinə görə, hazırda ölkəmizdə şəkərli diabet xəstələrinin sayı 62 min nəfərdir. O qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin qənaətincə, ölkə və bölgələr üzrə ənənəvi standartları nəzərdən keçirərkən Cənubi Qafqaz bölgəsi, xüsusən də Azərbaycanda xəstələrin sayı olduğundan 5-7 dəfə az göstərilir. "Odur ki, biz hesab edirik ki, ölkəmizdə şəkərli diabet xəstələrinin sayı bir neçə dəfə çoxdur", - deyə o əlavə edib. Qeyd etmək lazımdır ki, hazırda qeydiyyatda olan 62 min diabet xəstəsinin 12 mini birinci, qalan 50 mini isə ikinci tipə aiddir. M.Ömərova qeyd edir ki, xəstəliyin birinci tipindən fərqli olaraq, ikinci tipinin qarşısını almaq mümkündür. "Xəstəliyin hər iki növünə uşaqlar arasında rast gəlinir" deyən cəmiyyət sədri hesab edir ki, artıq bu faktın özü xəstəliyin nə qədər ciddi olduğunu deməyə əsas verir. "Əgər uşaqlarda diabetik ketoasidosis varsa, bu, daha gec müəyyən oluna və yaxud da səhv diaqnozun qoyulması ilə nəticələnə bilər. Bunun nəticəsində aşağı və orta gəlirli ölkələrdə bir çox uşaqlar diabet xəstəliyindən ölürlər", - deyə o vurğuladı.

M.Ömərova deyir ki, Azərbaycanda məktəblərdə diabetli uşaqların sayı artmaqdadır. Onun sözlərinə görə, uşağa gün ərzində bir neçə dəfə iynə vurulması gərəkdir. Məktəbdə isə bu prosesin həyata keçirilməsi ilə uşaqda öz xəstəliyindən utanmaq kimi keyfiyyətlər əmələ gəlir. Ümumiyyətlə, nəyə görəsə şəkər xəstəliyi olan bütün insanlar bundan utanırlar. Kimsəyə diabet xəstəsi olmayacağına zəmanət verilməyib. Hesab edirəm ki, bütün bunlar insanlar arasında maarifləndirmə işlərinin artırılmasına ehtiyac olduğundan xəbər verir. Məncə, ilk növbədə insanların bu xəstəliyə münasibəti dəyişməlidir".

Cəmiyyət sədri qeyd edir ki, diabet xəstəliyi uşaqlar arasında geniş yayılan xroniki xəstəliklərdəndir. "Bu xəstəliyə məktəb yaşına çatmamış və yenicə yeriməyə başlayan körpələr də daxil olmaqla istənilən yaş qrupuna aid uşaqlar yoluxa bilirlər. Birinci növ diabet məktəb yaşlı uşaqlar və yeniyetmələr arasında ildə 3, məktəb yaşına çatmamış uşaqlar arasında isə təhlükəli şəkildə ildə 5 faiz artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında qeyd edilir ki, hər il təxminən 200 uşaq olmaqla 15 yaşına çatmamış 70 min uşaq birinci növ diabet xəstəliyinə düçar olur. İkinci növ diabet isə əvvəllər yetkinlik yaşına çatmış insanlar arasında müşahidə edilirdi. Hazırda diabetin bu növü uşaqlar və yeniyetmələr arasında da təhlükəli dərəcədə artmaqdadır", - deyə M.Ömərova bildirib.

M.Ömərova diabet xəstəliyi ilə bağlı qəbul edilmiş qanun və dövlət proqramlarını müsbət addım adlandırsa da, hesab edir ki, bu sənədlərin işlənmə mexanizminin hazırlanması vacibdir. "Şəkəri qanda ölçmək üçün adi gündə betaçeklərdən 3-4 dəfə, xəstəlik şiddətləndikdə isə daha müntəzəm istifadə edilməlidir. Nazirlər Kabineti qısamüddətdə bütün xəstələrin betaçeklərlə təmin ediləcəyini vəd edib", - deyə əlavə etdi. Onun sözlərinə görə, qlyukaçeklər alınsa da, hələlik paylanmayıb. M.Ömərova diabet xəstələrinin normal istirahətinə də ehtiyac olduğunu düşünür. O deyir ki, bu məsələyə dair qanunda müvafiq bənd əks olunsa da, indiyə qədər kağız üzərində qalmaqdadır. Cəmiyyət təmsilçisinin qənaətincə, burada həlli vacib məqamlardan biri də həkimlərin təkmilləşdirilməsidir: "Şəkərli diabetlə bağlı elmi-tədqiqat institutu fəaliyyət göstərməlidir. Bu məsələlər kompleks həll edilsə, problemi daha asanlıqla çözə bilərik".

Diabetlə bağlı müvafiq qanunlar və milli proqramların icrası üçün büdcədən vəsait ayrılsa da, M.Ömərovanın qənaətincə, ayrılan vəsaitlərin xərclənməsinə nəzarəti gücləndirmək lazımdır: "Xəstələrin insulin, habelə özünütənzimləmə vəsaitləri ilə təminatı kimi məsələlər qanunda nəzərdə tutulsa da, həyata keçirilməsində çətinliklər meydana çıxır". O həmçinin hesab edir ki, diabet xəstələrinin sayına dair statistika dəqiqləşdirilməlidir. "Rəsmi statistikaya görə, bu xəstələrin sayı 62 min nəfərdir. Lakin Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri hesab edirlər ki, bu rəqəm reallığı əks etdirmir. Onlar qeyd edirlər ki, bu rəqəm olduğundan 5-6 dəfə aşağı göstərilir. Bu ehtimalları əsas tutaraq biz də hesab edirik ki, ölkəmizdə diabet xəstələrinin sayı olduğundan daha artıqdır. Düşünürük ki, bu rəqəmin dəqiqləşdirilməsinə ehtiyac var. O zaman biz daha dolğun mənzərənin şahidi olmaqla yanaşı, bu insanlara yardımçı olmaq istiqamətində işimizi sürətləndirməyə imkan qazanmış olaraq".

M.Ömərova onu da əlavə etdi ki, cəmiyyətin bölgələrdə filiallarını yaratmaq, bununla da respublikadakı diabet xəstələri arasında ciddi iş aparmaq niyyətindədirlər:. "Bu gün respublikadakı xəstələrin sayını dəqiqləşdirməyə ehtiyac var. Bunun üçün də milli registr qəbul edilməli, bütün xəstələrə dair məlumat burada əks olunmalıdır".

M.Ömərova onu da əlavə etdi ki, diabetlə mübarizə haqqında qanun çərçivəsində BMT qənaməsinin icrasına dair müzakirələrin həyata keçiriləcəyi planlaşdırılır. Onun sözlərinə görə, rəhbərlik etdiyi cəmiyyət bu günlərdə analoji təkliflə Milli Məclisə müraciət edib. "Biz artıq müraciətimizə cavab da almışıq. İndi məsələyə parlament komissiyasında baxılmasını gözləyirik", - deyə M.Ömərova bildirdi.

Cəmiyyət sədri daha sonra qeyd etdi ki, cari ildə diabet xəstəlikləri ilə bağlı reallaşan dövlət proqramına 12 milyon manat ayrılmışdısa, 2008-ci ildə bu məqsədlə büdcədən 13,8 milyon manat ayrılacaq. M.Ömərova bütün bunları xüsusi qayğı kimi vurğulasa da, "burada vacib məqamlardan biri ayrılan vəsaitin xərclənməsinə nəzarətin həyata keçirilməsidir", - deyə əlavə etdi.                      

 

 İ.NAİLƏ                                 

 

http://www.ayna.az/rubric.php?id=26990
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb